Məhkəmə qərarları › İş №2(102)-2113/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2113/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2113/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili X2 iştirakları ilə, İddiaçı xxxin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xxxuna qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14823/2019 nömrəli qətnaməsindən İddiaçı xxxin vəkili X3 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası A li Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xxx cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xxxuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2870,51 ABŞ dolları əsas, 1784,11 ABŞ dolları faiz, 861,55 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5516,17 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(001)237/2019 saylı qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) iddia qismən təmin edilmiş, Cavabdeh1 2870,51 ABŞ dolları əsas, 1784,11 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə, cəmi 4704,62 ABŞ dolları borc (ödə niş anında məzənnə üzrə manatla) və 30 manat dövlət rüsumunun alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı xxx-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.N.Sadıqov sədrlik edən və məruzəçi, A.Q.Hüseynov və A.N.İmanov) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14823/2019 nömrəli qətnaməsi ilə Ləğv prosesində olan İddiaçı xxxin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(001)-237/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (Cavabdeh2 xxxuna aid hissədə) dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı xxxin vəkili X1 şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2( 103)- 14823/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Cavabdeh2 xxxu tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilmədiyi üçün iddia sonuncuya münasibətdə də təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı xxxin vəkili X1 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər və vəkilləri gəlməmiş, səbəbləri barədə məlumat verm əmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı xxx və Cavabdeh1 arasında bağlanılmış xx xxxxxxx 2014-cü il tarixli, 1732/14 nömrəli kredit müqaviləsi ilə bank tərəfindən borcluya 24 ay müddətinə, illik 30 faiz olmaqla 4000 ABŞ dolları məbləğində kredit verilmiş, xx xxxxxxx 2014-cü il tarixli ZM-1-1732/14 nömrəli Zaminlik müqaviləsi ilə Cavabdeh2 xx xu borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxxx 2014-cü il tarixli Kassa məxaric orderindən görünür ki, Cavabdeh1 4000 ABŞ dolları məbləğində pulu bankın kassasından qəbul etmişdir. Bundan sonra İddiaçı xxx və Cavabdeh1 arasında bağlanmış xx xxx 2015-ci il tarixli Əlavə sazişlə kreditor İddiaçı xxxin borcalan Cavabdeh1 verdiyi kreditin qalıq məbləği 3300,85 ABŞ dolları müəyyən olunmuş, kreditin müddəti isə xx xxxx 2017-ci il tarixədək uzadılmışdır. Lakin Cavabdeh1 tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında və lazımi qaydada yerinə yetirilməmiş və onun banka borcu yaranmışdır. İddiaçı tələbinin zaminə münasibətdə təmin olunmamasını mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəm əsi iddiaçının eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək göstərmişdir ki, bank və Cavabdeh2 xxxu arasında xx xxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinin müddəti müqavilənin 2.2-ci bəndinə görə kredit müqaviləsinin müddəti bitənə qədər (xx xxxxxxx 2016-cı il) qüvvədə qalır. xx xxx 2015-ci il tarixli Əlavə saziş zamin tərəfindən imzalanmamış, onun həmin sazişin şərtləri ilə razılaşması müəyyən edilmir. Ona görə də iddiaçının Sazişə əsaslanaraq kreditin geri qaytarılması müddətinin uzadılması barədə razılıq əldə olunmasına istinad etməsi əsassızdır. Həmin Sazişin zamin üçün heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qətnamənin qanuniliyini iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında yoxlayaraq hesab edi r ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bi ldikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 xxxu ilə bağlanmış zaminlik müqaviləsinin müddəti xx xxxxxxx 2016-cı il tarixdə bitdiyindən, iddiaçı isə hazırkı tələblə məhkəməyə xx xxxxxx 2017-ci il tarixdə müraciət etdiyindən, iddia zaminə münasibətdə əsassız olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası M ülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsindənəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının z aminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il Qərarında isə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. İş üzrə mübahisə olunmayan hal ondan ibarətdir ki, iddiaçı və Cavabdeh1 arasında bağlanılaraq, Cavabdeh2 xxxu tərəfindən zaminliklə üzərinə öhdəliklər götürülmüş xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə bank və borcalan arasında xx xxx 2015-ci il tarixdə əlavə saziş bağlanmışdır. Lakin həmin sazişin bağlanılması zamanı zaminin razılığı alınmamışdır. Göstərilən sazişlə kreditin qaytarılmasının son tarixi xx xxxxxxx 2016-cı il tarixdən xx xxxx 2017-ci il tarixədək uzadılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, kredit verən İddiaçı xxx və Cavabdeh1 arasında bağlanmış Əlavə sazişlə kreditin müddəti uzadıldığından, Cavabdeh2 xxxu isə həmin dəyişikliklərə razılığını vermədiyindən Azərbaycan Respublikası MM-in 477.0.1-ci maddəsinin və həmin maddənin rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarına uyğun olaraq zaminin öhdəliklərinə xitam verilmişdir. Kassasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi ilə müəyyən olunmuş müddətin tətbiqi üçün cavabdeh tərəfindən ərizənin verilməsi tələb olunmur. Belə ki, “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitus iyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında iddia müddəti və kəsici müddət arasındakı fərqlər izah edilərkən, Mülki Məcəllənin 477.0.4-ci maddəsi tələb hüququ üçün xarakterik olan iddia müddətindən istisna kimi göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıxxxin vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14823/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar