Məhkəmə qərarları › İş №2(102)-2119/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-2119/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2119/2021 06.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə iş № 2(001)-32/2020 ) iddia qismən təmin edilmiş, cavabdeh 157590,58 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 63981,77 ABŞ dolları faiz, 1048,12 ABŞ dolları cərimə borcu, 7879,53 ABŞ dolları müqavilənin bitdiyi tarixdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 230500 ABŞ dolları məbləğində borcun ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş rüsumun 30,16 manat hissəsinin və ödənilmiş dövlət rüsumunun 14,59 manat hissəsinin tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 490 nömrəli və ünvan 2 ünvanında yerləşən 48 9 nömrəli mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracdan satılması, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiymətinin 70000 manat, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiymətinin 156000 manat müəyyən edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləğinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, əldə edilən vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh tutulması, mənzillər açıq hərracdan satıldığı gündən 1 ay müddətində cavabdehlər tərəfindən boşaldılması və onların həmin mənzillərə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 195 manat məbləğind ə pulun cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, “xxxx” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 1352 manat məbləğində pulun cavabdeh Nüsrət Garayevdən tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi, “xxxx” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pulun cavabdeh Nüsrət Garayevdən tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumlarının 47,25 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdehlər apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov-sədrlik edən və məruzəçi, Q.Əsgərov və A.İmanov, iş № 2(103)-7844/20) cavab dehlərin apellyasiya şikayəti təmin edilməmiş, ididaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-32/2020 saylı iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi cavabdeh kredit borcu və məhkəmə məsrəflərinin (rüsumların) Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nəfinə tutulmasına və “xxxx” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pulun cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsinə aid hissələrdə dəyişdirilməsi, tutulması qət edilmiş kredit borcu (o cümlədən ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti hesabına borc məbləği) və məhkəmə məsrəfləri (rüsumları) Ləğv prosesində olan İddiaçı ASC-nin nəfinə tutulması, “xxxx” MMC tərəfindən keçirilmiş təd qiqatın dəyəri olan 500 manat məbləğində pulun cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2020-ci il tarixli qətnaməsinin cərimə hissəsində və gecikdirilmiş günlər üçün 5 faiz hissəsində dəyişdirilərək bankın iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayətinə baxılması 06 may 2021-ci il tarixə təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının Sədri 09 aprel 2020-ci il tarixli məktubla Ali Məhkəməyə müraciət edərək həmin mülki iş üzrə cavabde hlər və Cavabdeh2 tərəfindən kassasiya şikayəti verildiyini bildirmiş və həmin kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinin icraata qəbul olunması haqqında 01 fevral 2021-ci il tarixli qərardadı ləğv olunmalı və həmin kassasiya şikayəti baxışdan çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması nı, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsini müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 403.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv edilməli və həmin şikayət məhkəmə baxışından çıxarılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 403.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2020-ci il tarixli 2(103)7844/20 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunması haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin 01 fevral 2021-ci il tarixli 2(102)-2119/21 saylı qərardadı ləğv edilsin, həmin kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar