Məhkəmə qərarları › İş №2(102)-2127/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2127/2024

29.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2127/2024 29.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1230/2024 nömrəli 27 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 29 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 37 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə 9 dekabr 1999-cu il tarixdə qeyddə alınmışdır.

2. Cavabdeh və İddiaçı 29.4.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikahdan onların xx.xx.2005-ci il təvəllüdlü Röya və xx.xx.2009-cu il təvəllüdlü Şirvanə adlı uşaqları vardır.

3. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən aralarında olan nikaha xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) 07 iyun 2012-ci il tarixdə Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə ist ifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehə məxsus mənzilə köçmüş və cavabdehlə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. İddiaçı cavabdehdən dəfələrlə xahiş etmişdir ki, onu yaşayış yeri üzrə mənzilə qeydiyyata aldırsın, lakin cavabdeh hər dəfə bundan yayınmış və nəticədə iddiaçı formal olaraq Göyçayda qeydiyyatda qalmışdır. Məhz bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmişdir.

7. Birinci instansiya məhkəməsində şahid X4 göstərmişdir ki, o, cavabdehlə ailəliklə yaxındılar və bir-birilərinin evlərinə gedib gəlirlər. Cavabdehin iki azyaşlı uşağı var və o, həyat yoldaşı və uşaqları ilə həmin mə nzildə yaşayır.

8. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-2693/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə istifadə hüququnun tanınması qət edilmişdir. (hakim Azər Paşayev)

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilin mülkiyyətçisi olan cavabdehlə birgə yaşadığı və ər-arvad münasibətləri olduğu üçün yaşayış sahəsindən cavabdehlə bərabər istifadə etmək hüququna malikdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13, 28, 29, 43-cü, Mülki Məcəllənin 27.1, 228.5-ci, Mülki Prosessual Məcəllənin 4.2, 77.1, 217.2 və 218.4-cü maddələri ilə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsi ndəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlilləri belə olmuşdur: - cavabdeh mübahisəli mənzili iddiaçı ilə nikaha daxil olmazdan əvvəl – xx.xx.1999cu il tarixdə alğı-satqı müqaviləsi əsasında əldə etmişdir; - cavabdeh 2004-cü ildə iddiaçı ilə ailə quraraq cavabdehin valideynlərinin ünvan 2 ünvanında yerləşən evində yaşamışdır. 2012-ci ildə cavabdeh iddiaçıdan faktiki ayrılmış və iddiaçı uşaqları ilə birgə öz valideynlərinin Göyçay rayonu, Natəvan küçəsində yerləşən evinə köçmüşdür. İddiaçı mənzili tərk edərkən qızıl-zinət əşyalarını və cavabdehə məxsus şəxsi sənədləri, o cümlədən mübahisəli mənzilə dair mülkiyyət sə nədlərini də gizli şəkildə özü ilə aparmışdır; - həmin il cavabdeh Rusiya Federasiyasına getmiş və 2022-ci ildə iddiaçıya olan aliment borcuna görə mübahisəli mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi üçün sənədləri hazırlayarkən cavabdehə məlum olmuşdur ki, iddiaçı və qızları cavabdehin icazəsi olmadan mübahisəli mənzilə girmiş və qeydiyyata düşmüşlər; - iddiaçının və uşaqlarının mənzildə yaşamaları və qeydiyyatda olmaları cavabdehin mülkiyyət hüquqlarının tam həyata keçirməsinə mane olduğu üçün cavabdeh xx.xx.2023cü il tarixdə iddiaçıya və övladlarına qarşı mənzilə istifadə hüququ olmayan şəxs hesab edilmələri tələbi barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı həmin iş üzrə elektron kabinetə qətnaməni yerləşdirdikdən sonra ca vabdehə məlum olmuşdur ki, iddiaçının mənzilə istifadə hüququ hazırki qətnamə ilə tanınmışdır; - cavabdeh həmin qətnaməni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxiv İdarəsindən xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Rusiya Federasiyasında olduğu üçün ona məhkəmə bildirişi çatdırılmadığı halda, birinci instansiya məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmışdır; - bundan əlavə, iddiaçı cavabdehlə nikaha girərkən cavabdehin valideynlərinə məxsus ünvan 2 ünvanında yerləşən evdə yaşamışdır. İddiaçı ilə cavabdeh arasında mənzil münasibətləri yaranmamışdır. İddiaçı cavabdehin mülkiyyətində olan mənzilə köçməmişdir. Bu halı birgə nikahdan doğulmuş uşaqların Göyçay şəhərində təhsil almaları barədə sənədlər də təsdiq edir; - birinci instansiya məhkəməsi iddianı təmin edərkən yal nız iddiaçının təqdim etdiyi sübutlara qiymət vermiş, iddiaçının mənzildə yaşamasını təsdiq edən hər hansı sübutun olmamasına əhəmiyyət verməmişdir.

13. İddiaçı apellyasiya şikayətinə etirazında aşağıdakıları göstərmişdir: - cavabdeh ailə qurduqdan sonra iddiaçını mülkiyyətində olan mənzilə köçürmüş, bununla da tərəflərin etibarlı ailə münasibətləri nəticəsində iddiaçının həmin mənzildən istifadə hüququ yaranmışdır. Cavabdeh Azərbaycan Respublikasına geri döndükdən sonra nikahın pozulması tələbi barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Nikah münasibətləri pozulduqdan sonra iddiaçı uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşamaqda davam etmişdir. Hazırda da onlar mübahisəli mənzildə yaşayırlar; - iddiaçı 201 2-ci ilə qədər birgə, 2012-ci ildən hazırkı vaxtadək isə təkbaşına mübahisəli mənzili idarə edir, zəruri kommunal ödənişləri ödəyir, mənzili öz mülkiyyəti kimi qoruyub saxlayır; - cavabdeh uşaqların Göyçay rayonunda təhsil aldığını bildirsə də, nəzərə almamışdır ki, mübahisəli mənzilə uşaqların deyil, iddiaçının istifadə hüququ tanınmışdır; - həmçinin iddiaçı övladları ilə birlikdə daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməmiş, başqa yaşayış yeri yoxdur, ev və digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməmiş, eləcə də başqa şəxslə nikaha daxil olmamışdır; - iddiaçının atası X8 rayonunda imkanlı şəxslərdən biri olmuşdur. Şaiq Muradov 1999-cu ildə mübahisəli mənzili dəyərini tam ödəməklə Aygün Qasımova adlı şəxsdən almışdır. Lakin mənzilin alğı-satqı müqaviləsini Bakı şəhərin də qeydiyyatda olan cavabdehin adına rəsmiləşdirmişdir. Şaiq Muradov mübahisəli mənzili cari təmir etdirmiş və ailə üzvləri ilə birgə 1999-cu ildən 2004-cü ilədək həmin mənzildə yaşamışdır. Cavabdeh yaxın qohum olduğuna görə arabir mübahisəli mənzilə gəlib-getmişdir. 2004-cü ildə ailə qurduqdan sonra iddiaçı cehiz əşyalarını mübahisəli mənzilə gətirmişdir. İddiaçının atası toy mərasimindən əvvəl qonaq və yataq mebel dəsti almış, iddiaçıya cehiz vermişdir. Həmin mebel dəstləri bu günədək mübahisəli mənzildədir; - iddiaçı mübahisəli mənzilə köçdükdən sonra cavabdehlə təxminən 4 ay yaşamışlar. Heç biri işləmədiyinə görə iddiaçının atasının vəsaiti hesabına yaşayırdılar. Ərzaq məhsulları rayondan göndərilirdi. 4 ay sonra Göyçay rayonuna, cavabdehin valideynlərinin evinə köçmüşlər; - cavabdeh i şsiz olduğuna görə Rusiya Federasiyasına getmişdir. İddiaçı atası ilə mübahisəli mənzildə müəyyən müddət yaşamaq üçün gedib-gəlirmiş. İddiaçı hamilə olduğuna görə Göyçay rayonuna valideynlərinin evinə köçmüş, uşaq 2005-ci ildə anadan olmuş və bir yaşa çatanadək valideynlərinin evində yaşamışdır; - iddiaçı mübahisəli mənzildə yaşamayanda, orada atası yaşamışdır. Cavabdeh hər dəfə Rusiya Federasiyasından gələndə bir-iki ay mübahisəli mənzildə yaşamışlar; - 2009-cu ildə ikinci uşaq Şirvanə doğulmuş, uşaqların hər biri doğulmamışdan əvvəl iddiaçı Göyçay rayonuna gedib valideynlərinin yanında yaşamışdır. İkinci qızı da bir yaşa çatanadək iddiaçı valideynlərinin evində yaşamış, uşaqlara baxmağa anası kömək edirmiş; - cavabdeh işləmək üçün Rusiya Federasiyasına gedib-gəldiyinə görə və iddiaçı i şləmədiyi üçün uşaqları Bakı şəhərində mübahisəli mənzildə saxlamaq, oxutmaq iddiaçı üçün çətin olduğundan, uşaqlar Göyçay rayonunda məktəbə getmişlər. Röya 2012-ci ildə birinci sinfə Göyçay rayonundakı məktəbdə getmiş, ikinci uşaq da 8-ci sinfə qədər Göyçay rayonunda təhsil almışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1230/2023 nömrəli 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış və iddia təmin edilməmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski, Azad İmanov)

15. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən ilkin olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin birinci instansiya məhkəməsində işə ba xılarkən ölkə ərazisində olmaması barədə birinci instansiya məhkəməsinə məlumat verməmiş, əksinə mübahisəli mənzildə birlikdə yaşadıqlarını bildirmiş, bununla belə birinci instansiya məhkəməsi tərəfindən cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Nəticədə MPM-in 185.5-ci maddəsinin tələbi pozulmaqla qətnamə qəbul edilmişdir.

16. Belə ki, hazırkı iş üzrə iddia ərizəsi 07.6.2012-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, xx.xx.2012-ci il tarixdə hazırlıq iclası, xx.xx.2012, 18.7.2012 və 25.7.2012-ci il tarixlərdə baxış iclasları keçirilmiş, xx.xx.2012-ci il tarixdə qətnamə qəbul edilmişdir.

17. Cavabdehə məxsus “Ümumvətəndaş pasportundan” və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə əsasən, cavabdeh xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının sərhəd hüdudlarından kənara çıxmış, xx.xx.2012-ci il tarixdə qayıtmış, xx.xx.2012-ci il tarixdə saat 04:22-də çıxmış, xx.xx.2014-cü il tarixdə bir daha Azərbaycan Respublikasına giriş etmişdir. Göründüyü kimi, hazırkı işə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman cavabdeh cəmi 3 gün (xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il saat 04:22-dək) ölkə hüdudlarında olmuşdur. Həmin 3 günün hansısa birində (məhkəmə bildirişinin kötüyündə bildirişin cavabdeh tərəfindən qəbul edilmə tarixi qeyd edilməmişdir) xx.xx.2012-ci il tarixdə saat 10:50-də keçiriləcək məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat əldə etmişdir. Lakin xx.xx.2012-ci il tarixdə saat 04:22-də ölkə sərhədindən çıxış etdiyi üçün cavabdehin həmin məhkəmə iclasında iştirak etmək imkanı olmamışdır. Cavabdehin bu bir neçə (bəlkə də bir və ya ondan da az) gün ərzində iddiaya etiraz hazırlamaq, dəlil və sübut təqdim etmək imkanının olması mümkün görünmür.

18. Məhkəmə bildirişinin kötüyünə əsasən cavabdehin soyadı və adının baş hərfi qeyd edilməklə xx.xx.2012-ci il tarixdə saat 12:00-da keçirilməli olan məhkəmə baxışı iclası barədə məhkəmə bildirişi xx.xx.2012-ci il tarixdə qəbul edilmişdir. Lakin cavabdeh xx.xx.2012-ci il tarixdə ölkə ərazisində olmadığı üçün onun məhkəmə bildirişini qəbul etməsi mümkün deyildi. xx.xx.2012-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclası zamanı cavabdeh artıq ölkə ərazisində deyildi və sonuncu məhkəmə baxışına qədər ölkə ərazisinə daxil olmamışdır. Cavabdehin qeydiyyat ünvanına da sonuncu iclas barədə məhkəmə bildirişinin göndərildiyi müəyyən edilmir.

19. Digər tərəfdən, hazırkı iş üzrə iddia ərizəsində, habelə keçirilmiş məhkəmə iclaslarında iddiaçı cavabdehin ölkə ərazisində olmaması barədə birinci instansiya məhkəməsinə məlumat verməmiş, əksinə, cavabdehin mübahisəli mənzildə yaşadığını qeyd etmişdir.

20. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin hazırlıq və birinci baxış iclası barədə məhkəmə bildirişləri cavabdehin qeydiyyatda olduğu ünvana sifarişli poçt göndərişi (məktubu) ilə göndərilməmiş, bu səbəbdən məktubların həmin ünvan üzrə qəbul edilib-edilməməsi barədə məlumat iş materiallarına əlavə edilməmişdir. Halbuki MPM-in 134.1.4 və 135.1-ci maddələrinin tələbinə əsasən məhkəmə bildirişi işdə iştirak edən şəxslərə sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmalı idi. Belə olan halda cavabdehin qeydiyyatda o lduğu poçt ünvanını nəzarətdə saxlamaq vəzifəsini icra edib-etməməsi halını müəyyən etmək mümkün deyil.

21. Sonuncu məhkəmə baxışı iclası barədə isə birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməmiş, işdə olan məhkəmə bildirişinin kötüyündəki imza isə həmin gün cavabdeh ölkə ərazisində olmadığı üçün cavabdehə aid ola bilməzdi.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, cavabdeh məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilməmiş, birinci instansiya məhkəməsi isə belə vəziyyətdə işə cavabdehin iştirakı olmadan baxmaqla mülki prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bu baxımdan, MPM-in 387.2.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qeyd edilən dəlili əsaslıdır və birin ci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin digər dəlillərindən asılı olmayaraq ləğv edilməli və MPM-in 372-ci maddəsinə uyğun olaraq işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxmalıdır.

23. İddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə tərəflər xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş, onların bu nikahından 2 uşağı var: xx.xx.2005-ci il təvəllüdlü Röya və xx.xx.2009-cu il təvəllüdlü Şirvanə. Mübahisəli mənzil xx.xx.1999-cu il tarixdə cavabdehin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və hazırda cavabdehin mülkiyyətindədir.

24. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iddiaçı cavabdehlə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə gəlin köçdüyünü, bir müddət müvəqqəti olaraq Göyçay rayonunda yaşadığını, sonradan cavabdeh Rusiya Federasiyasına getdikdən sonra yenidən mübahisəli mənzildə yaşamağa davam etdiyini bildirir. Cavabdeh isə buna etiraz edərək, iddiaçının mübahisəli mənzilə ümumiyyətlə heç vaxt köçmədiyini, mənzilə cehiz gətirmədiyini və heç vaxt həmin mənzildə yaşamadığını bildirir.

25. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, o, cavabdehlə ailəvi yaxındır və bir-birilərinin evinə gedib-gəlirlər. Cavabdehin iki azyaşlı uşağı var və o, həyat yoldaşı və uşaqları ilə həmin mənzildə yaşayır.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxılan zaman hər iki tərəf məhkəməyə əlavə sübutlar təqdim etdiyi üçün əlavə sübutlar qəbul edilib işdə olan süb utlarla birgə qiymətləndirilməlidir. Çünki Rayon Məhkəməsində işə baxılan zaman cavabdeh ölkə xaricində olmuş, yalnız 3 gün ərzində Azərbaycan Respublikasına gəlib-qayıtmışdır. Cavabdeh məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilmədiyi üçün cavabdeh tərəfindən Rayon Məhkəməsinə iddiaya qarşı münasibət və hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh təqdim etmiş olduğu sübutlarla yanaşı, apellyasiya şikayətində iddiaya qarşı öz dəlillərini irəli sürmüşdür. Həmin dəlillər və sübutlar yeni təqdim edildiyindən iddiaçı da buna qarşı etirazını və əlavə sübutlarını irəli sürməkdə haqlıdır.

27. Apellyasiya instansiyası məhkəməsi sübutlara qiymət verərək bildirmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçının mübahisəli mənzilə hansı vaxtdan köçməsi və mübahisəli mənzillə bağlı münasibətlərin yaranma dövrü müəyyən edilməlidir. Çünki yaşayış sahələri ilə bağlı mübahisələrin xarakterinə uyğun olaraq münasibətlərin yaranma dövründən asılı olaraq ona tətbiq edilməli olan maddi hüquq normaları müəyyən edilir.

28. İddiaçı iddia ərizəsində cavabdehlə xx.xx.2004-cü il tarixdə ailə qurduğu ilk gündən etibarən mübahisəli mənzildə cavabdehlə birlikdə yaşamağa başlamasını və hazırda da həmin mənzildə yaşadığını göstərmişdir. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etirazında da bu halı bir daha qeyd etmişdir. İddiaçının adından onun nümayəndəsi (vəkili) tərəfindən imzalanmış yazılı izahatda isə mübahisəli mənzili əslində iddiaçının atasının cavabdehin adına aldığını və iddiaçının 1999-cu ildən mənzildə yaşadığını bildirmişdir. Lakin iddiaçı 1999-cu ildə və 20 04-cü ildə mübahisəli mənzilə köçüb yaşamağa başlamasını təsdiq edən sübut təqdim etməmişdir. Mənzilin ilkin mülkiyyətçisi X3 ərizəsində iddiaçının mübahisəli mənzildə yaşaması ilə bağlı hər hansı qeyd yoxdur. İddiaçı xx.xx.2012-ci il tarixdən hazırkı məhkəmə qətnaməsi əsasında mənzildə qeydiyyata alınmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi şahid X2 birinci instansiya məhkəməsində xx.xx.2012-ci il tarixdə vermiş olduğu ifadəyə qiymət verərək göstərmişdir ki, şahid ifadəsində cavabdehlə ailəvi yaxın olduğunu və cavabdehin həyat yoldaşı və uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşadığını bildirsə də, iddiaçının hansı vaxtdan mənzildə yaşadığı barədə ifadə verməmişdir. Şahidin ifadəsi iddiaçının 2012-ci ildən əvvəl mənzildə yaşadığını təsdiq etmir.

30. İddiaçının təqdim etdiyi ko mmunal ödənişlər barədə qəbzlər 2014-cü ildən hazırkı vaxtadək dövrü əhatə edir.

31. Həmçinin işdə olan sübutlara əsasən xx.xx.2005-ci il təvəllüdlü Röya xx.xx.2012ci il tarixdən xx.xx.2016-cı ilədək Göyçay şəhəri 7 saylı məktəbdə 2-ci sinifdən 6-cı sinfədək oxumuş, sonra xx.xx.2016-da Göyçay şəhəri 1 saylı məktəbin 6-cı sinfinə keçmiş, 2022-ci ildə həmin məktəbi bitirmişdir. Hazırda Milli Aviasiya Akademiyasında qiyabi ali təhsil alır. Şirvanə (xx.xx.2009-cu il təvəllüdlü) isə xx.xx.2015-də Göyçay şəhəri 7 saylı məktəbin 1-ci sinfinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdən Göyçay şəhəri 1 saylı məktəbdə 2-ci sinifdən 8-ci sinfədək oxumuş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı məktəbə keçmişdir. Hazırda həmin məktəbin 9-cu sinfində oxuyur.

32. Apellyasiya instansiyası məhkəməsi id diaçının uşaqlarının Göyçay şəhərində təhsil aldığı halda, onun mübahisəli mənzildə daimi yaşamasını ağlabatan hesab etməmişdir.

33. Göyçay Rayon İcra Hakimiyyəti başçısının Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 5-46-22/2-7 №-li, xx.xx.2024-cü il tarixli məktubuna əsasən apellyasiya instansiyası məhkəməsi Ərəbcəbirli kəndində yaşayan cavabdehin atası X1 təsərrüfatında, təsərrüfat sahibinin və qonşuların iştirakı ilə araşdırma aparılaraq cavabdehin və onun keçmiş arvadı olan iddiaçının 2004-cü ildə ailə qurduqlarını, 2012-ci ilə kimi həmin təsərrüfatda 2 azyaşlı qızları ilə birlikdə yaşadıqlarını, 2012-ci ildə cavabdeh atasının evini tərk edərək Rusiya Federasiyasına getdiyini, iddiaçının həmin il uşaqları ilə birlikdə Ələddin İbişovun evini tərk etdiyini, 2023-cü ilin əvvəllərində cavabdehin valideynlərinin evinə qayıtdığını müəyyən etmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, işdə olan foto və videogörüntülər cavabdehin hansı vaxtdan mübahisəli mənzildə yaşamasını müəyyən etməyə imkan vermir. Digər mühüm məqam isə ondan ibarətdir ki, tərəflərin nikahı da, birgə nikahdan olan uşaqların doğum faktı da Göyçay Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır.

35. Bununla da apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehlə xx.xx.2004-cü il tarixdə nikaha daxil olduqdan sonra Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2012-ci il tarixli qətnamə qüvvəyə minənədək xx.xx.1999-cu il tarixdən cavabdehin mülkiyyətində olan mənzildə yaşaması iddiaçı tərəfindən sübuta yetirilə bilmir. İddiaçı xx.xx.2 012-ci il tarixindən həmin qətnamə əsasında mübahisəli mənzilə qeydiyyata alınmışdır. 2014-dən hazırkı vaxtadək kommunal ödəniş qəbzləri iddiaçı tərəfindən təqdim edilmişdir. İş üzrə tərəflərin övladı Röya 2012-ci ildən 2022-ci ilədək Göyçay şəhərində orta təhsil almış, hazırda Bakı şəhərində qiyabi ali təhsil alır. Onların övladı Şirvanə isə xx.xx.2015-ci ildən xx.xx.2023-cü il tarixədək Göyçay şəhərində orta təhsil almış, hazırda Bakı şəhərində orta təhsilini davam etdirir. Tərəflər arasında olan nikaha Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xitam verilmiş və xx.xx.2023-cü il tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında 549 nömrə ilə qeyd edilmişdir. Tərəflər 2004-cü ildən 2012-ci ilə kimi Göyçay rayonunda cavabdehin valideynlərinin evində yaşa mış, 2012-ci ildən cavabdeh Rusiya Federasiyasına getmiş, iddiaçı isə həmin il cavabdehin valideynlərinin Göyçay rayonunda yerləşən evini tərk etmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, iddiaçının 2012-ci ildə cavabdehin valideynlərinin evini tərk etdikdən sonra öz valideynlərinə məxsus Göyçay şəhəri, Natəvan küçəsində yerləşən evə köçdüyü, yoxsa mübahisəli mənzilə köçdüyü tərəflər arasında mübahisə doğursa belə, artıq 2012-ci ilədək iddiaçının mübahisəli mənzildə yaşamaması halının müəyyən edilməsi hazırkı mübahisənin düzgün həlli üçün yetərlidir.

37. Həmçinin 2012-ci ilədək mübahisəli mənzillə bağlı tərəflər arasında münasibətlər yaranmamışdır. 38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəl ərinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8.10.2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

39. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsinin tələbləri baxımından həll edilməlidir.

40. Tərəflər arasında olan n ikaha xitam verildiyindən və iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilə dair hər hansı razılaşma olmadığından iddiaçının mübahisəli mənzildən istifadə etməsinin hüququ əsası qalmamışdır. Tərəflər arasında etibarlı ailə əlaqələri artıq mövcud deyildir.

41. Belə olan halda apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehin mülkiyyətində olan mübahisəli mənzilə dair istifadə hüququnun tanınmasının hüquqi əsası yoxdur.

42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəlləsinin 30.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 134.1.4, 135.1, 361.4, 372.1, 372.2-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə mübahisəli mənzildə iddiaçının yaşadığını, başqa sözlə, iddiaçının həmin mənzilə istifadə hüququnun yaranmadığını göstərsə də, bu hal işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, iddiaçı 2012-ci ilə qədər cavabdehlə birgə, 2012-ci ildən hal hazıradək isə tək başına mübahisə li mənzili idarə edir, zəruri kommunal ödənişləri ödəyir, mənzili öz mülkiyyəti kimi qoruyub saxlayır və bu fakt Məhkəmə prosesində qonşuların təqdim edildiyi sənədlərlə tam şəkildə sübuta yetirilir. Məhkəmə bu amillərə fikir verməyərək, qətnamədə dəlillərini inandırıcı olması üçün tərəflərin birgə nikahından doğulmuş uşaqlarının Göyçay şəhərində təhsil alması ilə əsaslandırsa da, lakin nəzərə almamışdır ki, mübahisəli mənzilə uşaqların deyil, iddiaçının istifadə hüququ tanınmışdır. Digər tərəfdən 2012-ci ildən hazırkı vaxtadək cavabdehin ölkə ərazisində olmaması, yəni mübahisəli mənzildə yaşamaması mübahisəsiz şəkildə təsdiq olunur. Sual olunur ötən 11 il ərzində mübahisəli mənzilə dair hər ay kommunal ödənişləri kim ödəyir? İşin hallarından göründüyü kimi, cavabdeh iddiaçı ilə ailə qurdu qdan sonra iddiaçını mülkiyyətində olan mənzilə köçürmüş, bununla da, tərəflərin etibarlı ailə münasibətləri nəticəsində həmin mənzildən istifadə hüququ yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul edərək, nəzərə almamışdır ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmı r. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun ke çmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya sı məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnam ənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya q ətnaməni tam yoxlayır.

48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə qanuni nəticəyə gəlmişdir. 5

1. İddia tələbi cavabdehin mülkiyyətində olan mənzilə iddiaçının istifadə hüququnun tanınması ilə bağlıdır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçı cavabdehlə xx.xx.2004-cü il tarixdə nikaha daxil olsa da, 2004-cü ildən 2012-ci ilə kimi Göyçay rayonunda cavabdehin valideynlərinin evində yaşamış, 2012ci ildən cavabdeh Rusiya Federasiyasına getmiş, iddiaçı isə həmin il cavabdehin valideynlərinin Göyçay rayonunda yerləşən evini tərk etmişdir. İddiaçı nikaha daxil olduğu vaxtdan cavabdehin mülkiyyətində olan mənzildə yaşamamış və bu halı təsdiq edəcək sübut təqdim etməmişdir. İddiaçı xx.xx.2012-ci il tarixindən hazırda barəsində şikayət verilən qətnamə əsasında mübahisəli mənzilə qeydiyyata alınmışdır.

52. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni sayır. Belə ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzillə bağlı etibarlı hüquq münasibətlərinin 2012-ci ilədək yaranması halı müəyyən edilməyib, iddiaçı bu halı sübut edə bilməyib. Halbuki iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni hazırkı halda cavabdehlə mübahisəli mənzildə nikahın bağlandığı 2004-cü il tarixdən yaşamasını sübut etmək vəzifəsi iddiaçının üzərində düşmüşdür.

53. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 23-41-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin qanuni həllinə təsir edən edən bütün halları araşdırmış, mübahisəli mənzillə bağlı tərəflər arasında hüquq münasibətlərinin hansı vaxtdan yaranmasına aydınlıq gətirmiş, eləcə də işin hallarını sübutları qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməklə müəyyən etmişdir.

54. İşin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərti iddianın təmin edilməsini istisna edir. Bu baxımdan, iddianın təmin edilməməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyə uyğun olmuşdur.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, bu dəlillər iddianın təmin edilməsinə yönələn işin faktiki hallarına aiddir və məhz həmin faktiki hallara qiymət verməklə apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməmişdir.

56. Həmçinin tərəflərin etibarlı ailə mü nasibətləri nəticəsində iddiaçının mübahisəli mənzildən istifadə hüququnun yaranması ilə bağlı dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallara görə iddiaçı cavabdehlə xx.xx.2004-cü il tarixdə nikaha daxil olsa da, 2004-cü ildən 2012-ci ilə kimi Göyçay rayonunda cavabdehin valideynlərinin evində yaşamış, bununla da, iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzillə bağlı etibarlı hüquq münasibətləri 2012-ci ilədək yaranmamışdır.

57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

58. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1230/2024 nömrəli 27 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar