Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-212/2024 05.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərər, borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu, (məruzəçi) Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlu ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı 9547,20 manat məbləğində zərərin, 1159 manat debitor borcun, 122,12 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4926/2023 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda Cavabdeh sayğacdan kənar təbii qazdan istifadə etdiyi göstərilmişdir. 2. xx.xx.2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən xx.xx.2022-ci il tarixli ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında dəymiş ziyanın həcmi aşağıdakı kimi hesablanmışdır: - Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 10368 kub metr; - Qeyri-standart su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərf i 3 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 25920 kub metr, - Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 24192 kub metr; - İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla 12960 kub metr. Bu sərfiyyatın cəmi 73440 kub metr, hər kub metr qazın qiyməti isə 0,12 manat olmaqla, ümumi dəyəri 8812,80 manat təşkil edir. 3. xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda Cavabdeh sayğacdan kənar təbii qazdan istifadə etdiyi göstərilmişdir. 4. xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqınd a akt əsasında dəymiş ziyanın həcmi belə hesablanmışdır: - Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 864 kub metr; - Qeyri-standart su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfi 3 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 2160 kub metr; - 2 ədəd dəmir sobanın hər birinin maksimal saatlıq qaz sərfi 1,4 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 2016 kub metr; - İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 1080 kub metr; Bu sərfiyyatın cəmi 6120 kub metr, hər kub metr qazın qiyməti isə 0,12 manat olmaqla, ümumi dəyəri 734,40 manat təşkil edir. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra – cavabdeh) 9547,20 manat zərərin, 1159 manat debitor borcun, 122,12 manat ödənilmiş dövlət rüsumunun əvəzinin məcburi qaydada tutulmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, təbii qazdan istifadəyə görə 1159 manat borcu yaranmış, bundan başqa, cavabdeh özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamış və nəticədə iddiaçıya 9547,20 manat maddi ziyan vurmuşdur.
7. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qismən etiraf edərək göstərmişdir ki, o, qaz xəttinə qanunsuz olaraq qoşulsa da, qazdan yalnız üç gün ərzində istifadə edə bilmiş, sonra isə 2023-cü ilin yanvar ayında iddiaçının işçiləri gəlib qanunsuz xətti aşkar etmişlər. Bundan başqa, onun evində yalnız 2 göz qaz sobası və hamamda qızdırıcı samovar vardır, İran sobası və dəmir soba isə yoxdur.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2e-2(008)-2503/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim V.K.Qasımov) iddiası qismən təmin edilmiş, Cavabdeh 2564,35 manat məbləğində maddi zərər və 1159 manat debitor borcu, cəmi 3723,35 manat alınaraq İddiaçınə ödənilməsi, iddianın maddi ziyanın 6982,85 manat hissəsində təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 42,46 manat hissəsinin Cavabdeh aid edilməsi və həmin məbləğin ondan alınaraq İddiaçınə ödənilməsi, ödənilmiş dövl ət rüsumunun qalan 79,66 manat hissəsinin İddiaçınə aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ərizəsində həmin məbləğin 8812,80 manat hissəsinin xx.xx.2022-ci il tarixli ******* nömrəli, 734,40 manat hissəsinin isə xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar əsasında hesablandığını bildirsə də, məhkəməyə xx.xx.2022-ci il tarixli deyil, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar təqdim etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, ******* nömrəli aktın tarixinin iddia ərizəsində səhvən xx.xx.2022-ci il kimi yazıldığını, əslində isə həmin aktın tarixinin xx.xx.2022-ci il olduğunu bildirmişdir.
10. Eyni zamanda, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
12. İddiaçı məhkəməyə verdiyi yazılı ərizədə qazda n qanunsuz istifadə etdiyini etiraf etdiyinə görə iddiaçı artıq bu faktı sübut etmək vəzifəsindən azaddır. Lakin qanunsuz istifadə edilmiş qazın həcmi ilə bağlı iddiaçının hesablamasını məhkəmə düzgün hesab etmir.
13. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 2.7- ci bəndinə əsasən, FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər.
14. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci ildə cavabdehin q azdan qanunsuz istifadə etməsini aşkar etdiyi zaman vurulmuş ziyanı hesablayarkən həmin normanın tələbinə uyğun olaraq ən çoxu altı ay əvvəl texniki baxış keçirilməli olduğunu və bu səbəbdən ziyanın yalnız həmin son altı ay üçün hesablana biləcəyini nəzərə almamışdır. xx.xx.2022-ci ildən əvvəl texniki baxışın məhz hansı tarixdə keçirilməsi barədə məlumat mövcud olmasa da, bu müddət altı aydan artıq ola bilməz, bu səbəbdən də maddi ziyan yalnız xx.xx.2022-ci il tarixindən əvvəlki son altı ay (182 gün) üçün hesablana bilər. İddiaçı tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"da göstərilən pozuntuya görə hesablamanın 30 gün üçün aparılması isə düzgündür, çünki xx.xx.2022-ci il tarixli aktın tərtib edilməsindən sonra ötən müddət məhz 30 gün olmuşdur. Qeyd olunan 182 gün və 30 gün müddətlərinin cəmi 212 gün təşkil edir.
15. Cavabdehə məxsus qaz qurğularının sayına gəldikdə isə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 4.3-cü bəndində "İstehlakçının qaz qurğuları haqqında məlumat" qrafasında yalnız 1 ədəd 4 gözlü qaz plitəsi göstərilmişdir. Cavabdeh məhkəməyə verdiyi ərizədə qaz plitəsi ilə yanaşı əlavə olaraq hamamda samovardan (qeyri-standart su qızdırıcısı) da istifadə etdiyini etiraf etmişdir. İddiaçının hesablamalarda istinad etdiyi dəmir sobanın və İran sobasının mövcudluğu barədə isə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
16. Məhkəmə ona görə də hesab ki, maddi ziyanın hesablan masında yalnız 1 ədəd 4 gözlü qaz plitəsində və 1 ədəd qeyri standart su qızdırıcısında sərf edilmiş qazın dəyəri nəzərə alınmalıdır. Qaz plitəsinin qaz sərfi 1,2 kub metr/saat, qeyri-standart su qızdırıcısının qaz sərfi isə 3 kub metr/saatdır.
17. Beləliklə, 1 ədəd 4 gözlü qaz plitəsinin və 1 ədəd qeyri-standart su qızdırıcısın birlikdə (1,2 + 3) maksimal saatlıq qaz sərfi 4,2 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 212 gün olmaqla, cəmi 21369,6 kub metr qazın qanunsuz istifadə olunduğu müəyyən edilir. Hər 1 kub metr qazın qiyməti 0,12 manat olmaqla bunun dəyəri (21369,6 kub metr x 0,12 manat) 2564,35 manat təşkil edir.
18. Məhkəmə hesab etmişdir ki, iddia qismən, yəni cavabdehdən 2564,35 manat məbləğində zərərin və 1159 manat debitor borcun, cəmi 3723,35 manat məblə ğin tutulması hissəsində təmin edilməli, maddi zərərin qalan 6982,85 manat hissəsində isə təmin edilməməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1096.2 və 1096.2, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"na Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 106.3 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, xüsusilə də hesabat müddətlərini düzgün hesablamamış, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdir ilmiş, fotoşəkilləri çəkilmiş və hər dəfə qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən, itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək səhv nəticəyə gəlmiş, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbini n tam təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4926/2023 nömrəli mülki iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əvvəla, iddanın faktiki əsası (faktiki hallar) təmin edilməyən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə gəl diyi nəticə düzgün olmuşdur.
24. Maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı şikayətində cavabdehin ona təmin edilən məbləğdən artıq miqdarda maddi zərər vurulduğunu göstərsə də buna dair iş materialında hər hansı bir sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir.
25. Düzdü, cavabdeh ərizə ilə məhkəməyə müraciət edib 3 gün ərzində qazdan qanunsuz istifadə etdiyini, evində iki gözlük qaz sobası və qeyri-standart su qızdırıcısının olduğunu bildirib. Məhz cavabdehin bu etirafını nəzərə alaraq birinci instansiya məhkəməsi qazdan sayğacdan kənar istifadəyə gör ə iddianı qismən təmin etmişdir. İddiaçı tərəf sayğacdan kənar istifadənin həcminə dair məhkəməyə mötəbər sübut təqdim etməsə də birinci instansiya məhkəməsinin təmin etdiyi məbləğ iddiaçının mənafeyinə kifayət qədər uyğun olmuşdur.
26. Ancaq cavabdeh iddianın təmin edilən hissəsini mübahisələndirməsə də iddiaçı təmin edilməyən hissəni mübahisələndirir, lakin şikayətində, şikayət xatirinə istifadə olunan ümumi dəlillər göstərir və maddi və prosessual hüquq normalarının tətbiqində konkret hansı səhvə yol verildiyini açıqlamır. Yəni, birinci instansiya məhkəməsi birinci akt tərtib edilən vaxtdan əvvəlki altı ay üzrə qazdan sayğacdan kənar istifadəyə görə iddiaçının xeyrinə fərdi yaşayış evi üçün kifayət qədər yüksək məbləğin ödənilməsini təmin etmişdir.
27. İddiaçının bu cür hesablama üsulu ilə nəinki cavabdehin, ümumiyyətlə hansısa şəxsin ona vurduğu maddi ziyan həcmini müəyyən etmək mümkünsüzdür. Çünki, cavabdehin qeyd olunan məbləğdə iddiaçıya zərər vurması inandırıcı və ağlabatan görünmür. İddiaçı cavabdehin sayğac vasitəsilə əvvəlki dövrələr üzrə istehlak etdiyi qazın həcminə dair də məhkəməyə sübut təqdim etməyib. Buna görə də, dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dai r də sübut təqdim edilməmişdir.
28. Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə daha böyük məbləğdə ziyan vurmuşdursa iddiaçı “daha böyük məbləğdə zərərə” və onun hesablanması qaydasına dair məhkəməyə mötəbər sübut təqdim etməli idi. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. O isə bu barədə yalnız iki akt və qanunvericiliyin tələbinə uyğun olmayan hesablama qaydasını əksini əks etdirən tələbnamə təqdim etmişdir. Bu cür sənədlər isə mötəbər hesab edilə və iddianın tam təmin edilməsi üçün əsas ola bilməzdi. Çünki, cavabdehin də törətdiyi mülki hüquq pozuntusu həcmində öhdəliyi yarana və buna uyğun məsuliyyət daşımalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti Mülki Məcəllənin 21.1, 21.2, 1096 və 1097.1-ci, “Qaz təchizatı haqqında” Qanuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarına və MPM-in 77.1, 88, 97.1 və 217.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd olunan hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (tələbnamə, fotoşəkillər, abonent saldosu) cavabdeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Bildirmək istəyirəm ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən akt tərtib olunarkən çəkilən fotoşəkillərdən (fotoşəkillərdə koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, qaz sayğacından kənar cavabdeh tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda İddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması, və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları özündə əks etd irən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci və apellyasiya instansiya məhkəmələri qeyd olunan maddi hüquq normalarına istinad etməklə təbii qazdan qanunsuz istifadə halının müddətini müəyyən etməyə çalışmış, lakin qeyd olunan maddi hüquq normasını işə düzgün tətbiq etməmişdir. Belə ki, qeyd olunan maddi hüquq normasının dispozisiyasından da məlum olduğu kimi həmin norma FHN-in və EN-in səlahiyyətli nümayəndələrinin vəzifələrini müəyyən etmişdir. Yəni həmin normada paylayıcıya (İddiaçı İB) aid hər hansı bir vəzifə nəzərdə tutulmamışdır. Həmçinin elə həmin normaya əsasən qurğul ara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsi FHN və EN-nin vəzifələrinə aiddir. Qanunvericiliyin tələblərinə əsasən paylayıcı kimi İddiaçı vəzifəsi isə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirmək, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının alınması, vurulmuş ziyanın tələb edilməsi və s. ibarətdir. Göstərilənlərdən də məlum olduğu kimi apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi hüquq normasını işə düzgün tətbiq etməmiş, iddiaçı üçün nəzərdə tutulmayan vəzifələrə istinad etməklə qanunsuz istifadə müddəti ilə bağlı iddiaçının təqdim etdiyi sübutları şübhə altına almış, özü isə həmin müddəti səhv müəyyən etmişdir. İş materiallarından da məlum olduğu kimi birinci instansiya məhkəməsi kimi apellyasiya instansiya məhkəməsi də təbii qazdan qeyri-qanuni istifadə faktlarını tanımış, lakin həmin aktlar üzrə iddiaçının mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən o da məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə İddiaçıya vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə səhv nəticəyə gəlməklə iddiaçının qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Hesab edirlər ki, cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktları apellyasiya instansiya məhkəmə tərəfindən qəbul edildiyi üçün iddiaçıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçü n Məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmiş və qanunsuz qətnamə qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)başa düşülür.
34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilm iş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir.
36. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
38. Maddə 1096.2. Delikt törətmiş şə xs mülki hüquq məsuliyyəti daşıyır.
39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
40. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» 2.7. bənd əvvəlki redaksiyada: -FHN-nin və EN-nin səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlanlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qur ğularının təhlükəsiz və etibarlı istismar edilməsi təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər.
42. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (Əvvəlki redaksiyada). Mülki Prosessual Məcəllə
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. K assasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi lğv olunmaqla iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməs inə göndərilməlidir.
55. Belə ki, apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdehin sayğacdan kənar xəttə qoşulmaqla qazdan qanunsuz istifadə etməsi özünün etirafı və digər sübutlara təsdiqini tapması və bunun nəticəsində iddiaçıya vurulmuş zərərin məbləğinin Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 2.7-ci bəndinin tələbləri nəzərə alınmaqla ən çoxu altı ay müddətində, habelə cavabdehdin faktiki istifadəsində olan qazqurğuları nəzərə alınmaqla hesablanması barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
56. Məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiyada baxan məhkəmə cavabdehin sayğacdan kənar xəttə qoşulmaqla qazdan istifadə etməsi nəticəsində iddiaçıya dəymiş zərərin məbləğini müəyyən edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 2.7-ci bəndinin düzgün təfsir etməmiş, əsassız olaraq cavabdeh tərəfindən hüquq pozuntusu törədildiyi tarixdən yalnız son altı ay üçün qaz sərfiyyatı nəzərə amaqda səhvə yol vermişdir.
57. Məhkəmənin istinad etdiyi "Qazdan istifadə Qaydaları"nın delikt törədilən zaman qüvvədə olmuş 2.7-ci bəndinə görə istehlakçını 5 iş günü əvvəl məlumatlanlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsi təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin olunması qazpaylayıcı hüquqi şəxs olan İddiaçı İB tərəfindən deyil, dövlət orqanları olan Fövqəladə Hallar Nazirliyinin və Energetka Nazirliyinin nümayəndələri tərəfindən təmin olunmalıdır. Həmin normada paylayıcı İddiaçı İB-nə aid olan hər hansı bir vəzifə nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələblərinə əsasən paylayıcı kimi İddiaçı vəzifəsi isə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirmək, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının alınması, vurulmuş ziyanın tələb edilməsi və s. ibarətdir.
58. Göründüyü kimi birinci instansiya məhkəməsi göstərilən maddi hüquq normasını işə düzgün təfsir və tətbiq etməmiş, apellyasiya instansiyası məhkəməsi də həmin səhvi təkrarlamışdır. Ona görə də apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab oluna bilməz.
59. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən gəldiyi nəticə, qanuni və əsaslı sayıla bilməz. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə almalı, habelə iddiaçınn apellyasiya şikayətinin dəlillərini tam və hərtərəfli araşdırmaqla müzakirə etməli, nəticəsindən asılı olaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Yuxarıda göstərilənlərə ə sasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4926/2023 nömrəli iş üzrə 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.