Məhkəmə qərarları › İş №2(102)-2109/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2109/2019

14.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2109/2019 14.05.2019 ALİ MƏHKƏMƏ xxxx Respublikası adından xxxx Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ xxxx Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(005)-xx/18) İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası qismə n təmin edilərək, Cavabdeh 28.01.2015-ci il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə 10.303,31 (on min üç yüz üç ABŞ dolları, otuz bir sent) ABŞ dolları məbləğində əsas, 1.360,62 (bir min üç yüz altmış ABŞ dolları, altmış iki sent) ABŞ dolları məbləğində faiz, 10 (on) ABŞ dolları məbləğində cərimə, cəmi 11.673,93 (on bir min altı yüz yetmiş üç ABŞ dolları, doxsan üç sent) ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün xxxx Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Bank VTB “xxxx” ASC-nin xeyrinə tutulması, dövlət rüsumunun çatışmayan hissəsində 10 (on) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət mədaxilinə alınması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən Cavabd eh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və A.İmanov, iş № 2(103)xx/18) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: Bank VTB (xxxx) ASC ilkin olaraq Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-xx/2018 n ömrəli, 05.02.2018ci il tarixli məhkəmə əmri ilə Cavabdeh Bank VTB (xxxx) ASC-nin xeyrinə 10.303,31 ABŞ dolları məbləğində əsas, 1.360,62 ABŞ dolları məbləğində faiz, 165,38 ABŞ dolları məbləğində cərimə, cəmi 11.829,31 ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün xxxx Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə əsasən manatla və 20 manat məbləğində dövlət rüsumun tutulması əmr edilmişdir. Borclu Cavabdeh 19.04.2018-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-xx/2018 nömrəli, 05.02.2018- ci il tarixli məhkəmə əmrinin ləğv edilməsini və işin iddia icraatına keçməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-xx/2018 nömrəli, 20.04.2018-ci il tarixli qərardadı ilə qeyd olunan məhkəmə əmr i ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28.01.2015-ci il tarixli, 141700-CNS-15450 saylı "Nağd pul krediti müqaviləsi"nə əsasən Cavabdeh illik 24 faiz dərəcəsi ilə faizin hesablanması şərti ilə 36 ay müddətinə 11.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Bank VTB “xxxx” ASC-dən həmin kredit müqaviləsi üzrə qeyd edilən məbləğdə pulu almış və əsas borcun və faizlərin ödənilməsini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməyi, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər edə bilməmiş, nəticədə Banka 10.362 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bundan sonra borclunun müraciəti əsasında Bank VTB “xxxx” ASC ilə Cavabdeh arasında kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 25.02.2016-cı il tarixdə razılaşma bağlanmış və kredit məbləğinin qalığı kapitallaşdırılaraq ödəniş müddəti 36 ayadək, yəni xx xxx 2021-ci il tarixinədək eyni faiz dərəcəsi saxlanılmaqla uzadılmışdır. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü bu öhdəlikləri də lazımi qaydada icra etməmiş və nəticədə onun Banka 10 303.31 ABŞ dolları məbləğində əsas, 1 360.62 ABŞ dolları məbləğində faiz, 165.38 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 11 829.31 ABŞ dolları məbləğində borcu yaranmışdır. Münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Bank tərəfindən Cavabdeh dəfələrlə x əbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklərin icrası təmin edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh xxxx Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İddiaçı “Bank VTB “xxxx” ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası xxxx Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: xxxx Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “Bank VTB “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 28.01.2015-ci il tarixli, 141700-CNS-15450 saylı “Nağd pul krediti müaviləsi”nə əsasən Bank VTB “xxxx” ASC Cavabdeh 36 ay müddətinə illik 24% olmaqla 11.000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh Bank VTB “xxxx" ASCdən həmin kredit müqaviləsi üzrə qeyd edilən məbləğdə pulu almış və əsas borcun və faizlərin ödənilməsini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməyi, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilə üzrə müəyyən edilmiş müddətlər də və məbləğlərdə ödənişlər edə bilməmiş, nəticədə Banka 10 362 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bundan sonra onun müraciəti əsasında Bank VTB “xxxx” ASC ilə Cavabdeh arasında kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 25.02.2016-cı il tarixdə razılaşma bağlanmış və kredit məbləğinin qalığı kapitallaşdırılmış və yaranmış 10 362 ABŞ dolları üzrə ödəniş müddəti 60 ayadək, yəni sonuncu ödəniş xx xxx 2021-ci il tarixində aparılmaqla, eyni faiz dərəcəsi (24%) saxlanılmaqla uzadılmış, bununla bağlı yeni ödəniş cədvəli tərtib edilmişdir. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü bu öhdəlikləri də icra edə bilməmiş, nəticədə Banka borcu yaranmışdır. İddiaçı Cavabdeh 31.01.2018-ci il tarixinə 10 303.31 ABŞ dolları məbləğində əsas, 1 360.62 ABŞ dolları məbləğində faiz, 165. 38 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 11 829.31 ABŞ dolları məbləğində borcunun yarandığını bildirmiş və ilk öncə Cavabdeh qarşı əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək bu məbləğin tutulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq əmri ilə həmin məbləğ ondan Bank VTB “xxxx” ASC-nin xeyrinə tutulmuşdur. Lakin Cavabdeh yazılı etirazına əsasən bu əmr ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi xxxx Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739, 427.3, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 421.2, 741, 425.1, 462.1, 467-ci maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, iddia tələbini qismən təmin etm əkdə haqlı olmuş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və cərimə ilə birlikdə iddiaçıya ödəməlidir. Cavabdeh tərəfindən faiz borcunun məbləği mübahisələndirilsə də, bu halı təsdiq edə biləcək sübutları, heç olmasa özü tərəfindən aparılmış adi riyazi hesabl amanı belə məhkəmələrə təqdim etməmişdir. Digər tərəfdən, iş materiallarında olan sənədlər xüsusi bilik tələb edilmədən tutulan faiz borcunun düzgün olaraq hesablanması qənaətinə gəlməyə əsas verir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən xxxx Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin halları nəzərə alınaraq dəbbə pulunun həcmi əhəmiyyətli dərəcədə azaldılmışdır. Bunu nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əsas və faiz borcuna münasibətdə birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş cərimənin məbləği tam olaraq işin hallarına uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər xxxx Respublikasının milli pul vahidi ilə ifad ə olunmalı olduğundan, xxxx Respublikasının pul vahidi manat olduğundan, hazırki iddia tələbi xarici valyuta ilə göstərilərsə də, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu tələblərə riayət etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir və ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. xxxx Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktları n dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. xxxx Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən t ələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və xxxx Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli, 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar