Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2101/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 qarşı iddia tələbinə iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” BOKT MMC-nin nümayəndəsi X2 və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kolle giyasının 2(105)-28/2020 nömrəli iş üzrə 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” ank olmayan kredit təşkilatı MMC (bundan sonra – iddiaçı) ilə bağlanmış 24 aprel 2014-cü il tarixli, AZBA-009803 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 30 faizdən artıq olmamaq şərti ilə 120 ay müddətinə maksimal məbləği 129600 ABŞ dolları olan kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə bağlanmış 25 aprel 2014-cü il tarixli, AZBA-009803-001/01 saylı razılaşmaya əsasən Cavabdeh1 illik 19 faiz ödəmək şərti ilə 84 ay müddətinə 18000 ABŞ dolları, 25 aprel 2014-cü il tarixli, AZBA-009803-001/02 saylı r azılaşmaya əsasən illik 19 faiz ödəmək şərti ilə 84 ay müddətinə 18700 ABŞ dolları, 25 aprel 2014-cü il tarixli, AZBA009803-001/03 saylı razılaşmaya əsasən illik 19 faiz ödəmək şərti ilə 84 ay müddətinə 18300 ABŞ dolları kredit verilmişdir. 29 mart 2015-ci il tarixli sazişə əsasən Cavabdeh1 25 aprel 2014-cü il tarixdə illik 19 faizlə 84 ay müddətinə ümumilikdə verilmiş 55000 ABŞ dollarına dair AZBA-009803001/01, AZBA-009803-001/02 və AZBA-009803-001/03 saylı razılaşmalara dəyişiklik edilərək kreditlərin ödənilməmiş 51512,71 ABŞ dollları təşkil edən hissəsinin qaytarılması müddəti illik 18 faizlə hesablanmaqla 36 ay uzadılmış, ümumilikdə 120 ay müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh4, X6 və Cavabdeh1 arasında bağlanmış 24 aprel 2014-cü il tarixli, AZBA-009803 saylı zaminlik müqaviləsinə ə sasən iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24 aprel 2014-cü il tarixli, AZBA-009803 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin kimi Cavabdeh4 və X6 kreditor qarşısında məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. 24 aprel 2014-cü il tarixli, AZBA-009803 saylı ipoteka müqaviləsiə əsasən, 24 aprel 2014-cü il tarixli, AZBA-009803 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127,5 kvadrat metr, yaşayış sahəsi 74,3 kvadrat metr və yardımçı sahəsi 53,2 kvadrat metr. olan 3 otaqlı fərdi yaşayış evi (bundan sonra – mübahisəli fərdi yaşayış evi) ipoteka ilə yü klü edilmiş və ipoteka predmetinin qiyməti 64800 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı 21 sentyabr 2017-ci il tarixli bildirişlə kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra etmədiyinə görə Cavabdeh4 tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 24 aprel 2014-cü il tarixli, AZBA-009803 saylı kredit müqaviləsinin ləğv edilməsi, 50111,92 ABŞ dolları əsas borcun, 19251,61 ABŞ dolları faiz borcu, cəmi 69363,53 ABŞ dolları məbləğində borcun, tutma yönəldilməsi ilə bağlı 120 manat və 30 manat dövlət rüsumu xərclərinin birgə qaydada Cavabdeh4, Cavabdeh1 və X3 alınması, tutmanın mübahisəli fərdi yaşayış e vinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməklə açıq hərracdan satılması, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X4 həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit üzrə qeyd olunan ödəniş qrafiki ilə kreditin və faizlərinin qaytarılmasına dair öhdəliyini dəfələrlə pozmuş, sonuncu ödənişi 29.10.2015-ci il tarixdə, 300 ABŞ dolları məbləğində etmişdir. Hazırda cavabdehlərin 22.11.2017-ci il tarixədək 50111,92 ABŞ dolları əsas borcu, 19251,61 ABŞ dolları faiz borcu olmaqla, cəmi 69363,53 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 22 noyabr 2017-ci il tarixə əsas borcu 50111,92 ABŞ dolları, faiz borcu 19251,61 ABŞ dolları təşkil edir sonuncu ödəniş 29.10.2015-ci il tarixdə 300 ABŞ dolları olmuşdur. Abşeron Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova) 20 fevral 2018-ci il tarixli, 2(012)-291/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24 aprel 2014-cü il tarixli, AZBA-009893 saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış 50111,92 ABŞ dolları əsas borcun, 19251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 man at rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 və X3 müştərək qaydada tutularaq iddiaçıya verilməsi, Cavabdeh4 xüsusi mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 iddiaçıya olan cəmi 69363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının məzənnəsi ilə) məbləğində kredit borcunun və 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən edilməsi, “iddiaçıya ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlərə qaytarılması və ya sa tışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 tutularaq ididaçıya verilməsi, Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmetinin satış qiyməti üzrə mübahisə olmadığını nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh1 məxsus fərdi yaşayış evinin ilkin satış qiyməti iş materiallarında olan 24 aprel 2014-cü il tarixli, AZBA-009893 saylı ipoteka müqaviləsində tərəflərin əldə etdiyi razılaşmaya əsasən 60000 manat dəyərində müəyyən edilməlidir. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş məhkəməmühasibatlıq eks pertizasının 20238 saylı, 18 fevral 2019-cu il tarixli rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları, AZBA-009803-001/01, AZBA-009803-001/02 və AZBA-009803-001/03 saylı razılaşmalar və 29 mart 2015-ci il tarixli sazişin şərtləri əsas götürülməklə Cavabdeh1 22 noyabr 2017-ci il tarixə iddiaçıya olan borcu 69363,53 ABŞ dolları, məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 50111,92 ABŞ dolları, faiz borcu üzrə 19251,61 ABŞ dollarıdır. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının 11 iyun 2020-ci il tarixli qiymətləndirmə hesabatına əsasən mübahisəli fərdi yaşayış evinin bazar dəyəri 240000 manat təşkil edir. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının 14 avqust 2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən Cavabdeh4 məxsus mübahisəli yaşayış evinin likvid dəyəri 218000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş “Barat Consultancy” məhdud məsuliyyətli cəmiyyətinin rəyinə əlavədə qeyd edilmişdir ki, Cavabdeh4 məxsus Abşeron rayonu, fərdi yaşayış evinin likvid dəyəri 218000 manat təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Məmmədov - sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Gülnarə Tağızadə) 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsimnin qətnaməsi qismən, 50111,92 ABŞ dolları əsas borc, 19251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69363,53 ABŞ dolları (qət namənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 və X3 müştərək qaydada tutularaq iddiaçıya verilməsi və iddiaçıya ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlərə qaytarılması və ya satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin Cavabdeh1, X1, X3 və Cavabdeh4 tutularaq iddiaçının xeyrinə verilməsi və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə ləğv ed ilmiş, həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, kredit müqaviləsi üzrə yaranmış 50111,92 ABŞ dolları əsas borc, 19251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1, X3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya verilməsi, iddiaçıya ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh4 qaytarılması, satışdan əldə olunan vəsait tələbin öd ənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin Cavabdeh1, X3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya xeyrinə verilməsi, mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 218000 manat müəyyən edilməsi qət olunmuş, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. İpoteka predmetinn ilkin satış qiymətinin müəyyən edilməsi hissədə məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 deyil, Cavabdeh4dır. Məhkəmə qətnamənin nəticə hissəsində evin mükiyyətisi kimi Cavabdeh1 göstərməkdə səhvə yol vermişdir. Bundan başqa, 24 aprel 2014-cü il tarixli ipoteka müqaviləsi ilə ipoteka predmeti olan fərdi yaşayış evinin qiyməti 64800 ABŞ dolları müəyyən edilmişdir. Fərdi yaşayış evinin 60000 manat dəyərində müəyyən edilməsi barədə tərəflərin razılaşması barədə hər hansı sənəd iş materiallarında yoxdur. Birinci instansiya məhkəməsi bu barədə də səhvə yol vermişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər, cavabdehlər məhkəmə iclasında iştirak etmədikləri halda, tərəflərin razılaşması da mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının qiymətləndirmə rəyi ilə fərdi yaşayış evinin likvid dəyərinin 218000 manat təşkil etməsini nəzərə alaraq ipoteka predmetinin açıq hərracdan ilkin satış qiymətini 218000 manat müəyyən etmişdir. Kassasiya şikayətinin və ona et irazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Evin dəyəri həddindən artıq yüksək qiymətləndirimişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatla rı İddiaçı “xxxx” BOKT MMC-nin nümayəndəsi X2 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyan la ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissədə mübahisələndirildiyindən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olduğundan məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.3.3-cü maddəsinin tələbinə əsasən qiymətləndirici cəlb etmiş və həmin rəyə istinad edərək ipoteka predm etinin açıq hərracdan ilkin satış qiymətini (likvid qiyməti) müəyyən etmişdir. İddiaçı həmin qiymətin həddən artıq yüksək olduğunu qeyd etmişdir, lakin bu barədə apellyasiya instansiyası məhkəməsi hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən kollegiya qeyd edir ki, ipoteka predmeti olan əmlakla bağlı hərrac hazırki dövrdə keçiriləcəyindən və mübahisəli fərdi yaşayış evinin hərracdan ilkin satış qiymətinin sonuncu verilmiş hesabatına müvafiq olaraq 218000 manat müəyyən ed ilməsi əsaslı hesab edilməlidir. Hazırki halda qeyd edilən əmlakın qiymətinin ipoteka müqaviləsində göstərilən qiymətdən əhəmiyyətli dərəcədə çox olması bankın mənafeyinə uyğun olduğu halda, sonuncunun bu əsasla kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etməsi anlaşılmazdır. Belə ki, həmin evin hərracdan satılmasının məqsədi banka olan borcun ödənilməsini təşkil edir ki, bu halda da bank özündə yüklü olan əmlakı hərrac vasitəsilə almaqda deyil, ilk olaraq ona olan borcun bütövlükdə ödənilməsinin təmin edilməsi üçün yüksək qiymətə satılmaqda maraqlı olmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” BOKT tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-28/2020 nömrəli iş üzrə 11 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.