Məhkəmə qərarları › İş №2(102)-2121/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2121/2020

24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2121/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X5 və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “avtomobilinin bazar qiymətinə uyğun ümumi dəyərinin yarısının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili X5 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus GX 470” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 01.07.2017-ci il tarixdə və Cavabdeh2 ilə Cavabdeh3 arasında 05.01.2018-ci ildə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh2, məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onun əmlakın (avtomobilin) vicdanlı əldə edəni kimi tanınmasını xahiş etmişdir. İddiaçı, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, ** EO *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2003, “Lexus GX 470” markalı avtomobilin bazar qiymətinə uyğun ümumi dəyərinin yarısının Cavabdeh1 alınaraq ona ödənilməsi ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Lalə Rəhimli) 16.07.2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi MPM-in 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Eyni tarixli qətnamə ilə ilkin iddia təmin olunaraq, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri “Lexus GX 470” markalı, buraxılış ili 2003, ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiymətinə uyğun olaraq ümumi dəyəri 27.000 manat məbləğində pul vəsaitinin yarısı, yəni 13.500 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq, “X3” MMC-nə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Zaur Əliyev-sədrlik edən və məruzəçi, Fuad Talışinski və Rafael Eyvazov) 13.11.2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin X5 nömrəli iş üzrə 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 nümayəndəsi X2 və vəkili X5 oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini və ya işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi iclasda iştirak edə bilməsə də, məhkəməyə vəsatət ünvanlayaraq təkrar ekspertiz anın keçirilməsi xahiş etmişdir. Lakin məhkəmə həmin vəsatətə hüquqi qiymət verməmişdir. Bununla yanası iştirakının təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin lazımi tədbirlər həyata keçirməməsi ilə bağlı və cavabdehin məhkəmə prosesində şəxsən və ya nümayəndəsi vasitəsi ilə iştirak edə bilməməsi ilə də bağlı və hüquqlarını müdafiə etmək imkanından məhrum olması, habelə icraat zamanı iddia predmeti belə dəyişmiş lakin bu barədə cavabdehə məlumat verilməməsi apellyasiya şikayətində göstərilsə də apellyasiya instansiyası bu hala da qiymət verməmişdir. Məhkəmə tərəfindən qiymətləndirmə ekspertizası həyata keçirilmişdir. Ekspertiza rəyi cavabdehə təqdim edilməməsi apelyasiya şikayətində qeyd edilsə də və təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət olmasına baxmayaraq apell yasiya məhkəməsi cavabdehin hüquqlarını pozub bu istiqamətdə hər hansı bir addım atmamışdır. Qiymətləndirmə ekspertizası əsasında məhkəmə yekun aktında göstərilən avtomobilin qiyməti süni şəkildə şişirdilmişdir və real bazar qiymətini əks etdirmir. Belə olan təqdirdə təkrar qiymətləndirmə təyin olunmalı idi. Lakin məhkəmədə cavabdehin iştirakının təmin olunmaması nəticəsində rəylə bağlı münasibət bildirmək, habelə təkrar ekspertizanın təyin olunması ilə bağlı vəsatət vermək mümkün olmamışdır. Apelyasiya məhkəməsi iş materiallarında olan sübutları araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, maddi və prosessual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmiş, tətbiq edilməli olan hüq uq normasını tətbiq etməmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflər 08.07.2011-ci ildə nikaha girmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.07.2017-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Mübahisə predmeti olan “Lexus GX 470” markalı ** EO *** dövlət qeydiyyat nişanlı (qətnamədə səhvən “Kia Sportage” markalı, **VM-*** dövlət qeydiyyat nişanlı avtomobil kimi qeyd olunmuşdur) avtomobil üzərində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.07.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ½ hissədə mülkiyyət hüququ tanınmışdır. Lakin qətnamə qanuni qüvvəyə minib, icraya yönəldildikdən sonra məlum olmuşdur ki, qeyd edilən avtomobil Cavabdeh1 tərəfindən 01.07.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2, Cavabdeh2 tərəfindən isə 05.01.2018-ci il tarixdə alqı-satqı müqaviləsi ilə Cavabdeh3 satılmışdır. İddiaçı birgə mülkiyyətdə olan avtomobilin onun razılığı olmadan özgəninkiləşdirilməsi nəticəsində ona dəymiş ziyanı cavabdehdən tələb etmişdir. “Buta” Qiymətləndirmə Mərkəzinin 21.06.2019-cu il tarixli rəyinə əsasən, qiymətləndirilən nəqliyyat vasitəsinə baxış keçirilməsi mümkün olmadığından analoji avtomobillərin hərtərəfli təhlili aparılmış və 2017-ci ilin iyul ayı üçün qiymətləndirilən nəqliyyat vasitəsinin orta bazar dəyəri 27.000 manat müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 tərəfindən İddiaçı vurulmuş zərərin həcmi (avtomobilin dəyərinin y arısı) 13.500 manat təşkil edir. Başqa sözlə, İddiaçı Cavabdeh1 qarşı həmin məbləğdə tələb hüququ yaranmışdır. Cavabdehin həmin zərərin əvəzini (məbləği) iddiaçıya ödəməsi barədə sübut aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə işin araşdırılmış halları ilə düzgün nəticəyə gəlmiş, maddi və prossesual hüquq normalarının tələblərinə əməl etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 459.5-ci maddəsinə görə, əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zə ruridirsə, kreditora pul əvəzi verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən avtomobilin üzərində İddiaçı ½ payla mülkiyyət hüququ olmasına baxmayaraq, Cavabdeh1, iddiaçının razılığı olmadan avtomobili satması nəticəsində mülki hüquq pozuntusu (delikt) sayılan hərəkətə yol vermiş və nəticədə İddiaçı əşya üzərində ümumi mülkiyyət hüququnu itirmiş və maddi zərərə düşmüşdür. İddiaçı Cavabdeh1 həmin zərəri tələb hüququ yaranmışdır. Cavabdeh kassasiya şikayətində vurulmuş ziyanın 13.500 manat məbləğində müəyyən edilməsi ilə razılaşmayaraq aparılmış qiymətləndirmə zamanı mübahisəli avtomobilin qiyməti süni şəkildə şişirdildiyini və təkrar ekspertizanın keçirilmədiyini göstərmişdir. Kassasiya şikayətinin bu dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əşyanın bazar dəyərini müəyyən etmək məqsədilə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və 2003-cü il buraxılışlı “Lexus GX 470” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar dəyəri alqı-satqı müqaviləsi bağlanan tarixə 27.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh1, ekspertiza rəyinin həqiqətə uyğun (mötəbər) olmamasını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa kassasiya şikayətində məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmədiyinə istinad etsə də, iş materiallarından (səh 145) görünür ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş ünvanlanmış, həmçinin ona (səh 148) 03.11.2019cu il tarixdə SMS-bildiriş göndərilmiş və SMS-bildiriş çatmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli ara şdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar