Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2108/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xx” X3 açıq səhmdar cəmiyyətinin (hal-hazırda "xxxx" açıq səhmdar cəmiyyəti) Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" İKB ASC-in Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(1*4)-27*1/2*21 nömrəli 16 noyabr 2*21-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məh kəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1. 3* aprel 2*15-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASCdən illik 26 faizlə 36 ay müddətinə 3**** ABŞ dolları məbləğində kredit götürmüşdür. 2. 3* aprel 2*15-ci il tarixli ipoteka müqaviləsinə və *3 noyabr 2*15-ci il tarixli ipoteka müqaviləsinə əlavəyə əsasən borc üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən, 3 otaqlı, 114,5 kv metr ümumi, 61,2 kv metr yaşayış, 53,3 kv, metr yardımçı sahədən ibarət 25 nömrəli evin 177 nömrəli mənzilini ipoteka ilə yüklü etmişdir.
3. Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi- 25/177 ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyesterində Cavabdeh adına d övlət qeydiyyatına alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat,
4. İddiaçı "xxxx"İKB ASC iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 2*99*,16 ABŞ doları əsas, 15721,95 ABŞ dollar faiz, 2216,*8 ABŞ dollar cərimə, ümumilikdə 38928,19 ABŞ dolları borcun ödənilməsini, tutmanın Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən, 3 otaqlı, 114,5 kv metr ümumi, 61,2 kv metr yaşayış, 53,3 kv metr yardımçı sahədən ibarət 25 nömrəli evin 177 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdehin həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən etiraf edərək cərimə borcu istisna olmaqla tələbin qalan hissədə iddianın təmin olunmasına etiraz etmədyini göstərmişdir.
6. Ağdam Rayon Məhkəməsinin 31 iyul 2*19-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.Ş.Niftəliyev) iddia qismən təmin edilmiş, cavabdehdən ödəniş günü milli manata məzənnədə əsas borca görə 2*5*7,98 ABŞ dolları, faiz borcuna görə 15721,95 ABŞ dolları, hesablanmış cəriməyə görə 2** ABŞ dolları olmaqla, cəmi 36429,93 ABŞ dolları kredit borcunun tutulması, tutmanın cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi-25/177 ünvanda yerləşən mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 16**** manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qətnamənin qalan hissəsinin ümumi qaydada icra olunması, tutma mənzilə yönəldikdən və satıqldıqdan 1 ay sonra cavabdehin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
7. Ağdam Rayon Məhkəməsinin 2(*13)22*8/2*18 saylı 27 avqust 2*18-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşunaslıq ekspertizası və Ağdam Rayon Məhkəməsinin eyni tarixli qərard adı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24*53 saylı 14.11.2*18-ci il tarixli rəyinə əsasən Cavabdeh iddiaçı "xxxx"İKB ASC-yə 15 sentyabr 2*18-ci il tarixə olan borcu 37428,85 ABŞ dolları məbləğində, 14 noyabr 2*18-ci il tarixə olan borcu 383*2,72 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
8. Məhkəmənin mövqeyinə görə tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş kredit borcu yaranmış, eyni zamanda kredit borcunun ipoteka predmetinə yönəldilməsi üçün əsaslar əmələ gəlmişdir. Ona görə də iddia qismən təmin edilməlidir.
9. Birinci instansiya məhkəməsi h üquqi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 442, 443.1 və 439.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat
10. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 31 iyul 2*19-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə işin hallarına diqqət yetirmədən, heç bir araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, o müqavilə üzrə öhdəliyini qrafikə uyğun olaraq vicdanla ödədiyi zaman ölkədə devalivasiya baş vermiş, dollar manata nisbətdə iki dəfə bahalamışdır. Məhz həmin amillər onun öhdəliklərini icra edə bilməməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən ölkədə baş vermiş devalivasiya ilə bağlı kredit götürmüş şəxslərə güzəştlər edilməsini nəzərə almamış, hesablanmış yüksək faiz dərəcələrinin azaldılmasına heç bir təşəbbüs göstərilməmişdir.
12. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2*2*-ci il tarixli 5566 saylı ekspert rəyindən görünür ki, 28.*6.2*18-ci il tarixə Cavabdeh "xxxx" İKB ASC-yə olan borcu ümumilikdə 36755,2* ABŞ dolları məbləğində, o cümlədən 2*989,75 ABŞ dolları əsas və 15765,45 ABŞ dolları faiz borcu təşkil etmişdir. 13. "xxxx" MMC-nin 31 yanvar 2*2*-ci il tarixli rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən 3 otaqlı, 114,5 kv metr ümumi, 61,2 kv metr yaşayış, 53,3 kv metr yardımçı sahədən ibarət 25 nömrəli evin 177 nömrəli mənzilin hazırkı bazar qiyməti 232*** man at müəyyən edilmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının *5 avqust 2*2*-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Mehtiyev-sədrlik edən və məruzəçi, Ş.Q.Rzaquliyev və Ə.G.Abdullayev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Ağdam Rayon Məhkəməsinin 31 iyul 2*19-cu il tarixli qətnaməsi- cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən 25 saylı evin 177 saylı mənzilin ilkin satış qiymətinin 16**** manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, həmin mənzilin ilkin satış qiymətinin 232*** manat müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
15. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gə lən öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı əsas və faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi hissələrində təmin etməklə düzgün nəticəyə gəlsə də, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə səhvə yol vermişdir. Belə ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin real bazar dəyərini özündə ehtiva etmir. Çünki ekspertin rəyinə görə ipoteka predmetinin hazırki bazar dəyəri 232*** manat təşkil edir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qalan h issədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini MM-nin 317.1, 442 və 443.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat
17. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasıı xahiş etmişdir.
18. Cavabdeh kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
19. Qətnamədən həmçinin iddiaçı kassasiya şikayəti verərək iş üzrə apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi üçün işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. İddiaçının kassasiya şikayətinə görə apelyasiya instansiyası məhkəməsi işə baxarkən ipoteka predmetinin likvid qiymətini müəyyən etməməklə səhvə yol vermiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2*.*4.2*21-ci il tarixli, 2(1*2)-2211/21 saylı qərarı ilə (sərdlik edən və məruzəçi hakim Ə.Əhmədov, hakimlər İ.Dəmirov və V.Həsənov) Cavabdeh və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi mül ki kollegiyasının *5.*8.2*2*-ci il tarixli, 2(1*4)-635/2*2* saylı qətnaməsinin qismən-faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə ləğv edilməsi, mülki işin həmin hissələrdə işə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
22. Kassasiya instansiyası məhkəməsi belə hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin əsas borcun və cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində gəldiyi nəticə və hüquqi əsaslandıması düzgündür, qətnamədən həmin hissələrdə tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlilləri əsassızdır.
23. Lakin kassasiya instansiyası məhkəməsi, apelyasiya instansiyası məhkəməsinin faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, əvvəla 3* aprel 2*15-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 3**** ABŞ dolları kredit verilib. *3 noyabr 2*15-ci il tarixdə tərəflər arasında kredit müqaviləsinə əlavə saziş bağlanıb və həmin sazişin şərtlərinə görə, saziş qüvvəyə mindiyi tarixdən etibarən müqavilənin 1.6-cı bəndində göstərilmiş tarix 3* aprel 2*18-ci il sözləri ilə əvəz edilib və kreditin bağlanma tarixi 3* aprel 2*18-ci il hesab edilib. Eyni zamanda *3 noyabr 2*15-ci il tarixdə tərəflər arasında ipoteka müqaviləsinə əlavə saziş bağlanıb və həmin sazişin şərtlərinə görə, iddiaçı tərəfindən cavabdehə 3* aprel 2*15-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə ve rilmiş 3**** ABŞ dolları kreditin və ona hesablanmış faizlərin *3 noyabr 2*15-ci il tarixli 1 saylı əlavəsi olan ödəniş cədvəlində göstərilmiş *3 noyabr 2*15-ci il tarixə olan qalıq məbləği 27*82,69 ABŞ dolları müəyyən edilib və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş mənzilin ipoteka ilə yüklü edilməsinə dair razılığa gəliblər. Sazişlə təmin edilmiş öhdəliyin 36 ay müddətinə, yəni 3* aprel 2*15-ci ildən 3* aprel 2*18-ci ilədək icra edilməsi müəyyən edilib. Hazırda iddiaçı, cavabdehdən 28 iyun 2*18-ci il tarixə olan faiz borcuna görə 15721,95 ABŞ dolları tələb edir. 14 noyabr 2*18-ci il tarixli ekspert rəyinə görə cavabdehin iddiaçıya 15 sentyabr 2*18-ci il tarixə ödənilməmiş 1692*,87 ABŞ dolları, 14 noyabr 2 *18-ci il tarixə ödənilməmiş 17794,74 ABŞ dolları, həmçinin 19 mart 2*2*-ci il tarixli ekspert rəyinə görə 28 iyun 2*18-ci il tarixə ödənilməmiş 15765,45 ABŞ dolları faiz borcu vardır. Apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit, ipoteka müqavilələrinin qüvvədə olma müddətlərinə dair bəndlərini Mülki Məcəllənin 4*4.1, 4*4.2- ci maddələrinin tələbləri baxımından əlavə sazişlərdə göstərilən müddətlərlə müqayisəli şəkildə təhlil edib, təfsir etmədən və ümumiyyətlə əlavə sazişlər üzrə, habelə kredit borcunun son qaytarılma müddəti ilə bağlı heç bir araşdırma aparmadan, cavabdehdən iddiaçının xeyrinə 28 iyun 2*18-ci il tarixə 15.721,95 ABŞ dolları faiz borcu tutmuş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, tərəflər arasında bağlanmış 3* aprel 2*15-ci il tarixli kredit müqaviləsində müqavilə 36 ay müddətinə bağlanmaqla, kreditin son qaytarılma müddəti 3* aprel 2*18-ci il tarixədək müəyyən edilmişdir.
24. Bundan başqa kollegiya qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2*14-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tuturmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edi lmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin 3* aprel 2*18-ci il tarixdə bitib-bitməməsi ilə bağlı kifayət qədər araşdırma aparmadan, həmin müqavilənin qüvvədə olma müddətinədək ödənilməmiş faiz borcunun məbləğini dəqiqləşdirmədən, bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini pozmuş və Konstitusiya Məhkəməs i Plenumunun sözügedən Qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olmayan qətnamə qəbul etmişdir. Mülki qanunvericiliyə və artıq formalaşmış məhkəmə təcrübəsinə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının faizlərini, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə hesablanmış faiz formasında zərərin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
25. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(1*4)27*1/2*21 nömrəli 29 iyun 2*21-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası və əlavə əmtəəşunaslıq ekspertizası təyin edilmişdir.
26. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(1*4)-27*1/2*21 saylı 16 noyabr 2*21-ci il tarixli qətnaməsi ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), X1 və X4) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağdam Rayon Məhkəməsinin 31 iyul 2*19-cu il tarixli, 2(*13)-17*/2*19 saylı qətnaməsi yoxlanılan hissədə, yəni faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edildiyi hissələrdə dəyişdirilmiş, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulacaq faiz üzrə borcu 14868 (on dörd min səkkiz yüz altmış səkkiz dollar) ABŞ dollarının qətnamə icra olunan vaxt Mərkəzi Bankın müəyyən etdiyi manatın məzənnəsinə uyğun olan məbləğdə müəyyən edilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən, 3 otaqlı, 114,5 kv metr ümumi, 61,2 kv metr yaşa yış, 53,3 kv metr yardımçı sahədən ibarət 25 nömrəli evin 177 nömrəli mənzilin ilkin satış qiyməti 165*** (yüz altmış beş min) manat məbləğində müəyyən olunması qət edilmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 müstəqil qiymətləndiricinin rəyinə etirazının olmadığını bildirdi və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. 28. "xxxx" MMC-in 15 sentyabr 2*21-ci il tarixli 1759 saylı hesabatına əsasən Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən 25 saylı evin 177 saylı mənzilin likvid dəyəri 165*** manat müəyyən edilmişdir.
29. Bundan başqa, *1 oktyabr 2*21-ci il tarixli № 9/566* saylı ekspert rəyinə əsasən borcalan Cavabdeh tərəfindən İddiaçı-dən alınmış kredit vəsaiti üzrə 3*.*4.2*18-ci il tarixə banka ödənilməli olan borcu ümu milikdə 36386.74 ABŞ dolları müəyyən edilmişdir. (əsas borc üzrə 21518,74 ABŞ dolları, faiz borcu üzrə 14868 ABŞ dolları).
30. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki birinci instansiya məhkəməsi tərəfindən 28.*4.2*18-ci il tarixə olan faiz borcunun ödənilməsi müəyyən edilmişdir. Lakin kreditor borcalandan müqavilənin qüvvədə olma müddəti üzrə, yəni 3*.*4.2*15-ci il tarixdən 3*.*4.2*18-ci il tarixədək hesablanmış faiz borcunun ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə ödənilməmiş borcun məbləğinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, ödənilməmiş borc məbləğini dəqiqləşdirmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert tədqiqatı ilə Cavabdeh 3*.*4.2*18-ci il tarixədək 14868 ABŞ dolları faiz bor cunun olduğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin ödənilməmiş faiz borcu birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə *1.1*.2*21-cu il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Belə ki, məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, ekspert rəyi kifayət qədər tam və aydındır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən faiz borc məbləğinin ekspert rəyində göstərilmiş miqdarda müəyyən edilməsini işin faktiki halları baxımından qanuni və əsaslı hesab etmişdir.
31. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi-25/177 ünvanda yerləşən mənzilin ilkin sa tiş qiymətinin mövcud bazar qiymətlərinə uyğun dəyərinin müəyyən edilməsi məqsədi ilə əmlakın müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsi qənaətinə gəlmiş və "xxxx" MMC tərəfindən 15 sentyabr 2*21-cu il tarixli, Ç-22* saylı rəyi ilə həmin mənzilin likvid dəyəri 165*** manat təşkil etdiyi müəyyən edilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, mütəxəssis rəyi əsaslıdır. Belə ki, mövcud bazar qiyməti, fərdi yaşayış evinin sahəsi, otaqların sayı, yerləşdiyi yer və təmir vəziyyəti əsas götürülməklə müvafiq tədiqiqat aparılmış və qiymətləndirmə zamanı mütəxəssis düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənləri və işin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmet olan fərdi yaşayış evlərinin ilkin satış qiyməti müstəqil qiymətləndir ici tərəfindən göstərilmiş məbləğdə, yəni 165*** manat dəyərində müəyyən edilməlidir.
32. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-nin 386, 427, 442, 448, 445, 449 və 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
33. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(1*4)-27*1/2*21 saylı 16 noyabr 2*21-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir.
34. Kassasiya şikayətinə görə apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən aşağıdakı maddi və prosessual hüquq normalarını pozmuş, Ali Məhkəmənin qərarında olan göstərişlərə əməl etməmişdir. Məhkəmə faiz borcunun hesablanması hissəsində səhvə yol vermişdir. "xxxx" MMC-nin 15 sentyabr 2* 21-ci il tarixli mütəxəssis rəyi əsassız olmuş, buna baxmayaraq məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir. Belə ki, cavabdeh iş üzrə keçirilmiş ekspertiza rəyi ilə razı olmadığından yenidən başqa ekspertlərə tapşırılmaqla təkrar komisyon ekspertiza keçirilməsini xahiş etmişdir. Lakin vəsatəti təmin edilməmişdir. İpoteka predemti olan mənzilin qiyməti 3***** manat təşkil etməsinə baxmayaraq, məhkəmə mənzili çox aşağı qiymətləndirmişdir.
35. Cavabdeh kassasiya şikayətindəki mövqeyini əsaslandırarkən MM-nin 467-ci, “İpoteka haqqında” Qanunun 1.*.9 və 39.3-cü, MPM-nin 8, 14 və 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsi
37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytar mağı öhdəsinə götürür.
40. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
41. Malddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r.
47. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Ali Məhkəməni n Mülki Kollegiyasının iş üzrə 2* aprel 2*21-ci il tarixli qərarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsində ikinci dəfə işə baxılan zaman yalnız cavabdehdən faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələri apellyasiya baxışının predmeti olmuşdur. Cavabdehin kassasiya şikayətində həmirn hal nəzərə alınmaqla qətnamə tam mübahisələndirilmşidir, bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətində göstərilən dəlillər, yəni faiz borclarının düzgün hesablanmaması, ipoteka perdmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə cavabdehin göstərdiyi hallar qətamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
52. İşdən görünür ki, ipoteka predmeti mənzilin likvid dəyəri “Heba Consualting MMC”-nin 15 sentyabr 2*21-ci il tarixli 1759 saylı hesabatına, cavabdehin banka olan kredit borcu isə məhkəmə-mühasibvtlıq eksppertizasının rəyinə əsasən müəyyən edilmiş, apellyasiya məhkəməsi həmin rəylərə işdə olan digər sübutlarla müqayisəli surətdə tam, hərtərəfli, ob yektiv və qərəzsiz baxaraq hüquqi qiymət vermişdir. Cavabdeh həmin ekspere və mütxəssis rəylərinin obyektiv olmamasına, sübut kimi qəbuledilməzliyinə dair hər hansı əsaslı dəlil irəli sürə bilməmşdir.
53. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
54. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkə məsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(1*4)-27*1/2*21 nömrəli 16 noyabr 2*21-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.