Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2120/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Xaliq qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Kateqoriya: Öhdəliklər üzrə mübahisələr,əsassız varlanma 02.07.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Xaliq qızına qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1400/2023 nömrəli 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 02 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi ilə iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 A ünvanında yerləşən evi X1 50.000 manata satmışdır. 2. 06.08.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən iddiaçının ərizəsi əsasında toplanmış material üzrə cavabdehin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh Xaliq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50.000 manat məbləğində əsas pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı gəlini olan cavabdeh ilə Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 26, mənzil 26-da bir yerdə yaşamış və oğlu Vaqifin banka borcu olduğuna görə qərar almışdır ki, həmin evi satıb banka olan borcunu ödəsin. Həmin mənzili 7 dekabr 2019-cu ildə 57.000 manata sataraq birbaşa oğlunun 22.000 manat borcunu ödəmiş və mənzili yüklülükdən azad etmişdir. Qalan pul isə cavabdehin dediyinə görə həbsxanada olan oğluna sərf edilmişdir. İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35A ünvanında yerləşən 2 otaqlı yaşayış evini də sataraq ünvan 3lə üzvlərilə bir yerdə yaşamağa qərar vermişdir. Belə ki, iddiaçının himayəsində 1-ci qrup, daun sindromlu oğlu da vardır. xx.xx.2020-ci il tarixdə iddiaç ı həmin evi 50.000 manata satmış və yeni mənzil alana qədər qərara gəlmişdir ki, hələlik kirayə ev tutub yaşasınlar. Həmin vaxt satışdan əldə etdiyi pulu cavabdehə vermişdir ki, saxlasın. Cavabdeh pulu Kapital Banka öz adına qoymuş, iddiaçı da ona inanaraq gözləmişdir. Lakin 2021-ci ilin may ayının 7-8-də qızı Tünzalə ipoteka qaydasında mənzil alınması üçün müraciət etmiş, ona bildirilmişdir ki, bunun üçün təxminən 5-6 min manat ilkin ödəniş olunmalıdır. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək ona verdiyi pulları geri istəmiş, lakin cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Onun pulunu mənimsəyən cavabdeh təxminən may ayının 21-22-də iddiaçını xəstə və əlil oğlu ilə evdən çıxarmış, hətta iddiaçı evdə olan əmlaklarını polisin köməyi ilə götürə bilmişdir. Yalnız bundan sonra iddiaçı ya məlum olmuşdur ki, cavabdeh sonuncu evin satışından əldə edilmiş 50000 manat pulu mənimsəmişdir. Cavabdeh ondan mənimsədiyi pulları faizə buraxmış, notarial qaydada bir neçə şəxslə borc müqaviləsi bağlamışdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-5172/2022 nömrəli iş üzrə 4 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia təmin edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və qərarın qəbul edilməsinə əsas olmuş materiallardan görünür ki, cavabdeh istintaqa verdiyi ifadəsində iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35A ünvanında yerləşə n 2 otaqlı yaşayış evini satdıqdan sonra 47800 manatı ona verdiyini, həmin pulun onun tərəfindən iddiaçının oğlu həmçinin onun həyat yoldaşı olan Vaqifin cinayət işi üzrə vəkil xərclərinin ödənilməsinə və Vaqifin razılığı ilə müxtəlif şəxslərə ödənilməsinə sərf edildiyini bildirmişdir. Məhkəmə iclasında da cavabdeh iddiaçı tərəfindən 50.000 manat pulun ona verildiyini və müxtəlif məqsədlər üçün sərf edildiyini bildirmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 50.000 manat pulun cavabdehə verilməsi və həmin pulun cavabdehə qaytarılmadığı işin müəyyən edilmiş halıdır.
8. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının məhrum olması hesabına əsassız varlanmışdır. O, həmin məbləğin iddiaçının oğlu Vaqifin cinayət işi ilə bağlı vəkil xərclərinin ödənilməsinə və Vaqifin razılığı ilə müxtəlif şəxslərə ödənilməsinə sərf edildiyini bildirsə də qeyd edilməlidir ki, özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir. İcraçı işləri aparması gedişində qəsdən və ya ehtiyatsızlıq üzündən vurulan zərərin kompensasiyası üçün sahibkar qarşısında məsuliyyət daşıyır.
9. Məhkəmə vurğulamşdır ki, hətta cavabdehin həmin məbləği iddiaçının oğlunun razılığı ilə sərf etdiyi sübuta yetirilərsə belə, bu iddiaçının məlumatı və razılığı ilə həyata keçirilmədiyindən iddianın təmin edilməməsi üçün əsas ola bilməz.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinnin 385.1, 386.1, 442, 445.2.1, 1087.1, 1088.1, 1089.1, 1091.1, 1091.2, 1092.1ci maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclasında iştirak edərək iddianın mahiyyəti barədə bildirmişdir ki, sözügedən mənzil formal olaraq iddiaçının adına sənədləşdirilsə də, faktiki olaraq cavabdehin oğlu, onun isə həyat yoldaşı olan X2 məxsus olmuşdur. Həmin mənzili əvvəllər həmin binanı inşa edən MTK da işləmiş və buna görə məhkum olunmuş Vaqif Rəhimov öz vəsaiti hesabına almışdır. Mənzil elə Vaqifin tapşırığı ilə də satılmışdır. Hal-hazırda cəzaçəkmə müəssisəsində saxlanılan Vaqif həbs yerindən ona və anası İddiaçı həmin mənzili sataraq ailənin saxlanılmasına xərcləməyi tapşırmışdır. Buna görə mənzil satılmış və pul saxlanılması üçün ona verilmişdir. O, da həyat yoldaşının göstərişi ilə pulu “Kapital Bank” Kommersiya bankına depozitə qoymuşdur. Sonradan isə həmin pul hissə-hissə ilə çıxarılaraq ailənin ehtiyacları üçün xərclənmişdir. Bu xüsusatların araşdırılması üçün cavabdeh həyat yoldaşı və digər ailə üzvlərinin məhkəmə prosesinə şahid kimi cəlb edilərək izahatının alınmasını məhkəmədən xahiş etsə də buna məhəl qoyulmamışdır. Birinci instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tətbiqində kobud pozuntulara yol vermiş, ədalətli məhkəmə araşdırmasını təmi n etməmiş, cavabdehin xeyrinə olan sübutlara qeyri-obyektiv, qərəzli və ədalətsiz yanaşmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini hər hansı maddi sübutlarla deyil, yalnız iddiaçının nümayəndəsi kimi işdə iştirak edən qızı Tünzalə Rəhimovanın izahatı ilə əsaslandırmış və onlara istinad etmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində kobud yanlışlığa yol verərək qanunsuz qətnamə çıxarmışdır. Cavabdeh qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh bir ailənin üzvü olmuşlar, birgə təsərrüfat aparmışlar, ailənin gəlirləri və xərcləri birgə olmuşdur. Belə olan halda ailənin bir üzvünün ümumi istifadədə olan pulunu digər üzvü ələ keçirə bilməz və ya onun pulu hesabına əsassız varlana bilməzdi. Cavabdeh iddia tələbini təkzibedilməz sübutlarla sübut etmişdir. İddia predmetinin iddiaçının xüsusi mülkiyyətində olmadığını, ailə üzvlərinin ümumi mülkiyyətində olmasını bildirsə də, məhkəməyə sübutlar təqdim etsə də, məhkəmə bu sübutlara əhəmiyyət verməyərək iddianı təmin etmişdir. İddiaçı iddia tələbində göstərdiyi pulun ona məxsus mənzilin satışından əldə edildiyini, həmin pulun ancaq saxlanılması üçün cavabdehə verildiyini bildirsə də mənzilin məhz onun xüsusi mülkiyyətində olmasını, mənzilin satışından əldə edilmiş pulun ailənin ümumi xərclərinin çəkilməsi üçün deyil, saxlanılması üçün cavabdehə verilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin iddianın predmeti olan mənzilin iddiaçının xüsusi mülkiyyətində olmasını təsdiq edən sənədləri tələb edib işə əlavə etməmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1400/2023 nömrəli 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdehdən 49.000 manat alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı tam həcmdə təmin etməklə səhvə yol vermişdir.
15. Belə ki, apellyasiya baxışı zamanı cavabdeh izahatında göstərmişdir ki, iddiaçı ilə bir yerdə yaşamışlar. Onun əri həbsdədir və mənzil də ərinə məxsus olmuşdur. Qayınanasının təklifi ilə ev 50000 manata satılmış, 1000 manat vasitəçiyə (maklerə) vermiş, 47000 manatı banka yerləşdirmişdir. Daha sonra ondan 10000 manat pul istəmişdir. Lakin iddiaçı ifadəsində 50000 manatın hamsını istədiyini bildirmişdir.Cavabdeh daha sonra əlavə etmişdir ki, ona əvvəl 49000 manat verilmiş, 2000 manatı evdə saxlamış, 47000 manatı banka qoymuşdur. 47000 manatdan 17000 manatı İddiaçı rəfiqəsinə 17.03.23-cü il və 07.05.23-cü il tarixli müqavilələr ilə borc vermiş, 19000 manatı isə götürmüşdür. 32000 manat ailə məsrəflərinə xərclənmişdir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar” ilə Cavabdeh Xaliq qızının etirafı əsasında iddiaçının sözügedən yaşayış evinin 50000 manata satılması, satışdan əldə olunan vəsaitin 1000 manatının daşınmaz əmlakın alqı-satqısında vasitəçilik etmiş şəxsə (maklerə) verilməsi öz təsdiqini tapmışdır.
17. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddia cavabdeh tərəfindən qəbul edilən həddə əsaslıdır və təmin edilməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1087.1, 1088.1, 1089.1, 1091, 1092.1-cimaddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti-29/35A ünvanında olan 2 otaqlı mənzil formal olaraq İddiaçı adına sənədləşsə də, faktiki olaraq onun oğlu Vaqifə, yəni cavabdehin ərinə və cavabdehə məxsus olmuşdur. Vaqif cavabdehin atalığının əmlakını mənimsədiyinə görə həbs edilmiş və 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. O, 2022-ci ilin noyabr ayına qədər mütəmadi olaraq 10 saylı cəza çəkmə müəssisəsinə gedərək bütün xərclərini çəkmiş və özünün tapşırığı ilə Vaqifin vəkillərinə 10 min manat pul vermişdir. O, iddiaçı və onun iki uşağı ilə birlikdə 2020-ci ilin aprel ayından 2021-ci ilin may ayına qədər hər ay 300 manat kirayə haqqı və kommunal xərcləri ödəməklə kirayədə qalmışlar. Kommunal xərclə birlikdə ümumi xərcləri bu müddətdə təxminən 9000 min manat təşkil etmişdir. Satılan ev iddiaçının adına olsa da, faktiki olaraq həmin evi cavabdehə o nun ögey atası X3 hədiyyə etmiş və satılan ev ailənin ümumi birgə mülkiyyətində olmuşdur. Lakin ev müqavilə əsasında olduğundan həmin evi iddiaçını adına sənədləşdirmişlər. Cavabdehin atalığı ərini həbs etdirdiyinə görə iddiaçı ondan qisas almaq məqsədi ilə iddia irəli sürmüşdür. Həmin mənzil elə Rəhimov Vaqifin tapşırığı ilə satılmış, hazırda həbsdə olan Vaqif ona və anasına tapşırmışdır ki, evi satıb həmin vəsaiti Kapital Bank kommersiya bankına depozitinə qoysunlar. O da evi satdıqdan sonra həmin vəsaiti öz adına banka depozitə qoymuş və evin xərcləri üçün xərcləmişlər.
21. Kassator şikayətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-36-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223-225-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
25. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin h aqlı mənafelərini müdafiə etməlidir.
26. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
27. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənara çıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərind ən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
28. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
29. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.
30. Maddə 1088.1. İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir.
31. Maddə 1089.1. İcraçı işləri aparması gedişində qəsdən və ya ehtiyatsızlıq üzündən vurulan zərərin kompensasiyası üçün sahibkar qarşısında məsuliyyət daşıyır.
32. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
33. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və cavabd ehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
44. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində mənzilin olması, verilmiş etibarnamə əsasında cavabdeh tərəfindən satılması və satış pulunun iddiaçıya verilməməsi və cavabdeh tərəfindən öz adına banka depozitə qoyularaq və sonradan götürülərək müxtəlif məqsədlərə sərf edilməsi işin mübahisə edilməyən hallarıdır.
45. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
46. Bu baxımdan müəyyən edilən halların məcmusu olaraq cavabdehin iddiaçının tapşırığı əsasında mənzili satdıqdan sonra ona verməli olduğu məbləğdə pulu ona ödəməməsi onun hesabına əsassız varlanma əsasını yaratmış olur və iddiaçı həmin məbləği tələb etməkdə haqlıdır.
47. Satılan evin iddiaçıya deyil, cavabdehin həyat yoldaşına məxsus olması və əldə olunmuş pul məbləğinin ailənin xərclərinə sərf olunmasına dair dəlillərə münasibətdə isə qeyd edilməlidir ki, bunla bağlı heç bir sübut mövcud deyildir. Belə olan halda apellyasiya instansiya məhkəməsi ha qlı olaraq cavabdehin məsuliyyətinin həddini müəyyən etmiş və həmin məbləğdə iddianın təmin olunmalı olmasını əsaslı saymışdır.
48. İşin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin izahatlarını və təqdim olunman sübutları əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.
49. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahi sənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2(105)-1400/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.