Məhkəmə qərarları › İş №2(102)-2116/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2116/2019

04.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2116/2019 04.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh x2 və vəkili Şıxıyev Şükür Babacan oğlunun iştirakı ilə, cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(002)298/2018 saylı qətnaməsi ilə (hakim R.Mürsəlov) iddia tələbi qismən təmin edilərək x1 ilə x2 arasında bağlanmış 27 may 2015-ci il tarixli 356/E saylı kredit müqaviləsinin ləğv edilməsi, 27 may 2015-ci il tarixli 3Ş6/E saylı kredit müqaviləsi üzrə cavabdeh x2ndan 24670 ABŞ dolları əsas borc, 11104,42 ABŞ dolları faiz borcunun, 50 ABŞ dolları cərimə borcu olmaqla cəmi 35824,42 ABŞ dolları (ödənildiyi zaman manata məzənnəsi ilə) pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq x6-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş x2 məxsus ünvan 1 istifadədə olan tam mülkiyyət hüququ üzrə x2 daşınmaz əmlakın dövlət reyestrində 1459 nömrəli reyestr kitabının 133709 nömrəli vərəqində qeydiyyata alınmış 1 nömrəli binada yerləşən, 80,42 kv.m ümumi. 55,92 kv.m yaşayış, 24,5 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 35 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 120300 manat məbləğində müəyyən edilməsi və mənzil açıq hərracda n satılması, satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi, mənzildə qeydiyyatda olan x2, x3, x4 və x5 həmin mənzildə istifadə hüquqlarına xitam verilməsi və mənzil satıldıqdan sonra cavabdehlərin mənzildən məcburi qaydada çıxarılması, cavabdeh x2ndan ekspertiza tədqiqatının dəyəri olan 145 manatın tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-11107/2018 saylı, 22 oktyabr 2018ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Nəbiyev, R.Qurbanov və A.İmanov) Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(002)-298/2018 saylı qətnaməsi cavabdeh x2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-11107/2018 saylı, 22 oktyabr 2018-c i il tarixli qətnaməsi qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2, x3, x4 və x5 qarşı iddia qaldıraraq x6 ilə x2 arasında bağlanmış 27 may 2015-ci il tarixli 356/E saylı kredit müqaviləsinin ləğv edilməsinə, x1 ilə x2 arasında bağlanmış 27 may 2015-ci il tarixli 356/E saylı kredit müqaviləsinə əsasən x2ndan 24670 ABŞ dolları əsas borcun, 9032 ABŞ dolları faiz borcun, 500 ABŞ dolları cərimə borcu olmaqla cəmi 34202 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq x6-nin xeyrinə ödənilməsinə, tutmanın x6 ilə cavabdeh x2 arasında bağlanmış 27 may 2015-ci il tarixli 356/eg saylı sonrakı ipoteka müqaviləsinə əsasən x2 məxsus ünvan 1 istifadədə olan tam m ülkiyyət hüququ üzrə x2 daşınmaz əmlakın dövlət reyestrində 1459 nömrəli reyestr kitabının 133709 nömrəli vərəqində qeydiyyata alınmış 1 nömrəli binada yerləşən, 80,42 kv.m ümumi, 55,92 kv.m yaşayış, 24,5 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 35 nömrəli mənzilə yönəldilərək açıq hərracdan satılmasına və borcun ödənilməsinə yönəldilməsinə, mənzildə qeydiyyatda olan x2, x3, x4 və x5 həmin mənzildə istifadə hüquqlarına xitam verilməsinə və ən geci 1 ay ərzində boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı x6 iddia tələbinin artırılmasına dair əlavə ərizə təqdim edərək x6 ilə x2 arasında bağlanmış 27 may 2015-ci il tarixli 356/E saylı kredit müqaviləsinin ləğv edilməsinə, x6 ilə x2 arasında bağlanmış 27 may 2015-ci il tarixli 356/E saylı kredit müqaviləsinə əsasən x2ndan 24670 ABŞ dolları əsas borcun, 12980 ABŞ dolları faiz borcun, 500 ABŞ dolları cərimə borcu olmaqla cəmi 38150 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq x6-nin xeyrinə ödənilməsinə, tutmanın x6 ilə cavabdeh x2 arasında bağlanmış 27 may 2015-ci il tarixli 356/eg saylı sonrakı ipoteka müqaviləsinə əsasən x2 məxsus ünvan 1 istifadədə olan tam mülkiyyət hüququ üzrə x2 daşınmaz əmlakın dövlət reyestrində 1459 nömrəli reyestr kitabının 133709 nömrəli vərəqində qeydiyyata alınmış 1 nömrəli binada yerləşən, 80,42 kv.m ümumi, 55,82 yaşayış, 24,5 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 35 nömrəli mənzilə yönəldilərək açıq hərracdan satılmasına və borcun ödənilməsinə yönəldilməsinə, mənzildə qeydiyyatda olan x2, x3, x4 və x5 həmin mənzildə istifadə hüquqlarına xitam verilməsinə və ən geci 1 ay ərzində boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-11107/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qətnaməsi qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2 və vəkili Şıxıyev Şükür Babacan oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüqu qi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 27 may 2015-ci il tarixli 356/E saylı kredit müqaviləsindən görünür ki, x6-nin “Azadlıq” filialı ilə x2 arasında kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 26100 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 27 may 2015-ci il tarixli 356/eg saylı ipot eka müqaviləsindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə tam mülkiyyət hüququ üzrə x2 adına olan ünvan 1 daşınmaz əmlakın dövlət reyestrində 1459 nömrəli reyestr kitabının 133709 nömrəli vərəqində qeydiyyata alınmış, 1 nömrəli binada yerləşən, 80,42 kv.m ümumi, 55,92 kv.m yaşayış, 24.5 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 35 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.3.1-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 60000 manat müəyyən edilmişdir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, x2 yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə 29.06.2015-ci il tarixdən 27.05.2019-cu il tarixə kimi 26100 ABŞ dolları əsas, 12701,53 ABŞ dolları faiz borcu olmaqla cəmi 38801,53 ABŞ doll arı məbləğində pul ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDR-dən MA seriyalı ******* saylı çıxarışının surətindən aydın olur ki, x2 məxsus ünvan 1 daşınmaz əmlakın dövlət reyestrində 1459 nömrəli reyestr kitabının 133709 nömrəli vərəqində 19.08.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDR-dən RX seriyalı ******* saylı çıxarışının surətindən aydın olur ki, x2 məxsus ünvan 1 x6-nin Azadlıq filialı tərəfindən yüklü edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində 1459 nömrəli reyestr kitabının 133709 nömrəli vərəqində 29.05.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 19.08.2016-cı il tarix li **********39 saylı məktubundan görünür ki, x2 məxsus ünvan 1 saylı mənzilinə tutma yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan 10.04.2017-ci il tarixli maliyyə arayışından görünür ki, x2 banka 26.01.2018-ci il tarixə 24670 ABŞ dolları əsas, 12980 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan x3, x4 və x5 notariat qaydasında təsdiq edilmiş ərizələrinin surətlərindən görünür ki, onlar ünvan 1 ünvanının ipoteka ilə yüklü edilməsinə razılıq vermişlər. İpoteka predmetinə tutma yönəldiləcəyi halda mənzili tərk etməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 12.12.2016-cı il tarixli arayışlarından aydın olur ki, x2 xx.xx.1959-cu ildə Biləsuvar rayonunda doğulmuş, ünvan 1 ünvanında, x4 xx.xx.1964-cü ildə Biləsuvar rayonunda doğulmuş, ünvan 1 ünvanında, x5 xx.xx.1984-cü ildə Biləsuvar rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan x7-nin 06 sentyabr 2017-ci il tarixli 26 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin 2017-ci il sentyabr ayına bazar qiymətinin dəyəri 120300 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2018-ci il tarixli 5612 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, 27 may 2015-ci il tarixli 356/E saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh x2 sual üzrə 26 yanvar 2018-ci il tarixinə iddiaçı x6-yə olan borcu 36858,08 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 25753,67 ABŞ dolları, faiz borcu üzrə 11104.42 ABŞ dolları, ekspertiza tədqiqatının dəyəri 145 manatdır. İş materiallarından göründüyü kimi x6-nin “Azadlıq” filialı ilə x2 arasında bağlanmış 27 may 2015-ci il tarixli kredit müqaviləsi bağlanaraq borcalana 48 ay müddətinə, illik 21 faiz ödəmək şərti ilə 26100 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi həmin tarixdə x6-nin “Azadlıq” filialı ilə x2 arasında ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh x2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası M ülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsi nə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvəd ə olmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiy yətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafıq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmi n edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlaya nın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-cu maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınc a icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.-cü maddəsinin tələblərinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərb aycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən müştərək qaydada 50 ABŞ dolları cərimə borcu tutulmalıd ır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalı olduğundan, Azərbaycan Respublikasının pul vahidi manat olduğundan, hazırki iddia tələbi xarici valyuta ilə göstərilərsə də, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu tələblərə riayət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bə ndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar