Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2119/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili V1 oğlunun və Cavabdeh vəkili V oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-***/2020 nömrəli qərardadından Cavabdeh səlahiyyətli nümayəndəsi və vəkili V oğlu tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəh əri Xətai rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) xx.xx.2019-cu il tarixli 2(011)205/2019 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 465893.56 ABŞ dolları əsas borc, 164521 ABŞ dolları faiz borcu, 16510.33 ABŞ dolları cərimə olmaqla, cəmi 646924.89 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 28.50 manat hissəsinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 237.50 manat hissəsinin Cavabdeh, 12.50 manat hissəsinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutulub dövlət nəfinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, T.Əliyev, İ.Şirinov) xx.xx.2020-ci il tarixli 2(103)-***/2020 saylı qərardadı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-205/2019 saylı qətnaməsindən cavabdehin səlahiyyətli nümayəndəsivəkil Arif Əliyev tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Cavabdeh səlahiyyətli nümayəndəsi və vəkili V oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadından kasasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh səlahiyyətli nümayəndəsi və vəkili V oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, cav abdeh məhkəmə prosesi dövründə və hazırda da ölkə xaricindədir. Ona görə də məhkəmə qətnaməsi ona çatdırılmamışdır. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin cavabdehə xəbərnaməyə şəxsən imza etdirilməklə verilməsinə istinad etsə də, xəbərnamədəki imzanın cavabdehə məxsus olmasını haradan götürdüyünü, hansı sübuta əsasən bu qənaətə gəlməsini qərardadda göstərməmiş, əsaslandırmamışdır. Cavabdeh 2 ilə yaxındır ki, Azərbaycan Respublikasında yaşamır. Cavabdeh tərəfindən nümayəndəyə verilmiş etibarnamədən də görünür ki, etibarnaməni xx.xx.2019-cu il tarixdə Cavabdeh Rusiya Federasiyasının Tatarıstan Respublikasında vermişdir. Bu da cavabdehin qətnaməni xx.xx.2019-cu il tarixdə qəbul etməsini inkar edir. Digər tərəfdən qətnamə xx.xx.2019-cu il tarixdə onlara verilmiş və xx.xx.2019-cu il tarixdə həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. Ona görə də o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-***/2020 saylı qərardadınin ləğv edilməsi, Cavabdeh apelyasiya şikayətinə apelyasiya qaydasında baxılmasının mümkünlüyü barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh səlahiyyətli nümayəndəsi və vəkili V oğ lu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili V1 oğlu kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-***/2020 saylı qərardadınin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası xx.xx.2020-ci il tarixli qərardadını onunla əsaslandırmışdır ki, mülki işin materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2 019-cu il tarixli qətnaməsi rəsmi qaydada cavabdehin ünvanına göndərilmiş və xəbərnaməyə xx xxxxxxx 2019-cu il tarixdə şəxsən imza etməklə qəbul edilmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti isə Xətai rayon məhkəməsinə xx xxxxxx 2019-cu il tarixdə daxil olmuşdur. Bununla da cavabdeh qətnamədən apelyasiya şikayəti vermə müddətini ötürmüşdür. Kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, apelyasiya kollegiyasının istinad etdiyi xəbərnamənin (səh 170) “şəxsən” bölümü ilə yanaşı “digər qaydada” bölümünün qarşısında da imza edilmiş, lakin hər iki bölümdə olan imzalardan hər hansı birinin qarşısında qəbul etmiş şəxsin adı və ya soyadı göstərilməmişdir. Digər tərəfdən iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixl i etibarnamədən görünür ki, həmin etibarnamə Rusiya Federasiyasının Tatarıstan Respublikasında verilmişdir. Həmin etibarnamədə olan cavabdehə məxsus etibarnamədə olan imza ilə xəbərnamədə olan “şəxsən” bölümünün qarşısında olan imzalara vizual baxış keçirilərkən həmin imzaların fərqli olması müəyyən edilir. Bununla yanaşı, cavabdehin nümayəndəsi və vəkili V tərəfindən kasasiya məhkəməsinə ünvanlanmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş Cavabdeh sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasındakı məlumatdan da görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasına çıxış etmiş, həmin müddətdən hazıradək Azərbaycan Respublikasına qayıtmadığı üçün qayıtması barədə məlumat qeyd olunmamışdır. Cavabdeh səlahiyyətli nümayəndəsi və vəkili V o ğlu isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin rəsmi qaydada təqdim edilməsi üçün ərizə ilə xx.xx.2019-cu il tarixdə Xətai rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2019-cu il tarixdə isə apelyasiya şikayəti Xətai Rayon Məhkəməsində qeydiyyatdan keçməklə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qətnamədən apelyasiya şikayəti verilməsi müddətinin ötürülməmiş, apelyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, qanuni və əsaslı olmayan qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 4 17.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını, kasasiya şikayətinin dəlillərini və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh səlahiyyətli nümayəndəsi və vəkili V oğlu tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)***/2020 nömrəli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2119/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2119/2020
05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver