Məhkəmə qərarları › İş №2(102)-2107/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2107/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2107/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1 qarşı iş üzrə QƏRARİ iş № 2(1*2)-21*7/2*23 Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu(məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Şi rvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2*23-cü il tarixli, 2(1*6)1*3/2*23 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. *1 iyun 2*15-ci il tarixli, 528/15 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı1 ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 28 % faiz dərəcəsi ilə 4*** manat məbləğdə kredit verilmişdir. 2. *1 iyun 2*15-ci il tarixli, 528/15/1 saylı və *1 iyun 2*15-ci il tarixli, 528/15/2 saylı zaminlik müqavilələrinə əsasən, X2 və Cavabdeh3 borclu Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün bank qarşısında borclu ilə birlikdə cavabdehlik daşımaq barədə öhdəlik götürmüşdür. İş üzr ə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi İddiaçı2 (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.7*4,*7 manat əsas, 4.278,*6 manat faiz, 1.261,88 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2*14-cü il tarixli qərarına əsasən hesablanmış 534.48 manat faiz olmaqla, cəmi 9.778,49 manat pulun, iş üzrə ödənilmiş 3* manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, borcala n kredit müqaviləsi üzrə borcu ödəməmiş, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 21.*4.2*21-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 2*.*4.2*21-ci il tarixə 528/15 saylı kredit müqaviləsi üzrə borcu 37*4.*7 manat əsas, 4278.*6 manat faiz, 1261.88 manat cərimə, k redit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2*14-cii il tarixli qərarına əsasən hesablanmış 534.48 manat faiz olmaqla, cəmi 9778.49 manat təşkil edir.

5. Məhkəmənin qərardadı əsasında verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28.*3.2*22-ci il tarixli, 9/525 saylı rəyinə əsasən, cavabdehlərin *1 iyun 2*18-ci il tarixə əsas borcu 37*4.*7 manat, faiz borcu isə 257*.2* manat təşkil etmişdir.

6. Salyan Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(*57)85/2*22 nömrəli, 12 may 2*22-ci il tarixli, qətnaməsi ilə (hakim A.Səmədov) iddia qismən təmin edilmiş, cavabdehlərdən 37*4.*7 manat əsas borc, faiz borcu üzrə 257*.2* manat, hesablanmış cərimə borcuna görə 5* manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 19 manat pulun müştərək qaydada tutularaq iddiaçının hesabına köçürülməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməklə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin faiz borcu 4278.*6 manat deyil, 247*.2* manat təşkil etdiyindən həmin məbləğdə faiz borcu tutulması məqsədəuyğun hesab olunur.

8. Bundan başqa, tələb edilən cərimə borcunun miqdarı yaranmış müqavilə üzrə əsas borc olan 37*4.*7 manata münasib olmadığından, 1261.88 manat miqdarında cərimə məbləğinin 5* manat məbləğində azaldılması məqsədəuyğundur.

9. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 534.48 manat məbləğin tutulması barədə tələblə b ağlı qeyd etmişdir ki, iddiaçı borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə biləcəyini konkret şəkildə əsaslandırmadığı və məhkəməyə müvafiq sübutlar təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilə bilməz.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 449.1, 449.4, 467, 47*.1, 472.2, 475.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 1*7, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdehlər birgə qaydada apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qərar çıxarılm asını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində baxış iclasının təxirə salınması, onların iştirakı olmadan məhkəmə prosesinin keçirilməməsi barədə məhkəməyə ərizə verilsə də, məhkəmə mülki işi təxirə salmamışdır. Həmçinin, iddia müddəti keçdiyindən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır.

13. Məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 noyabr 2*22-ci il tarixli, 9/76*7 saylı rəyi ilə müəyyən edilmişdir ki, cavabdehlərin *1 iyun 2*18-ci il tarixə əsas borcu 37*4.*7 manat, faiz borcu 257*.2* manat təşkil edir.

14. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2*23-cü il tarixli, 2(1*6)-1*3/2*23 nömrəli qətnaməsi ilə (hakimlər - C.İmanov (sədrlik edən və məruzəçi), T.Kərimov və T.Heydərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlər X2 və Cavabdeh3 kredit borcunun və məhkəmə xərclərinin tutulması hissələrində ləğv edilməsi, iddianın cavabdehlər X2 və Cavabdeh3 münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Məhkəmə kollegiyası gədiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə iddianın qismən təmin edilməsini müəyyən edərək, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etsə də, digər cavabdehlər X2 və Cavabdeh3 münasibətdə işin faktiki hallarını tam, hərtərəfli, tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırma aparmaması nəticəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmiş, nəticədə X2 və Cavabdeh3 münasibətdə gəldiyi nəticənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yaratmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı zaminlər X2 və Cavabdeh3 qarşı yalnız 14 iyun 2*21-ci il tarixdə iddia qaldırmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi zaminə qarşı iddia qaldırarkən qanunla müəyyənləşdirilmiş müddət keçməsinə baxmayaraq, zaminliyə xitam verilməli olduğu halda bunu etməmişdir. Belə ki, zaminlərlə zaminlik müq aviləsi *1.*6.2*15-ci ildə bağlanmışdır. Odur ki, bu hissədə qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi müəyyən olunmuş, iddiaçının kredit müqaviləsi üzrə öhdəlik götürmüş zaminlər X2 və Cavabdeh3 öhdəliyin icrasını tələb etmək üçün qanunla müəyyənləşdirilmiş müddət keçdiyinə görə zaminliyə xitam verilməli, *1 iyun 2*15-ci il tarixli, 528/15 nömrəli kredit müqaviləsi üzrə borcun cavabdehlər X2 və Cavabdeh3 tutulması hissəsində iddia tələbi təmin olunmamalıdır.

17. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin keçməsi ilə bağlı dəlillərinə münasibətdə bildirmişdir ki, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş, müvafiq prosessual hərəkətlərin (ərizənin geri qaytarılması, o ndan şikayət, mühasibatlıq ekspertizasının təyin edilməsi və s.) yerinə yetirilməsi ilə bağlı vəsatətlər versələr də, kifayət qədər vaxta malik olduğu halda, birinci instansiya məhkəməsinin iclasında iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etməmişlər.

18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1, 465.1, 47*.1, 477.*.4, 55*-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.4, 372.1, 372.6, 372.7, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddianı qəbul etməmiş, iddia müddətinin tətbiqi, müqavilənin şərtlərinin pozulması, ekspertiza təyin edilməsinə öz münasibətini bildirmiş və bunu əsaslandırmışdır.

21. Müqavilə üzrə bütün öhdəliklərini icra etmişdir. Kreditin ödənilməməsinin əsas səbəbi isə ABŞ dollarının məzənnəsinin dəyişməsi olmuşdur. Digər tərəfdən, hər iki instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə baxışları cavabdehlərin iştirakı olmadan keçirildiyindən və sübutları təqdim etmək üçün imkan yaradılmadığından çəkişmə prinsipi pozulmaqla qətnamə qəbul edilmişdir. Bundan əlavə, onun tərəfindən iclasın təxirə salınması barədə ərizənin 1 gün əvvəlcə ver ilməsinə baxmayaraq, məhkəmə bunu nəzərə almamış və nəticədə iddia müddətinin tətbiqi barədə ərizə vermək mümkün olmamışdır.

22. Bundan başqa, iddiaçı iddia ərizəsində 21182**6*179* saylı, 21.*4.2*22-ci il tarixli bildirişin cavabdehə göndərilməsini qeyd etsə də, onun tərəfindən həmin bildirişin alınmasını təsdiq edən xəbərnaməli poçt bildirişini ərizəyə əlavə etməmişdir.

23. Həmçinin, iddiaçı hansısa qərəzli məqsədlərlə məhkəməyə müraciət edərkən faiz borcunun yüksək məbləğdə hesablanmasını əsaslandıra bilməmiş və bunun şərtlərini məhkəmədən gizlətmişdir. Digər tərəfdən, qanunvericiliyin tələbinə əsasən, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu baxımdan cərimə borcuna görə 5* manat məbləğində pulun tutulması da əsassız olmuşdur. b ) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı tərəf kassasiya şikayətinə qarşı yazılı etirazında şikayətin təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

29. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddi a müddəti sayılır.

30. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

31. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əs assız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş dig ər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

37. Maddə 445.2.1. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi.

38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Maddə 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini t ələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.

40. Maddə 47*.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

41. Maddə 477.*.4. Zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam ver ilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1.1. Ka ssasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, işin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyətli halları bu qərarın 1-2 və 13cü paraqraflarında əksini tapmışdır.

51. Göründüyü kimi tərəflər a rasında yaranmış mübahisə borc müqaviləsi əsasında yaranmış münasibətlərə əsaslanır və iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir.

52. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də mübahisənin həllinə həmin normanı tətbiq etmiş, borc məbləğini ekspert rəyinə əsasən, kredit müqaviləsinin bitdiyi tarixə müəyyən etmişdir. Məhkəmə kollegiyası həmin hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

53. Məhkəmə kollegiyası kassatorun iddia müddətinin tətbiq olunması barədə dəlilləri (2*, 21-ci paraqraflar) ilə bağlı aşağıdakıları qeyd edir.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsası nda tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

55. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.

56. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənz imlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir.

57. Ona görə də, MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin apellyasiya instansiyası məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur.

58. Apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə mü raciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir.

59. Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

60. İddia müddətinin tətbiqi ilə bağlı bu hüquqi mövqe Konstitusiya Məhkəməsinin «L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının *5 iyun 2**7-ci il tarixli qər arının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» *8 may 2**8-ci il tarixli qərarında açıq şəkildə ifadə olunmuşdur.

61. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətinin tətbiq olunması barədə dəlillərinə düzgün qiymət vermişdir (bu qərarın 17-ci paraqrafı).

62. Çünki Cavabdeh1 25.*6.2*21-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclası barədə bildiriş 13.*6.2*21-ci ildə, 13.*8.2*21-ci il tarixə təyin olunmuş məhkəmə iclası barədə onun nümayəndəsi Vəkil 23.*7.2*21-ci ildə, 27.1*.2*21-ci ilə təyin edilmiş məhkəmə iclası barədə 22.1*.2*21-ci ildə, 12.*5.2*22-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə 2*.*4.2*22-ci il tarixdə rəsmi məlumat verilmişdir.

63. Lakin cavabdeh C.Bünyatova ona qarşı irəli sürülmüş təl əb üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməmişdir. Kassatorun «Sonuncu məhkəmə iclasının təxirə salınması barədə ərizənin verilməsinə baxmayaraq, məhkəmənin işə baxması və bu səbəbdən iddia müddətinin tətbiq olunması barədə ərizəni verməyin mümkün olmadığı» barədə dəlil də əsassızdır. Çünki məhkəmə iclasının təxirə salınması barədə ərizə yalnız nümayəndə tərəfindən verilmişdir və səbəb kimi onun başqa məhkəmə iclasında iştirak etməsinin zəruriliyi ilə əsaslandırılmışdır. Nəzərə alınmalıdır ki, əvvəla tərəfin vəsatət verməsi hər bir halda vəsatətin təmin olunması ilə nəticələnmir və nümayəndə vəkil olmaqla bu qaydadan xəbərdar idi. Bundan başqa, istər cavabdeh, istərsə də onun nümayəndəsi, məhkəmə iclasına gəlmədiyi və ya hətta üzrlü səbəbdən gələ bilmədiyi halda iddia müd dətinin tətbiq olunması barədə yazılı vəsatəti məhkəməyə göndərə bilərdi və onların bu imkanı olmuşdur. Lakin birinci instansiya məhkəməsində icraat 14.*6.2*-21-ci ildən 12.*5.2-22-ci ilədək davam etdiyi 11 aya yaxın müddətdə bu cür ərizə verilməmişdir.

64. Bu halda onun apelyasiya icraatı zamanı iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi də qəbul edilə bilməz.

65. Kassatorun “iddia ərizəsində 21182**6*179* saylı, 21.*4.2*21-ci il tarixli bildirişin cavabdehə göndərilməsini qeyd etsə də, onun tərəfindən həmin bildirişin alınmasını təsdiq edən xəbərnaməli poçt bildirişini ərizəyə əlavə etməmişdir” dəlili əsassızdır. Çünki həmin bildirişin çatdırılması barədə sənəd işə əlavə olunmuşdur (bax: iş vər. 6*).

66. Kassatorun müqavilə üzrə bütün öhdəliklərini icra etməsi, iddiaçının faiz borcu nun yüksək məbləğdə hesablanmasını əsaslandıra bilməməsi, 5* manat məbləğdə cərimənin əsassız tutulması barədə dəlilləri də açıq-aşkar əsassızdır.

67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

68. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildi yindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2*23-cü il tarixli, 2(1*6)1*3/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar