Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2122/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı, vəkili Vəkil1, cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı və vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 27 fevral 2017-ci il tarixli qətnaməsi ilə (R.Ə.Əliyev, iş2(004)-209/17) İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı maddi zərər və pul tələbinə dair iddiasının qismən təmin edilməsi, “xxxx” Qapalı Səhmdar Cəmiyyətindən əsassız olaraq iddiaçıdan əldə edilmiş vəsaitin əvəzi qismində 443 (dörd yüz qırx üç) ABŞ dolları 61 (altmış bir) sent və həmin vəsaitdən 6 (altı) il 4 (dörd) ay ərzində faydalı 5% dərəcəsi ilə hesablanmış faizlər qismində 140 (bir yüz qırx ABŞ dolları 47 (qırx yeddi) sent, cəmi 584 (beş yüz səksən dörd) ABŞ dolları 08 (səkkiz) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, habelə nümayəndəyə çəkilmiş xərcin bir hissəsinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, İddiaçı iddiasının qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid ed ilməsi, Məhkəməmühasibatlıq ekspertizasının dəyəri qismində 50 (əlli) manat məbləğində pul vəsaitinin İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və R.Ə.Eyvazov, iş2(103)-1458/2018) Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-209/2017 saylı işi üzrə 27 fevrai 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı maddi zərər və pul tələbinə dair iddiasının rədd edilməsi, ekspertiza xərci olan 145 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkə mə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Qapalı Səhmdar Cəmiyyətindən ona vurulmuş maddi zərərin əvəzi qismində 715,854 ABŞ doll arı 70 sent məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi saxlanılmaqla, əlavə olaraq əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin əvəzi qismində 624 ABŞ dolları 20 sent, hüquqi xidmətə görə ödənilmiş vəsaitin əvəzi qismində 500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələ bləri pozulmuşdur. Məruzəçini, İddiaçı, vəkili Vəkil1, cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil2 dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansi yası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan 18 may 2006-cı il tarixli, 0***** saylı kredit xətti müqaviləsi çərçivəsində 24 oktyabr 2007-ci il tarixdə bağlanmış 0****saylı kredit razılaşmasının surətindən görünür ki, “XBankı” (indiki “xxxx”) Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış həmin müqavilə üzrə cavabdeh bank iddiaçıya, aylıq faiz dərəcəsi 2% olmaqla 36 ay müddətinə qaytarması şərti ilə 60.000 ABŞ dolları məbləğind ə kredit vermişdir. Həmin kredit razılaşmasına əlavə olan və müqavilə tərəfləri tərəfindən imzalanmış 24 oktyabr 2007-ci il tarixli ödəniş planından görünür ki, İddiaçı 0****saylı kredit razılaşması üzrə 24 oktyabr 2007-ci il tarixdən 25 oktyabr 2010-cu il tarixədək olan müddət ərzində 36 dəfəyə, hissə-hissə olmaqla əsas borc qismində 60.000 ABŞ dolları, faiz borcu qismində 25.193 ABŞ dolları 15 sent məbləğində pul vəsaitini “XBankı” (indiki “xxxx”) Qapalı Səhmdar Cəmiyyətinə ödəməli idi. Gecikməyə görə gündəlik cərimə 600 ABŞ dolları məbləğində müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 0****saylı kredit razılaşması üzrə aparılmış əməliyyatlar barədə bank hesabından çıxarışdan görünür ki, İddiaçı həmin kredit razılaşması üzrə 24 oktyabr 2007-ci il tarixdən 21 oktyabr 2010-cu il tarixədək olan müddət ərzində 36 dəfəyə, hissə-hissə olmaqla əsas borc qismində 60.000 ABŞ dolları, faiz borcu qismində 25.193 ABŞ dolları 15 sent məbləğində pul vəsaitini “XBankı” (indiki “xxxx”) Qapalı Səhmdar Cəmiyyətinə ödəmiş, hər hansı gecikməyə yol verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2016-cı il tarixli, 17594 saylı rəyinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 24 oktyabr 2007-ci il tarixli, 0****saylı kredit razılaşması üzrə həmin kredit razılaşmasının şərtləri nəzərə alınmaqla, bank tərəfindən tərtib olunmuş ödəniş planı və ekspert tərəfindən müqavilə şərtlərinə uyğun tərtib edilmiş cədvəl üzrə yaranmış fərq 443 ABŞ dolları 61 sent məbləğində müəyyən edilmişdir. M üqavilə şərtlərinə və mülki qanunvericiliyə əsasən İddiaçı həmin razılaşma üzrə faiz borcu qismində "XBankı" (indiki “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə 25,193 ABŞ dolları 15 sent deyil, 24,749 ABŞ dolları 54 sent məbləğində pul vəsaiti ödəməli idi. İş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qərar edilməsini xahiş etmişdir. Ərizdə qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə sonuncu geri ödəniş tarixi 25.10.2010-cu il tarixidir və İddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi kredit müqaviləsi üzrə sonuncu ödənişini 27.05.2010-cu il tarixdə keçirmişdir. Apellyasiya instansiyası məhkəməsinin 11.07.2018-ci il tarixli qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 21107 saylı, 08 noyabr 2018ci il tarixli rəyinə əsasən rəyin tədqıqat hissəsində göstərilənlərə əsasən “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 24 oktyabr 2007-ci il tarixli, 0****saylı kredit razılaşmasının şərtləri nəzərə alınmaqla bank tərəfindən tərtib olunmuş ödəniş planı və yuxarıda tərtib olunmuş cədvəl üzrə yaranmış fərq 443,61(25.193,15 - 24.749,54) ABŞ dolları müəyyən edilir. Qərardadla müəyyən edilən digər suallara cavab verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il qərarı; MM-in 324, 372, 373, 374, 375, 375, 377, 380; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qanunvericilik normalarına görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir və iddiaçı mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti çərçivəsində məhkəməyə müraciət edə bilərdi. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürmüş, onun üzrlü hesab edilməsi (bərpası) üçün sübutlar təqdim etməmişdir. İş materiallarından məlum olur ki, iddiaçı icra müddətinin bitdiyi (və ya hüquqlarının pozulduğunun bilməli olduğu) andan 3 il ərzində, yəni 24.10.2007-ci il tarixdə həyata keçirildiyi tarixdən 24.10.2013-cü il tarixdək müraciət etməli olduğu halda 19.04.2016-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, kredit razılaşmasının tərkib hissəsi olan və iddiaçının imzası ilə təsdiq etmiş olduğu ödəniş planı iddiaçı tərəfindən ümumiyyətlə mübahisələndirilməmiş, ekspert tərəfindən müəyyən suallar əhatəli cavablandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflərin iradə ifadəsi ilə imzalanmış və mübahisə predmeti olmayan müqavilənin qüvvəsinin mövcud olduğu mülki hüquqi rejim orada müəyyən edilən halların müzakirəsini belə yolverilməz etdiyindən birinci instansiya məhkəməsi mülki prosessual hüquq normaların tətbiqində səhvə yol vermiş, tələbdən kənara çıxaraq müqavilə müddəalarının dəyişdirilməsini müəyyən edən iddia predmeti olmayan münasibətlərə qiymət vermiş dir və iddianın təmin edilməsi üçün əsaslar mövcud olmadığı təqdirdə məhkəmə müqavilə münasibətlərindən irəli gələn iddiaya müddətin şamil edilmədiyi əşya hüququ münasibətləri baxımından qiymət verərək maddi hüquq normasının tətbiqində də səhvə yol vermişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əs asən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 11 dekabr 2018ci il tarixli, 2(103)-1458/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2122/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2122/2019
10.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver