Məhkəmə qərarları › İş №2(102)-2116/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2116/2025

29.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2116/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızına qarşı (Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsi və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızına qarşı (Bakı şəhəri Binəqədi rayon Binəqəd i qəsəbə Bələdiyyəsi və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) qarşı “hasarın sökülməsi, açılmış qapının ləğv edilməsi, maneəyə son qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-66/25 nömrəli 13 fevral 2025-ci il tarixli qətnaməsində iddiaçının kassasiya şikayətinə iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 928 nömrəli sərəncamı ilə X7 torpaq sahəsi ayrılmışdır.

2. Binəqədi qəsəbə Bələdiyyəsinin 18 mart 2004-cü il tarixli, 754/1 saylı sərəncamına əsasən, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadə sində olan 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün alğı-satqı qaydasında X2 mülkiyyətinə ayrılmışdır.

3. Binəqədi qəsəbə Bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 1740/1 saylı Sərəncamına əsasən, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 100 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı2 alğı-satqı yolu ilə mülkiyyətinə verilmişdir.

4. X10 xx.xx.2010-cu il tarixli etibarnaməyə əsasən torpaq sahəsini Cavabdeh1 600 kv.metr torpaq sahəsini istifadə etməyi, özəlləşdirməyi, sərəncam verməyi etibar etmişdir.

5. X4 tərəfindən İddiaçı1 verilmiş 20 may 2017-ci il tarixli etibarnaməyə əsasən, X6 qəsəbə Bələdiyyəsinin 18 mart 2004-cü il tarixli, 754/1 saylı sərəncamına əsasən, ona ayrılmış 600 kv.metr torpaq sa həsindən 150 kv.metr hissəsinin istifadəsi ilə bağlı istənilən hərəkətlə bütün sənədləşmə işləri aparmağı, üzərində tikinti işləri aparmağı, qanunvericiliklə nəzərdə tutulduğu halda 600 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsinin üzərindəki tikililəri mülkiyyətinə keçirməyi (özəlləşdirməyi) və s. hərəkətlər etməyi etibar etmiş, etibarnamə 69 il 8 ay 17 gün müddətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 (Binəqədi qəsəbə Bələdiyyəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) Cavabdeh1 və Cavabdeh2 Şami qızına qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə açdırdığı qapının ləğv edilməsi, İddiaçı1 istifadəsində və sərəncam ında olan torpaq sahəsinin üzərində tikdirdiyi evin pəncərələrinin qarşısında cavabdehlər tərəfindən tikilmiş hasarın sökülməsi, həmçinin iddiaçılara məxsus torpaq sahəsinin hasara alınması ilə bağlı tikinti işlərinə cavabdehlər tərəfindən yaradılan maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçılara məxsus torpaq sahəsi ilə bitişik torpaq sahəsində cavabdehlər yaşayırlar. Cavabdehlər özlərinə məxsus torpaq sahəsindən yola çıxış olmasına baxmayaraq, iddiaçıların icazəsi olmadan və iradələrinə zidd olaraq onların həyətyanı sahəsinə qapı qoymuşlar. Bundan başqa, cavabdehlər İddiaçı1 istifadəsində olan torpaq sahəsinin üzərində tikdirdiyi yaşayış evinin pəncərələrinin tam qarşısında hasar tikdirərək İddiaçı1 yaşadığı evə gün işığı və hava gəlməsinə maneə yaratmışlar. Həmçinin, iddiaçılar özlərinə məxsus torpaq sahəsini hasara almaq istəsələr də, cavabdehlər buna maneə yaradır, dava-dalaş salırlar.

8. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili Vəkil1 iddianı qəbul etmədiklərini, iddiaya etirazda göstərilənləri təsdiq etdiyini bildirərək, göstərmişdir ki, onlar mütəxəssis rəyi ilə razı deyillər. Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi də məhkəmə iclasında izahatında göstərmişdir ki, həmin ərazidə 1 sot boş torpaq sahəsi var. İddiaçı2 özünün olmasını iddia etdiyi torpaq sahəsi nə iddiaçıların, nə də cavabdehlərin mülkiyyətində deyil. Həmin sahə yoldur, oradan elektrik, telefon, kanalizasiya xətti keçir. İddiaçı2 ayrılmış torpaq sahəsi tamam başqa yerdədir. Bundan da görünür ki, mütəxəssis rəyi düzgün verilməmişdir. Qızlala tərəfindən ev inşa edilərkən ona ayrılmış torpaq sahəsindən 4 metr yola çıxılmış, beləliklə, kanalizasiya qovşağı Qızlalanın həyətində qalmışdır. Pəncərənin önünün bağlanması ilə bağlı fikirlərini isə iddiaya etirazda göstərmişdir.

9. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etmədiklərini bildirərək, göstərmişdir ki, onların yaşadıqları evin yerləşdiyi torpaq sahəsi 2004-cü ildə Bələdiyyə sənədi ilə sahibliklərinə verilmiş, 2005-ci ildə orada ev inşa etmişlər. Sonradan İddiaçı1 özünə qonşuluqda yerləşən torpaq sahəsində ev tikdirmiş, evin bir pəncərəsini onun həyətinə baxan istiqamətdə qoymuşdur. O, arvadı Cavabdeh2 ilə birlikdə Qızlalaya bu barədə etirazlarını bildirdikdə, Qızlala həyətin hasarının hündürlüyünü qaldıracaqlarını bildirmişdir. L akin, hasarı qaldırmadığından, o özü məcbur olub öz hasarını hündürləşdirmişdir. Hazırda hasarın hündürlüyü iddiaçının onun həyətini görməsini məhdudlaşdıracaq qədərdir. Yəni, iddiaçının evinə həm gün işığı düşür, həm havanın qarşısı alınmayıb. İddiaçı2 isə iddia etdiyi torpaq sahəsi onun və arvadı Cavabdeh2 birgə əməyi ilə yaşıllaşdırılmış, orada ağaclar əkilmişdir. 10. "xxxx" MMC tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli, 02-122/22 saylı mütəxəssis rəyində göstərilmişdir ki: 1-ci sual üzrə - Binəqədi qəsəbə Bələdiyyəsinin 1740/1 saylı, 28 noyabr 2005-ci il tarixli sərəncamı ilə İddiaçı2 Binəqədi qəsəbəsinin ərazisindən ayrılmış 100 kv.metr torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızının istifadə və sahibliyində olan torpaq sahəsi biri digərinə münasibətdə yol z olağına paralel olaraq yerləşmişdir. H=2,4 metr hündürlükdə, L=13 metr uzunluğunda mişar daşı ilə hörülmüş ümumi sərhəd mövcuddur. Daş hasarın yola düşən hissəsi 100 kv.metr olmaqla (8x7x13 metr) İddiaçı2 ayrılmış torpaq sahəsidir. Hasarın arxa hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızının istifadə və sahibliyində olan torpaq sahəsidir. 2-ci sual üzrə - Binəqədi qəsəbə Bələdiyyəsinin 754/1 saylı, 18 mart 2004-cü il tarixli sərəncamı ilə X3 (istifadə və sahibliklə bağlı İddiaçı1 etibarnamə verilmişdir) Binəqədi qəsəbəsi ərazisindən ayrılmış 600 kv.metr torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızının istifadə və sahibliyində olan torpaq sahəsi biri digərinə münasibətdə yol zolağına perpendikulyar yerləşmişdir. Mişar daşı ilə hörülmüş ümumi sərhəd mövcuddur. İd diaçı1 etibarnamə əsasında verilmiş torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. Ev cavabdehin torpaq sahəsinə münasibətdə ümumi sərhəd olan daş hasara bitişikdir. Sözügedən ev ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızının istifadə və sahibliyində olan torpaq sahəsi arasında hazırda H=3 metr hündürlükdə daş hasar inşa edilmişdir. Hasar tikinti norma və qaydalarına uyğun olmayaraq hörülmüşdür. 3-cü sual üzrə - İddiaçı2 və X3 ayrılmış torpaq sahəsinin yerləşməsi Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən təqdim edilmiş situasiya planına əsasən eynidir, üst-üstə düşür. Hər hansı artıb-azalma, zəbt mövcud deyildir. 4-cü sual üzrə - Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızı tərəfindən qapı real olaraq İddiaçı2 ayrılmış torpaq sahəsinin qarşısında inşa edilmişdir. Hazırda həmin qapı İddiaç ı2 ayrılmış torpaq sahəsinə açılır. Həmin qapının mövcudluğu iddiaçıların torpaq sahəsi üzərindəki hərəkətini məhdudlaşdırır, gələcəkdə hər hansı inşaat işlərinin aparılmasına maneə törədir. Eyni zamanda, qapı önündən magistral qaz kəmərinin keçməsi qapının qeyri-qanuni açıldığına dəlalət edir. 5-ci sual üzrə - X3 ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş tikintiyə - fərdi yaşayış evinə baxış keçirən zaman müəyyən edilmişdir ki, evin 2 yaşayış otağının pəncərələrinin qarşısında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızı tərəfindən 5 daş (1 metr) hündürlükdə hasar hörülmüşdür. Fotolardan göründüyü kimi, hasarın mövcudluğu yaşayış otaqlarında havalandırmanın, təbii işığın düşməsinin qarşısını alır, süni maneə yaradır. Bu hal tikinti norma və qaydalarına tamamilə ziddir. 6-cı sual üzrə Y uxarıda qeyd edildiyi kimi, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən təqdim edilmiş situasiya planına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrılmış 100 kv.metr və X3 ayrılmış 600 kv.metr torpaq sahəsinin hüdudları daxilində və ya xaricində hər hansı bir iddiaçıya və yaxud cavabdehə məxsus torpaq sahəsinin zəbt edilməsi faktı aşkar edilməmişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-71/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızının İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə açdıqları qapının cavabdehlərin hesabına ləğv edilməsi, İddiaçı1 istifadəsində və sərəncamında olan torpaq sahəsinin üzərində tikdirdiyi evin pəncərələrinin qarşısında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızının tikdirdiklə ri hasarın sökülməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə məxsus torpaq sahələrinin hasara alınmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızı tərəfindən maneə yaradılmasının qadağan edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 Şami qızından tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır. İddiaçılar mülkiyyətçi olmasalar da, sözügedən torpaq sahəsindən faktiki istifadə etmələri işin mübahisəsiz halıdır. İddia tələbi “1.cavabdehlər tərəfindən iddiaçıl arın həyətyanı sahəsinə qapının açılması; 2. cavabdehlər tərəfindən İddiaçı1 istifadəsində olan torpaq sahəsinin üzərində tikdirdiyi yaşayış evinin pəncərələrinin qarşısında hasar tikdirərək İddiaçı1 yaşadığı evə gün işığı və hava gəlməsinə maneə yaratmaları;

3. Cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsindən istifadəyə maneələrin yaratmaları”ndan ibarətdir. Qeyd olunan bu hallar "xxxx" MMC tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli, 02-122/22 saylı mütəxəssis rəyində öz əksini tapmışdır. Belə ki, həmin rəydə “cavabdehlərin istifadə və sahibliyində olan torpaq sahəsi arasında hazırda H=3 metr hündürlükdə inşa edilmiş daş hasarın tikinti norma və qaydalarına uyğun olmayaraq inşa edildiyi(2-ci bənd), cavabdehlər tərəfindən inşa edilən qapının real olaraq İddiaçı2 ayrılmış torpaq sahəsinin qarşısında inşa edildiyi və onun mövcudluğunun iddiaçıların torpaq sahəsi üzərindəki hərəkətini məhdudlaşdırdığını və hər hansı inşaat işlərinin aparılmasına maneə törədiyi. (4-cü bənd), X3 ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş evin 2 yaşayış otağının pəncərələrinin qarşısında cavabdehlər tərəfindən 5 daş (1 metr) hündürlükdə olan hasarın yaşayış otaqlarında havalandırmanın, təbii işığın düşməsinin qarşısının alınması (5-ci bənd).” qeyd olunmuşdur. Göründüyü kimi cavabdehlər tərəfindən inşa edilmiş qeyd olunan qapı və hasar, habelə cavabdehlərin iddiaçıların istifadə etdiyi torpaq sahəsinin əslində başqa yerdə yerləşdiyinə əsaslanaraq onlar tərəfindən hər hansı inşaat işlərinin aparılmasına maneələrin yaradılması iddiaçıların hüquqlarını pozur.

13. Birinci instansi ya məhkəməsi cavabdehlərin etirazlarına münasibətdə qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İd dia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırkı halda cavabdehlər istinad etdikləri dəlillərlə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər, etirazlarını ümumi ifadələrlə əsaslandırmışlar.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 180.1, 180.4-cü, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 62.1, 72.1-ci, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1, 6.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 4.1, 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə yeni qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı situasiyada cavabdehin hüquqları məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, məhkəmə yekun məhkəmə aktı qəbul edərkən mülkiyyət toxunulmazlığını rəhbər tutmalı idi. Göründüyü kimi, bu nüanslar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdeh, mübahisəli torpaq sahəsini 2004-cü ildə rəsmi qaydada əldə etmişdir, 2005-ci ildən də həmin hasarı və evini inşa edərək orada yaşayır. Torpaq sahəsinə dair cavabdehin sənədləri mövcud olduğu halda, öz torpağının hüdudları daxilində inşa etdiyi hasarın sökülməsini və qapının bağlanmasını məhkəmə cavabdehdən tələb etməklə mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Məhkəmə A zərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsini işin hallarına düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı mülkiyyətçi deyil, İddiaçı1 ona təmsilçilik səlahiyyəti vermiş X2 etibarnamə üzrə nümayəndəsidir. Lakin buna baxmayaraq, o, məhkəmə tərəfindən iddiaçı kimi qəbul edilir, onun iddiası hətta əsaslı sayılaraq təmin olunur. Bu isə tamamilə qanunsuzdur. Bu iş üzrə məhkəmə mülkiyyət toxunulmazlığına biganə yanaşmış, cavabdeh tərəfin mövqeyini nəzərə almamışdır. Belə olduğu halda, birtərəfli, iddia ərizəsinin köçürülməsindən ibarət qətnamə qəbul edilmişdir. Bu iş üzrə isə iddiaçılar onlara məxsus olmayan, bələdiyyə qərarı ilə onlara ayrılmayan torpaq sahəsini zəbt etməklə, ümumi istifadədə olan və kommunal xətlərin keçdiyi yolu zəbt etmişdirlər ki, nəticədə hazırki mübahisə meydana gəlmişdir. Məhkəmə isə işin bu hallarına biganə yanaşmış, hansısa maddi maraqlara söykənmiş qətnamə qəbul etmişdir. İş materiallarından görünür ki, yerləşmə cizgisi, yer quruluşu planından çıxarışı olmayan, dəqiq yeri və koordinatları bilinməyən bir torpaq sahəsinə dair məhkəmə qərar çıxarır və səlahiyyətlərini aşaraq məhkəmə belə qərara gəlir ki, bu torpaq sahəsi iddiaçılara məxsusdur. Baxmayaraq ki, iş materiallarından, verilmiş izahatlardan aydın görünmüşdür ki, iddiaçıların iddia etdiyi torpaq sahəsinin onlara aidiyyəti yoxdur, bu torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Bunu Bələdiyyə və Yerli İcra hakimiyyəti də təsdiq etmiş, məhkəmədə Bələdiyyənin nümayəndəsi buna aydınlıq gətirmişdir. Xüsusi bilgi tələb edən sahə olduqda hakim ekspertiza təyin edir və işin həlli üçün zəruri sualların araşdırılmasını ekspertə həvalə edir. Lakin, işə baxanda görünür ki, məhkəmə bu sahədə yolverilməz olan özəl ekspertizanın rəyini əsas götürüb, Ədliyyə Nazirliyinin ekspertləri isə qanuni olaraq DƏDRX-in torpaq sahəsinin yer quruluşu və cizgi planına uyğun koordinatlarını verməsini istəmiş, buna görə ekspertizanın keçirilməsindən imtina etmişdir. Lakin, məhkəmə ekspertin qanuni tələbinə əməl etmək və onun tələb etdiyi mütəxəssis rəyini vermək əvəzinə özəl ekspertizaya müraciət etmiş və həqiqətə uyğun olmayan bir rəy əsasında qanunsuz olaraq qətnamə qəbul etmişdir. Məhkəmə də belə olan halda çatışmayan və ekspertiza keçirilməsi üçün tələb olunan sənədləri işə əlavə edib. İşə baxış keçirəndə görüləcəkdir ki, iddiaçı hansı səbəbdən cavabdehin öz torpaq sahəsində inşa olunmuş hasarının sökülməsini tələb etməsini sübut edə bilmir, iddiaçının yeganə əsası odur ki, cavabdehin hasarı onun pəncərəsinin qarşısını kəsir. Belə olan halda bir sual ortaya çıxır, iddiaçı tikinti və şəhərsalma normalarını pozmaqla, ara məsafəsini gözləmədən cavabdehin hasarına bitişik və yaxın niyə ev tikir ki, cavabdehin qanuni hasarı iddiaçının hava axınının qarşısını kəssin, axı tikinti normaları məhz buna görə müvafiq məsafələr müəyyən edir. İş materiallarına nəzər salsaq görərik ki, iddiaçı cavabdehin hansı tikinti normalarını pozmağını sübut edə bilmir. Cavabdeh isə ondan fərqli olaraq öz etirazının əsasını sübuta yetirir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan maddi hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, məhkəmə torpaq sahəsinin kimə aid olmasını, həmin torpaq sahəsinin koordinatlarını, yer quruluşu planından çıxarışa və plan-cizgi sxemində harada yerləşməsini, kimə məxsus olmasını, torpaq sahəsinin təyinatını araşdırmadan formal mülahizələr əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh tərəf mütəxəssis rəyi ilə razı deyil. Bələdiyyənin nümayəndəsi də təsdiq etmişdir ki, həmin ərazidə 1 sot boş torpaq sahəsi vardır. İddiaçının özünün olmasını iddia etdiyi torpaq sahəsi nə iddiaçının, nə də cavabdehin mülkiyyətində deyil. Həmin sahə yoldur, oradan elektrik, telefon, kanalizasiya xətti keçir. İddiaçıya ayrılmış torpaq sahəsi tamam başqa yerdədir. Bundan da görünmüşdür ki, mütəxəssis rəyi düzgün verilməmişdir. İddiaçı tərəfindən ev inşa edilərkən ona ayrılmış torpaq sahəsindən 4 metr yola çıxılmış, beləliklə, kanalizasiya qovşağı iddiaçının həyətində qalmışdır. Belə ki, cavabdehin yaşadığı evin yerləşdiyi torpaq sahəsi 2004-cü ildə bələdiyyə sənədi ilə sahibliyinə verilmiş, 2005-ci ildə orada ev inşa edilmişdir. Sonradan iddiaçı özünə qonşuluqda yerləşən torpaq sahəsində ev tikdirmiş, evin bir pəncərəsini cavabdehin həyətinə baxan istiqamətdə qoymuşdur. Cavabdeh iddiaçıya etirazını bildirdikdə, iddiaçı həyətin hasarının hündürlüyünü qaldıracaqlarını bildirmişdir. Lakin hasarı qaldırmadığından, cavabdeh özü məcbur olub öz hasarını qaldırmışdır. Hazırda hasarın hündürlüyü iddiaçının cavabdehin həyətini görməsini məhdudlaşdıracaq qədərdir. Yəni iddiaçının evinə həm gün işığı düşür, həm havanın qarşısı alınmayıb. İddiaçının i ddia etdiyi torpaq sahəsi cavabdehlərin birgə əməyi ilə yaxşılaşdırılmış, orada ağaclar əkilmişdir. Həmin torpaq sahəsi iddiaçıya ayrılmış torpaq deyil, çünki oradan həm də kommunikasiya xətləri keçir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında əsaslandırmalıdır. Qətnamədə məhkəmə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmalıdır. İşə və məhkəmə qətnaməsinə baxanda görünür ki, qanunvericiliyin tələbinə əməl olunmamışdır. Məhkəmə yalnız özəl ekspertin rəyini əsas götürmüş, lakin bu zaman da mübahisəli məsələ üzrə maddi hüquq normalarının tələbini düzgün tətbiq etməməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

17. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı Azərbaycan Respublikası Döv lət Neft Şirkətinin vəsatəti üzrə "X11" Şirkəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/5980 nömrəli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-8576/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 88,0 kv.m təşkil edir (sahə mübahisəlidir). Torpaq sahəsinin üzərində tikili yoxdur. Mübahisəli torpaq sahəsi cavabdehə məxsus olan digər sahə ilə həmsərhəddir. Belə ki, cavabdehə məxsus sahə üzərində bir əd əd mübahisəli torpaq sahəsinə giriş qapısı (əl qapısı) açılmışdır. Sözügedən mübahisəli sahəyə dair hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oyl). Göstərilən sahə əvvəlki illərin və hazırki dövrə aid ortofoto və Google Earth proqramının təsvirlərinə eyni zamanda vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi istifadədə olan yola düşür. Sahə Dövlət mülkiyyəti torpağıdır.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2024-cü il tarixli, 3-16-16/2-10/5980 nömrəli ekspert rəyinə əs asən, faktiki olaraq göstərilən 88,0 kv.m torpaq sahəsinin sərhədləri bir tərəfdən cavabdehə məxsus olan digər sahənin sərhədi olan mişar daş hasarla, bir tərəfdən iddiaçının ailə üzvünə məxsus sahənin sərhədi olan mişar daş hasar, az bir hissəsi daş düzülərək və qismən şərti, digər iki tərəf şərtidir (sahə mübahisəlidir). Torpaq sahəsinin üzərində tikili yoxdur. Mübahisəli torpaq sahəsinə iddiaçının nümayəndəsinin (oğlunun) İddiaçı2 və cavabdehlərin, həmçinin cavabdehlərin nümayəndəsinin iştirakı ilə birgə ünvanda olaraq təkrar texniki baxış keçirildi. Mübahisəli torpaq sahəsi məhəllədaxili yol kənarı ərazisində yerləşməklə az bir hissəsi yola düşür. Sözügedən torpaq sahəsi cavabdehə məxsus olan digər sahə ilə həmsərhəd olmaqla cavabdehə məxsus sahə üzərində bir ədəd mübahisəli torpaq sah əsinə giriş qapısı (əl qapısı) açılmışdır. Mübahisəli sahəyə dair hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Göstərilən torpaq sahəsinin bir tərəfindən təqribən 7.7 m- 7.9 m məsafədə quşçuluq ferması mövcuddur. Baxış zamanı cavabdeh şəxs şifahi olaraq sahə üzərindən iki yeraltı kommunikasiya xəttinin keçdiyini bildirdi. Mübahisəli torpaq sahəsi ilə həmsərhəd olan qonşu sahə üzərində mövcud olan yaşayış evinin mübahisəli sahə ilə həmsərhəd olan iddiaçıya məxsus yaşayış evindən əvvəl tikildiyi bildirildi. Bundan əlavə torpaq sahəsinin təqribən 6.4 m məsafəsindən yüksək gərginlikli (6-10 kvt-lıq) elektrik xətti keçir. Sahə üzərində yaşıl ağaclar mövcuddur. Həmçinin torpaq sahəsi üzərindən diametri təqribən d=150.0 mm-lik qaz boru xətti keçir. Faktiki olaraq göstərilən torpaq sahəsinin ko ordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Binəqədi Oyl) Göstərilən sahə əvvəlki illərin və hazırkı dövrə aid ortofoto və Google Earth proqramının təsvirlərinə eyni zamanda vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi istifadədə olan yola düşür. Sahə dövlət mülkiyyəti torpağıdır.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-66/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və F.H.Qasımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmiş, ödənilmiş rüsumlar tərəflərin özlərinə aid edil məsi, ekspertizanın keçirilməsi ilə bağlı 100 manat məbləğində ekspertiza xərcinin İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar və cavabdehlər qonşudurlar. İddiaçılar ana və oğuldur. İddiaçıların tələbi üç hissədən ibarətdir.

31. Birinci tələb odur ki, İddiaçı1 istifadəsində olan torpaq sahəsinin üzərində tikdirdiyi evin pəncərələrinin qarşısında cavabdehlər tərəfindən tikilmiş hasarın sökülməsini tələb edir. İddia ərizəsində qeyd edir ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 754/1 saylı, 18 mart 2004-cü il tarixli sərəncamına əsasən, fərdi yaşa yış evinin tikilməsi üçün 600 kv.metr torpaq sahəsi alğı-satqı qaydasında X2 mülkiyyətinə ayrılmışdır. Cəmilə Xəlilova 13 iyul 2020-ci il tarixli “baş etibarnamə”yə əsasən, həmin torpaq sahəsini İddiaçı1 istifadəsinə vermişdir. Onun tərəfindən həmin torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı ev tikilmiş, hazırda iddiaçılar həmin evdə yaşayırlar. Onlara məxsus torpaq sahəsi ilə bitişik torpaq sahəsində cavabdehlər yaşayırlar. Cavabdehlər İddiaçı1 istifadəsində olan torpaq sahəsinin üzərində tikdirdiyi yaşayış evinin pəncərələrinin tam qarşısında hasar tikdirərək onun yaşadığı evinə gün işığı və hava gəlməsinə maneə yaratmışlar.

22. Kollegiya ilk növbədə qeyd etmişdir ki, Cavabdeh1 istifadəsində olan torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixl i, 928 nömrəli sərəncamı ilə X7 ayrılmış və 2010-cu il tarixli etibarnamə əsasında torpaq sahəsi Cavabdeh1 istifadə və sahibliyinə verilmişdir. Digər Cavabdeh2 Şami qızı Cavabdeh1 arvadıdır. İddiaçı özü iddia ərizəsində qeyd edir ki, 2020-ci ildə onun istifadəsinə verilmiş torpaq sahəsində bir mərtəbəli ev tikdirmişdir. Cavabdehlərin yaşadığı ev və həyətin hasarı daha əvvəl tikilmişdir. Məhkəmə kollegiyası tərəfindən həm iddiaçının, həm də cavabdehin istifadəsində olan torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, cavabdehlərin yaşadığı torpaq sahəsinin hasarının bir hissəsinə İddiaçı1 evi demək olar ki, bitişikdir. Yerli baxışda müəyyən olundu ki, mübahisələndirilən hasar bütovlükdə cavabdehlərin yaşadığı torpaq sahəsini əhatə edən hasarın bir hissəsidir. İddi açı sonradan ara məsafəsi gözləmədən hasara bitişik evini tikdirmişdir. Evin pəncərəsi cavabdehlərin istifadəsində olan həyətə baxır. Cavabdeh də məcbur qalaraq mövcud olan hasarının üstünə əlavə daş qoymaqla pəncərədən öz həyətinə olan görüntünün qarşısını almışdır. Lakin pəncərənin qarşısı tamamilə bağlanmamışdır. Pəncərənin yuxarı hissədən qarşısı açıqdır.

23. Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.

24. Kollegiya qeyd etmişdir ki, iddiaçı özü tikinti norm alarına əməl etməyərək evini cavabdehlərin hasarına bitişik tikdirmiş və pəncərə açdırmışdır. Cavabdeh isə məcbur qalaraq mövcud olan hasarın üstünə əlavə daş qoymaqla qonşunun pəncərəsindən həyətinə olan görüntünü məhdudlaşdırmışdır. Bu halda kollegiya hesab etmişdir ki, iddiaçının hasarın sökülməsi tələbi əsassızdır.

25. İddiaçıların ikinci və üçüncü tələbində İddiaçı2 cavabdehlər tərəfindən onun həyətyanı sahəsinə açdırdığı qapının ləğv edilməsi və cavabdehlər tərəfindən yaradılan maneələrə son qoyulmasını tələb edirlər. İddiaçılar iddia edir ki, onlar özlərinə məxsus torpaq sahəsini hasara almaq istəsələr də, cavabdehlər buna maneə yaradır, dava-dalaş salırlar.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının qapının bağlanmasını tələb etmək üçün subyektiv hüququ yo xdur. Belə ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 1740/1 saylı Sərəncamına əsasən, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 100 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı2 alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmış olsa da iddiaçı həmin torpaq sahəsinin mübahisə predmeti olan sahə ilə üst-üstə düşməsini sübut edə bilmir. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş sahə Dövlət mülkiyyəti torpağı olması göstərilmişdir.

27. Kollegiya qeyd etmişdir ki, yerli baxış zamanı da müəyyən olunmuşdur ki, qapının açıldığı qeyd olunan torpaq sahəsi yolun kənarıdır. Cavabdehlərin hasarı ilə ümumi yolun arasında yerləşir. Rəydən də aydın ol muşdur ki, ümumi xətlər həmin sahədən keçir. Ekspert də qeyd edir ki, həmin sahəyə hüquq müəyyənedici sənəd təqdim edilməmişdir, həmin sahə dövlət Kollegiya qeyd edir ki, yerli baxış zamanı da müəyyən olundu ki, qapının açıldığı qeyd olunan torpaq sahəsi yolun kənarıdır. Cavabdehlərin hasarı ilə ümumi yolun arasında yerləşir. Rəydən də aydın olur ki, ümumi xətlər həmin sahədən keçir. Ekspert də qeyd edir ki, həmin sahəyə hüquq müəyyənedici sənəd təqdim edilməmişdir, həmin sahə dövlət mülkiyyətidir. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçının həmin torpaq sahəsinə açıldığı qeyd edilən qapının bağlanmasını tələb etmək üçün subyektiv hüququ yoxdur.

28. Bundan əlavə, həmin sahəyə baxış keçirərkən müəyyən olunmuşdur ki, yolun kənarında daşlar vardır. İddiaçı iddia etmişdir ki, həmin torp aq sahəsində tikintiyə cavabdehlər maneə törədir.

29. İlk növbədə qeyd edilməlidir ki, həmin torpaq sahəsinə dair iddiaçının heç bir hüquq müəyyən edici sənədi yoxdur. Bundan əlavə, cavabdeh bildirmişdir ki, iddiaçıya tikintiyə cavabdeh deyil, İcra Hakimiyyətinin nümayəndəsi icazə verməmişdir. Kollegiya qeyd edir ki, iddiaçıların bu tələbi də əsassızdır və sübut olunmur. 30. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilir ki, “...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüq uqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tə ləb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.

31. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil4 məhkəməyə təqdim etdiyi yazılı izahatdan müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən X11" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olmaqla Bakı şəhər X5 İcraiyyə Komitəsinin 29 iyul 1988-ci il tarixli, 7/418 nömrəli qərarı ilə Azərbaycan SSR Dövlət Peşə və Texniki Təhsil Komitəsinin 1 nömrəli orta ixtisas məktəbinə ayrılmış ərazilərin, eyni zamanda ən yaxını 43 metrlik məsafəsində yerləşməklə 3 ədəd neft qaz quyusunun mühafizə zonası daxilində yerləşir. 32. “X11" Şirkətinin nümayəndəsi tərəfindən təqdim edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi əvəzi baş memar Akif Abdullayev tərəfindən təsdiq edilmiş ARDNŞ-nin daimi istifadəsində ol an "Binəqədi Oyl” ƏŞ-nin kontrakt sahəsinin Binəqədi və Çaxnaqlar blokunun xəritəsindən də müəyyən edilir ki, mübahisəli torpaq sahəsi "Binəqədi Oyl” ƏŞ-nin kontrakt sahəsinin ərazi hüdudları daxilində yerləşir.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və sübut edilməmişdir.

34. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.3, 159, 164.1, 180.1, 180.4cü, Torpaq Məcəlləsinin 55, 66.1, 68-ci, Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 62.1, 72.1-ci, MPM-in 14.2, 77.1, 101.7, 119.1 və 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyanın 150-ci, MPM-in 4.1, 77, 418.1, 418.2-ci maddələrinə və işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1740/1 saylı sərəncamına əsasən bələdiyyə qəsəbəsinin hüdudları daxilində 100 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə İddiaçı2 mülkiyyətinə verilmiş və 2005-ci ildən bu günə kimi, yəni 20 il keçməsinə baxmayaraq, bu sərəncam mübahisələndirilməmişdir və qüvvədədir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qəbul etdiyi qətnamədə iddiaçının hüquqları pozulmuşdur. Belə ki, iddiaçının əlində bu günə qədər qanuni qüvvədə olan torpağa dair bələdiyyənin xx.xx.2005-ci il tarixli, 1740/1 saylı sərəncamı olmasına baxmayaraq, bu hüququ pozaraq nəyə əsasən belə qərar qəbul etməsini göstərməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 150-ci maddəsində göstərilmişdir ki, bələdiyyələrin qəbul etdiyi aktlar hüquqa və hüquq mühafizə orqanlarına, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır. Bələdiyyələrin qəbul etdiyi aktın icrası onun ərazisin də yaşayan vətəndaşlar və onun daxilində hüquqi şəxslər üçün məcburidir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi qanuni qüvvədə olmuş bələdiyyə qərarının olmasına baxmayaraq, buna məhəl verməmişdir. Əgər Bakı Apellyasiya Məhkəməsinin göstərdiyi kimi torpaq sahəsi Dövlət Neft Şirkətinə məxsusdursa, niyə o, bu barədə hər hansı bir iddia ilə məhkəməyə müraciət etməmiş və bələdiyyənin qərarını ləğv etməmişdir? Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmə miş, mülki iş tam və hərtərəfli araşdırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

39. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

40. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

41. Maddə 164.1. Sahibin iradəsi olma dan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

42. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

43. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti ü zrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

44. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

45. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

46. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların tərtib edil məsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun yerquruluşu planlarının və təsvirlərinin müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ( 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyədək olan versiya). Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsi

47. Maddə 62.1. Pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, rampalar və liftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır.

48. Mad də 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilm iş qüvvəsi yoxdur.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəmə si tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin tə şkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

61. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhk əmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

62. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara m ülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-66/25 nömrəli 13 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar