Məhkəmə qərarları › İş №2(102)-2103/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2103/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2103/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2103/21 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı: LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil, Cavabdeh: Cavabdeh vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2020-ci il tarixli, 2(105)-740/2020 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti üzrə işə 27 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən əsas borca görə 99.486 manat, faiz borcuna görə 42.365 manat, cəmi 141.851 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zəngilan Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.K.İmanova) iddia qismən təmin edilərək, cavabdehdən əsas borca görə 99.486 manat, hesablınmı ş faizə görə 42.365 manat, cəmi 141.851 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməyib və onun müqavilə üzrə iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas və faiz borcu yaranıb. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 448.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini x ahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Zəngilan Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia rədd olunub. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi onların ümumi niyyətini əks etdirsə də həmin müqavilədə nəzərdə tutulan öhdəlik yaranmayıb. Belə ki, müqavilədə nəzərdə tutulan kredit məbləği cavabdehə verilməyib, bu barədə tərəflər arasında ümumiyyətlə ödəniş cədvəli tərtib edilməyib. Həmçinin iddiaçının məlumatına görə kassa məxaric orderinin saxlanma mü ddəti keçib, əhəmiyyətini itirmiş sənədlər isə məhv edilməsi üçün Aktla Milli Arxiv İdarəsinə təhvil verilib. Müqavilədə kredit vəsaitindən istifadə müddəti 20 noyabr 2009-cu il tarixində bitib. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa görə kredit müqaviləsi üzrə sonuncu ödəniş 30 oktyabr 2012-ci il tarixdə aparılıb. Bununla da iddiaçı qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürüb. Mübahisə tərəfinin, yəni cavabdehin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi isə iddiadan imtina barədə qərar çıxarılması üçün əsasdır. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq bu hallara diqqət yetirməyib. Ona görə də qətnamə ləğv edilərək, iddia rədd olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqey ini Mülki Məcəllənin 373, 375, 442, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, kasasiya şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kasasiya şikayətini belə əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iddianı təmin etməməklə səhv nəticəyə gəlib. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icla sında iddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh vəkili Şahmar Abdalov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalara bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edili r. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarmasa üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhk əməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya in stansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, 14 sentyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 20 noyabr 2009-cu il tarixədək qaytarmaq və illik 7 faiz ödəmək şərti ilə 204.546 manat məbləğində kredit verilib. 05 dekabr 2018-ci il tarixli maliyyə arayışına görə cavabdehin 30 noyabr 2018-ci il tarixə iddiaçıya ödənilməmiş 99.486 manat əsas, müqavilənin müddətinin bitdiyi 20 noyabr 2009-cu il tarixə ödənilməmiş 2.665 manat, kredit sistemi üzrə 30 noyabr 2018-ci il tarixə ödənilməmiş 42.365 manat faiz borcu vardır. Hazırda iddiaçı cavabdehin sözügedən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyini əsas tutub cavabdehdən əsas borca görə 99.486 manat, 30 noyabr 2018-ci il tarixə hesablanmış faiz borcuna görə 42.365 manat olmaqla, cəmi 141.851 manat pul tələb edir. Cavabdeh isə iddiaçı ilə hər hansı kredit müqaviləsi bağlamadığını, belə bir müqaviləni imzalamadığı, iddiaçı tərəfindən ona kredit müqaviləs i, kassa məxaric orderləri üzrə pul verilmədiyini və ümumiyyətlə sözügedən kredit müqaviləsi barədə məlumatsız olduğunu göstərib, iddiaya etiraz edir. Əvvəla, apelyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış hazırki mübahisəli hüquq münasibətinə iddia müddətini tətbiq etməklə Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbini pozub. Belə ki, işin 21, 36, 44, 65, 67, 69, 87-ci vərəqələrində olan telefonoqramlardan, birinci instansiya məhkəməsinin 12 mart 2019-cu il və 18 aprel 2019cu il tarixli məhkəmə iclas protokollarından (iş vərəq 28), cavabdehin iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi haqqında 18 aprel 2019-cu il tarixli yazılı vəsatətindən (iş vərəq 48), habelə cavabdehə məxsus sərbəst imza nümunələrindən (iş vərəq 58) və tərəflərə göndərilmiş sms xəbərdarlı qlarına dair bildirişlərdən (iş vərəq 79, 86) görünür ki, işdə iştirak edən şəxslər, o cümlədən cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasları barədə məlumatlı olub. Bu hal onun birinci instansiya məhkəməsinin ayrı-ayrı məhkəmə iclaslarında şəxsən iştirak etməsi və iş üzrə məhkəmə xəttşünaslıq ekspertizanın təyin edilməsi haqqında yazılı vəsatət, sərbəst imza nümunələri verməsi və sair ilə də istisna olunmur. Cavabdehin işin 196-cı vərəqində olan yazılı ərizəsindən isə görünür ki, o, apelyasiya icraatı mərhələsində apelyasiya instansiyası məhkəməsinə yazılı ərizə verərək hazırki mübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiq edilməsini xahiş edib. Göründüyü kimi sözügedən kredit müqaviləsi üzrə mübahisə tərəfi olan cavabdeh birinci instansiya məhkəməsinin 12 mart 2019-cu il və 18 aprel 2019-cu il tarixli məhkəmə iclaslarında bilavasitə iştirak etdiyi, sonrakı məhkəmə iclaslarına isə üzrsüz səbəblərdən gəlmədiyi halda, birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə verməyib. Lakin, belə bir ərizəni apelyasiya icraatı mərhələsində verib. Apelyasiya instansiyası məhkəməsi isə cavabdehin ərizəsini qəbul edərək iddia müddətinin keçməsini əsas tutub iddiadan imtina barədə qətnamə qəbul edib. Halbuki, Mülki Məcəllənin 375.2-ci maddəsinin mənasına görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Yəni iddia müddəti məhkəmə qərarı çıxarılanadək, prosesin istənilən mərhələsində verilmiş ərizə əsasında tətbiq edilə bilər. Bu isə o, deməkdir ki, birinci instansiy a məhkəməsində işə baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə verilməyibsə, apelyasiya, kasasiya və əlavə kasasiya instansiyası məhkəmələrində müddətin ötməsinə istinad edilə bilməz. Eyni zamanda, hər bir halda müddətin ötməsi barədə mübahisə tərəfinin verdiyi ərizəni məhkəmə mülki qanunvericiliyin müddətlərlə bağlı qaydalarına (müddətin başlanması, dayandırılması, kəsilməsi) əməl edilib-edilməməsi baxımından yoxlamalıdır. Məhkəmə iddia müddətinin ötürüldüyünü dəqiq müəyyən etdikdən sonra iddianın rədd edilməsi barədə qərar çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 372.1 və 372.2-ci maddələrinin tələblərinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Əlavə faktlar və sübutlar ape lyasiya instansiyası məhkəməsi tərəfindən o, halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Əlavə faktların və sübutların apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməsinə dair MPM-nin 372.2-ci maddəsinin müddəaları həmin Məcəllənin 371-ci maddəsinin tələblərinə əsaslanır və bu iki prosessual hüquq normaları arasındakı fərq həmin Məcəllənin 372.2-ci maddəsində nəzərdə tutulduğu kimi yalnız əlavə sübutların deyil, həm də əlavə faktların apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmasını nəzərdə tutur. Qeyd olunan prosessual hüquq normasının mənasına görə, apelyasiya instansiyası məhkəməsi əlavə faktların və sübutların birinci instansiya məhkəməsinə onları ape lyasiya icraatında təqdim etmiş işdə iştirak edən şəxsdən asılı olan səbəblərdən təqdim olunmadığı qənaətinə gəldikdə, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən həmin faktları və sübutları araşdıra və qətnamə çıxararkən onlara istinad edə bilməz. “L.İ.Binnətovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında da ifadə olunmuş hüquqi mövqeyə görə, MPM-nin 372.2 və 416-cı maddələrinin tələbləri baxımından tərəfin müvafiq olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Apelyasiya instansiyası məhkəməsi məhkəmə aktına yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tə tbiqi ilə bağlı verə biləcəyi ərizəni əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə haqlı deyil. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apelyasiya qaydasında baxılarkən ilk növbədə cavabdehin hazırki mübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiqi barədə ərizəni nəyə görə birinci instansiya məhkəməsinə təqdim etməməsinin səbəbləri araşdırılmalı və bundan sonra həmin ərizənin apelyasiya icraatı mərhələsində qəbul edilməsinin mümkünlüyü məsələsinə sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi, iddiaçının sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini icra edib müqavilədə nəzərdə tutulan 2 04.546 manat krediti cavabdehə vermədiyini, bu barədə kassa məxaric orderinin, ödəniş qrafikinin məhkəməyə təqdim edilmədiyini və beləliklə də tərəflər arasında əslində kredit hüquqi münasibətlərin yaranmadığını və sair göstərsə də kasasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, işdən, maliyyə arayışından görünür ki, 204.546 manat kredit borcunun 105.060 manat hissəsi artıq ödənilib və sözügedən kredit müqaviləsi üzrə ödənilməmiş 99.486 manat əsas, 42.365 manat faiz borcu qalıb. Kredit müqaviləsi üzrə sonuncu dəfə 30 oktyabr 2012-ci il tarixdə 38.534.07 manat ödəniş edilib. Apelyasiya instansiyası məhkəməsi ümumiyyətlə işin qeyd olunan halları üzrə heç bir araşdırma aparmadan, cavabdehin adından 105.060 manat kreditin kimin tərəfindən ödənilməsini aydınlaşdırmadan, onun ş əxsiyyətini müəyyən edib hazırki mübahisəli məsələyə münasibətini öyrənmədən, bu barədə işə əlavə edilmiş 17 aprel 2019-cu il tarixli akta və ona əlavə edilmiş sənədlərə (iş vərəq 138-143) MPM-nin 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət vermədən, habelə MPM-nin 265, 394-cü maddələrinin tələblərinə əsasən, sözügedən kredit müqaviləsinin bağlanması, imzalanması və həmin müqavilə üzrə kreditin verilməsi zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin olub-olmamasını müzakirə etmədən, iddia tələblərinin əsassız olması qənaətinə gəlmişdir. Halbuki, həmin aktdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin adından kassa mədaxil orderlərinə əsasən 30 noyabr 2012-ci il tarixədək 105.060,34 manat ödəniş edilib. Həmin kassa mədaxil orderlərinin ə sli iddiaçının arxiv üzrə mütəxəssisi Cavid Bababəyli tərəfindən iddiaçının Hüquq Xidmətləri Şöbəsinin hüquqşünası Günel Xıdırlıya təhvil verilib. 30 oktyabr 2012-ci il tarixli kassa mədaxil orderinə əsasən isə cavabdehin adına açılmış 1***-***-**-**5 saylı hesab nömrəsinə təyinatı ssuda ödənişi olmaqla 105.060,34 manat pul məbləği X2 tərəfindən iddiaçıya təhvil verilib. Göründüyü kimi cavabdehlə bağlanmış sözügedən kredit müqaviləsi üzrə 204.546 manat kreditin verilməsi, qeyd olunan kassa mədaxil orderinə əsasən cavabdehin adına açılmış hesab nömrəsinə X2 tərəfindən 105.060,34 manat pul vəsaitinin köçürülməsi və beləliklə də tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquqi münasibətlərinin yaranması mülki iş materialları ilə istisna olunmur. Bu baxımdan kasasiya instansi yası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2020-ci il tarixli, 2(105)-740/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar