Məhkəmə qərarları › İş №2(102)-2106/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2106/2019

09.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2106/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli, 2(103)-569/2018 saylı qətnaməsindən cavabdeh X3 və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 2(004)-231/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Z.A.Quliyev) iddiaçı “xxxx” BOKT ASC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması” barədə iddiası qismən təmin edilərək, cavabdeh xxxdan ödəniş vaxtı milli manata məzənnədə 07 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 49.062,14 ABŞ dolları, faiz borcuna görə 12.745,25 ABŞ dolları, hesablanmış cəriməyə görə 2.000 ABŞ dolları, cəmi 63.807,39 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri,xxx,xxx qəsəbəsində yerləşən, ilkin satış qiyməti 70.000 manat müəyyən edilən 1241 saylı bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərracdan satılması, əldə olunan vəsit hesabına kredit borcunun ödənilməsi və qalan hissədə iddi a ərizəsinin rədd olunması qət edilmişdir. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli, 2(103)-569/2018 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və İ.Ş.Vəliyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 27 aprel 2017-ci il tarixli qətnaməsi “müqavilə müddətinin bitməsindən sonra hesablanmış 25.490,50 ABŞ dolları faiz borcunun tutulması” tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh xxxdan ödəniş vaxtı milli manata məzənnədə kredit müqaviləsinin müddətinin bitməsindən sonra hesablanmış faiz borcuna görə 18.850,79 ABŞ dollarının tutulub idd iaçı təşkilata ödənilməsi, eləcə də qətnamənin cavabdeh xxxdan faiz borcuna görə 12.745,25 ABŞ dollarının tutulması hissəsində dəyişdirilərək, cavabdeh xxxdan ödəniş vaxtı milli manata məzənnədə faiz borcuna görə 12.554,47 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh xxx və vəkili Soyanxan Mustafayev qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması” barədə iddia qaldıraraq, cavabdeh xxxdan ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 49.062,14 ABŞ dolları, faiz borcuna görə 12.745,25 ABŞ dollar ı, hesablanmış cəriməyə görə 16.386.75 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcuna görə 25.490,50 ABŞ dolları, cəmi 103.684,64 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın digər Cavabdeh2 məxsus olan Bakı şəhəri,xxx,xxx qəsəbəsində yerləşən, 1241 saylı bağ evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka predmetinin satılmasından əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki ha lları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, cavabdeh xxx, vəkili Soyanxan Mustafayev və Cavabdeh2 məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansi yası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, iddiaçı təşkilat, o cümlədən Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməmişlər, cavabdeh xxx isə kassasiya şikayətində qətnaməni faiz borcunun tutulması hissəsində mübahisələndirmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunilyi və əsaslılığı cavabdeh xxxun kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 07 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik 28 faiz ödənilməsi şərti ilə 53.000 ABŞ dolları kredit verilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı təşkilat 14 aprel 2017-ci il tarixə cavabdeh xxxun ödənilməyən 49.062,14 ABŞ dolları əsas, müqavilə müddəti bitən tarixədək 12.745,25 ABŞ dolları faiz, 16.386,75 ABŞ dolları cərimə, habelə kredit müqaviləsinin müddəti bitdikdən sonrakı müddət ü çün 25.490,50 ABŞ dolları faiz borcunun olduğunu iddia etmişdir. Eləcə də işdən görünür ki, sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 07 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən digər Cavabdeh2 məxsus olan Bakı şəhəri,xxx,xxx qəsəbəsində yerləşən 1241 saylı bağ evi iddiaçı təşkilatın xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin sözügedən kredit müqaviləsi üzrə cavabdeh xxxdan əsas borca görə 49.062,14 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixədək hesablanmış faiz borcuna görə 12.554,47 ABŞ dollarının tutulması hissəsində gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə Azərbaycan Respublikası Mülki Məcəlləsini n 14.2.1, 385.1, 386.1, 442, 448.1-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında sözügedən kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəlikləri lazımınca icra etməmələri kimi qiymətləndirməklə düzgün nəticəyə gəlmişdir. Bununla belə apellyasiya instansiyası məhkəməsi borc məbləğinin düzgün hesablanmaması ilə bağlı cavabdeh xxxun apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edib haqlı olaraq qeyd etmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə onun iddiaçı təşkilata ödənilməmiş 12.554,47 ABŞ dolları faiz borcunun olduğu apell yasiya baxışı zamanı təyin edilən ekspertizanın rəyi ilə də müəyyən olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilmə si anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən ol unur”. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində cavabdeh xxx barəsində hesablanan faiz borcunu ekspert rəyinə uyğun olaraq 12.554,47 ABŞ dolları müəyyən etməklə düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edib, tərəflər arasında bağlanan kredit müqaviləsinin 3.2ci bəndinə istinad edib, kredit müqaviləsinin müddəti bitdikdən sonra borclu xxxun kreditə hesablanmış faizi vaxtında ödəmədiyi üçün ödənilməyən kredit üçün faiz dərəcəsini illik iki qat artıraraq 56 faiz dərəcəsi ilə müəyyən edib tutma qla maddi hüquq normalarının təfsirində səhvə yol vermişdir. Belə ki, əvvəla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 445.7-ci maddəsində göstərilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddənin mənasına görə, kredit borcuna faizləri n tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, bu hissədə kassasiya şikayətinin dəlillərini əsaslı sayıb qeyd edir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ö dəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Ona görə də kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanan sözügedən kredit müqaviləsinin 3.2-ci bəndinin tələblərini təfsir edərkən sadalanan maddi hüquq normalarının tələblərini pozaraq, həmin müqavilənin 1.5-ci bəndində kreditdən istifadəyə görə faiz dərəcəsinin verilmiş məbləğin illik 28 faizi, müqavilə üzrə faktiki illik faiz dərəcəsinin 29,99 faizi məbləğində, həmin müqavilənin 3.2-ci bəndində isə müqavilənin müddəti bitdikdən sonra, borc alan kredit faizlərini vaxtında ödəmədikdə ödənilməyən kredit üçün faiz dərəcəsinin illik iki qat artırılaraq 56 faizi məbləğində müəyyən edilməsinə dair qeyri-müəyyənliyə aydınlıq gətirmədən, həmin qeyrimüəyyənliyi özündə əks etdirən şərtləri müqaviləyə daxil edilməsini müqavilə üzrə tərəflərdən kimin təklif etməsini araşdırmadan, həmin qeyri-müəyyənliyi iddiaçı təşkilatın xeyrinə təfsir edərək, müqavilənin müddəti bitdikdən sonrakı dövr üçün də borclu xxx barəsində iki qat faiz, yəni faizə faiz hesablamışdır. Halbuki, mülki qanunvericiliyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulan müddətdən sonrakı dövr üçün öhdəliyin icra edilm əməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər (Mülki Məcəllənin 21.1, 439.3, 445.7-ci maddələri). Eləcə də həmin Məcəllənin 419.2-ci maddəsinə görə, müqavilənin standart şərtləri təfsir edələrkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən bir daha qeyd olunan hallar araşdırılmalı, kredit müqaviləsinin bitmə tarixindən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərəri n və ya əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ iddiaçı təşkilata izah edilməli və həmin hissədə iddia tələbinin əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Eyni hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarının 2ci bəndində də təsbit edilib göstərilmişdir. Belə ki, həmin bənddə göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kassasiya instansiyası mə hkəməsi qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya bil əcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən kredit müqaviləsi nin müddətinin bitməsindən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə iddiaçı təşkilat mülki qanunvericilikdə nəzərdə tutulan illik 5 faiz formasında zərərin əvəzinin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini cavabdeh xxxdan tələb etmək əvəzinə, həmin müqavilə üzrə əsas borcu, ona hesablanmış faizi, cəriməni ödəyə bilmədiyi halda, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün də əlavə olaraq ondan iki qat faiz tələb etməsi, əslində hüquqdan sui-istifadə sayılmaqla, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 ziyan vurmaq niyyəti ilə həyata keçirilən hərəkət kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- cavabdeh xxxdan kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üsün hesablanmış iki qat faiz borcuna görə 18.850,79 ABŞ dolların ın tutulub iddiaçı təşkilata ödənilməsi hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh X3 və vəkili xxx oğlunun kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli, 2(103)-569/2018 saylı qətnaməsi qismən- cavabdeh X2 07 avqust 2015-ci il tarixli kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üsün hesablanmış iki qat faiz borcuna görə 18.850,79 ABŞ dollarının tutulub iddiaçı “xxxx” BOKT ASC-n ə ödənilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar