Məhkəmə qərarları › İş №2(102)-210/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-210/2018

11.01.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-210/2018 11.01.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-210/2018 Bakı şəhəri 11 yanvar 2018-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2017-ci il tarixli 2(103)8414/2017 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim B.Ələ kbərov) 01.05.2017-ci il tarixli 2(001)-6646/2017 nömrəli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğluna qarşı “kredit müqaviləsinin ləğvi, kreditin, faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 04.04.2016-cı il tarixli **************** nömrəli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğlundan müştərək qaydada qeyd edilən kredit müqaviləsi üzrə 7.603,09 manat əsas borc, 557,27 manat faiz, 212,99 manat cərimə olmaqla, ümumilikdə 8.373,35 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu və 32 manat notariat xərcinin İddiaçı-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski, R.Eyvazov, İ.Şirinov) 05.09.2017-ci il tarixli 2(103)-8414/2017 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01.05.2017-ci il tarixli 2(001)-6646/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh2 nümayəndəsi Cavabdeh2 və vəkili Nurəliyev Səyyad Əlimirzə oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğluna qarşı “kredit müqaviləsinin ləğvi, kreditin, faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 09.03.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 04.04.2016-cı il tarixli 16001-0404/472115 nömrəli kredit müqaviləsi nin ləğv edilməsi; cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğlundan müştərək qaydada İddiaçı-nin xeyrinə 7.603,09 manat kredit borcu, 557,27 manat kreditdən istifadəyə görə faiz, 212,99 manat hesablanmış cərimə, cəmi 8.312,65 manat borcun, həmçinin 32 manat çəkilmiş notariat xərci və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 nümayəndəsi Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh2, onun nümayəndəsi Cavabdeh2 və vəkili Vəkil, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı-nin nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq i ş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 05.09.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01.05.2017-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, kreditor İddiaçı-nin Nərimanov f ilialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış 10.10.2014-cü il tarixli ****************** nömrəli kredit müqaviləsinə əsasən İddiaçı borcalan Cavabdeh2 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 20.000 manat kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi kreditor İddiaçı ilə zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 04.04.2016-cı il tarixli 160010404/472115 nömrəli kredit müqaviləsinə əsasən ilk müqavilə üzrə mövcud olmuş borc yenidən maliyyələşdirilərək kreditin məbləği 9.300 manat təşkil etmiş, kredit müqaviləsinin müddəti 17 ay, illik faiz dərəcəsi 20 % müəyyən edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əş yalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddiaçı-nin 16.01.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka 7.603,09 manat əsas kredit borcu, 557,27 manat fai z, 152,29 manat penya olmaqla, cəmi 8.312,65 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, iş lərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə u yğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclu Cavabdeh2 İddiaçı-yə 7.603,09 manat əsas kredit borcu, 557,27 manat faiz, 152,29 manat penya olmaqla, cəmi 8.312,65 manat borcu yaranmışdır. Bu səbəbdən, zaminlər həmin borcun ödənilməsi üçün borclu Cavabdeh2 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzə rdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihall arını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti verən şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 41 6-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2017-ci il tarixli 2(103)-8414/2017 nömrəli qətnaməsi - Cavabdeh2 münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar