Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2102/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin üçüncü şəxs tərəfindən icrası, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2(103)1131/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. “BMW 535” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətində olmuş, 03 oktyabr 2022-ci il tarixli etibarnamə ilə həmin nəqliyyat vasitəsini “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” səlahiyyətlərini X2 etibar etmiş, sonuncu isə 13 oktyabr 2022-ci il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” əsasında qeyd olunan nə qliyyat vasitəsini 20000 manata Cavabdeh Ramız oğluna satmış, avtomobilə **-ZY-*** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur.
2. İddiaçı 22 oktyabr 2021-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək "xxxx" MMC-nin direktoru vəzifəsində işləmişdir.
3. Cavabdeh ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək 2022-ci ilin iyul ayının sonlarından sentyabr ayına qədər hissə-hissə əridilməsi üçün İddiaçı 30,5 ton mis qırıntısı göndərdiyini, ancaq həmin şəxsin malı geri qaytarmadığını, bu səbəblə ona 204000 ABŞ dolları məbləğində maddi ziyan dəydiyini bildirmiş, Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi tərəfindən 25 oktyabr 2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur.
4. İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə müra ciət edərək göstərmişdir ki, Cavabdeh onun əvvəllər direktor işlədiyi "xxxx" MMC-yə müxtəlif vaxtlarda təxminən 570 ton mis tullantısı vermiş, həmin tullantılardan təxminən 30,5 tonunun pulunu MMC ona vermədiyindən Zaur dəfələrlə bu barədə ona demiş, o da öz növbəsində MMC rəhbərliyinə bildirmiş, MMC tərəfindən tezliklə həmin pulun qaytarılacağı bildirilmiş, Zaur müxtəlif şəxslərə borclu olduğunu və tez bir zamanda pula ehtiyacı olduğundan ona maddi köməklik etməsini, pul qaytarılan zaman isə onun pulunu qaytaracağını demiş, aralarında yaxşı münasibət olduğundan özünə məxsus 30000 ABŞ dolları dəyərində 2013-cü il buraxılışlı “BMW 535” markalı avtomobilini ona vermişdir və avtomobilin, yaxud pulun ona qaytarılmasına köməklik göstərilməsini xahiş edir.
5. Həmin ərizələr üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı 2021-ci ildən tanıyır, həmin vaxt sonuncu "xxxx" MMC-də müdir işləmiş, o, mis qırıntılarını Yusifə göndərmiş, sonuncu, MMC-də həmin misi əridib saf hala gətirəndən sonra ona göndərmiş, o isə saf misi müxtəlif sahibkarlara satmışdır. Həmin işin görülməsi müqabilində 1 ton mis qırıntısına görə Yusifə 850 manat pul ödəmiş, onda mis qırıntısını saf hala çevirən avadanlıq olmadığından həmin MMC-yə müraciət etmişdir. Əvvəllər aralarında heç bir problem olmamışdır. 2022-ci ilin iyun ayının sonlarından, sentyabr ayına qədər hissə-hissə ümumilikdə Yusifə 30,5 ton mis qırıntısı göndərmişdir. MMC-də olan avadanlıq elə avandanlıqdır ki, mis 32 ton olduğu halda həmin avadanlığı işə salmaq olur. Qeyd etdiyi miqdarda misi Yusifə göndərəndən 14 gün sonra misi saf hala gətirib ona qaytaracağını demiş, o, razılaşmış, həmin malı Yusif onun adından deyil, Xəqani Əlizadə adlı şəxsin adından sənədləşdirmişdir. Bunun səbəbini soruşan zaman, onun adı olduğu təqdirdə MMC-nin istehsal etməyəcəyini demiş, o da razılaşmışdır. 14 gün sonra Yusiflə bu barədə maraqlanan zaman işdən çıxarıldığını demiş, narahat olmamasını malı qaytaracağını bildirmişdir. Bundan sonra mütəmadi onunla əlaqə saxlamış, ancaq sonuncu hər dəfə müxtəlif bəhanələr gətirmişdir. 30,5 ton misi o, 204000 ABŞ dollarına almış, Yusif 30000 ABŞ dolları əvəzinə özünə məxsus “BMW” markalı avtomobilini onun adına keçirmişdir. Hazırda Yusif ona 174000 ABŞ dolları pul verməlidir. Yusifi MMC-nin direktoru kimi tanıdığından həmin MMC-də digər şəxslərlə əlaqə saxlamamışdır.
6. Araşdırma zamanı i zahatı alınmış İddiaçı göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin oktyabr ayına qədər "xxxx" MMC-də transformator zavodunun direktoru vəzifəsində işləmiş, Cavabdeh 2021-ci yanvar ayında tanımışdır. Belə ki, Zaur dostu Xəqani Əlizadənin tanışı olmuşdur. Onlar təsadüfən bir məclisdə tanış olmuşlar. Həmin vaxt Zaur mis işi ilə məşğul olduğunu, mis qırıntılarını verib saf mis almaq istədiyini, həmin işlə "xxxx"-in məşğul olduğunu demiş, o da MMC ilə danışıb misi şirkətin qəbul etməsini və saf misə çevrilməsinə görə rəhbərlikdən icazə alacağını demiş, həmin vaxt Zaur, Hüseyn adlı sahibkarın zavodla işlədiyini, bu səbəblə öz adına yox, digər şəxsin adı ilə malın sənədləşməsini ondan xahiş etmiş, bundan sonra o, zavodun müşahidə şurasının sədri Talib müəllimlə danışmışdır. Belə ki, tanışlarının olduğunu və onların MMCyə mis verib, həmin misi saf hala çevirmək istədiyini demiş, Talib müəllim onun tanışı olduğu təqdirdə heç bir problemin olmayacağını demiş və onu oğlu Azər müəllimin yanına yönəltmişdir. Azər müəllim isə bu işi köməkçisi İlkinə tapşırmışdır. Bundan sonra Zaur MMC-yə mis göndərməyə başlamış, həmin mallar Zaurun adından deyil, tanışı Xəqani Əlizadənin adından gəlmiş və qəbul sənədləri onun adına sənədləşdirilmişdir. Bir müddət Zaur MMC ilə işləmiş və heç bir problem yaşanmamışdır. Zaur 1 ton misin saf hala gətirilməsi üçün 500 ABŞ dolları pul vermiş, həmin pulu bəzi vaxtlar ona, bəzi vaxtlar isə özü zavoda göndərmişdir. Həmin pul Azərin köməkçisi İlkinə çatmış, İlkin də həmin pulu kasaya mədaxil etmişdir. Pul mədaxil olunandan sonra Zaur malı zavoddan çıxarmış, onun həmin proseslərdə heç bir marağı olmamış və heç bir məbləğdə pul çatmamışdır. 2022-ci ilin sentyabr ayında o, öz ərizəsi ilə işdən çıxmış, həmin vaxt şirkətdə maddi cəhətdən problemlər yaşanmağa başlamışdır. Belə ki, zavodda istehsalat dayandığından mis almağa imkanı olmamış, həmin vaxt Zaurun zavodda 30,5 ton misi olmuşdur. Zavod özü mis almağı dayandırdığından misi saf hala gətirən avadanlığı işlətməmişdir. Zaur ona türklərlə iş gördüyünü, onlara ya mal, ya da pul çatdırmalı olduğunu demiş, həmin vaxt pulu olmadığını, uzağı özünə məxsus avtomobili verə biləcəyini bildirmiş, bundan 1 həftə sonra Zaur ondan həmin avtomobili istəyərək zavoddan pulu alandan sonra avtomobilinin pulunu qaytaracağını söyləmiş, o da avtomobilini 30000 ABŞ dollarına hesablayıb Zaura vermişdir.
7. Araşdırma zamanı izahatı alınmış X3 göstərmişdir ki, Cavabdeh 2015-ci ildən tanıyır, sonuncu həmin vaxt əlvan metalların alqı-satqısı ilə məşğul olmuşdur. 2021-ci ilin ortalarında Yusif və Zaur ona bildirmişdir ki, Zaur "xxxx" MMC-yə mis vermək istəyir, ancaq onun adından verilsə MMC qəbul etməyəcək. Onların xahişi ilə Zaurun MMC-yə verdiyi mis onun adından sənədləşdirilmişdir. Belə ki, MMC-də həmin misin sənədlərdə ona məxsus olduğu görünmüş, halbuki həmin misi Zaur MMC-yə göndərmişdir. Onun bu proseslərə görə onlardan heç bir narazılığı olmamışdır. Sonradan xəbər tutmuşdur ki, Zaurun göndərdiyi misi MMC qaytarmamış və pulunu verməmişdir.
8. Araşdırma zamanı izahatı alınmış Nümayəndə2 göstərmişdir ki, 2018-ci ildən “X6” MMC-də işləyir. Cavabdeh ərizəsi ilə tanış olmuşdur, bildiyi qədəri i lə həmin şəxsin adına heç bir metal qəbul olunmamışdır. Həmin şəxs MMC-də transformator zavodunun direktoru işləmiş İddiaçı vasitəsi ilə MMC-yə mis vermişdir. MMC-nin Ukrayna və Rusiya ilə müqavilələri vardır. Ancaq hazırda hər iki ölkə arasında müharibə olduğundan MMC-yə ödənişlər olunmur və MMC-də maddi sıxıntılar yaranmışdır. Bu səbəbdən MMC qeyd olunan misin pulunu qaytara bilməmişdir. Ancaq yaxın bir həftə ərzində MMC-yə köçürmələr olacaqdır və qeyd olunan pullar şəxslərə ödəniləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödəniş gününə manat məzənnəsi ilə 30000 ABŞ dolları məbləğində, "xxxx" MMC-dən isə 1827, 5 manat məbləğində pulun, vəkilin hüquqi yardımına görə çəkdiyi 300,00 manat xərcin, iddianın verilməsi üçün tərəfindən ödənilmiş 250,00 manat dövlət rüsumunun isə cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Sonradan iddiaçı nümayəndəsi, vəkil Nümayəndə1 vasitəsi ilə ərizə təqdim edərək, "xxxx" MMC-nin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmiş və məhkəmənin qərarına əsasən "xxxx" MMC cavabdehlər siyahısından çıxarılmışdır.
11. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 05 avqust 2015-ci il tarixdən etibarən "xxxx" MMC-nin plan şöbəsində əmək fəaliyyətinə başlayaraq orada müxtəlif vəzifələrdə çalışmış, 22 oktyabr 2021-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək isə həmin zavodun direktoru vəzifəsində işləmiş və zavo dda yaranmış durğunluq səbəbindən öz xahişi ilə işdən çıxmışdır. Həmin vəzifədə olarkən zavodla işləyən, yəni zavoda xammal verən fiziki şəxslərdən biri olan Xəqani Əlizadə kimi tanıdığı şəxs, Cavabdeh onunla tanış etmiş, sonuncu Xəqani Əlizadənin adından zavoda mis qırıntıları vermiş, aralarında münasibət yaranmış və heç bir problem yaşanmamışdır. Lakin getdikcə zavodda maddi problemlər yaranmış, istehsalatda dayanmalar olmuşdur. Yəni, maliyyə çətinlikləri səbəbindən zavod mis qırıntıları almağı dayandırmış, misi saf hala gətirən avadanlıq işləməmiş və istehsalat dayanmışdır. Bu səbəblə digərləri kimi, Cavabdeh da zavodda bir neçə ton mis qırıntısı qalmış və pulunu ala bilməmişdir. Odur ki, 29 sentyabr 2022-ci ildə işdən çıxdıqdan sonra Cavabdeh onunla qısa müddət ərzində bir neçə dəfə gö rüşərək zavodda qalmış mis qırıntılarının taleyinin necə olacağı ilə bağlı söhbətlər etmişdir. Həmin görüşlərin birində Cavabdeh zavodda qalmış malının pulunun nə vaxt veriləcəyinin naməlum olduğunu, yeni biznes qurmaq üçün türklərlə işbirliyinə başladığını, bu səbəblə də mala və ya pula kəskin ehtiyacı olduğunu bildirərək, ondan təcili kömək istəmişdir. O, 30000 ABŞ dolları qiymətində olan **-KY-*** dövlət qeydiyyat nişanlı “BMW-535” minik markalı avtomaşınını, zavoddan pulunu aldıqdan sonra dəyərini qaytarmaq şərti ilə təcili surətdə ona verməyi xahiş etmişdir. Maşınını Zaurun mülkiyyətinə verməyə özlüyündə razı olmasa da, aralarında olan yaxşı münasibətə görə, habelə onun davamlı xahişləri əsasında göstərilən maşını 03 oktyabr 2022-ci il tarixdə etibarnamə əsasında, cavabdehin təqdim et diyi şəxsin, yəni X1 istifadəsinə vermişdir. Lakin bütün bunlara baxmayaraq Cavabdeh, bir neçə gün sonra, zavodda qalan mis qırıntılarının pulunu ondan tələb etməyə başlamış, cavabında isə o, bu məsələnin ona yox, zavoda aid olduğunu, direktor olduğu dövr üçün cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımadığını ona dəfələrlə bildirmişdir. İzah etmişdir ki, xam mis qırıntıları ona yox, zavoda verilmiş və heç kim tərəfindən mənimsənilməmişdir. Digər tərəfdən Zaurdan, vədinə əməl edərək verdiyi minik maşının pulunu qaytarmağı xahiş etmiş, lakin sonuncu bundan qərəzli surətdə yayınmış, yalnız pullarını aldıqdan sonra ona 30000 ABŞ dolları verəcəyini bildirmişdir. Bu zəmində aralarında narazılıq yaranmış, nəticə etibarilə məsələnin həlli üçün tərəfindən Sumqayıt şəhər Polis İdarəsinə müraciət edilmişdir. Sumqayıt Şəhər Pİ-nin istintaq Şöbəsində aparılan araşdırma zamanı yuxarıda göstərilən faktlar öz təsdiqini tapdığından 25 oktyabr 2022-ci il tarixli qərar ilə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və həmin qərarla onların hər ikisinə mülki mübahisə ilə bağlı aidiyyəti üzrə mülki məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Cavabdeh iddiaçıya xəbər vermədən, 03 oktyabr 2022-ci il tarixdə onun təqdim etdiyi şəxsə tərəfindən etibarnamə əsasında verilmiş avtomobili 10 gün sonra, yəni 13 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında öz adına rəsmiləşdirmiş və həmin avtomaşına **-ZY-*** dövlət nömrə nişanı verilmişdir. Göründüyü kimi, Cavabdeh zavoda vermiş olduğu mis qırıntılarının puluna görə "xxxx" MMC cavabdeh olduğu halda, o, bazar qiyməti 30000 ABŞ dolları olan maşınını mənimsəyərək ona həmin məbləğdə zərər vurmuşdur. Digər tərəfdən, "xxxx" MMC-nin Cavabdeh çatası pulu vaxtında verməməsi səbəbindən iddiaçı artıq 5 aydan artıqdır ki, qiyməti 30000 ABŞ dolları, yəni milli valyuta ilə qiyməti 51000 manat olan əmlakından (avtomaşınından) məhrum olmuşdur. Ona görə də, həmin dövr üçün iddiaçının xeyrinə 1825,00 manat (51000 manatın illik 8,6 faizi = 4386 manat: 12 ay = 365,5 manat x 5 ay =1827,5 manat) faiz tutulmalıdır.
12. İddiaçı Cavabdeh İddiaçı qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödəniş gününə uyğun manatın məzənnəsi ilə 42000 ABŞ dolları məbləğində pul vəsaitinin və 305 m anat məbləğində ödənilmiş dövlət rüsumunun həmin tələb üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh həqiqətən də İddiaçıla sonuncunun da bildirdiyi kimi Xəqani Əlizadə vasitəsilə tanış olmuş, daha sonra İddiaçı onun mis qırıntılarını saf hala gətirərək fərqli sahibkarlara satmağı barədə məlumatı olduqdan sonra, ona direktor işlədiyi "xxxx" MMC-nin belə bir imkana - yəni mis qırıntısını saf hala çevirən avadanlığa sahib olduğunu bildirmişdir. Daha sonra, Cavabdeh mis qırıntılarını şəxsən İddiaçı göndərdikdən sonra sonuncu həmin qırıntıları saf hala gətirmiş və ona geri göndərmişdir. Həmin işin görülməsi müqabilində Cavabdeh tərəfindən İddiaçı bir ton mis qırıntısına görə 850 manat (500 ABŞ dolları) pul ödənilmişdir. Həmin vaxt onların arasında heç bir problem olmamışdır. Cavabdeh ümumiyyətlə "xxxx" MMC-ni tanımamış, malları birbaşa olaraq İddiaçı ona bildirdiyi ünvana çatdırmışdır. 2022-ci ilin iyun ayının sonlarından sentyabr ayına qədər hissə-hissə olmaqla, ümumilikdə 30,5 ton mis qırıntısını İddiaçı göndərmiş, sonuncu avadanlığın işə düşməsi üçün ən azı 32 ton mis qırıntısı olmasın zərurətini bildirmiş, qalan mis qırıntısını İddiaçı göndərdikdən sonra sonuncu 14 gün sonra mis qırıntısını saf hala gətirib ona qaytaracağını bildirmişdir. Lakin, sənədləşmə Cavabdeh adına deyil, Xəqani Əlizadənin adına aparılmışdır. 14 gün müddət yekunlaşdıqdan sonra, mallar göndərilmədiyi üçün İddiaçıla əlaqə saxlamış, sonuncu bildirmişdir ki, MMC-dən işdən çıxarılmışdır, lakin mall arı ona çatdıracaqdır, narahat olmasın. Cavabdeh dəfələrlə İddiaçıla əlaqə saxlasa da, Yusif müxtəlif bəhanələr gətirmiş və malları ona təhvil verməmişdir. Zaurun artıq heç bir əlacı qalmadığı üçün "xxxx" MMC ilə əlaqə yaratmağa çalışaraq mülkiyyət hüququ ona məxsus olan malların İddiaçı tərəfindən geri qaytarılmadığını soruşduqda onlar bildirmişlər ki, İddiaçı ona məxsus malların külli miqdarda hissəsini onların xəbəri olmadan mənimsəmiş və buna görə də şirkətdən qovulmuşdur. Həmçinin bildirmişlər ki, ona vurulmuş olan ziyanın şirkətin payına düşən hissəsi tam şəkildə qarşılanacaq, yerdə qalan məbləğ isə İddiaçı tərəfindən ödəniləcəkdir. Lakin, şirkət tərəfindən ödənişlər gec edilmiş, səbəb olaraq bildirilmişdir ki, MMC-nin Rusiya və Ukrayna şirkətləri ilə müqavilələri vardır, ancaq hal-h azırda müharibə olduğuna görə onlar ödənişlər edə bilmirlər, buna görə də pulun geri qaytarılması mümkün deyildir. Daha sonra şirkət tərəfindən 132000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh ödənilmiş, İddiaçı isə öz payına düşən 72000 ABŞ dolları məbləğində pul vəsaiti olmadığını bildirmiş, borcun bir hissəsinin əvəzinə, yəni 30000 ABŞ dollarının yerinə istifadəsində olan “BMW-535” markalı avtomobilini verə biləcəyini qeyd etmişdir. Cavabdeh İddiaçı qeyd edilən şərti ilə razılaşdıqdan sonra, avtomobilə dair ilk öncə sürücüsü X1 adına etibarnamə verilmiş, daha sonra avtomobil onun adına rəsmləşdirilmişdir. Lakin, İddiaçı üzərinə götürdüyü öhdəliyi icra etməmiş, borclu olduğu 42000 ABŞ dolları məbləğində pul vəsaitini geri qaytarmamışdır.
14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 o ktyabr 2023-cü il tarixli, e2(010)-1924/2023 nömrəli qətnaməsi ilə (hakim T.N.Mahmudova) ilkin və qarşılıqlı iddialar rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi ilkin iddia ilə bağlı qeyd etmişdir ki, İddiaçı 03 oktyabr 2022-ci il tarixdə “BMW 535” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh sürücüsü X2 etibar etdiyi müəyyən olunur. Həmin etibarnamənin məzmunundan görünür ki, iddiaçı etibarnaməni “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” kimi səlahiyyətlər əsasında vermişdir. Göründüyü kimi iddiaçı etibarnaməni verən zaman etibar edilən şəxsin həmin nəqliyyat vasitəsi barədə sərəncam vermək hüququ olduğunu bilmiş və könüllü surətdə buna razılıq verərək iradə ifadəsini bildirmişdir. Tərəflər arasında həmin nəqliyyat vasitəsinin və ya pulunun sonradan geri qaytarılmasına dair razılaşma olmasını nəzərdə tutan hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hazırkı iş üzrə iddiaçının cavabdehə öz nəqliyyat vasitəsini sonradan qaytarmaq şərti ilə verməsi və ya onun dəyərinin qaytarılması ilə bağlı iddiaçı tərəfin izahatından başqa sübutlar yoxdur. İddiaçının izahatı təkbaşına sübutetmə vasitəsi sayılmayaraq, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçının izahatını təsdiq edəcək digər sübutlar olmadığı üçün, digər sübutlarla yanaşı yoxlanıla və qiymətləndirilə bilmir. Bu səbəbdən də iddiaçının izahatı mötəbər sübut sayılmır və məhkəmə qətnamə qəbul edərkən möt əbər olmayan sübuta əsasla bilməz. İddiaçı öz tələbini təsdiq edən sübutları təqdim edə bilmədiyi üçün məhkəmə qərarı ehtimallara əsaslana bilməz.
16. Qarşılıqlı iddia tələbinə münasibət bildirərək birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh İddiaçı barəsində olan şikayəti əsasında da həmçinin Sumqayıt şəhər Polis İdarəsində müvafiq araşdırma aparılmış və araşdırma zamanı Cavabdehla, “X6” MMC arasında olan münasibətlərin mülki hüquq xarakterli olması müəyyən edilmiş və Cavabdeh “X6” MMC ilə yaranmış mülki mübahisə ilə bağlı aidiyyəti üzrə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
17. Qarşılıqlı iddia üzrə iddiaçı tərəf Cavabdeh "xxxx" şirkəti ilə heç bir əlaqəsi olmadığını və malları bilavasitə İddiaçı təhvil verdiyini bildirsə də, məhkəm ə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən İddiaçı verilməsi iddia olunan mis qırıntıları şəxsən İddiaçı özünə deyil, "xxxx" MMC-yə təhvil verilmiş və şirkətin nümayəndəsi Nümayəndə2 bildirdiyi kimi qaimələr əsasında verilmiş mis qırıntılarının dəyəri olaraq Cavabdeh müəyyən ödəniş edilmişdir.
18. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə üçüncü şəxs qismində məhkəməyə izahat verən şirkətin nümayəndəsi Nümayəndə2 bu məsələ ilə bağlı həmin dövrdə şirkət tərəfindən araşdırılma aparıldığını və Cavabdeh şirkətlə əlaqəli olduğu hissədə pulunun şirkət tərəfindən ödənildiyi, geri qalan məbləğin isə İddiaçı tərəfindən Cavabdeh ödənilməsi barədə aralarında “centlmen razılaşması” olduğu, həmçinin, İddiaçı şirkətdə uzun müddət işləməsinin nəzərə alınaraq polisə məlumat ver ilməməsi barədə qeyd etdikləri həqiqətə uyğun deyil və əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh şikayəti əsasında müvafiq araşdırma aparılaraq, materiallar toplanılmış, lakin yekun nəticədə şikayətin dəlilləri əsaslı olmadığı üçün İddiaçı əməllərində cinayət tərkibi olmadığı müəyyən olunmuşdur. Bununla yanaşı, İddiaçı Cavabdeh tərəfindən təhvil verilmiş 72000 dollar məbləğində mis qırıntılarını mənimsəmə faktının olması və bununla bağlı şirkətin sadəcə olaraq İddiaçı şirkətdə uzun müddət işləməsini nəzərə alaraq heç bir addım atmaması, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar olduğu halda (şirkətin nümayəndəsinin bildirdiyinə əsasən) işdən azad etməyərək, öz ərizəsinə əsasən işdən çıxarılması, polisə şikayət etməməsi və kifayət qədər yüksək məbləğ də pulun (manat məzənnəsi ilə 122400 manat) qaytarılması ilə bağlı sadəcə olaraq yazılı deyil, şifahi razılaşma bağlaması inandırıcı deyil.
19. Məhkəmə dindirilmiş şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, şahid İlham Qayıbovun bildirdiyi hallar, yəni Cavabdeh İddiaçı onun vasitəsilə dəfələrlə müxtəlif məkanlarda pul verməsi, 42000 dollar məbləğində borcun iş əsasında yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin, X7 Hüseynovun dəfələrlə zavoda mis göndərdiyini, onun əsasında pul verməsini və bunun qarşılığında misin katoda çevrilməsini qeyd etmişdir. Göründüyü kimi şahidin ifadəsindən Zaurun mis qırıntılarını Yusifə təhvil verməsi ilə bağlı hər hansı məlumatı olmadığı, əksinə Zaurun dəfələrlə zavodla iş gördüyünü və ora katoda çevrilməsi üçün mis qırıntılar ı göndərdiyi müəyyən olunmuşdur.
20. Məhkəmə digər şahid Azər Axundovun ifadəsində qeyd etdiyi Zaur bəyin tədarükçülərdən aldığı misləri Yusif bəyə işçiləri vasitəsi ilə xammal şəklində təhvil verməsi, bu formada aralarında alver yaranması, Yusifin Zaura 42000 dollardan artıq borcu olmasını eşitməsi və aralarındakı münasibətə görə güzəşt edərək 42000 dollar istəməsi barədə hallarla razılaşmayaraq qeyd etmişdir ki, hazırkı ifadədən Yusif və Zaur arasında mis qırıntılarının emalı ilə bağlı münasibətlərin yaranması və bunun əsasında Yusifin Zaura borclu olması bilavasitə öz təsdiqini tapmır. Belə ki, şahid ifadəsi kimi Azər Axundovun, eləcə də İlham Qayıbovun ifadəsi qarşılıqlı iddianın təmin edilməsi üçün kifayətedici deyildir. Çünki məhkəmə iclasında şahid qismində dindirilmiş hər iki şəxs məhz Cavabdeh yaxın dostu və əvvəlki işçisi olmaqla iş üzrə maraqlı tərəfdir və bu səbəbdən Cavabdeh maraqlarından çıxış edərək izahat vermişlər. Buna görə də işdə maraqlı olan şahidlərin izahatı əsasında qətnamə qəbul edilməsi əsaslı deyil. Qeyd edilmişdir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şahid ifadələri sübutetmə vasitəsi olsa da, məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi də əsassız olduğundan təmin edilə bilməz. Mülki iş üzrə həm ilkin, həm də qarşılıqlı iddiaçı öz tələblərin in əsaslarını məhkəmədə sübut edə bilməmişdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3, 385.1, 386.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 80, 81, 88, 106, 217.1, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
22. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini qismən – ilkin iddia tələbinin təmin olunmamasına dair hissədə ləğv edilməsi və ilkin iddianın təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.
23. Həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edi lməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2(103)-1131/2024 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və S.X.Bəhrəmzadədən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2023cü il tarixli, e-2(010)-1924/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, o, direktoru olduğu "xxxx" MMC-nin Cavabdeh olan borcunun 30000 ABŞ dolları hissəsini özünə məxsus avtomobili adı çəkilən şəxsə könüllü verməklə icra etmiş, Cavabdeh həmin vəsaiti ona geri qaytaracağına söz versə də, öhdəliyini yerinə yetirməmişdir. Başqa sözlə, iddiaçının özünün bildirdikləri əsasında müəyyən olunan odur ki, o, "xxxx" MMC-nin öhdəliyinin qismən icrasını həyata keçirmiş, kreditor (Cavabdeh) isə bu icranı qəbul etmişdir. Belə olan halda ilkin iddiaçının, "xxxx" MMC-nin əvəzinə icra etdiyi öhdəliyin icrası ilə bağlı kreditora ödədiyi vəsaiti (verdiyi əmlakı) geri tələb etməsi, yalnız sözügedən öhdəliyin əslində mövcud olmadığı sübuta yetirilməklə əsassız varlanma müddəalarına istinadən irəli sürülə bilər. İlkin iddiaçı isə belə bir hal irəli sürmür - əksinə, qeyd olunduğu kimi, "xxxx" MMC-nin müvafiq öhdəliyinin mövcudluğunu və bu öhdəliyin bir hissəsini özünün icra etdiyini bildirir. Göstərilənlərə əsasən apellyasiya kollegiyası, birinci instansiya məhkəməsinin ilkin iddia tələbi üzrə gəldiyi nəticə, habelə müvafiq əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, ilkin iddiaçı, "xxxx" MMC-nin əvəzinə icra etdiyi öhdəlik üçün həmin MMC-nə qarşı müvafiq tələb irəli sürmək hüququna sahibdir.
26. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, "xxxx" MMC-nin nümayəndəsinin bildirdiyi hal, yəni MMC ilə ilkin iddiaçı arasında "xxxx"nın mövcudluğu hazırkı iş baxımından deyil, əgər ilkin iddiaçı MMC-nə qarşı müvafiq tələbi irəli sürərsə, həmin işə baxıldığı zaman əhəmiyyət kəsb edə bilər.
27. Apellyasiya kollegiyası, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab etmiş və qarşılıqlı iddia ərizəsində irəli sürülən dəl illərlə eyni məzmunda əsaslandırılan apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə əsaslandırma aparmağa zərurət görməmişdir. Qarşılıqlı iddiaçının, 132000 ABŞ dollarının ona məhz MMC tərəfindən qaytarıldığını bildirməsi və eyni zamanda İddiaçı MMC-nin direktoru olaraq mis emalını şəxsən həyata keçirmək imkanında olmasının mümkünlüyünün ağlabatan olmadığı, qarşılıqlı iddiaçının tələbinə cavab verməli olan subyektin MMC olduğu qənaətinə gəlməyə əsas verir. İddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürülən tələb isə təmin oluna bilməz. 28. apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 5.3, 14.2.1, 21, 52.1, 87.1, 385.1, 386.1, 431.1, 431.3, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 54.1, 54.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 385-ci maddəl əri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
29. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2(103)-1131/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 6.1, 6.2, 16.1, 21.1, 21.2, 385.1, 386.1, 431.1, 567-ci, Mülki Prosessual Məcəllənin 2.1, 76.1, 76.2, 88, 218.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı hazırki mübahisə üzrə (ümumiyyətlə hər hansı bir digər iş üzrə) heç bir mülki hüquq subyektinin borc lusu deyil, yəni o, pul və ya əmlak almamışdır. Borclu olduğunu təsdiq edən hər hansı bir sübut iş materiallarında mövcud deyil. Belə olan halda, üzərində mülkiyyət hüququ olan nəqliyyat vasitəsinin əlindən çıxması faktı ilə bağlı halların aşağı məhkəmələr tərəfindən qanuni hesab edilməsi tamamilə əsassızdır. Nəticə etibarı ilə hazırki mübahisə üzrə zərər vurulan şəxs iddiaçı, zərər vuran və əsassız varlanan şəxs isə cavabdehdir. "xxxx" MMC iddiaçının tələbi üzrə Cavabdeh borclusu hesab edilə bilməz, çünki Cavabdeh məxsus hesab edilən xammal cəmiyyətin zavoduna onun öz adından deyil, biznes münasibətində olduğu Xəqani Əlizadənin adından rəsmiləşdirilmişdir. Odur ki, cəmiyyətdən qalıq borc pul tələbi üzrə subyektiv hüquq sonuncuya, yəni Xəqani Əlizadəyə məxsusdur. Bu nöqteyi-nəzərdən, apell yasiya məhkəməsi tərəfindən iddiaçının mülkiyyətində olan “BMW 535” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyəri olan 30000 ABŞ dolları məbləğində pulun cavabdehin onu aldatması nəticəsində əlindən çıxması faktının “borclunun (yəni zavodun) əvəzinə Cavabdeh icra edilmiş hesab olunması” tamamilə absurd və əsassız bir nəticədir. Apellyasiya məhkəməsi cavabdehin xahişi ilə özünün təqdim etdiyi şəxsə iddiaçı tərəfindən verilmiş etibarnamədən sui-istifadə etməklə nəqliyyat vasitəsini öz mülkiyyətinə keçirməsinə və bu zaman onun bazar dəyərini təşkil edən 30000 ABŞ dolları məbləğində pulu verməməsinə əhəmiyyət verməmişdir. Apellyasiya məhkəməsi iş materiallarına əlavə edilmiş sübutları, o cümlədən Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində 25 oktyabr 2022-ci i l tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında, eləcə də DİN-nin BDYP İdarəsinin təqdim etdiyi materiallarda ilkin iddianın mahiyyəti ilə bağlı halları nəzərə almamış, həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır.
31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
32. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
34. Qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddiasının təmin olunmayan hissəsində kassasiya qaydasında mübahisələndirmədiyindən, hazırki kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin yalnız ilk iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 431.1-ci maddəsinə əsasən bor clu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən ol unmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən k assasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verilməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
39. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan avtomobili direktoru olduğu MMC-nin ehtimal olunan borcunun bir hissəsinin əvəzi kimi könüllü olaraq cavabdehin mülkiyyətinə verməsi onun öz ifadəsi və işdə olan digər sübutlarla müəyyən olunmuşdur. Belə olan halda, apellyasiya məhkəməsi düzgün olaraq mübahisəyə Mülki Məcəllənin 431.1-ci maddəsini tətbiq etməklə, iddiaçının verdiyi əmlakın dəyərini qaytarılması tələbini əsassız hesab etmişdir.
40. Bu zaman qeyd olunmalıdır ki, "xxxx" MMC-nin cavabdeh qarşısında öhdəliyin olmaması və bu səbəbdən cavabdehin iddiaçının hesabına əsassız varlanması iddiaçı tərəfindən irəli sürülməmiş və bu məsələ hazırki işin araşdırma predmeti olmamışdır.
41. İddiaçı tələbini Mülki Məcəllənin 21-ci maddəsi (zərərin əvəzinin ödənilməsi) əsaslandırmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında da izah etdiyi kimi, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Hazırki işdə isə cavabdehin iddiaçıya qarşı delikt törətməsi ilə bağlı dəlillər irəli sürülməmişdir.
42. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 15 sentyabr 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olu nmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
44. Göstərilənl ərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2(103)-1131/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni ilk iddianın təmin olunmaması hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.