Məhkəmə qərarları › İş №2(102)-2119/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2119/2019

08.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2119/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Ləğv prosesində olan İddiaçı-nin X3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli 2(103)608/2018 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı (bank) X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.08.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 107.131,98 manat əsas, 30.210,75 manat faiz və 30.550,52 manat cərimə borcu olmaqla, cəmi 167.893,25 manat borcun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 manat xidmət haqqının tutularaq banka ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehin 1 ay ərzində həmin yaşayış sahəsindən çıxılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri N əsimi Rayon Məhkəməsinin (hakim Şahin Abdullayev) 01 dekabr 2016-cı il tarixli 2(006)-7776/2016 saylı qətnaməsi ilə iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Mədinə Bağırova - sədrlik edən və məruzəçi, hakimlər Məmməd Məmmədov, Saqi Məmmədov) 19.04.2017-ci il tarixli 2(103)-2086/2017 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, hakimlər Akif İsgəndərov, İlqar Dəmirov) 27.10.2017-ci il tarixli 2(102)-6627/2017 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək Bakı Apellyasi ya Məhkəməsinin 19.04.2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Elnur Həsənov - sədrlik edən və məruzəçi, hakimlər Xumar Mərdanova, İsmayıl Vəliyev) 30.10.2018-ci il tarixli 2(103)608/2018 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı-nin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7776/2016 saylı iş üzrə 01 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbləri qismən təmin edilərək, X1 104.831,5 (yüz dörd min səkkiz yüz otuz bir manat 50 qəpik) manat əsas, 4263,14 (dörd min iki yüz altmış üç manat 14 qəpik) manat faiz, 15.000 (on beş min) manat cərimə borcu olmaqla cəmi 124.94,64 (yüz i yirmi dörd min doxsan dörd manat 64 qəpik) manat məbləğində kredit borcu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması məqsədilə ödənilmiş 30 (otuz) manat, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 47 (qırx yeddi) manat ləğv prosesində olan İddiaçı-nin xeyrinə tutulması, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldilsin, həmin əmlak hərracda satılsın, onun satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 124.094,64 (yüz iyirmi dörd min doxsan dörd manat 64 qəpik) manat məbləğində kredit borcu, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması məqsədilə ödənilmiş 30 (otuz) manat, habelə iddia ərizə sinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 47 (qırx yeddi) manat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi X3 qaytarılması, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində X2 oradan çıxarılması,iddia tələblərinin qalan hissələrdə təmin olunmaması, İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 164.000 (yüz altmış dörd min) manat məbləğində müəyyən edilməsi, məhkəmə-mühasibatşünaslıq ekspertizasının xərci olan 145 (yüz qırx beş) manatın 100 (yüz) manatının X1, 45 (qırx beş) manatı isə ləğv prosesində olan İddiaçı-dən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı-nın ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru X və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və vəkili X1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İ ddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi borc məbləğinin mövcud olması faktını təsdiq etsə də, borc məbləğinin həcmi düzgün müəyyən edilməmişdir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi nəticəsində 14 sentyabr 2018-ci il tarixli ekspert rəyi ilə 27.02.2015-ci il tarixinə cavabdehin əsas borc üzrə 104.831,5 manat, faiz borcu üzrə 4263,14 manat, 01.08.2016cı il tarixinə əsas borc üzrə 104.831,5 manat, faiz borcu üzrə 9562,96 manat borcu müəyyən edilmişdir. Ekspert rəyi ziddiyyətlidir, çünki maliyyə arayışında qeyd edilən məbləğlə ekspertin müəyyən etdiyi məbləğlər ilə üst üstə düşmür. Buna görə də, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmiş, qətnamə qanunsuz və əsassızdır, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Vəkil apellyasiya instansiyası məhkəməsində 25 oktyabr 2018-ci il tarixdə keçirilən məhkəmə iclasında müqaviləni həmin gün bağladığını, iş materialları ilə tanış olmaq və müdafiəsini hazırlamaq üçün 2 həftə vaxt verilməsini xahiş etmişdir. Lakin məhkəmə iclası 30 oktyabr 2018-ci il tarixə təxirə salınmış, vəkilə işlə tanış olub müdafiəsini hazırlamaq üçün sadəcə 4 gün vaxt verilmiş və həmin 4 günün 2 günü isə istirahət gününə təsadüf etmişdir. Vəkil səhhətində yaranmış problemlə əlaqədar olaraq 30 oktyabr 2018-ci il tarixdə keçirilən məhkəmə iclasına gələ bilməmiş, bununla əlaqədar teleqram göndərərək işə onun iştirakı ilə baxılması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə vəkilin bu xahişini nəzərə almamış və cavabdeh tərəfin iştirakı olmadan işə baxaraq onun ziyanına iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi cavabdehin vəkilinin iş üzrə özünün müdafiəsini hazırlamasına və məhkəmə iclasında iştirakına şərait yaratmayaraq prosesin çəkişmə prinsipini təmin etməmişdir. Bu hallar isə ciddi prosessual pozuntudur və qətnamənin şikayətin dəlillərindən asılı olmayaraq ləğvi üçün əsasdır. Bankın iddia tələbi iş üzrə tərəflər arasında bağlanmış 14.08.2012-ci il tarixli “Bərpa olunan təminatlı kredit müqaviləsi” üzrə yaranmış borcun tutulmasından ibarətdir. Lakin iddiaçı, əsası nda kredit borcunu tələb etdiyi müqavilənin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini iddia ərizəsinə əlavə etməmiş, məhkəmə iclasında iştirak etmiş nümayəndəsi də həmin sənədi məhkəməyə təqdim etməmişdir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsini ləğv etmiş Bakı Apellyasiya Məhkəməsi 27.07.2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasını qərara almışdır. Halbuki iddiaçı 27.07.2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə tələb irəli sürməmişdir. Bakı Apellyasiya Məhkəməsi MPM-nin 218.3-cü maddəsinin tələbini pozmuş, irəli sürülməmiş iddia üzrə qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsinin kredit müqaviləsinin tarixinin texniki səhv olaraq 14.08.2012-ci il göstərilməsi barədə gəldiyi qənaət də düzgün deyil. Bankın nümayə ndəsi müqavilənin tarixinin texniki səhv olduğunu deyil, əksinə müqavilənin rəsmiləşdirildiyi tarixin 14.08.2012-ci il tarix olduğunu göstərmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi müqavilənin tarixinin texniki səhv olması təşəbbüsünə gəlmişdir. İddiaçı bank 27.07.2012ci il tarixli müqaviləni birinci və apellyasiya instansiyası məhkəmələrində işə baxılan zaman təqdim etməmiş, həmin müqavilə yalnız kassasiya şikayətinə əlavə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi kassasiya instansiyası məhkəməsinə təqdim edilmiş sənədləri sübut kimi qəbul edərək onlar əsasında qətnamə qəbul etmişdir. Halbuki kassasiya instansiya məhkəməsi tərəfindən yeni sübutun qəbul edilməsi yolverilməzdir. Məhkəmə əsas borca münasibətdə cərimənin məbləğini də xeyli çox müəyyən etmiş, 15.000 manat cərimə müəyyən etməklə c avabdehin vəziyyətini ağırlaşdıran qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili tərəflərindən verilmiş kassasiya şikayətini müdafiə edərək apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün araşdırma aparılmadığını, sübutlara düzgün qiymət verilmədiyini qeyd edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması və cavabdeh tərəfinin verdiyi kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdehin vəkili X2 məhkəməyə vəsatət göndərək, başqa məhkəmə iclasında işti rakı ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Vəsatətə hər hansı sübut əlavə edilmədiyindən vəsatət təmin edilməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməs inin 06 noyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, 27 iyul 2012-ci il tarixli 240F4 saylı kredit müqaviləsinə əsasən iddiaçı təşkilatın 4 saylı filialı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 24 faiz ödənilməsi şərti ilə istehlak məqsədi ilə 110.000 manat kredit verilmiş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 27 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bül Bül küçəsində yerləşən 78 saylı fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulmuşdur. İddiaçı təşkilatın 07 may 2014cü il tarixli sərəncamına əsasən cavabdehə sözügedən kredit müqaviləsi üzrə 110 000 manat məbləğində tranşın verilməsi barədə qərar qəbul edilmiş və 23 may 2014-cü il tarixli kassa məxaric orderinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 107 910 manat pul ödənilmişdir. Bundan sonra iddiaçı təşkilatın rəhbəri ilə cavabdeh arasında “borcun hissəhissə ödənilməsinə dair” 14 noyabr 2014-cü il tarixli saziş imzalanmış və sazişin şərtlərinə görə tərəflər 110 000 manat əsas borcun, 18 418,49 manat faiz borcunun ödənilməsi barədə razılığa gəlmiş və cavabdeh öhdəsinə götürmüşdür ki, bu saziş imzalandığı tarixdən etibarən 24 ay müddətində bərabər hissələrə bölməklə hər ay 5000-6000 manat pulu iddiaçı təşkilata ödəyəcək və borc məbləğinin ödənilməsi qaydasını və şərtlərini bir dəfə pozarsa bu saziş öz qüvvəsini itirəcəkdir. Cavabdeh sözügedən kredit müqaviləsi üzrə həqiqətən bankdan 110 000 manat kredit məbləğini 2012-ci ildə almasını və 27 iyul 2012-ci il tarixli kredit müqaviləsi nə əlavə edilən və bank tərəfindən verilən 14 avqust 2012-ci il tarixli ödəniş cədvəlinə əsasən kredit məbləğini 2014-cü ilin may ayınadək tam məbləğdə banka ödəyəcəyini öhdəsinə götürməklə etiraf etmiş və sonradan kredit borcunu tam məbləğdə ödəməsini əsas tutub məhkəmədə İddiaçı-nə qarşı “27 iyul 2012-ci il tarixli, 240F4 saylı kredit müqaviləsinin ləğv edilməsi, 27 iyul 2012-ci il tarixli 240|1F4 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bankın xeyrinə ipoteka qoyulmuş Gəncə şəhəri, Nizami rayonu, Bül Bül küçəsində yerləşən, 78 saylı fərdi yaşayış evinin yüklülükdən azad edilməsi” barədə iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbləri əsassız olduğundan təmin edilməmişdir. Sonradan Cavabdeh qətnamədən verdiy i apellyasiya, kassasiya şikayətlərinə əsasən qətnamə dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə şərh etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. İşə təkrar apellyasiya qaydasında baxıldığı zaman təqdim edilmiş kredit və ipoteka müqavilələrin əsilləri və razılaşmalarla müəyyən olunmuşdur ki, bankla X4 arasında 27 iyul 2012-ci il tarixdə kredit müqaviləsi bağlanaraq cavabdehə 24 ay müddətinə, illik 24 % ödəmək şərtilə 110 000 manat kredit verilmiş, kredit öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi eyni tarixli ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus Gəncə şəhəri, Nizami rayonu, Bü lbül küçəsində yerləşən 78 saylı fərdi yaşayış evi bankın xeyrinə ipotekaya qoyulmuş, bundan sonra bankla cavabdeh arasında “borcun hissə-hissə ödənilməsi”nə dair 14 noyabr 2014-cü il tarixli saziş imzalanmış və M. Seyidov 110 000 manat əsas, 18418,49 manat faiz borcunu saziş imzalanan tarixdən etibarən 24 ay müddətində bərabər hissələrlə hər ay 5000-6000 manat olmaqla banka ödəməyi öhdəsinə götürmüş, kredit müqaviləsinə 04 mart 2015-ci il tarixli əlavə ilə isə kreditin qaytarılma müddəti 27 iyul 2015-ci il tarixinə qədər uzadılmışdır. 14 sentyabr 2018-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Məhəmməd Seyidovun 27.07.2015-ci il tarixinə 104.831,5 manat əsas, 4263,14 (dörd min iki yüz altmış üç manat 14 qəpik) faiz borcu yaranmışdır Apellyasiya instansiya mə hkəməsi iş üzrə kassasiya instansiya məhkəməsinin göstərişlərinə əməl edərək, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab etmişdir ki, iddiaçı bankla cavabdeh arasında kredit (ipoteka) müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafi q olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Məhəmməd Seyidovun 27.07.2015-ci il tarixinə 4263,14 (dörd min iki yüz altmış üç manat 14 qəpik) faiz borcu yarandaığından həmin məbləğdə faiz ondan tutulmalıdır. İddiaçı bank cavabdehin əsas kredit borcuna görə məhz 107.131,98 manat borcunun yaranmış olduğunu sübuta yetirə bilməmiş, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza rəyi ilə həmin borc məbləğinin 104.831,5 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bundan əlavə, cavabdehə 01 avqust 2016-cı il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla cavabdeh arasında bağlanmış müqavilə üzrə kredit 24 ay müddətinə verilmiş, sonradan kreditin qaytarılma müddəti 27 iyul 2015-ci il tarixinə qədər uzadılmış və məhz bu dövr ərzində cavabdehin illik 24 % ödəməli olduğu razılaşdırılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbayca n RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında şərh olunmuşdur ki, “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normasını rəhbər tutaraq düzgün olaraq hesab etmişdir ki, borcalanın 104.831,5 manat olduğu müəyyənləşdirilmiş əsas borcuna münasibətdə ondan tutulmalı dəbbə pulunun məbləğinin 15 000 (on beş min) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Belə ki, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Dəbbə pulunun məbləğini müəyyənləşdirərkən kollegiya cavabdehin iddiaya qarşı əsassız etiraz etməklə işin baxılmasını süni şə kildə uzatmış olduğunu xüsusilə nəzərə alır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə is ə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək apelly asiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh X2 bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına banka ödənilməli olan pul vəsaiti ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, borc məbləğinin daha artıq olması və ekspert rəyinin ziddiyyətli olması barədə iddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndiri lir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İddiaçı kassasiya şikayətində borcun məbləğini müəyyən edən ekspertiza rəyinin düzgün olmadığını iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin kassasiya şikayətinin dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, məhkəmə baxışı zamanı cavabdehin iştirakının təmin edilməməsi barədə qeyd edilənlər ka ssasiya şikayətinin özündə göstərilənlərlə təkzib edilir. Apellyasiya instansiya məhkəməsində cavabdeh 18.01.2018-ci il tarixli məhkəmə iclasında şəxsən iştirak etmiş, həmin məhkəmə iclasında iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspertiza keçirildikdən sonra 25.10.2018-ci il tarixə təyin edilmiş məhkəmə iclasında cavabdehin vəkili iştirak edərək, iş materialları ilə tanış olmaq üçün vaxt istəmiş, bununla əlaqədar məhkəmə iclası 30 oktyabr 2018-ci il tarixə təxirə salınmış, vəkil 26.10.2018-ci il tarixdə işlə tanış olmuş (iş v.313), lakin 30.10.2018-ci il tarixdə məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, vəkilin sonuncu məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbdən başverməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. Belə olan halda, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin və onun vəkilinin iştirakı olmadan baxmağa haqlı olmuşdur. Eyni zamanda, cavabdehin “iddiaçının istinad etdiyi 14.08.2012-ci il tarixli müqavilənin mövcud olmadığı” dəlilinə münasibətdə apellyasiya instansiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, iddia ərizəsində kredit müqaviləsinin tarixinin “14.08.2012-ci il” kimi göstərilməsi sırf texniki səhv kimi qiymətləndirilməlidir və işin bütün hallarından iddiaçı bankın məhz 27 iyul 2012-ci il tarixli kredit müqaviləsinə əsaslandığı ay dın olmaqdadır. Cavabdehin 27.07.2012-ci il tarixli kredit xətti müqaviləsindəki imzanın cavabdehə məxsus olmasının müəyyən edilməsi barədə məhkəmə xətşünasliq ekspertizasının keçirilməməsi, müqavilə üzrə faizlərin 3 il müddətində deyil, 2 ay müddət üçün hesablanmalı olması, ekspert rəyinin nöqsanlı olması və dəbbə pulunun yüksək olması barədə dəlilləri də əsassızdır. Belə ki, iddiaçı özü İddiaçı-nə qarşı “27 iyul 2012-ci il tarixli, 240F4 saylı kredit müqaviləsinin ləğv edilməsi, 27 iyul 2012-ci il tarixli 240|1F4 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bankın xeyrinə ipoteka qoyulmuş Gəncə şəhəri, Nizami rayonu, Bül Bül küçəsində yerləşən, 78 saylı fərdi yaşayış evinin yüklülükdən azad edilməsi” barədə qaldırdığı iddiada tərəflər arasında belə bir müqavilənin bağlandığına istinad etmişdir. Bu isə hazırki işdə imzanın mübahisələndirilməsinin yalnız işə baxılmasının yubadılması məqsədi daşıdığını göstərir. 14 sentyabr 2018-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyinin tədqiqat hissəsindən görünür ki, cavabdehin iddia etdiyi kimi kredit məbləğinə faiz borcu 3 il ərzində deyil, kreditin faktiki istifadə edildiyi 23.05.2014-cü il tarixdən kredit müqaviləsinin uzadılmış müddətinin bitdiyi 27.07.2015-ci il tarixədək hesablanmışdır. Dəbbə pulu ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə tələb edilən 30.550,52 manat dəbbə pulu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldılarkən həmin maddənin tələbinə uyğun olaraq, həm kreditorun əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınmışdır. Beləliklə də, kassasiya kollegiyası, apelly asiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı tərəfindən və cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli 2(103)-608/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar