Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2124/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin ipoteka predmetinə yö nəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli 2(103)1343/2019 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” KB QSC cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «xxxx» KB QSC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyul 2017-ci il tarixli 160/00/419/15 saylı kredit müqaviləsi üzrə 118584,31 ABŞ dolları məbləğində əsas borc, 12530,04 ABŞ dolları məbləğində faiz borc u, 5971,16 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 137085,51 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş pulun cəmi 61 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, X1 və Cavabdeh3 tutulmasına, ipoteka predmetinin ilkin satış qiyməti 214000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1, X1 və Cavabdeh3 tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvannə yönəldilməsinə və həmin fərdi yaşayış evinin açıq hərracdan satılmasına, mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri: Cavabdeh1 və X5 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim Şeyda Məhərrəmova) 2(001)-227/2018 saylı, 01 may 2018-cı il tarixli qətnaməsi ilə ödəniş gününə olan məzənnə üzrə 13 iyul 2017-ci il tarixli 160/00/419/15 saylı kredit müqaviləsi üzrə 118584 (yüz on səkkiz min beş yüz səksən dörd) ABŞ dolları 31 (otuz bir) sent əsas borc, 12530 (on iki min beş yüz otuz) ABŞ dolları 04 (dörd) sent faiz borcu, 5971 (beş min doqquz yüz yetmiş bir) ABŞ dolları 16 (on altı) sent cərimə borcu, cəmi 137085 (yüz otuz yeddi min səksən beş) ABŞ dolları 51 (əlli bir) sent məbləğində pul vəsaiti Azərbaycan manatı ilə, 30 manat dövlət rüsumunun və 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qay dada tutularaq ləğv prosesində olan “xxxx” KB QSC-nin xeyrinə verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri, yəni 300 manat məbləğində pul vəsaiti isə cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada tutularaq xxxx” MMC-nin “xxxx” ASC-də № AZ84AİİB******************** saylı hesabına keçirilməsi, Cavabdeh1 mülkiyyətində olan ünvannə tutma yönəldilməsi, ipoteka predmeti olan ünvannin ilkin satış qiyməti 214000 (iki yüz on dörd min) manat məbləğində müəyyən edilməsi, həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 ləğv prosesində olan “xxxx” KB QSC-yə olan borcu ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabd eh1 verilməsi, mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 ünvanndən çıxarılsınlar və ipoteka predmeti Cavabdeh1 tərəfindən boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elşən Kazımov- sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) 06 sentyabr 2019-cu il tarixli 2(103)-1343/2019 nömrəli qətnaməsi ilə Cavabdeh3 apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-227/2018 saylı, 01 may 2018-ci il tarixli qətnaməsi faiz borcu, cərimə və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, faiz borcunun məbləği 11.100.48 (on bir yüz ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları, cərimə borcu 3000 (üç min) ABŞ dol ları, əsas, faiz və cərimə borcunun cəmi isə 132684,79 (yüz otuz iki min altı yüz səksən dörd ABŞ dolları, yetmiş doqquz sent), ipoteka predmeti olan ünvan və mülkiyyətində olan 0,006 torpaq sahəsinin ilkin satış qiyməti isə 440000 (dörd yüz qırx min) manat müəyyən edilmiş, qətnamə Cavabdeh3 apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir. İddiaçı ləğv prosesində olan QSC “xxxx” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kasasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qətnaməsini qismən, əsas məbləğə hesablanmış faiz, cərimə və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilərək, ape lyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında bankın tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi, yaxud həmin qətnaməni qismən əsas məbləğə hesablanmış faiz, cərimə və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilərək işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 214.000 (iki yüz on dörd min) manat məbləğində müəyyən edilmişdir. “xxxx” MMC 28.03.2018-ci il tarixli 10/E saylı rəyi ilə İpoteka predmetinin ilkin satış qiymətini 180 000 manat məbləğində, “xxxx” MMC 04.04.2019-cu il tarixli ƏEM/A20-486/19 saylı rəyində 452 000 manat məbləğində, “xxxx” MMC 30.07.2019-cu il tarixli rəyi ilə 440.000 manat məbləğində qiymətləndirmişdir. Bank iş üzrə ekspert rəyiləri ilə razı olmamasını bildirmişdir. Belə ki, ipoteka predmeti olan əmlak faktiki bazar qiymətinə uyğun dəyərləndirilməmiş və ekspertizanın hansı əsaslarla həmin rəydə göstərilən nəticələrə gəlməsi aydın olmamışdır. Əmlak üzrə qiymət tərəflər arasında imzalanmış ipoteka müqavilələrində göstərilən ilkin satış qiyməti və “xxxx” MMC 28.03.2018-ci il tarixli 10/E saylı rəyində göstərilən qiymətlə ilə kəskin fərqlənir və qeyri-mütənasibdir. Belə olan halda əmlakın qiyməti ilə bağlı məhkəmə tərəfindən yenidən ekspertiza keçirilməli olduğu halda bu edilməmişdir. İpoteka predmetinin ilkin satış qiyməti üzrə m əhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunmalıdır. Eyni zamanda iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. 21.02.2019-cu il tarixli, 24998 saylı rəyi ilə əsas məbləğə hesablanmış faiz borcu 11.100.48 ABŞ dolları olması müəyyən edilmişdir. Bank mühasibatlıq ekspertizası hissəsindədə iş üzrə ekspert rəyi ilə razı olmamasını bildirmişdir. Belə olan halda məhkəmə mühasibatlıq ekspertizasının yenidən keçirilməsi labuddir. Apelyasiya instansiyası tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiya məhkəməsi qətnaməsində iddianı borcun tutulması hissəsində qismən təmin etdiyindən, iddiaçının kasasiya şikayətin dəlilləri iddianın tam təmin edilməsinə və ipotekanın satış qiymətinə aid olduğundan kasasiya şikayətinə əsasən qətnamənin qanuniliyi mübahisələndirilən hissələrdə yoxlanılır. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir ki: “xxxx” KB QSC Cavabdeh1 13.07.2015-ci il tarixli 160/00/419/15 saylı kredit müqaviləsinə əsasən illik 19 faizlə 48 ay müddətinə 130000 ABŞ dolları kredit vermişdir. “xxxx” KB QSC ilə X4 və X5 arasında 13.07.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 mülkiyyətində olan ünvan və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi kredit borcunun təmini üçün ipoteka ilə yüklü edilmiş və ipoteka müqaviləsində 214000 (iki yüz on dörd min) manat məbləğində müəyyən edilmişdir. “xxxx” KB QSC tərəfindən verilmiş 24.01.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 13 iyul 2 015-ci il tarixli 160/00/419/15 saylı kredit müqaviləsi üzrə banka olan borcu əsas borc üzrə 118584,31 ABŞ dolları, faiz 12530,04 ABŞ dolları, cərimə 5971,16 ABŞ dolları, cəmi borc 137085,51 ABŞ dolları məbləğində təşkil edir. “xxxx” MMC-nin 28.03.2018-ci il tarixli 10/E nömrəli rəyindən görünür ki, ünvannin hazırki dövrə olan orta bazar qiyməti 180000(yüz səksən min) manat təşkil edir. “xxxx” MMC-nin 04 aprel 2019-cu il tarixli ƏEM/A20-486/19 nömrəli rəyindən görünür ki, ünvannin 04 aprel 2019-cu il tarixə olan orta bazar qiyməti 452000(dörd yüz əlli iki min) manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş 30 iyul 2019-cu il tarixli MB 12/708 saylı rəyinə əsasən ünvan və mülkiyyətində olan 0,006 torpaq sahəsinin 17 iyul 2019-cu il tarixə olan bazar qiyməti 440000(dörd yüz qırx min) mana t təşkil edir. Məhkəmə mühasibatlıq ekspertizasının 21 fevral 2019-cu il tarixli, 24998 saylı rəyindən görünür ki, 13.07.2015-ci il tarixli 160/00/419/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 iddia tələbi tarixinə yəni 23.01.2017-ci il tarixə iddiaçı xxxx “ QSC-nə olan borcu ümumilikdə 130.228.46 ABŞ dolları məbləğində o cümlədən 119.127,98 ABŞ dolları əsas borc, 11.100.48 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən faiz, cərimə borcu hissəsində, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi nəticədə faiz borc unun 12530.04 (on iki min beş yüz otuz ABŞ dolları dörd sent) qaldığını nəzərə alaraq, cəmi 137.085.51 (yüz otuz yeddi min səksən beş ABŞ dolları əlli bir sent ) sent tutulmasını, ipoteka predmetinin ilkin satış qiymətinin isə 214.000 (iki yüz on dörd min) manat məbləğində qiymətləndirmiş, ipoteka predmetinin tərkib hissəsi olan 0,06 torpaq sahəsi üzrə isə qiymətləndirmə keçirməmişdir. Apelyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 21 fevral 2019cu il tarixli, 24998 saylı rəyindən görünür ki, 13.07.2015-ci il tarixli 160/00/419/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 iddia tələbi tarixinə, yəni 23.01.2017-ci il tarixə iddiaçı xxxx “ QSC-nə olan borcu ümumilikdə 130.228.46 ABŞ dolları məbləğində, o cümlədən 119.127,98 ABŞ dolla rı əsas borc, 11.100.48 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Həmçinin apelyasiya baxışı zamanı ipoteka predmeti olan ev və yerləşdiyi torpaq sahəsi əvvəlcə “xxxx” MMC, sonra isə “xxxx” MMC tərəfindən qiymətləndirilmişdir. “xxxx” MMC tərəfindən fərdi yaşayış evinin 04 aprel 2019-cu il tarixə olan orta bazar qiyməti 452.000 (dörd yüz əlli iki min) manat, “xxxx” MMC tərəfindən fərdi yaşayış evi və mülkiyyətində olan 0,06 torpaq sahəsinin 17 iyul 2019-cu il tarixə olan bazar qiyməti 440.000(dörd yüz qırx min) manat müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi “xxxx” MMC tərəfindən müəyyən edilmiş ipoteka predmetinin dəyərini daha real və mötəbər hesab edərək və buna görə də ilkin satış qiymətinin həmin məbləğdə göstərilməsini işin hallarına daha uyğun hesab etmişdir. Məhkəmə kol legiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissələri üzrə düzgün nəticəyə gəlmiş və maddi və prossesual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşə karlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilm əməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İş üzrə ödənilməli olan əsas borc və faiz müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit razılaşması şərtləri nəzərə alınmaqla, borc müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Dəbbə pulunun azaldılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddiaçı kasasiya şikayətində məbləğin çox yüksək olduğunu qeyd etsə də, kasasiya şikayətinə ipoteka predmetinin qiymətinin daha aşağı olması barədə heç bir sübut əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştir ak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə də, kasasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsi üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiya sı məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli 2(103)-1343/2019 nömrəli qətnaməsi yoxlanılan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2124/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2124/2020
24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver