Məhkəmə qərarları › İş №2(102)-2114/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2114/2019

13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2114/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 dekabr 2018-ci il tarixli qətnaməsindən Ləğv prosesində olan İddiaçı ASC-nin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(010)-813/2018 saylı 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 3755.82 manat məbləğində əsas borc, 1473.99 manat məbləğində faiz borcu olmaqla, cəmi 6109.81 ABŞ dolları məbləğində pul vəsaitinin LPO İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan “Subaru İmpreza” minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına LPO İddiaçı ASC-yə olan borcun ödənilməsi qət edilmişdir. İddia tələbi cavabdehdən əldən çıxmış faydaya görə 1953 manat pul məbləğinin tutulması hissəsində təmin edilməmiş, iddia qismən təmin edildiyi üçün iddiaçı LPO İddiaçı ASC-si tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 85%, yəni 26(iyirmi altı) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 15%, yəni 04(dörd) manat iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103 )-10486/2089 saylı 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov, İ.Şirinov və E.Kazımov) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhər Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə 12 iyun 2018-ci il tarixli qətnaməsi, iddianın əldən çıxmış faydanın cavabdehdən tutulmasının rədd edilməsi hıssəsındə, iddaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən veritlmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan İddiaçı ASC-si Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və kredit müqa viləsinin vaxtından əvvəl ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək12 dekabr 2013-cü il tarixli **** saylı kredit müqaviləsi üzrə yaranmış 3755.82 manat məbləğində əsas borcun, 1473.99 manat məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcunun, əldən çıxmış faydaya görə 1953 manat olmaqla cəmi 7182.81 manat məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan “Subaru İmpreza” minik (tip-sedan, buraxılış ili-2007, ban-*******, rəngi-qara, dövlət nömrə nişanı-**SV***) markalı avtomobilə yönəldilməsi, əmlakın açıq hərracdan satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcu n ödənilməsi, avtomobilin satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən cavabdehdən LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-ti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Ona görə də Bakı Apellyasiya məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qətnaməsinin əldən çıxmış faydanın təmin edilməməsi hissəsində ləğv edilməsini və yeni qərar qəbul ediməsini xahiş edirlər. M əhkəmə kollegiyası, iddiaçının nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki halları nın prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları əsasında müəyyən etmişdir ki, İddiaçı ASC-si ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2013-cü il tarixli 764 A saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış 12 dekabr 2013-cü il tarixli **** saylı kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə “Subaru İmpreza” markalı avtomobil ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri 8660 manat məbləğində qiymətləndirilmişdir. İş materialında olan LPO İddiaçı ASC-nin Cavabdeh ünvanlanmış kredit borcunun ödənilməsinə dair bildirişdən gör ünür ki, bank tərəfindən cavabdehə 5 gün müddətində borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. İş materialında olan Azərbaycan Respuhblikası DİN BDYPİ-nin ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən ** **** nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus olan “Subaru İmpreza” minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASCnin qarşısında girov qoymuşdur. İş materiallarında olan İddiaçı ASC-tərəfindən 05.11.2015-ci il tarixdə **-**/**** nömrəli Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış tutmanın yönəldilməsi haqqında ərizədən görünür ki, əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydə alınması barədə ərizə Cavabdeh tərəfindən qəbul edilmişdir. İş materialında olan LPO İdd iaçı ASC-si tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 3755.82 manat əsas borcu, 1473.99 manat faiz borcu, 1953 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə isə 7181.82 manat borcu vardır. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş halları əsasında gəldiyi nəticəyə əsasən Cavabdeh İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu iş materialları ilə öz təsdiqini qismən tapdığından, iddianı qismən təmin etməklə, cavabdehdən 3755.82 manat əsas borc, 1473.99 manat faiz borcu tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda iddanın cavabdehdən əldən çıxmış faydaya görə 1953 manat pul məbləğinin tutulması hissəsində iddiaçının iddia tələbini əsasl andıra və bununla bağlı hər hansı sübutlar təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməklə haqlı olmuşdur. Belə ki, iddianın bu hissəsi tam əsaslandırılmamış və həmin məbləğdə əldən çıxmış faydanın haradan və necə yaranması məhkəmədə müəyyən edilməmişdir. İddiaçı kredit müqaviləsinin müddəti bitdikdən sonra cavabdehdən məhz MM-nin 449-cu maddəsinin tələbləri çərçivəsində Mərkəzi Bankın müəyyən etdiyi qaydada faiz tələb edə bilər. Lakin iddia tələbindən göründüyü kimi iddiaçı məhz həmin hissədə tələbini əldən çıxmış fayda kimi qeyd etmiş, lakin iddianın bu hissəsini sübuta yetirəcək mötəbər sübutlar nə birinci ınstansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq m ünasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən birşəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2 maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisn a edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilmə sinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərb aycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunverici-liyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət ver ildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə qismən təqdim edə bilmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlil lərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə cavabdeh X2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar