Məhkəmə qərarları › İş №2(102)-2098/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2098/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2098/2024 12.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar söz: kredit müqaviləsi üzrə borc, ipoteka predmetinin hərracda satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1390/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kass asiya şikayətinə 12 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2020-ci il tarixli, RPZ-00010-00/20A saylı kredit müqaviləsi (bundan sonra – Kredit müqaviləsi) bağlanmışdır.

2. Kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, 17 faiz olmaqla 178133 AZN məbləğində kredit verilmişdir və sonuncu həmin kreditdən xx.xx.2019-cu il tarixli, DEN-00011-00/19A saylı kreditin bağlanması məqsədi ilə istifadə etməyi və onu 12 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2023-cü il tarixədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

3. Cavabdehlə Bank arasında xx.xx.2020-ci il tarixdə RPZG-00010-00/20A saylı sonrakı ipoteka müqaviləsi (bundan sonra – İpoteka müqaviləsi) bağlanmış, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üçün ipotekaya qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan 178133 manat əsas borc, 81005,97 manat faiz borcu, 196152,80 manat dəbbə borcu, ümumilikdə 455291,77 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 745,29 manat dövlət rüsumu və 1,12 manat bank xidməti haqqının cavabdehdən Bankın xeyrinə tutulması, İpoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin, cavabdehdən tutulması və həmin evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən 2019-cu il tarixində ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin qiymətləndirilməsi keçirilmiş və mənzilin real bazar dəyəri 250.000 manat, likvid dəyəri isə 230.000 manat müəyyən edilmişdir. Cavabdeh kredit müqav iləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq, dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11-ci və ipoteka müqaviləsinin 7-ci bəndlərinə əsasən, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 178133 manat, faizlərin məbləği 81005,97 manat, dəbbə borcu 196152,80 təşkil edir. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixə ümumi borcu 455291,77 manat təşkil edir.

6. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-90/5091/2023 №-li rəyinə əsasən, cavabdeh tərəfindən banka ödə nilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı, xx.xx.2020-ci il tarixli, RPZ-00010- 00/20A №-li Kredit müqaviləsinin şərtləri əsas götürülməklə, sonuncunun banka olan borcu xx.xx.2023-cü il tarixə: -əsas borc üzrə 178.133,00 manat; -faiz borcu üzrə 81.005,98 manat. xx.xx.2023cü il tarixə: -əsas borc üzrə 178.133,00 manat; -faiz borcu üzrə 88.408,40 manat kimi müəyyən edilmişdir. 7. “X1 Mərkəzi” MMC-nin 3 sentyabr 2023-cü il tarixli YDQM № 005-045/2023 saylı hesabatına əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 31.25 kv.m olan mənzilin bazar dəyəri 322.000 AZN, likvid dəyəri isə 290.000 AZN müəyyən edilmişdir.

8. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2210/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia qismən təmin olunmuş, cavabdehdə n Bankın xeyrinə Kredit müqaviləsi üzrə 178133 manat məbləğində əsas borc, 81005,97 manat məbləğində faiz borcu, 10000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 269.138,97 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 745.29 manat dövlət rüsumu, 1.12 manat bank xidməti haqqının tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərraca çıxarılması, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 290000 manat müəyyən edilməsi, qeyd olunan daşınmaz əmlakın açıq hərracda satılması və ondan əldə ediləcək vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin c avabdehə qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən Bankın xeyrinə tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə tutma yönəldikdən və o hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil boşaldılması və ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili tərk etməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

10. Məh kəmə iş üzrə ekspert rəyini və təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır, Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı kredit müqaviləsi üzrə 178133 manat məbləğində əsas borc və 81005,97 manat məbləğində faiz borcu tutulmalıdır.

11. Məhkəmə hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli RPZ-00010- 00/20A saylı kredit müqaviləsi üzrə 196152,80 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 10000 manata endirilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.5, 295, 296.1, 297, 317, 319.1, 319.4, 319.6, 385.1, 427.3, 442, 443.1, 448.1, 465. 2 və 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9, 39.3, 39.3.3, 39.4, 39.5, 59.3.1, 59.3.2 və 59.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin faiz və dəbbə borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə, ipoteka predmeti satıldıqdan sonra cavabdehin həmin əmlakı tərk etməsi hissəsində işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanılmışdır. Həmin vaxtdan etibarən kredit müqaviləsi üzrə öhdəliklər birinci ayda artıq pozulmuşdur. Buna baxmayaraq iddiaçı heç bir hərəkət etməyərək öhdəliklərin pozulmasına göz yumaraq hüquq müdafiə vasitələrinə əl atmamışdır. İddiaçı müqavilənin sonunu gözləyərək qəsdən cərimə borcunun şişməsinə şərait yaratmış və bununla da hüquqlarından sui-istifadə etmişdir. Lakin məhkəmə işin bu hallarını araşdırmamış və hazırkı işdə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinin tətbiqi imkanlarını lazımi səviyyədə dəyərləndirməmişdir. Bu səbəbdən, dəbbə borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız hesab edilməli və həmin hissədə qətnamə ləğv edilərək iddia rədd edilməlidir. Qanunun tələbinə əsasən hazırkı iş üzrə ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehlər yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılmasına dair iddia tələbi ümumiyyətlə məhkəmə baxışının predmeti ola bilməzdi.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Kamran Əkbərov) 2(103)-1390/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, faiz borcunun şişirdilməsi barədə dəlili üzrə rayon məhkəməsi faiz borcunu 81 005,98 manat müəyyən edilməsi barədə qənaətə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-1616/2-90/5091/2023 nömrəli ekspert rəyinə əsasən gəlmişdir. Mülki iş materiallarında həmin rəyin əsaslılığını şübhə altına ala biləcək hər hansı sübut olmadığından apellyasiya şikayətinin həmin dəlili əsassızdır.

17. Məhkəmə cavabdehin apellyasiya şikayətinin borclu tərəfindən ilk aydan öhdəlik icra edilmədiyi halda, iddiaçı tərəfindən hüquqdan sui-istifadə edilərək məhkəməyə gec müraciət edilməsi, nəticədə faiz borcunun şişirdilməsi barədə dəlili üzrə qeyd etmişdir ki, iddiaçı tərəfindən öhdəliyin icra müddətindən əvvəl məhkəməyə müraciət etməsi müqaviləyə əsasən, onun hüququ kimi müəyyən edilmişdir.

18. Apellyasiya məhkəməsi hesab etmi şdir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərlə bağlı mülki dövriyyənin subyekti kimi vicdanlılığın tələb etdiyi tərzdə davranmamışdır. Rayon məhkəməsi iddiaçının tələb etdiyi 196152,80 manat cərimə borcunu MM-in 467-ci maddəsinə əsasən, yaranmış borc məbləğinə mütənasib olmadığından azaldaraq, 10000 manat müəyyən etmişdir ki, bu da hazırkı iş üzrə əsas və faiz borcu baxımından ağılabatandır, demək ki, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

19. Məhkəmə apellyasiya şikayətinin “ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehlər yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fər di yaşayış evinin boşaldılmasına dair iddia tələbi ümumiyyətlə məhkəmə baxışının predmeti ola bilməməsi ilə bağlı dəlilinə münasibətdə üzrə qeyd etmişdir ki, ipoteka müqaviləsi ilə ipoteka qoyan cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən 9 saylı mənzili xx.xx.2020-ci il tarixli RPZ00010-00/20A saylı kredit müqaviləsinə əsasən öhdəliyin təmin edilməsi məqsədilə ipoteka saxlayan Bankın xeyrinə yüklü etdiyindən, iddiaçının hazırkı kredit müqaviləsi ilə bağlı tələbi üzrə, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə tələbinə məhkəmədə baxılması, Qanunun tələblərinə uyğun olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsin in faiz və dəbbə borcunun tutulması, həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi və həmin hissədə işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun olaraq belə əsaslandırılmışdır ki, ekspert tərəfindən verilmiş rəy hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Ekspert iddiaçı tərəfindən təqdim edilmiş bank sənədlərinə əsasən tərtib edilmişdir. Halbuki, həm faiz borcu, həm dəbbə borcu iddiaçının hüquqlarından suiistifadə etməsi nəticəsində şişirdilmişdir. Bu səbəbdən faiz və dəbbə borcunun tutulması ilə bağlı ekspert rəyinə istinad edilə bilməz v ə həmin rəy sübut növü kimi qiymətləndirilməməlidir. Hazırkı işdə yenidən ekspertiza təyin edilməli və borc yenidən hesablanmalıdır. Əlavə olaraq, cavabdeh tərəfindən həm ipoteka predmetinin yenidən qiymətləndirilməsi, həm hesablanmış borcun yenidən hesablanması ilə bağlı təkrar ekspertizanın keçirilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinə vəsatətlər verilmişdir. Lakin həmin vəsatətlər heç bir əsas olmadan rədd edilmişdir. Məhkəmələr ipoteka predmetinin ilkin satış qiymətini (likvid dəyərini) “X1 Mərkəzi” MMC-nin 03 sentyabr 2023-cü il tarixli hesabatına əsasən müəyyən etmişlər. Lakin məhkəmələr həmin hesabatı sübut növü kimi qəbul edərkən nəzərə almamışlar ki, qeyd olunan qiymətləndirici şirkətin hesabat verilən tarixə 3 il fəaliyyət stajı olmamışdır. Yəni ipoteka predmetinin l ikvid dəyərini müəyyən edən sübut – hesabat, qanunun tələblərini pozulmaqla əldə olunduğu üçün, həmin hesabat hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nətic əsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

28. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

30. Maddə 1.0.9. İlkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

31. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutm anın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Madd ə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən faiz, dəbbə və ipotekanın ilkin satış qiyməti hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

42. Cavabdehin kassasiya şikayəti nin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla apellyasiya məhkəməsində işə baxılan zaman da irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərar larında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1390/2024 nömrəli iş üzrə 20 fevral 2024-cü il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar