Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2109/2021 06.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi”nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-718/2020 nömrəli iş üzr ə 03 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 06 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 17 aprel 2015-ci il tarixli kredit müqaviləsi və ipoteka müqavilələri ilə Cavabdeh1 illik 22 faizlə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilmiş və Yevlax şəhəri, Ş.Qurbanov küçəsində mülkiyyətində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 ha torpaq sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-ə ipoteka qoyulmuşdur. 30.08.2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 banka 17.6 94,39 ABŞ dolları əsas, 1.825,60 ABŞ dolları faiz, 230,24 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19.750,23 ABŞ dolları borcu vardır. Birinci instansiya məhkməsində təyin edilərək alınmış 25.05.2018-ci il tarixli rəylə müəyyən edilir ki, 17.04.2015-ci il tarixli 115.LN.2106.170415.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 30.08.2016-cı il tarixədək banka 16.254,74 ABŞ dolları əsas və 2.115,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18.370,56 ABŞ dolları borcu vardır. “xxxx” MMC-nin 059/AGB/19 saylı 27.02.2019-cu il tarixli qiymətləndirici rəyindən görünür ki, Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0,044596 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 44 nömrəli fərdi yşayış evinin vizual orta bazar qiyməti 45.000 (qırx beş min) manat təşkil edir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət inin 02 oktyabr 2020-ci il tarixli 12 nömrəli qiymətləndirici rəyindən görünür ki, Cavabdeh2 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 60.000 manat, likvid qiyməti 50.000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi”nə dair iddia ərizəsi ilə müraciət edərək, 17.04.2015-ci il tarixli 115.LN.2106.170415.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə 17.694,39 ABŞ dolları əsas, 1.825.60 ABŞ dolları faiz və 230.24 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19.750.23 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın Cavabdeh2 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və borcun Yevlax şəhəri, Ş.Qurbanov küçəsində mülkiyyətində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi; satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qal an hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində mülkiyyətində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinə yönəldildikdə və onun satışından 1 ay sonra həmin fərdi yaşayış evin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRXdə qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17.04.2015-ci il tarixli 115.LN.2106.170415.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tə rəfindən illik 22 faiz ödəməklə 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında 17.04.2015ci il tarixli 115.CL.170415.00001/a ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* saylı çıxarışla təsdiqlənmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini, vaxtında və lazımınca icra etməmişdir. 30.08.2016-cı il tarixə Cavabdeh1 banka kredit müqaviləsi üzrə 17.694,39 ABŞ dolları əsas, 1.825,60 ABŞ dolları faiz və 230,24 ABŞ dolları cərimə olmaqla, cəmi 19.750,23 ABŞ dolları borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdı. Yevlax Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Cavadova, iş №2(039)-1238/2019) iddia qismən təmin edilmiş, Cavabdeh1 17.04.2015ci il tarixli 115.LN.2106.170415.00001 saylı kredit müqaviləsinə əsasən 16.254,74 ABŞ dolları əsas, 1.825,60 ABŞ dolları faiz və 230,24 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18310,58 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 manat müəyyən edilməsi, evin açıq hərracda satılması və evin satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 18600,80 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan v əsaitin isə Cavabdeh2 qaytarılması, Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinin satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin onlar tərəfindən boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini və tələbin əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Yevlax rayon Məhkəməsinin 16 iyul 2019-cu il tari xli qətnaməsinin ləğv edərək, yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2020-ci qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov, iş № 2(107)-718/2020) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Yevlax Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(039)-1238/2019 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək Cavabdeh2 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilmiş, qətna mə qalan hissədə apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında və lazımınca icra etmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, 30.08.2016-cı il tarixə Cavabdeh1 banka kredit müqaviləsi üzrə 17.694,39 ABŞ dolları əsas, 1.825,60 ABŞ dolları faiz və 230,24 ABŞ dolları cərimə olmaqla, cəmi 19.750,23 ABŞ dolları borcu vardır. Birinci instansiya məhkəməsi Cavabdeh1 iddiaçı banka 16.254,74 ABŞ dolları əsas, 1.825,60 ABŞ dolları faiz və 230,24 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18310,58 ABŞ dolları məbləğində borcu olduğu barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmet i olan Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinin likvid qiymətinin 50.000 manat təşkil etməsi barədə qiymətləndirmə şirkətinin rəyi ilə razılşır. Araşdırması zamanı hazırkı qiymətləndirmə rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə qiymətləndirmə rəyi sübut kimi qəbul edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən ap elyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-718/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qərar qəbul eldilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkil X1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-718/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı kassasiya şikayətində ipoteka predmetinin də yəri yüksək müəyyən olunmasını, cavabdehlər isə borc məbləğinin artıq hesablanmasını və ipoteka predmetinin dəyərinin az məbləğdə müəyyən olunmasını göstərmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil1 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-718/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsinin onların şikayətində göstərilən dəlillərə münasibətdə ləğv edilərək tam təmin olunmasını, cavabdeh tərəfin kassasiya şikayətinin isə təmin olunmaması nı xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdehlər kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəs inin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edil mədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. “İpoteka haqqınd a” Qanunun 59-cu maddəsində qeyd edilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildi kdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədənotariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazları nı əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məh kəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı ipoteka predetinin məbləğinin artıq müəyyən olunması, cavabdehlər isə borc məbləğinin artıq, ipoteka predmetinin dəyərinin isə aşağı qiymətlə müəyyən olunmasını qeyd etmişlər. Məhkəm ə kollegyiası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi borc məbləğinin keçirilmiş ekspertizanın nəticəsinə uyğun olaraq müəyyən edilmiş məbləğə uyğun olması ilə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşaraq bundan artıq məbləğdə borcun müəyyən olunmadığını qeyd etmişdir. İpoteka predmetinin qiymətinə münasibətdə isə məhz cavabdeh tərəf bu hissədə apelyasiya şikayəti vermiş və apelyasiya şikayətindəki dəlilləri qismən əsaslı hesab edərək müvafiq qyimətləndirmə rəyi alaraq yeni müəyyən olunmuş qiymət üzrə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmişdir. Qiymətin bundan artıq və ya daha az məbləğdə olması ilə bağlı dəillərlə razılaşmamışdır. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-718/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il ta rixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2109/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2109/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver