Məhkəmə qərarları › İş №2(102)-210/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-210/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-210/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh M oğluna qarşı «pul» tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh M oğlunun və onun vəkili Məmmədova Adilə İsa qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1232/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə i şə xx xxxx 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi etdi. İşin halları İddiaçı Cavabdeh M oğluna 2 dəfəyə 10.000 manat olmaqla cəmi 20.000 manat məbləğində borc vermişdir. Həmin borc məbləğindən cavabdeh 10.000 manat pulu oğlu X2lin vasitəsi ilə iddiaçıya qaytarmış və iddiaçı 10.000 manatın geri qaytarmasını etiraf etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh M oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh M oğlundan ondan almış olduğu 10.000 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun və vəkil xidməti olaraq Beynəlxalq bank vasitəsilə ödədiyi 168 manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdi r. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh 2015-ci ildə 10000 manat, həmçinin 2016-cı və 2017-ci illərdə 10000 manat pul vermişdir. Həmin puldan X2 oğlu X1 2018-ci ildə 10000 manat pul qaytarmışdır. Hazırda qalan 10000 manat borcun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh M oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı 2015-ci ildə 10000 manat borc almışdır və həmin ildə ona borcunu qaytarmışdır. Həmçinin 2016-cı ildə də 10000 manat borc almışdır və həmin ildə ona borcunu qaytarmışdır. Həmin pulu oğlanları X2l və Pünhan vasitəsi ilə qaytarmışdır. Borcundan da əlavə X3ona borcla əlaqədar kömək etdiyi üçün 4000 manat pul vermişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) xx xxxx 2020-c i il tarixli, 2(039)450/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh M oğluna qarşı «pul» tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərmişdir ki, Nazim onun atasıdır. Atası X1 2015-ci ildə 10000 manat borc almışdır. Həmin pulu Bərdə marketin qabağında x8 o qaytarmışdır. Bundan sonra da, 2016-cı ildə atası yenə 10000 manat borc almışdır. Həmin pulu da qardaşı evini satıb, X1 evinə gedərək qaytarmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərmişdir ki, atası X1 cəmi 20000 manat borc almışdır. Həmin borcun bir hissəsini qardaşı X2l Bərdə marketin qarşısında x8 qaytarmışdır. Qalan 10000 manatı isə 2016-cı ildə evi ni satıb x8 atasının borcunu onun evinə gedərək vermişdir. Atasının x8 borcu qalmayıbdır. Həmçinin borcdan əlavə atası tərəfindən x8 4000 manat hörmət olaraq pul vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərmişdir ki, Nazimlə birgə işləmişlər. Nazim 2015-ci ildə ona pul vermişdir ki, apar x8 ver, o da aparıb pulu x8 çatdırmışdır. Borcun məbləği barədə dəqiq məlumatı yoxdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh 2015-ci ildə iddiaçıdan 10.000 manat borc almışdır. Həmin 10000 manat pulu oğlu X2lin vasitəsi ilə iddiaçıya qaytarmışdır və iddiaçı 10000 manatın geri qaytarmasını etiraf etmişdir. Bundan sonra 2016-ci ildə iddiaçı cavabdehə yazılı formaya riayət etmədən 10000 manat borc vermişdir. Cavabdeh həmin pulu da övladı X2 vasitəsi ilə iddiaçıya qaytarmışdır. İddiaçı cavabdehin ona 10000 manat borcu qaldığını bildirərək, pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin borcun qalmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Şahid ifadələri ilə də borcun qaytarılması sübut olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin ona 10000 manat borcunun qalmasını iddia edərək, buna sübut kimi cavabdehin səs yazısının olduğunu bildirsə də, cavabdeh danışıqların tam mətni olmadığını, həmin səs yazmanın 2016-cı ilə aid olunduğunu bildirərək, səs yazısının səslənməsinə və sübut kimi qəbul edilməsinə razı olmadığını bildirmişdir. Bu səbəbdən də həmin səs yazma sübut kimi məhkəmə tərəfindən qi ymətləndirilmir. İddiaçı cavabdehə 10000 manat borcun 2016-2017-ci illərdə verildiyini bildirsə də, borc verilərkən qanunvericiliklə müəyyən edilmiş yazılı formaya riayət etməmiş və müvafiq borc müqaviləsi bağlamamışdır. Odur ki, məhkəmə hazırki iş üzrə sübut etmə yükünün iddiaçının üzərinə düşdüyünü, iddiaçı tərəfindən nə qədər məbləğin cavabdeh tərəfə verdiyinə dair başqa sübut növü təqdim edilə bilmədiyini və səsyazmanın mötəbər sübut kimi qəbul edilə bilmədiyini əsas gətirərək hesab etmişdir ki, iddia rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 127, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740.1, 740.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 95.1, 200, 217.4-cü maddələrinə istinadla əs aslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli və Ayaz Mahmudov) 2(107)-1232/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-450/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmış, və qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. İddiaçı tərəfin təqdim etdiyi və məhkəmə kollegiyasının iclasında dinlənilmiş 3 ədəd “fleş kartda” gedən danışıqların iddiaçı və cavabdeh arasında olduğunu tərəflər mübahisələndirməmişlər. Həmin danışıqlar iddiaçının və cavabdehin məhkəmə iclasında bildirdikləri ilə eynilik təşkil etdiyindən digər sübutlarla birlikdə qiymətləndirilmişdir. Onlar iddia tələbinin qanuni əsasını təşkil etməmişdir. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh götürdüyü 20.000 manat pulu rəsmi etiraf edib. Bu pulun götürülməsinin onun məhkəməyə gətirmiş olduğu oğlu şahid qismində dindirilərkən atası tərəfindən həqiqətən 20.000 manat pulun götürülməsi rəsmən etiraf edilib. Qeyd olunan pul məbləğinin cavabdeh tərəfindən götürülməsini digər sübutlarla, onun onlarla səs yazısı yazılmış audio diski ilə təsdiq edilir. Həmin diskdə şəxsin rəsmi etirafı mövcuddur. Yəni, ödənilməmiş 10.000 manat pulun qaytarılacağı etiraf edilir. İddiaçının əleyhinə qərar çıx arılmış Yevlax rayon Məhkəməsinin mövcud qətnaməsindən sonra cavabdehlə borcun qaytarılması ilə əlaqədar aparmış olduğu münasibətlər audio disk şəkilində Şəki Apellyasiya Məhkəməsinə təqdim edilərək, bu şəxsin rəsmi mövqeyi öz səsi ilə bildirilibdir. “Deyib ki, məni məhkəməyə verdiyin üçün bu pulu sənə qaytarmayacağam” bu hallar Apellyasiya Məhkəməsində dinlənilməklə bu şəxsə eşitdirilib. Öz səsi olduğunu bildirilib, cavabdeh səsin ona aid olduğunu etiraf edib, məsələyə münasibətdə isə susub. Cavabdeh götürülmüş borcu tamami ilə ödədiyini bildirsə də, bunu heç bir əsaslı sübut təsdiq etmir. Ancaq onun özündən başqa ümumi borcun qaytarılmasını müəyyən edən heç bir sübut mövcud deyildir. Cavabdehin iddiaçıya olan 10.000 manat borcun mövcudluğu onun etirafı ilə səslənən audio disklərdə tam tə sdiq edildiyindən, həmin audio disklər mülki işin materiallarındadır. Həmin audio disk məhkəmənin icraatına götürülmüş, cavabdehin və iddiaçının iştirakı ilə dinlənilmişdir. Bu hallar Şəki Apellyasiya Məhkəməsinin keçirmiş olduğu məhkəmə prosesinin çəkilişli video diskdə tam təsdiq edilir. Şəki Apellyasiya Məhkəməsi iddianı təmin etməməklə hesab etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Borcun rəsmi etirafı əsas verir ki, məhkəmə iddianı təmin etsin. Məhkəmədə 2016-cı ildə həmin səs yazmanı müəyyən edilsə də, 2020-ci ilin iyun ayında təqdim edilmiş audio diski dinlənsə də, qətnamədə bu hala qiymət verməmişdir. Halbuki, bu audio disk iş üzrə Yevlax rayon Məhkəməsinin çıxarmış olduğu qətnamədən sonra yazılmışdır. Şəxs onun barəsində məhkəmədə iddi a qaldırıldığı üçün pulu qaytarmayacağını bildirir. Şəki Apellyasiya Məhkəməsi çıxarmış olduğu bu qətnaməsi ilə tam ədalətsiz olmuş, Azərbaycan Respublikası MPM-nin 8, 9.1, 14.2, 77.1, 88, 418.1 və 418.2-ci müddəalarinin tələbləri pozmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, onun vəkili Vəkil iş üzrə verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh M oğlu və vəkili Məmmədova Adilə İsa qızı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hər əkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Maddə 203.1. Şəxsi məlumat xarakterli səsyazma və videoyazının səslənməsi, habelə onların tədqiqinə bu Məcəllənin 200-cü maddəsində təsbit olunan qaydalar tətbiq olunur. Maddə 203.2. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Maddə 203.3. Zəruri hallarda səsyazma və videoyazı təkrarən tam və ya qismən səsləndirilə bilər. Maddə 203.4. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunm uş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh X2 oğlu kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə verilmiş 20.000 manat borcun, ödənilməmiş qalan 10.000 manatını tələb edir. Birinci instaniya məhkəməsində verdiyi şifahi izahatında cavabdeh iddiaçıdan 2015-ci ildə 10.000 manat, 2016-cı ildə 10.000 manat aldığını etiraf etmiş, lakin hər iki məbləğin qaytarıldığını bildirmişdir. İddiaçı yalnız 10.000 manat pulun qaytarıldığını etiraf edir. Qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Baxılan iş üzrə cavabdehin dedikləri yalnız şifahi izahatda ifadə edildiyidən, bu, faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz halların ı müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Tərəfin məhkəmə iclasında bildirdiyi və protokola əlavə olunmuş izahatını gəlcəkdə heç bir əsaslı səbəb göstərmədən dəyişməsi birinci instansiya məhkəməsinin həmin izahatı nəzərə alaraq qəbul e tdiyi qərarın birmənalı ləğvi üçün əsas ola bilməz. Mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilik nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməlidir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir. Baxılan iş üzrə cavabdeh birinci instansiya məhkəməsinin tərtib etdiyi məhkəmə iclas protokollarına qeydlər verməmişdir. Hazırki iş üzrə işin mübahisəli halı borcun 10.000 manatının da qaytarılmasıdır və bu halı sübut etmək üçün cavabdehin məhkəməyə təqdim etdiyi yeganə sübut oğlu X2 qalan 10.000 manat pulun onun tərəfindən iddiaçının evində iddiaçıya verməsi barədə şahid ifadəsidir. Apellyasiya məhkəməsi iş üzrə cavabdehin etirazını təsdiq edən yeganə sübutun cavabdehin oğlunun şahid ifadəsi olmasını, şahidin cavabdehin ailə üzvü olmasını nəzərə almayaraq, yaxın qohumun verdiyi ifadənin mötəbərliyini qətnamədə ətraflı əsaslandırmadan cavabdehin 10.000 manatı ödəməməsi halının sübut edilməsi yükünü səhvən iddiaçının üzərinə qoymuşdur. Halbuki bu halın sübu t edilməsi AR MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaya etiraz edən, aldığı borcu qaytardığını iddia edən cavabdehin üzərinə düşməlidir. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş cavabdehlə telefon danışıqlarının səs yazılarının tədqiq zamanı prossesual normaların tələbləri pozulmuşdur. Belə ki, məhkəmə qətnaməsində həmin danışıqların yazıldığı 3 ədəd fleş kartın məhkəmə kollegiyasının iclasında dinlənildiyi, həmin danışıqların iddiaçı və cavabdeh arasında olduğunu tərəflərin mübahisələndirmədiyi, həmin danışıqlar iddiaçının və cavabdehin məhkəmə iclasında bildirdikləri ilə eynilik təşkil etdiyinə görə digər sübutlarla birlikdə qiymətləndirildiyi göstərilmişdir. Halbuki iş üzrə məhkəmə iclas protokollarında isə bu s übutların tədqiq edildiyi və məzmununun nədən ibarət olduğu göstərilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 271.1-ci maddəsinə əsasən məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Həmin maddənin 271.2.11-ci maddəsinə əsasən yazılı sübutların elan edilməsinə dair məlumatlar, maddi sübutların müayinəsinə, səs yazılarının dinlənilməsinə, videoyazılara baxılmasına dair məlumatlar protokolda göstərilməlidir. Həmçinin həmin Məcəllənin 272.4-1-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər. Lakin iş materiallarında xx.xx.2020-ci il tarixli məhkəmə iclasının texniki nasazlıq ucbatından mümkün olmaması barədə akt olsa da, xx.xx.2020-ci il tarixli məhkəmə iclası barədə belə bir akt tərtib olunmadığı halda, məhkəmə iclasının audio-video yazısı maddi daşıyıcıda protokola əlavə edilməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, həmin səs yazılarının məhkəmə iclasında tədqiq edilməsi iş materiallarından görünmədiyindən, həmçinin həmin sübutun məzmunun nədən ibarət olması, sübutun qiymətləndirilməsi ilə bağlı məhkəmənin mövqeyi məhkəmə qətnaməsində əks olunmadığından, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi yuxarıda sadalanan prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu hal düzgün olmayan məhkəmə qətnaməsinin qəbul olunması ilə nəticələnmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X2 oğlunun kassasiya şikayəti təmin edil sin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2416/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar