Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2107/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Z qızının və cavabdeh X4 vəkili V1oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)**/2019 nömrəli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim C.Qədimov) xx.xx.2018-ci il tаrixli, 2(010) -****/2018 saylı qətnaməsi ilə İddiaçı Z qızının cavabdehlər X6 və X5 qarşı “pul və qızıl-zinət əşyaları” tələbinə dair iddiası qismən təmin edilərək, üzüyün (italyan variantı, 13 qr) və ya onun dəyərini təşkil edən 360 manatın, 1 karat qaşlı üzüyün (6.5 qr) və ya onun dəyərini təşkil edən 600 manatın, 3 karat qaşlı, boyunbağı və qolbaq dəstinin (17 qr) və ya onun dəyərini təşkil edən 1100 manatın, sirkon qaşlı sırğa və üzük dəstinin (10 qr, 583 əyarlı) və ya onun dəyərini təşkil edən 360 manatın, boyunbağının (8 qr, 750 əyarlı) və ya onun dəyərini təşkil edən 300 manatın, qızıl qolbağın və ya onun dəyərini təşkil edən 100 manatın cavabdehlər X2 və X1 alınaraq İddiaçı Z qızına verilməsi moruq formalı sırğa, üzük və kulondan ibarət dəstin (italyan variantı, 25 qr) və 3 brilyant qaşlı kulonl a birlikdə qızıl boyunbağının (583 əyarlı) cavabdehlər X2 və X1 alınaraq İddiaçı Z qızına verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova, V.Həsənov, N.Cəfərov) xx.xx.2018-ci il tarixli, 2(103)-*/2018 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tаrixli, 2(010)-****/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xələfov, Q.Allahverdiyev, Ə.Şadiyev) xx.xx.2019-cu il tarixli, 2(102)--/2019 saylı qərarı ilə İddiaçı Z qızı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci i l tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Eyvazov, Z.Əliyev, F.Talışinski) xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tаrixli, 2(010)-****/2018 saylı qətnaməsinin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh X9 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Z qızı cavabdehlər X6 və X5 qarşı “qızıl-zinət əşyaları” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X 2 və X1 iddia ərizəsində sadaladığı 9 adda, 4-ü komplekt olmaqla, hazırki ümumi dəyəri 15000 manat olan qızıl-zinət əşyalarının özlərinin vermədikləri halda isə onların dəyərinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh X9 və vəkili V1oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamadan qətnamə çıxarmaqla prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə səhv nəticəyə gəldiyi üçün qanunu səhv təfsir edərək tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmişd ir. Belə ki, məhkəmənin iş üzrə gəldiyi nəticə iş materiallarında olan heç bir sübutla təsdiq edilmir. Bununla maddi hüquq normaları da pozulmuşdur. Qanunvericiliyin tələbinə görə, tərəflərin birgə nikah dövründə aldıqları qızıl-zinət əşyaları təkcə iddiaçıya aid edilə bilməz. Həmçinin həmin əşyalar ər-arvadın ümumi birgə əmlakı olduğu üçün yalnız iddiaçının mülkiyyəti hesab edilə bilməz. Məhkəmə isə həmin əşyaların təkcə iddiaçıya aid olmasını müəyyən edərək qanunvericiliyin tələblərini pozmuşdur. Həmçinin iddiaçı qızıl-zinət əşyalarının cavabdehdə olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyi halda məhkəmə həmin qızıl-zinət əşyalarının cavabdehdə olması qənaətinə gəlmişdir. Halbuki iddiaçı gedərkən həmin qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər X9 və X8 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 vəkili V1oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı Z qızı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, cavabdehlər birinci instansiya məhkəməsində icraat zamanı iddiaya qarşı etirazlarının əsası kimi - iddia olunan qızıl-zinət əşyalarının mövcudluğunu, yəni vaxtiİə iddiaçıya hədiyyə olunmasını və ya bəzilərinin əvvəlcədən iddiaçıya məxsus olmasını göstərsələr də, onların müəyyən göstəricilərini (məsələn, bəzilərinin brilyant deyil, sirkon qaşlı olması, dəyərlərinin iddia olunan qiymətdən az olması və s.) mübahisələndirmişlər. Birinci instansiya məhkəməsi isə iddianı qismən təmin edərkən, məhz cavabdehlər tərəfindən göstərilənləri (qiymət, əyar və s.) nəzərə almışdır. Həmçinin, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər də iddiaçının bildirdiklərini təsdiq etmişlər. Cavabdeh tərəf etirazının əsası kimi, həmçinin tələb olunan qızılların iddiaçının razılığı ilə satılmasını və əldə edilən vəsaitin ailə ehtiyaclarına sərf olunmasını göstərsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İşdə olan lombard müdiri tərəfindən imzalanmış tarixsiz və heç bir yerə ünvanlanmayan sənəddən görünür ki, Cavabdeh1 lombarda özünə məxsus 1 ədəd üzük və 1 cüt sırğanı qoyaraq 700 manat məbləğində kredit götürmüş, krediti qaytara bilmədiyi üçün həmin qızıl-zinət əşyaları onun iştirakı ilə satılmış və əldə olunmuş pul vəsaiti kreditin ödənilməsinə sərf edilmişdir. Cavabdeh tərəf lombarddan 700 manatın götürülməsinin ümumi borcun ödənilməsi məqsədi daşımasına dair də məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, cavabdeh tərəf apelyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıc a mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən isə zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Az ərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları ilə də müəyyən edilir ki, cavabdehlər birinci instansiya məhkəməsində icraat zamanı iddiaya qarşı etirazlarının əsası kimi - iddia olunan qızıl-zinət əşyalarının mövcudluğunu, yəni vaxtı iİə iddiaçıya hədiyyə olunmasını və ya bəzilərinin əvvəlcədən iddiaçıya məxsus olmasını göstərsələr də, onların müəyyən göstəricilərini (məsələn, bəzilərinin brilyant deyil, sirkon qaşlı olması, dəyərlərinin iddia olunan qiymətdən az olması v ə s.) mübahisələndirmişlər. Digər tərəfdən cavabdeh tərəf qızılların iddiaçının razılığı ilə satılmasını və əldə edilən vəsaitin ailə ehtiyaclarına sərf olunmasını göstərsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Odur ki, kasasiya şikayətində göstərilən dəlillər maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul edilməsi qənaətinə gəlinməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən b u Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X9 tərəfindən veril miş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2107/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2107/2020
05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver