Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2123/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh2SC-nin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2SC-yə qarşı “alınan kreditə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-10857/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında ba xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli kredit müqaviləsinə görə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh1 adına hesablanmış 5723 manat kompensasiyanın Cavabdeh2 ASC-dən və 30 manat dövlət rüsumunun Cavabdeh1 alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1649/2019 saylı, 10.06. 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim İlkin Rüstəmli) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10857/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-1649/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi) Fuad Talışınski, Rəfail Eyvazov) İddiaçı və vəkili X1 şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamış, təqdim olunan sübutlara qi ymət verilməmişdir. Kredit müqaviləsi üzrə tərəf olmasa da, müqaviləni həm həm rəsmi, həm də faktiki icra etmişdir. Buna baxmayaraq, cavabdeh bank nəzərdə tutulan kompensasiyanı ona ödəməkdən imtina etmişdir. Cavabdeh2SC-nin vəkili Anar Kərimov kasasiya şikayətinə etiraz edərək, bankın müvafiq kompensasiyanı kredit müqaviləsinin tərəfi olmayan iddiaçıya ödəmək öhdəliyinin olmamasını bildirdi və şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQU Qİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli,apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı cavabdehlər arasında bağlanmış kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən bankın Cavabdeh1 adına hesabladığı 5.723 manat kompensasiyanın özünə verilməsini onunla əsaslandırıb ki, kred it müqaviləsini borclu olaraq Cavabdeh1 imzalasa da, faktiki olaraq borcu o, özü ödəyib. Buna görə də kompensasiya ona ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının kredit müqaviləsində tərəf olmadığı, müqavilə üzrə öhdəliyin ona ötürülməsinin də rəsmi qaydada baş vermədiyi, bu baxımdan cavabdeh bankla iddiaçı arasında hər hansı öhdəlik münasibəti yaranmadığı üçün birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün sayaraq apellyasiya şikayətini təmin etməmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 386.1, 431.1 və 522-ci maddələri ilə əsaslandırımışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddiaçı ilə cavabdeh bank arasında hər hansı müqavilə öhdəliyi yoxdur. Halbuki kredit müqaviləsi üzrə ödənilən vəsaitə görə kompensasiya verilməsi öhdəliyi yalnız müqaviləyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanında nəzərdə tutulmuş şərtlər daxilində kredit müqaviləsi üzrə borcluya ödənilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qanunvericiliyin tələbinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında bir qayda olaraq müqavilə olmalıdır. Hazırki işdə isə İdd iaçılə Cavabdeh2SC arasında qarşılıqlı öhdəliklər yaradan heç bir müqavilə (hazırki işə münasibətdə kredit müqaviləsi) yoxdur. Kassasiya və apellyasiya şikayətlərində istinad edilən digər dəlillər eyni olduğu və apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verildiyindən və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin digər dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülk i Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-10857/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2123/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2123/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver