Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2124/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2124/2019 Bakı şəhəri 14 mart 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X1 ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: BakışəhəriNərimanov RayonMəhkəməsinin24 yanvar 2018-ciiltarixliqətnaməsiilə (F.V.Abdiyev, iş 2(005)-32/2018)İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 11.863 ABŞ dolları əsas borc, 3.074 ABŞ dolları faiz borcu, 3.000 ABŞ dolları cərimə olmaqla, cəmi 17.937 ABŞ dolları borcun ödəniş gününə manata olan məzənnəsi ilə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 4 saylı evin 285 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra əmlakın satışından əldə edilən pul vəsaitindən qalan hissənin Cavabdeh2 qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borc məbləğinin ödənilməsinə kifayət etmədikdə borcun qalan hissəsinin cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 225.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 ipoteka predmeti olan mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində çıxmazsa, onun həmin əmlakdan mıəcburi qaydada çıxarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. BakışəhəriYasamalRayonMəhkəməsinin11 iyun 2018-ciiltarixliqətnaməsiilə (S.B.Mehrəliyev, iş 2(004)-4364/2018) iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı QSC-yə qarşı “kredit xətti müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərardadı ilə (V.Ə.Baxışova, V.T.Həsənov, N.Ş.Cəfərov iş 2(103)-4771/2018) mülki işlərin 2(103)-4771/2018 say altında birləşdirilməsi qərar a alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (V.Ə.Baxışova, V.T.Həsənov, N.Ş.Cəfərov iş 2(103)-4771/2018) YasamalRayonMəhkəməsinin11 iyun 2018-ciiltarixliqətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, YasamalRayonMəhkəməsinin11 iyun 2018ciiltarixliqətnaməsi dəyişdirilmədən saxlanılmış, Nərimanov RayonMəhkəməsinin24 yanvar 2018-ciiltarixliqətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov RayonMəhkəməsinin24 yanvar 2018-ciiltarixliqətnaməsi cavabdehlərdən iddiaçının xeyrinə cərimə borcunun tutulması və tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiy mətinin 288.000 manat müəyyən edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 11.863 ABŞ dolları əsas borc, 3.074 ABŞ dolları faiz borcu, 1.186 ABŞ dolları cərimə olmaqla, cəmi 16.123 ABŞ dolları borcun tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 oktyabr 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi əsasında Cavabdeh1 aylıq faiz dərəcəsi 1,6667 % olmaqla, 36 ay müddətinə 90.000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi bağlanmış ipoteka müqaviləsinə Cavabdeh2 məxsus mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 01 noyabr 2016-cı il tarixdə İddiaçı QSC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov RayonMəhkəməsinə müraciət etmişdir. 19 aprel 2018-ci il tarixdə Cavabdeh1 İddiaçı QSC-yə qarşı kredt və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal RayonMəhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, kredit xətti müqaviləsi 1.1-ci bənddəki “Bu müqavilə bankın kredit vermə vədini ifadə etmir” ifadəsinə istinadən tərəflərin heç bir mülki-hüquqi nəticə doğurmayan, onlar üçün hər hansı öhdəlik yaratmayan və özündə ilkin müqavilənin bütün şərtlərini ehtiva etməyən niyyət razılaşması kimi qiymətləndirilməli və bu müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmış ipoteka müqaviləsi əsas öhdəliyin icrasının təminatı kimi bağlanmadığına və müqavilədə ipoteka ilə təmin edilmiş kredit xətti müqaviləsinə əsasən kreditin verilməs inin kredit razılaşmaları ilə həyata keçirildiyi göstərilsə də, yalnız kredit xəttinin ümumi müddəti və məbləği qeyd edilməklə qanunvericiliklə tələb olunan mühüm şərtər öz əksini tapmadığına görə əhəmiyyətsiz əqd kimi etibarsız sayılmalıdır. Bununla bərabər apellyasiya instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən icra edilmiş ödənişləri nəzərə almamaqla real borc məbləğindən yüksək məbləğdə borcun tutulmasını qət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı QSC Cavabdeh1 icra etməli olduğu ödənişləri həyata keçirmədiyinə, bununla da üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyinə istinad edərək müqavilə üzrə əsas borc, faiz borcu və dəbbə pulunun sonuncudan və zaminlər Cavabdeh2 və Cavabdeh3 onun xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan əmlak açıq hərracda satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və banka təhvil verilməsi tələblərini irəli sürmüşdür. Cavabdeh1 isə onunla İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsinin və İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməklə etibarsız hesab edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi Cavabdeh1 iddiasına münasibətdə hesab etmişdir ki, 01.10.2014-cü il tarixli kredit xətti müqaviləsinin və kredit öhdəliyinin təminatı olaraq bağlanmış ipoteka müqavilənin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31.05.2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri ilə əla qəli şəkildə şərh edilməsinə dair, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”” Qərarında kredit xətti müqaviləsinin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi ilə bağlı qeyd edilmişdir ki, borc verməyi vəd etmək dedikdə, kreditorun hər hansı şərt qoymadan ilk tələblə borc alana borc predmetini (pulu) təqdim etməsi başa düşülür. Borc vermək vəd edildikdə vəd edən borc verməyi müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa hər hansı şərt qoymadan öhdəsinə götürür. Belə nəticə Mülki Məcəllənin 746-cı maddəsindən irəli gəlir. Belə ki, həmin maddəyə görə, borc vermək vəd edildikdə vəd edən borc verməkdən o halda imtina edə bilər ki, digər tərəfin əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşmiş olsun. Həmin qərarda ifadə edilmiş hüquqi mövqeyə görə kredit xətti müqavilələrində “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydinin olub-olmaması tərəflərin öhdəliklərinin icrasına təsir etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Bu halda Cavabdeh1 tərəfindən mübahisələndirilən kredit xətti müqaviləsi tərəflərin iradə ifadəsinə uyğun bağlandığından və həmin müqavilə əsasında borcalan bankdan kredit alaraq həmin kreditdən istifadə etdiyindən müqavilənin məzmuna daxil edilmiş “bu müqavil ə bankın kredit vermək vədini ifadə etmir” şərti müqavilənin həmin şərt olmadan da bağlanması mümkün olduğundan kredit xətti müqaviləsinin və həmin müqavilə əsasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bununla bərabər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlər müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bi r il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddənin məzmunundan göründüyü kimi həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməldiir. İş materiallarından göründüyü kimi etibarlılığı mübahisələndirilən əqd 01.10.2014-cü il tarixdə bağlanıldığı halda, Cavabdeh1 həmin əqdin etibarsızlığına dair iddia tələbi ilə 10.04.2018-ci il tarixdə müraciət edilm işdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı borc (kredit) müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqavilələlərində göstərilmiş məbləğlərdə kredit vermiş, borclu isə müqaviləyə əsasən üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyindən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 01 may 2017-ci il tarixli rəyi ilə Cavabdeh1 İddiaçı QSC-yə 01.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 25 oktyabr 2016-cı tarixə 21.443,03 ABŞ dolları məbləğində əsas, 3.145 ABŞ dolları məbləğində faiz borcu yarandığı müəyyən edilm işdir. İddiaçı QSC əsas borc və faiz borcu ilə bərabər 8.474 ABŞ dolları cərimənin tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya məhkəməsi həmin normanın tələbləri baxımından birinci instansiya məhkəməsi tərəfindəın tutulması qət edilən 3.000 ABŞ dolları dəbbə pulunu tənasübsüz yüks ək hesab edərək 1.186 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Gündüz Quliyev Hakimlər Əsəd Mirzəliyev Ələsgər Əliyev
Məhkəmə qərarları › İş №2(102)-2124/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2124/2019
14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver