Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2124/2024 29.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər və Zamin qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1226/2023 nömrəli iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh Zamin kassasiya şikayətinə 29 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli istehlak krediti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh 48 ay müddətinə, illik 19.5 faizlə 20000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC ilə 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 tarixli kredit müqaviləsi üzrə zaminlik müqaviləsinə əsasən Zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşdur.
3. Mübahisə kredit müqaviləsi üzrə öhdəliyin icrası ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ( iddia tələbinin həcminin artırılması barədə ərizələr) ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh (bundan sonra “cavabdeh” və ya “Borclu”) və Zamin (bundan sonra “cavabdeh” və ya “Zamin”) müştərək qaydada 17727.45 manat əsas, 4154.34 manat faiz borcu olmaqla, cəmi 21881.79 manat məbləğində borcun və ödənilmiş 156.45 manat məbləğində dövlət rüsumunun alınıb Banka verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən Borclu müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsi nin 4.2-ci bəndinə əsasən Zamin bank qarşısında (borclu tərəfindən 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır.
6. Borclu əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. xx.xx.2023-cü il tarixinə Borclunun kredit müqaviləsi üzrə 17727.45 manat əsas, 4154.34 manat faiz borcu olmaqla, cəmi 21881.79 manat məbləğində kredit borcu yaranmışdır.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 443.1, 445.1, 445.21, 449.4 və 741-ci maddələrinə istinad etmişdir.
8. Borclu birinci instansiya məhkəməsinə yazılı vəsatət verərək, iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini, eyni zamanda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.
10. Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2023-cü il tarixli, 9/941 nömrəli ekspert rəyinə əsasən Borclunun xx.xx.2023-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 17677.29 manat əsas, 1589.48 manat faiz borcu vardır.
11. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-322/2023 nömr əli, 23 may 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlərdən müştərək qaydada 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsi üzrə 17677.29 manat əsas, 2538 manat faiz borcu olmaqla, cəmi 20215.29 (iyirmi min iki yüz on beş manat iyirmi doqquz qəpik) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 150,64 (bir yüz əlli manat altmış dörd qəpik) manat pulun alınıb iddiaçıya verilməsi, cavabdehlərdən müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədli yyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Nemət Paşayev)
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Bankla Borclu arasında 19 noyabr 2021-ci il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank Borcluya illik 19.5 faizlə 48 ay müddətinə 20.000 manat məbləğində kredit vermiş, Borclu isə razılaşdırılmış cədvələ uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Digər cavabdeh olan Zamin isə 19 noyabr 2021-ci il tarixdə zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. Lakin Borclu öhdəliyini lazımi şəkildə icra etməmişdir. Bu hal Bankı n təqdim etdiyi hesabdan çıxarış, maliyyə arayışı, həmçinin ekspert rəyi ilə təsdiq edilir. Buna görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borclu müqavilə öhdəliyinə əməl etmədiyinə görə Bank qarşısında mülki məsuliyyət daşıyır. Bağlanmış zaminlik müqaviləsinə əsasən Zamin də bank qarşısında Borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
14. Birinci instansiya məhkəməsinin tutulmalı pul məbləğinin miqdarı ilə bağlı mövqeyi belə olmuşdur ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan hesabdan çıxarış və ekspert rəyi ilə təsdiq edildiyi kimi Borclu tərəfindən Banka cəmi 4944 manat məbləğində ödəniş edilmiş, ödənilmiş pulun 2322,71 manatı əsas borca, 2621,29 manatı isə faiz borcuna silinmişdir. Buna görə də cavabdehlərin banka 17677.29 manat əsas borcu qalmışdır.
15. Birinci instansiya məhkəməsi faiz borcunun məbləğinə münasibətdə qeyd etmişdir ki, ekspert rəyində faiz borcu xx.xx.2023-cü il tarixinə hesablanaraq 1589,48 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsinin müddəti bitmədiyinə görə xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu müəyyən edilməlidir. Ödəniş cədvəlinə əsasən xx.xx.2023-cü il tarixədək ümumilikdə banka ödənilməli olan faiz borcu 4976,28 manat təşkil edir. Borclu tərəfindən edilmiş ödənişlərin 2621,29 manatı faiz borcuna silinmişdir. Buna görə də cavabdehlərin banka xx.xx.2023-cü il tarixədək olan faiz borcu 2538 manat məbləğində müəyyən edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki M əcəllənin 385.1, 427.3, 442.1, 448.2, 470.1, 470.2, 472.1, 472.2, 739.1, 739.2 və 741-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
17. Zamin apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri belə olmuşdur: - qətnamə düzgün əsaslandırılmamış, əsassız olaraq iddia tələbi ona münasibətdə təmin edilmişdir; - işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə ona qanunla müəyyən edilmiş qaydada məlumat verilməmiş, iddia ərizəsinin surəti ona təqdim edilməmiş, cavabdeh tərəf olaraq iştirakı qanunsuz olaraq təmin edilməmişdir. Bu i sə hazırki iş üzrə qətnamənin ləğvi üçün birbaşa əsasdır.
19. Zamin apelyasiya baxışında mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir.
20. Apellyasiya instansiyası məhkəməsi ayrıca qərardadla mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatəti təmin etməmişdir.
21. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1226/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 19 noyabr 2021ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsi üzrə 17677.29 manat əsas, 2538 manat faiz borcu olmaqla, cəmi 20215.29 manat məbləğində pulun alınıb iddiaçıya ve rilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, dövlət rüsumu və ekspertiza xərci müştərək qaydada cavabdehlərdən tutulmuşdur. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Elçin Mehdiyev)
22. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə iddianı Zaminə aid hissədə qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işə zaminin iştirakını təmin etmədən baxmışdır.
23. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı Zaminə aid hissədə qismən təmin etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulduğuna görə apellyasiya şikayəti qismən təmin olunmalı, qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiası qismən təmin olunmaqla, cavabdehlərdən müştərək qaydada 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsi üzrə 17677.29 manat əsas, 2538 manat faiz borcu olmaqla, cəmi 20215.29 (iyirmi min iki yüz on beş manat iyirmi doqquz qəpik) manat məbləğində pul alınıb Banka verilməlidir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.3, 442.1, 448.2, 470.1, 470.2, 472.1, 472.2, 739.1, 739.2, 741-ci, Mülki Prosessual Məcllənin 9.1, 9.3, 14.2, 77.1 və 387.2.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Zamin kassasiya şikayəti verərək, apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 474.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Şəki Apellyasiya Məhkəməsinin MK gəldiyi nəticəni düzgün əsaslandırmamış, apellyasiya şikayətindəki, eləcə də məhkəmə iclasında irəli sürülən dəlillərə düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi ə sassız olaraq real borc məbləğinin müəyyənləşdirilməsi üçün iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatəti təmin etməmiş, bununla da qətnamədəki gəldiyi yekun nəticəni əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməs i, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra et məsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Madd ə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət h əddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apel lyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsi n və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
33. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.
34. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.
35. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Bankla Borclu arasında kredit, Zaminlə zaminlik müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə Borcluya kredit verilib, Borclu kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.
36. İşdən görünür ki, Borclu borcun məbləği ilə razı olmamış, iş üzrə Borclunun vəsatəti əsasında mühasibatlıq ekspertizası təyin edilmiş, borcun məbləği də ekspert rəyinə əsasən müəyyən edilmişdir.
37. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq Zaminin işdə iştirakının təmin edilməməsi əsası ilə qətnaməni ləğv edib iddianı yuxarıda gö stərilən qaydada qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin təkrar ekspertiza təyin edilməsi barədə vəsatətin təmin edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini əsassız sayır.
39. Belə ki, qeyd edildiyi kimi borcun məbləği mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilib, cavabdeh (Zamin) həmin rəylə razı olmasa da, apellyasiya instansiyası məhkəməsi ayrıca qərardadla cavabdehin əlavə ekspertiza təyin edilməli olması barədə vəsasətini, vəsatətin əsaslandırılmaması motivi ilə təmin etməmişdir.
40. Əlavə və ya təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməli olması ilə bağlı məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
41. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
42. Məhkəmə kollegiyası izah edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessu al Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
43. Hazırki işdə isə cavabdeh (Zamin) borc məbləği ilə razı olmadığını ümumi sözlərlə ifadə etmiş və apellyasiya instansiyası məhkəməsi də düzgün olaraq borcun dəqiqləşdirilməsi məqsədilə əlavə ekspertizanın təyin olunmasına zərurət görməmişdir. Belə ki, ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməlidir. Əks təqdirdə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələnə bilər.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənləri və MPM-i n 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Zamin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1226/2023 nömrəli iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.