Məhkəmə qərarları › İş №2(102)-2117/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2117/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2117/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh1 X və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(103)1042/2023 saylı qətnaməsindən Cavabdeh1 X verdiyi kassasiya şikayəti üzrə işə 05 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin h alları 1. "xxxx" Bokt ASC ilə Cavabdeh1 X arasında bağlanmış 14 iyul xx.xx.2021-ci il tarixli, PKLMB-0601saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən Cavabdeh1 X illik 28% dərəcəsi ilə 24 ay müddətinə ödəniş qrafikinə uyğun qaytarmaq şərti ilə 58.500 manat kredit verilmişdir.

2. Sonradan 04 noyabr 2021-ci il tarixli əlavə razılaşma protokolu ilə kredit müqaviləsinin müddəti borcun müddəti əlavə olaraq 1 il 7 ay 15 gün müddətinə, illik 16 faiz olmaqla, aylıq 2.057 manat ödəməklə uzadılmış və son ödəniş günü 19 noyabr 2024-cü il tarixədək müəyyənləşdirilmişdir.

3. Cavabdeh1 X öhdəliyin icrasını gecikdirmiş, Bank tərəfindən borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq məktubu göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhk əməsində icraat

4. İddiaçı "xxxx" Bokt ASC cavabdehlər Cavabdeh1 X və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 7.300 manat əsas, 2.666 manat faiz borcunun, digər Cavabdeh2 5000 manat əldən çıxmış faydanın və 285 manat dövlət rüsumunun tutularaq Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, onlara sonradan məlum olmuşdur ki, iddiaçının keçmiş əməkdaşı və həmin dövrdə ’’kredit mütəxəssisi” vəzifəsində çalışan digər Cavabdeh2 tərəfindən Cavabdeh1 kredit verilməməli olduğu halda və sözügedən kreditin geri qayıtmayan kredit olduğu bilinərək kredit verilmiş, yəni Cavabdeh1 kredit əldə etmək üçün mövcud şərtlərə cavab verib-verməməsi düzgün araşdırı lmamışdır. Nəticə olaraq Cavabdeh1 tərəfindən 57 300 manat əsas, 2666 manat faiz borcu ödənilməmişdir.

6. İddia ərizəsinə əlavə edilmiş 05 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 həmin tarixə iddiaçıya əsas borc üzrə 57.300 manat, faiz borcu üzrə 2.666 manat olmaqla, cəmi 59.966 manat kredit borcu yaranmışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(011)3767/2022 saylı qətnaməsi ilə (hakim P.Zamanlı) iddia qismən təmin edilərək, Cavabdeh1 57.300 manat əsas, 2.666 manat faiz olmaqla, cəmi 59.966 manat kredit borcunun, həmçinin ödənilmiş 262,20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında sonuncu iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə, eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini yerinə yetirməmişdir.

9. Məhkəmə, digər Cavabdeh2 5.000 manat əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 5.000 manat pulu Cavabdeh2 əldən çıxmış fayda kimi tələb edir. İddiaçı, Cavabdeh2 digər Cavabdeh1 kredit verməməli olduğunu bildiyi halda sonuncuya kredit verildiyini sübut edə bilmədiyindən iddia təmin edilə bilməz.

10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 739.1, 739.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş kredit müqaviləsi üzrə hesabdan çıxarışda 1.170 manat ödəniş öz əksini tapmamışdır. Bu isə öz növbəsində məhkəmə qərarının ziddiyyətli olduğunu, tələb irəli sürülərkən və qətnamə qəbul olunarkən hesablamaların d üzgün aparılmadığını sübut edir. İddiaçı ilə Cavabdeh1 arasında 19 aprel 2021-ci il tarixli, PKLMB-0601 saylı kredit müqaviləsi üzrə öhdəlikləri təmin etmək məqsədilə tərəflər arasında 19 aprel 2021-ci il tarixli, PKLMB-0601 saylı girov müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus olan qızılzinət əşyaları girov qoyulmuşdur. Lakin, iddiaçı öz tələbinin girov qoyulmuş qızıl-zinət əşyalarına yönəlməsini istəmir və beləliklə də "xxxx" Bokt ASC həm kredit borcunu cavabdehdən tələb edir, həm də girov qoyulmuş qızıl-zinət əşyalarını özündə saxlamaqla onları ələ keçirməyə çalışır. Qeyd edilən qızıl-zinət əşyaları həmin vaxt qiymətləndirilmiş və “malların girovuna dair” AKT-a əsasən iddiaçıya verilmişdir. Bu məsələ Cavabdeh1 iddiaçıya ünvanladığı 19 aprel 2021-ci il tarixli ərizəsində də öz əksini tapm ışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, faktiki mövcud olan borcun tutulması üçün tutma girov əmlakına yönəldilməlidir. Məhkəmə faktiki ödənişlərin məbləğini və yekun borcun faktiki məbləğini müəyyən etmək məqsədi ilə məhkəmə-mühasibatıq ekspertizası təyin etməli idi. Məhkəmə cavabdehin borcunu müəyyən edən sübut kimi iddiaçının təqdim etdiyi maliyyə arayışına əsaslansa da, həmin arayışda ödənişlər öz əksini tapmadığından, bu isə öz növbəsində arayışda göstərilmiş məbləğlər düzgün olmadığından həmin sübut özlüyündə ziddiyyət təşkil edir. Məhkəmə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin məbləğini aydınlaşdırmamışdır.

13. Cavabdeh1 tərəfindən apellyasiya baxışında təqdim edilmiş girov müqaviləsinə əsasən “girov qoyan”ın iddiaçı qarşısında olan pul öhdəliklərinin icrasının təm in edilməsi məqsədilə iddiaçının qanuni təmsilçisi ilə Cavabdeh1 arasında 19 aprel 2021-ci il tarixli, PKLMB-0601 saylı girov müqaviləsi bağlanmış və 19 aprel 2021-ci il tarixli qəbzə əsasən Cavabdeh1 tərəfindən 1.170 manat ödəniş edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(103)-1042/2023 saylı qətnaməsi ilə (hakimlər- F.Talışinski sədrlik edən, məruzəçi, A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh kredit müqav iləsi üzrə girov qoyulduğunu və 1170 manat ödəniş etdiyini və bu halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığından şikayətlənir.

16. Hazırki iddia tələbi üzrə borcun girova yönəldilməsi işə baxılmasının iddia predmeti olmağından, onun müzakirəsi mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, tutmanın girov predmetinə yönəldilməsini tələb etmək kreditorun vəzifəsi deyil, hüququdur. Digər tərəfdən, borc ödənildiyi təqdirdə cavabdehin girov qoyulmuş əmlakını geri tələb etmək hüququ vardır. Ödənilən məbləğ üzrə isə borcun hesablanmasında uyğunsuzluq müəyyən edilmir. Çünki, 19 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Bankdan götürülən 58.500 manat məbləğdə kreditdən 05 sentyabr 2022-ci il tarixə ödənilməmiş 57.300 manat məbləğdə əsas borc tələb edilir ki, 19 aprel 2021-ci il tarixli qəbzə əsasən Cavabdeh1 tərəfindən 1.170 manat ödəniş nəzərə alındıqda sadə riyazi hesablama yolu ilə də əsas borcun düzgün müəyyən edildiyi öz təsdiqini tapır. Ona görə də Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməlidir. d) Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyas iya instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, “sadə riyazi hesablama yolu ilə, əsas borcun düzgün müəyyən edildiyi öz təsdiqini tapır. Ödənilən məbləğlər üzrə isə borcun hesablanmasında uyğunsuzluq müəyyən edilmir”. Məhkəmə hesab etmişdir ki, 58.500 – 1170 = 57300 manata bərabərdir. Halbuki, 58.500 – 1170 = 57.330 manata bərabərdir. Hesabdan çıxarışda ödənişin əks olunmaması qanuna zidd olsa da, məhkəmə bu məsələyə münasibət bildirməmişdir. Hesabdan çıxarışda cavabdehin ödənişi yoxdur. Halbuki, ödəniş qəbzi məhkəməyə təqdim edilmişdir. Belə çıxır ki, iddiaçı bütün ödənişləri nəzərə almamış və gizlətmişdir. Məhkəmə iddiaçıda saxlanılan girov əşyaların müqəddəratı ilə bağlı məsələyə aydınlıq gətirməmişdir. Həmin əşyalara tələb yönəldilməsə də, iddiaçı həmin əşyaları qaytarmır və hüquq dan sui-istifadə edərək özündə saxlayır. Məhkəmə maliyyə arayışında əsas borcun məbləğinin düzgün göstərilməməsinə münasibət bildirməmişdir. Maliyyə arayışında əsas borcun məbləği 57.300 manat qeyd edilmişdir. Əslində isə 57330 manat olmalı idi. Bu məbləğ tərəflərindən təqdim edilmiş ödəniş qəbzinə uyğun gəlmir. İddiaçının təqdim etdiyi maliyyə sənədində yanlış məbləğin göstərilməsi qəbuledilməzdir. Belə çıxırki, iddiaçı maliyyə arayışına istədiyi məbləği yaza bilər. Bu hallar borc məbləğinin düzgün hesablanmadığının sübutudur. İddiaçının təqdim etdiyi 2 sənədin qeyri-mötərbərliliyi açıq-aşkar görünsə də, məhkəmə bu məsələləri aydınlaşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi girov əşyaların sonradan cavabdehə qaytarılacağını bildirsə də, məhkəmə qətnaməsinin iddiaçının izahatı hissəsində bu öz əksini tapmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları

20. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

22. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

23. Maddə 2 69.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

24. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

25. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

29. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayı lır.

31. Maddə 448.1. Əgər bu Məcəlləilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.\Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya ba xışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırki kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüq uqi mövqeyi

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

46. Belə ki, işin apellyasi ya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 14 iyul xx.xx.2021-ci il tarixli, PKLMB-0601saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən Cavabdeh1 illik 28% dərəcəsi ilə 24 ay müddətinə ödəniş qrafikinə uyğun qaytarmaq şərti ilə 58.500 manat kredit verilmişdir. Sonradan 04 noyabr 2021-ci il tarixli əlavə razılaşma protokolu ilə kredit müqaviləsinin müddəti borcun müddəti əlavə olaraq 1 il 7 ay 15 gün müddətinə, illik 16 faiz olmaqla, aylıq 2.057 manat ödəməklə uzadılmış və son ödəniş günü 19 noyabr 2024-cü il tarixədək müəyyənləşdirilmişdir.

47. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şi kayətinin dəlillərini araşdırıb hesab edir ki, kassator kassasiya şikayətində sözügedən kredit müqaviləsi üzrə 19 aprel 2021-ci il tarixli, PKLMB-0601 saylı girov müqaviləsinə əsasən qızıl-zinət əşyalarını Banka girov qoyduğunu, 19 aprel 2021-ci il tarixli qəbzə əsasən Banka 1.170 manat ödəniş etdiyini, lakin Bankın qanunsuz olaraq tutmanı girov predmetinə yönəltmədiyini, qeyd olunan ödənişi kredit borcundan çıxmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.

48. Belə ki, əvvəla hazırki iddia tələbi üzrə borcun girov predmetinə yönəldilməsi işə baxılmasının iddia predmeti olmağı üçün, apellyasiya instansiyası məhkəməsi kassatorun bu dəlilini əsassız hesab etməklə düzgün nəticəyə gəlmiş və mülki prosessual normaların tələblərini hazırki mülki mübahisəyə düzgün tə tbiq etmişdir.

49. Digər tərəfdən, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə görə sözügedən kredit müqaviləsi üzrə tutmanın girov predmetinə yönəldilməsini tələb etmək kreditorun vəzifəsi deyil, hüququdur.

50. Daha sonra, borc ödənildiyi borclu Cavabdeh1 tərəfindən tam ödənildiyi halda, sonuncunun Bankadan girov qoyulmuş qızıl-zinət əşyalarını geri tələb etmək hüququ vardır, həmçinin kredit borcunun ödənilməsi tərəflərin qarşılıqlı razılaşmasına əsasən qızılzinət əşyalarının satışı hesabına da həyata keçirilə bilər.

51. Belə ki, Mülki Məcəllənin 269.1, 269.3, 269.7, 295-ci maddələrinin mənasına görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının t əmin edilməsi üsuludur. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

52. Kassatorun, ödənilən məbləğ üzrə borcun hesablanmasında uyğunsuzluğa yol verilməsi nə dair dəlilinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, bu hal da apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, 19 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Bankdan götürülən 58.500 manat məbləğdə kreditdən 05 sentyabr 2022-ci il tarixə ödənilməmiş (58.500-1170=57.330) 57.300 manat (30 manat əskik) məbləğdə əsas borc tələb edilir ki, 19 aprel 2021-ci il tarixli qəbzə əsasən Cavabdeh1 tərəfindən 1.170 manat ödəniş nəzərə alındıqda sadə riyazi hesablama yolu ilə də əsas borcun düzgün müəyyən edildiyi öz təsdiqini tapır.

53. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər də lillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh1 X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(103)-1042/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar