Məhkəmə qərarları › İş №2(102)-2126/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2126/2020

24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2126/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı "xxxx” ASC-nin nümayəndəsi X8, cavabdehlər X1, Cavabdeh4 və onların vəkiliVəkil iştirakları ilə, İddiaçı "xxxx” ASC-nin cavabdehlər “X16 Təsərrüfatı” MMC və qeyrilərinə qarşı “kredit müqaviləsinin ləğvi, borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” ilkin iddia tələbinə dair, iddiaçı “X16 Təsərrüfatı” MMC-nin cavabdeh “xxxx” ASC-nə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2(103)-12545/2019 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdehlər “X16 Təsərrüfatı” MMC, X5, Cavabdeh4 və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər “X16 Təsərrüfatı” MMC, Cavabdeh2, X5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, № H58 KTN saylı, 07.05.2008-ci il tarixli kredit müqaviləsinin ləğvi, cavabdehlərdən ümumilikdə 253653,59 ABŞ dollarının (əsas borc 178690 ABŞ dolları, faiz borcu 74963,59 ABŞ dolları) tutulması, tələbin Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Novxanı bağ mass ivində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 96,8 kv.m yaşayış, 86,65 kv.m köməkçi sahədən ibarət B-2201V nömrəli bağ evinə, T.Ərizanova tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.0696 ha torpaq sahəsində yerləşən 16 nömrəli, 5 mərtəbəli binada, 5-ci mərtəbəsində, 45,3 kv.m ümumi, 29 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 59 nömrəli mənzilə, Cavabdeh4 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0.1518 ha torpaq sahəsində yerləşən 49 nömrəli, 5 mərtəbəli binada, 2-ci mərtəbəsində, 60,1 kv.m ümumi, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 33 nömrəli mənzilə yönəldilməsi, həmin əmlaklara dair cavabdehlərin hüquqlarının itirilməsi, əmlakların açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi və əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, “X16 Təsərrüfatı” MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh “xxxx” ASC-nə qarşı qarşılıqlı iddia qaldıraraq, bankla arasında 07 may 2008-ci il tarixdə bağlanmış H 58 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, bank tərəfindən 19 sentyabr 2007-ci il tarixdə bağlanmış F125 saylı kredit müqaviləsi ilə MMC-nə verilmiş 45.000 manat, 26 oktyabr 2007-ci il tarixdə bağlanmış F 134 saylı kredit müqaviləsi ilə Cavabdeh4 adına verilmiş 45000 manat, 05 dekabr 2007-ci il tarixdə bağlanmış F 139 saylı kredit müqaviləsi ilə X2 verilmiş 20000 manat, 15 dekabr 2007-ci il tarixdə bağlanmış H 57 sayl ı kredit müqaviləsi ilə verilmiş 130000 manat kredit məbləğdən, 15 dekabr 2007-ci il tarixdə H 57 saylı kredit müqaviləsinə edilmiş əlavə №1 ilə verilmiş 30000 manat kredit məbləğlərindən bankda saxlanılmış 75000 manat həcmində MMC-nin kredit məbləğindən azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 06 oktyabr 2016-cı il tarixli 2(005)-338/16 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, H 58 KTN nömrəli, 07.05.2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh “X16 Təsərrüfatı” MMC-dən bankın xeyrinə 178690 ABŞ dolları əsas, 74963,59 ABŞ dolları faiz, cəmi 253.653,59 ABŞ dolları borcun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus ünvan, T.Ərizanovaya məxsus ünvan 2inə və Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində B-2201 nömrəli bağ evinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, ünvaninin açıq hərracda ilkin satış qiymətinin 90000 manat, ünvan 2inin açıq hərracda ilkin satış qiymətinin 75000 manat və Sumqayıt şəhəri, Novxanı bağ massivində B-2201 nömrəli bağ evinin açıq hərracda ilkin satış qiymətinin 165000 manat müəyyən edilməsi, əmlakların satılması və əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin müvafiq olaraq cavabdehlərə qaytarılması, əmlaklar satıldıqdan bir ay sonra cavabdehlərin oranı tərk etmələri, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər İkram Şirin ov-sədrlik edən və məruzəçi, Tofiq Səmədov və Elşən Kazımov) 26 dekabr 2018-ci il tarixli 2(103)-63/18 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli 2(005)-338/16 saylı qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq hər iki iddia tələbi təmin edilməmişdir. İddiaçı “xxxx” ASC həmin qətnamədən kasasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Akif İsgəndərov-sədrlik edən və məruzəçi, Əhməd Əhmədov və İlqar Dəmirov) 03 sentyabr 2019-cu il tarixli 2(102)-5406/19 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli 2(103)-63/18 saylı qətnaməsi qismən - iddiaçı “xxxx” AS C-nin cavabdehlər “X16 Təsərrüfatı” MMC-nə, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddiasının təmin olunmaması hissəsində ləğv edilmiş və iş göstərilən hissəyə apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Raqib Qurbanov-sədrlik edən və məruzəçi, Etibar Nəbiyev və Aida Hüseyn) 30.10.2019-cu il tarixli 2(103)-12545/2019 nömrəli qətnaməsi ilə cavabdehlər “X16 Təsərrüfatı” MMC, Cavabdeh4 və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon M əhkəməsinin 2(005)-338/16 saylı mülki iş üzrə qəbul etdiyi 06 oktyabr 2016-cı il tarixli qətnaməsi ilk iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ilkin iddia üzrə cavabdehlər “X16 Təsərrüfatı” MMC, X5, Cavabdeh4 və vəkili Vəkil kasasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(103)-12545/2019 saylı qətnaməsindən verilmiş kasasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(103)-12545/2019 saylı qətnaməsinin tamamilə ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini, iddiaçı “xxxx” ASC-nin cavabdehlər “X16 Təsərrüfatı” MMCnə, X3, Cavabdeh2, Cavabdeh4 qarşı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı “X16 Təsərrüfatı” MMC-nin cavabdeh “xxxx” ASC-nə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kasasiya şikayətinin dəlilləri Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx”ASC-nin Dostluq filialı tərəfindən “X16 Təsərrüfatı” MMC-nin təsisçisi və direktoru X6 ilə razılığa gəlmişlər ki, bank tərəfindən borcalana uzun müddətə, aşağı bank faizi ilə “kənd təsərrüfatı krediti” versin. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən Bank tərəfindən 19 sentyabr 2007-ci il tarixli F125 saylı kredit müqaviləsi ilə X2 45.000 manat, 26 oktyabr 2007-ci il tarixli F 134 saylı kredit müqaviləsi ilə Cavabdeh4 adına 45.000 manat, 05 dekabr 2007-ci il tarixli F 139 saylı kredit müqaviləsi ilə X2 20.000 manat, 15 deka br 2007-ci il tarixli H 57 saylı kredit müqaviləsi ilə “X16 Təsərrüfatı” MMC-nə 130.000 manat kredit verilmişdir. Həmin kredit müqavilələri ilə verilmiş borc qısa müddətli və yuxarı faizlə olduğundan “xxxx” ASC-nin Dostluq filialının müdiri ilə x razılığa gəlmişlər ki, gələcəkdə həmin kredit müqavilələri əsasında verilmiş borc pulun cəmi toplanacaq və bir müqavilədə cəmi toplanmaqla aşağı faizlə və uzun müddətə yeni müqavilə bağlanacaqdır. Bankın dostluq filialının müdiri tərəfindən kredit müqaviləsi ilə verilmiş borcun 75.000 manat məbləğində hissənin bankda saxlanmasını, həmin məbləğdən özünün istifadə edəcəyini və gələcəkdə özünün həmin məbləği qaytaracağını bildirmişdir. B.z tərəfindən 75.000 manat pul bankda saxlanmışdır. 2008-ci ilin may ayında yuxarıda qeyd edilən müqavilələr üzrə verilmiş borc məbləği toplama üsulu ilə toplanmış, banka olan borc məbləğinin ABŞ-nın valyutası olan dolların günün mübadilə kurs məzənnəsi ilə borc məbləği müəyyənləşdirilmişdir. Banka qalıq qalmış borc məbləğinin 300.000 ABŞ dolları olduğu müəyyən edilərək 07 may 2008-ci il tarixdə, H 58 saylı kredit müqaviləsi ilə “X16 Təsərrüfatı” MMC-nə 300.000 ABŞ dolları kredit verilməsinə dair müqavilə bağlanmışdır. “xxxx” ASC-nin Dostluq filialı ilə “X16 Təsərrüfatı” MMC arasında 07 may 2008-ci il tarixdə, H 58 saylı kredit müqaviləsi bağlandıqdan sonra bank tərəfindən borc alana müqavilə ilə borc olaraq verilməsi göstərilən 300.000 ABŞ dolları məbləğində pul “X16 Təsərrüfatı” MMC-nə verilməmişdir. Həmin müqavilədən əvvəl bağlanmış 4 müqavilə ilə verilmiş 240.000 manat pulun qaytarılma müddəti ar tırılmış və banka ödəniləcək faiz aşağı salınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən qətnamə çıxararılarkən cavabdeh “X16 Təsərrüfatı” MMC-nin 07 may 2008-ci il tarixli, H 58 saylı kredit müqaviləsi ilə 300.000 ABŞ dolları məbləğində kreditin bank tərəfindən cavabdehə verilməsini təsdiq edən sənədin, həmin pulun borcalanın bank hesabına köçürülməsinə, ssuda hesabından məxaric orderi və ya ödəniş tapşırığı ilə götürülməsinə, köçürülməsinə dair sübutun mülki iş materiallarına əlavə edilməməsinə qiymət verilməmişdir. Tərəflər arasında yaranmış mübahisənin predmeti 07 may 2008-ci il tarixli, H 58 saylı kredit müqaviləsindən yaranmış öhdəliklərin yerinə yetirilməsidir. Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(103)-l 2545/2019 saylı qətnaməsi ilə tərəflər arasında yaranmış müqavilə öhdəliklərinin yaranma əsasları və icra nəticələrinə qiymət verilməmişdir. Mülki iş materiallarına əlavə edilmiş hesabdan çıxarış sənədi ilə və məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə və iddiaçının təqdim etdiyi bank hesablarına dair məlumatlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 07 may 2008-ci il tarixli, H 58 saylı kredit müqaviləsi ilə cavabdehə ayrılmış 300.000 ABŞ dolları məbləğində pul vəsaiti “Borc verən” tərəfindən “Borc alan” üçün açılan 1865-000005-USD-10 saylı ssuda hesabına 03.06.2007-ci il tarixdə köçürülmüşdür. Həmin hesabdan pulun götürülməsi, köçürülməsi və istifadə edilməsinə dair hər hansı bir sübut təqdim edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə ilə “Borc alan”a kredit kənd təsərrüfatı məhsullarının ist ehsalı və satışının təşkili yönümlü İnvestisiya layihəsinə əsasən verilmişdir. İddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinin tələblərinə əməl etməklə “Borc verən” tərəfindən ayrılmış kreditin “Borc alanın ssuda hesabına pulun köçürülməsinə dair məlumatın verilməsi barədə sübut iş materiallarına əlavə edilməmişdir. “Borc verən” bank tərəfindən 300.000 ABŞ dolları pulun “Borc alanın ssuda hesabına köçürülməsi barədə “xxxx” MMC-nə məlumat verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(103)-12545/2019 saylı qətnaməsi ilə iddiaçı tərəfindən 07.05.2008-ci il tarixli, H58 №-li kredit müqaviləsi ilə verilmiş kredit məbləğinə hesablanmış faizlər, ödənilmiş əsas borc məbləği və qalıq borc məbləğləri mülki iş üzrə alınmış məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri ilə müəyyən edilib sübut kimi qiymətləndirildiyi halda, həmin müqavilə ilə cavabdehə ayrılmış kreditin bankdan məxaric edilmədiyinə dair sübutun təqdim edilməməsi barədə ekspert rəyinə qiymət verilməmişdir. Mülki mübahisəyə məhkəmə baxışı zamanı 300.000 ABŞ dolları pul məbləğinin cavabdehə verilməsinə dair məxaric sənədlərinin məhkəməyə təqdim edilməsi cavabdehdən tələb edilmişdir. İddiaçı tərəfindən sübut məhkəməyə təqdim edilməmiş, kredit məbləğinin cavabdeh tərəfindən götürülməsini sübuta yetirə biləcək sənəd deyil, kredit məbləğinin qaytarılacağına dair bank öhdəliyi məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, 07.05.2008ci il tarixli, H58 №-li kredit müqaviləsi üzrə müqavilədə göstərilən 300.000 ABŞ dolları həqiqətən də “X16 Təsər rüfatı” MMC-nə verilməmişdir. İddiaçı Bank tərəfindən həmin məbləğdə pul vəsaitinin cavabdehə veriləməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası heç bir sübut olmadan cavabdehin istifadə etmədiyi, götürmədiyi kredit məbləğinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Cavabdehlər X5, Cavabdeh4 və vəkili Vəkil kasasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X12 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəb ləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş üzrə kasasiya instansiya məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli 2(102)-5406/19 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi yalnız ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilərək, iş həmin hissədə yeni baxışa göndərildiyindən və yeni apellyasiya baxışının predmetini ilkin iddiaya baxılması təşkil etdiyindən, hazırki kasasiya baxışının predmetini qarşılıqlı iddianın təmin edilməməsi təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ilkin iddia üzrə iş materialları ilə müəyyən edilmişdir ki: “xxxx” ASC ilə “X16 Təsərrüfatı” MMC arasında bank tərəfindən “X16 Təsərrüfatı” MMC-nə 7 il müddətinə, ill ik 13 % ödəmək şərti ilə 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit verilməsi barədə 07.05.2008-ci il tarixli H58 KTN saylı kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin təminatı kimi 15.05.2008-ci il tarixli H57 saylı ipoteka müqaviləsinə əlavə bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 96,8 kv.m yaşayış, 86,65 kv.m köməkçi sahədən ibarət B-2201V nömrəli bağ evi ipoteka ilə yüklü edilmişdir. Həmçinin, kredit müqaviləsinin təminatı kimi 03.06.2008-ci il tarixli F125 saylı ipoteka müqaviləsinə 2 saylı əlavə bağlanaraq, X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.0696 ha torpaq sahəsində yerləşən 16 nömrəli, 5 mərtəbəli binada, 5-ci mərtəbəsi ndə, 45,3 kv.m ümumi, 29 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 59 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, kredit müqaviləsinin təminatı kimi 03.06.2008-ci il tarixli F134 saylı ipoteka müqaviləsinə 1 saylı əlavə bağlanaraq, Cavabdeh4 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0.1518 ha torpaq sahəsində yerləşən 49 nömrəli, 5 mərtəbəli binada, 2-ci mərtəbəsində, 60,1 kv.m ümumi, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 33 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı 07.05.2008-ci il tarixli H58 KTN saylı kredit müqaviləsinə istinad edərək, 178690 ABŞ dolları əsas, 74963,59 ABŞ dolları faiz olmaqla, cəmi 253653,59 ABŞ dolları borcun tutulmasını və tutmanın ipotekaya yönəldilməsini tələbini irəli sürmüş, cavabdeh “X16 Təsərrüfat ı” MMC isə həmin kredit müqaviləsi üzrə ona 300000 ABŞ dolları məbləğində kredit verilməməsi əsası ilə iddiaya etiraz etmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, sözügedən məbləğ bank tərəfindən MMC-nin adına açılmış ssuda hesabına köçürülmüş və bu hal iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş hesabdan çıxarışla təsdiq olunur. Lakin həmin ssuda hesabına köçürülən məbləğin sonradan nağd şəkildə borcalana verilməsi və ya başqa hesaba köçürülməsi isə bağlı sübut (məxaric orderi, ödəniş tapşırığı və s.) təqdim edilməmişdir. Bununla yanaşı, aşağıdakılara əsasən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, 300000 ABŞ dolları məbləğində kreditin “X16 Təsərrüfatı” MMC-nə verilməsi tam təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh “X16 Təsərrüf atı” MMC-nin nümayəndəsi məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş və vəsatəti onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC bilərəkdən əsas və faiz borcunun məbləğini çox göstərməklə məhkəməyə iddia ilə müraciət etmişdir. O, “xxxx” ASC-nə kredit müqaviləsi üzrə ümumilikdə 310000 manatdan artıq pul ödəmiş və əlavə olaraq onun “xxxx” ASC-də sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq “Bəsid” firması adına açdığı hesabdan hər il 40000 manata qədər pul kredit müqaviləsində olan borc üçün silinirdi. Onun hesablamalarına əsasən cavabdehə ümumilikdə 120000 ABŞ dolları əsas borcu qalır. Bu səbəbdən də cavabdeh “xxxx” ASC ilə onun arasında 07.05.2008-ci il tarixdə bağlanan kredit müqaviləsi üzrə bütün əməliyyatlar üzrə araşdırma aparılması (ödənilən pulların hansı formada əsas və faiz borca silinməsini və hansı məbləğdə əsas və faiz borcun qalmasını müəyyən etməklə) üçün ekspertiza təyin olunmasına zərurət vardır (cild 2, iş/v. 138). Həmçinin apellyasiya şikayətində də cavabdehlər 07.05.2008-ci il tarixli №H58 KTN saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun şişirdilməsinə istinad etmişlər. Göründüyü kimi “X16 Təsərrüfatı” MMC-nin qarşılıqlı iddia ərizəsində kredit məbləğinin ona verilmədiyi bildirilsə də, faktiki olaraq məhkəmə baxışı zamanı həyata keçirdiyi prosessual hərəkətlərlə əsas və faiz borcunun şişirdilməsinə istinad etmişdir. Bundan başqa, əvvəlki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2017-ci il tarixli 4213 saylı rəyinə əsasən mü əyyən edilmişdir ki, 07.05.2008-ci il tarixli №H58 KTN saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla “X16 Təsərrüfatı” MMC-nin 28 sentyabr 2016-cı il tarixə “xxxx” ASC-nə olan borcu 253138,26 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc 178690 ABŞ dolları, faiz borcu 74448,26 ABŞ dolları təşkil edir. Həmçinin rəylə müəyyən edilmişdir ki, “xxxx” ASC-nə 10.07.2014-cü il tarixədək 287272,56 ABŞ dolları məbləğində ödəniş edilmiş, həmin məbləğin 121310 ABŞ dolları əsas borcdan, 165962,56 ABŞ dolları isə faiz borcundan silinmişdir. Göründüyü kimi “X16 Təsərrüfatı” MMC 07.05.2008-ci il tarixli №H58 KTN saylı kredit müqaviləsi üzrə 300000 ABŞ dollarının ona verilmədiyini bildirsə də, həmin müqavilə üzrə faktiki olaraq 287.272,56 ABŞ dolları məbləğində ödəniş etmişdir. Məhkəm ə iclasında da 07.05.2008-ci il tarixli №H58 KTN saylı kredit müqaviləsi üzrə 300000 ABŞ dolları kredit məbləğinin “X16 Təsərrüfatı” MMC-nə verilmədiyi halda, nə üçün MMCnin 287272,56 ABŞ dolları məbləğində ödəniş etməsi ilə bağlı sədrlik edənin suallarına cavabdehin nümayəndəsi ağlabatan şəkildə izah verə bilməmişdir (“X16 Təsərrüfatı” MMC-nin direktorunun “xxxx” ASC-nin əməkdaşı ilə qohumluq və səmimi münasibətləri olduğuna görə inanmış və ona görə ödəniş aparmışdır). Göründüyü kimi cavabdehin istinad etdiyi hallarla onun faktiki hərəkətləri arasında uyğunsuzluq vardır və biri-digərini təkzib edir. Həmçinin iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2010-cu il tarixli 2(005)-3718/10 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASCnin cavabdehlər X6 və X3 qarşı iddiası qismən təmin edilərək, cavabdeh B.zdan 19.07.2007-ci il tarixli kredit müqaviləsinə əsasən cəmi 23356,88 manat borcun tutulması, tələbin digər cavabdeh T.Ərizanovaya məxsus Bakı şəhəri, Nərimanov rayonu, ünvan 3 inə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən verilmiş icra sənədi tam icra olunduğundan (borc ödənildiyindən) xitam verilmişdir. Bu hallar isə bir daha təsdiq edir ki, 07.05.2008-ci il tarixli kredit müqaviləsi cavabdehlərin bildirdiyi kimi “xxxx” ASC ilə “X16 Təsərrüfatı” MMC arasında bağlanmış 19 sentyabr 2007-ci il tarixli F125 saylı, 26 oktyabr 2007-ci il tarixli F 134 saylı, 05 dekabr 2007-ci il tarixli F 139 saylı, 15 dekabr 2007-ci il tarixli H 57 saylı kredit müqavilələrinin davamı olaraq bağlanılmamışdır. Həmçinin iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2018-ci il tarixli 20972 saylı rəyi ilə müəyyən olunmuşdur ki, 19 sentyabr 2007-ci il tarixli, 26 oktyabr 2007-ci il tarixli, 5 dekabr 2007-ci il tarixli və 15 dekabr 2007-ci il tarixli müqavilələr üzrə “X16 Təsərrüfatı” MMC tərəfindən cəmi 338.866,4 manat ödəniş edilmişdir. Göründüyü kimi 07.05.2008-ci il tarixli kredit müqaviləsi bağlanmamışdan əvvəl tərəflər arasında bağlanmış 4 ədəd kredit müqaviləsi üzrə “X16 Təsərrüfatı” MMC tərəfindən kifayət qədər yüksək məbləğdə, yəni ümumilikdə 338.866,4 manat ödəniş edilmişdir. Belə olan halda isə cavabdehlərin bildirdiyi kimi həmin kredit müqavilələri üzrə 240.000 manat borc yaranması real olaraq mümkün deyildir. Qeyd olu nan hallar isə bir daha təsdiq edir ki, 07.05.2008-ci il tarixli № H58 KTN saylı kredit müqaviləsi üzrə 300000 ABŞ dolları kredit məbləği “X16 Təsərrüfatı” MMC-nə verilmişdir. Tərəflər arasında bağlanmış 07.05.2008-ci il tarixli kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışları və yuxarıda istinad olunan ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 421, 423, 739 və 741-ci maddələrinə əsaslanaraq apellyasiya məhkəməsi kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 07.05.2008-ci il tarixli kredit müqav iləsi üzrə 300000 ABŞ dolları məbləğində kreditin “X16 Təsərrüfatı” MMC-nə verilməsinin tam təsdiq olunmasına dair nəticəsi ilə razılaşır. Azərbaycan Respublikası MM-nin: - 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsas ən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı olan şəxsə ödəməlidir. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilə r. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında bağlanmış 07.05.2008-ci il tarixli kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışları və yuxarıda istinad olunan ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 421, 423, 739 və 741-ci maddələrinə əsaslanaraq kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tutulması hissəsi üzrə gəldiyi nəticə düzgün olmuşdur. Kasasiya şikayətinin yeganə dəlili kredit müqaviləsi üzrə 300.000 ABŞ dolları məbləğində vəsaitin borcalan tərəfindən hesabdan götürülməsi, istifadə edilməsi barədə bank tərəfindən sübut təqdim edilməməsidir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, həmin vəsaitin n ağd qaydada hesabdan çıxarılması, həmçinin başqa hesaba köçürülməsi barədə bank konkret sənəd verə bilməsə də, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları, yəni vəsaitin borcalanın hesabına köçürülməsi, həmin kredit üzrə borcalan tərəfindən 30.06.2008-ci ildən 10.07.2014-cü il tarixədək 287.272,56 ABŞ dolları məbləğində ödənişlər edilməsi, borcalanın, faktiki olaraq məhkəmə baxışı zamanı həyata keçirdiyi prosessual hərəkətlərlə əsas və faiz borcunun şişirdilməsinə istinad etməsi və yalnız qarşılıqlı iddiasında bu məbləğin ona verilməməsini bildirməsi, müqavilə bağladıqdan sonra keçən müddət ərzində kreditin verilməməsi əsası ilə müqavilənin ləğvini tələb etməməsi və digər bu kimi hallar, əslində borcalanın həmin vəsaiti götürdüyünü və istifadə etdiyini təsdiq edən hallardır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdırmaq, sübutları qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə ic raatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdik ləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X7 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Kollegiya həmçinin hesab edir ki, cavabdeh “X16 Təsərrüfatı” MMC kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan əmlaklara yönəldilməsi və satışdan s onra cavabdehlərin həmin əmlaklardan çıxarılmasını tələb etməkdə haqlı olmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi də işin araşdırılmış hallarına uyğun olmaqla məhkəmə tərəfindən bununla bağlı ipoteka müqavilələrinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 38.2.2, 59.3-cü maddələrinə istinad etməsi də düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə görə İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. - 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. - 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 296-cı maddəsinə əsasən Girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməli, 298-ci maddəsinə əsasən satışdan götürülmüş məbləğdən Girovsaxlayanın tələbləri, ö cümlədən Girovsaxlayanın bununla bağlı çəkdiyi və ya çəkəcəyi bütün xərclər ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinə əsa sən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin tutmaya yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. - 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. - 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. - 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası kasasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdir ərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apellyasiya instansi yası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə cavabdehlər “X16 Təsərrüfatı” MMC, X5, Cavabdeh4 və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2(103)12545/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar