Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2128/2025 02.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X5 qarşı “kredit borcu" tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2025-ci il tarixli, 2(104)352/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 02 sentyabr 2025-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:
1. İddiaçı MMC ilə Səidli (əvvəlki soyadı Səidli) Elçin Zakir oğlu arasında 24 sentyabr 2021-ci il tarixli, 30195 nömrəli kredit müqaviləsi bağlanmış və Elçin Səidliə 12 ay müddətinə, illik 44 faiz dərəcəsi ilə 34280 manat kredit verilmişdir.
2. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə X4 34280 manat əsas, 22155,76 manat faiz borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 22155,76 manat məbləğində faiz borcu, 34.280 manat məbləğində əsas borc olmaqla, cəmi 56435,76 manat və ödənilmiş 259 manat dövlət rüsumunun alınara q iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırılmışdır ki, 11 iyul 2023-cü il tarixil maliyyə arayışına əsasən X4 24 sentyabr 2021-ci il tarixli, 30195 nömrəli kredit müqaviləsi üzrə 11 iyul 2023-cü il tarixinə olan faiz borcu 22155.76 manat, əsas borcu 34280 manat olmaqla, cəmi 56435.76 manat təşkil etdiyindən öhdəlik hal-hazıradək icra edilmədiyi üçün iddia təmin edilməlidir.
5. Goranboy Rayon Məhkəməsinin 2 iyul 2024-cü il tarixli 2(045)-55/2024 nömrəli qətnaməsi ilə (hakim T.Mustafayev) iddia təmin edilərək, cavabdeh X2 İddiaçı MMC-nin xeyrinə 34280 manat məbləğində əsas borc, 22155,76 manat məbləğində faiz borcu olmaqla, cəmi 56435,76 manat məbləğində borc pul və ödənilmiş 2 59 manat məbləğində dövlət rüsumunun əvəzi tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertiazsının 8 may 2024-cü il tarixli ekspert rəyi əsasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, 30195 nömrəli kredit müqaviləsi üzrə isə ödənilməli olan borcu xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) əsas borc üzrə 34280 manat və faiz borcu üzrə 22155,76 manat olmaqla ümumilikdə 56.435,76 manat məbləğindədir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, lombard fəaliyyəti ilə məşğul olan iddiaçı ilə cavabdeh arasında ayrı-ayrı vaxtlarda kredit müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən cavabdeh özünə məxsus olan qızıl-zinət əşyala rı və daşınmaz əmlakı (ev) lombarda girova qoymaqla iddiaçıdan ümumilikdə 13160 manat və 21000 manat məbləğində kredit almışdır. Daha sonra həmin kredit müqavilələri birləşdirilərək xx.xx.2021-ci il tarixdə cavabdehə ümumilikdə 34280 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir.
9. Məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 427.3, 442, 443.1, 448.1 və 739-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh X7 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, maddi vəziyyətinin ağırlığı ilə əlaqədar olaraq Goranboy rayonu Quşçular kəndində yerləşən ümumi sahəsi 156 kv.m olan fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsini lombarda girov qoyaraq kredit götürmək qərarına gəlmiş v ə buna görədə İddiaçı MMC-nin işçisi Əli ilə Gəncə şəhərində yerləşən “ASAN xidmət” Mərkəzində alqı-satqı müqaviləsi bağlanmaqla evini girov qoymuşdur. Kredit borcu ödənildikdən sonra ev ona qaytarılmalıydı. MMC tərəfindən ona ödəniş cədvəli təqdim edilmiş və aylıq ödənişləri, eləcədə kreditin gecikdirilməsinə görə fazilər barədə xəbərdarlıq olunmuşdur. Sonradan hər iki borc birləşdirilərək ona ümumilikdə 34280 manat borc hesablanmaqla aylıq 1730,2 manat ödəniş müəyyən edilmiş və bu barədə ödəniş cədvəli təqdim olunmuşdur. Lakin sonradan ona məlum olmuşdur ki, alqısatqı olduğundan evə dair X3 adına çıxarış almışdır. Gəncə Apellyasiya Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(104)-201/2023 nömrəli qətnaməsi ilə alqı-satqı müqaviləsi ləğv olunmuşdur. Müqavilə bağlandığı gündən yalan əqd o lmuş və buna görə də kredit müqaviləsi etibarsız olmuşdur. MMC-nin kredit vermək səlahiyyətinin olmasını təsdiq edən icazəsinin (lisenzya) olub-olmaması müəyyən edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə də ona məlumat verilməmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 yanvar 2025-ci il tarixli, 2(104)-352/2025 nömrəli qətnaməsi ilə (hakimlər Rəhman Muradov - sədrlik edən və məruzəçi, Fikrət Mehdiyev və Mustafa Mustafayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi “cavabdeh X2 İddiaçı MMC-nin xeyrinə 22155,76 manat məbləğində faiz borcunun tutulması” hissədə ləğv edilərək həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə “cavabdeh X2 İddiaçı MMC-nin xeyrinə 34280 man at məbləğində əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası əsas borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, 22155,76 manat faiz borcunun tutulması hissəsində məhkəmənin gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC vergi ödəyiçisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdan keçsə də, gəlir əldə etmək məqsədilə kredit verməsi barədə xüsusi lisenziya almamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.10-cu maddəsinə görə, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun ola raq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Yəni, İddiaçı MMC gəlir əldə etmək məqsədilə xüsusi lisenziya almadan fəaliyyət göstərmişdir. Belə olan təqdirdə verilmiş kreditə görə faiz borcu hesablaması (gəlir məqsədilə) istisna olunur.
14. Məhkəmə kollegiyası tələb olunan 34280 manat əsas borca münasibətdə isə hesab etmişdir ki, iddianı həmin hissədə təmin etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin “Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2(104)-201/2023 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış (kreditin təminatı qismində) alqı-satqı müqaviləsinın ləğv olunması özlüyündə kreditin verilməsi qismində bağlanan mü qavilənin də etibarsiz hesab edilməsini özündə ehtiva edir” dəlili kreditin verilməsi qismində bağlanan 24 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin etibarsızlığı kimi qiymətləndirilə bilməz. Belə ki, əvvəlki iki müqavilənin birləşdirilməsi nəticəsində tərəflər arasında 24 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin bağlanması və 12 ay müddətinə, illik 44 faiz dərəcəsi ilə 34280 manat anuitet qrafik əsasında kredit verilməsi işin mübahisəsiz halıdır. Sonuncuların qarşılıqlı iradə ifadəsi müqavilədə əks olunmuşdur. Əqdlər görünüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadələrini özündə əks etdirir. İradə ifadə olunmalı, yəni bəyan edilməli və müəyyən bir hüquqi nəticəyə yönəldilməlidir. Hüquq sistemi tərəfindən görünüşdə bu iradə ifadəsinə uyğun hüquqi nəticə bağla nmış olmalıdır. Əqdlər arzu olunan hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi olduğuna görə, şəxsin birbaşa iradəsinin təşəkkülü ilə bağlı şərtlər də mahiyyəti etibarlı ilə ümumi etibarlılıq şərtlərinə daxildir.
15. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443, 445.2.1, 448.1, 449, 739.1 və, 739.2ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması və yaxud qətnamənin ləğv edilərək iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətində aşağıdakı maddi və prosessual pozuntulara istinad edilmişdir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.10-cu maddəsinin pozuntusu-Gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Qanuvericilikdə bir başa göstərilmişdir ki, kreditin verilməsinə anacaq onun verilməsinə hüququ olan şəxsin ixiyarı vardır. İş materillarında isə X9 MMCnin bu hüququnun olmasını sübüt edən heç bir dəlil mövcud deyildir. 19. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının qanununun 10.1-ci maddəsinin pozuntusu- Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra – lisenziya) almalıdır. Qanundan da göründüyü kimi, lisenziya olmadan kredit verilməsi qanusuzdur.
20. AR Mülki Məcəlləsinin 560.3-cü maddəsinin pozuntusu- Bu normada hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır.
21. AR Mülki Məcəlləsiinin 1091.2-ci maddəsinin pozuntusu- Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki məcəllənin bu müddüasındanda göründüyü kimi, iddiaçın cavabehə qarşı olan mövqeyi və yanaşması bir başa əsasız varlanmaq, maddi nemətlər əldə etmək və cavabdehin əmlakını dolayı yolla mənisəmək olmuşdur.
22. Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının qanununun 15.1-ci maddəsinin pozuntusu- BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə, habelə bu məqsədlə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydada ödəniş hesabları aça və apara, kredit kartları emissiya edə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, girov əmanəti, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər. Bank olmayan kredit təşkilatları haqqında Azərba ycan Respublikasının qanunundan da göründüyü kimi X9” MMC ilə cavabdehlər arasında bağlanmış kredit müqaviləsi qanunsuz və etibarsızdır.
23. Azərbaycan Respublikası MPM-nin 77.1, 9.1, 9.2, 14.1-ci maddələrin pozuntusu- məhkəmə işin obyektiv araşdırılmasında və həqiqiqətin üzə çıxarılmasında, ədalətin bərqərar olmasında maraqlı olmamış, cavabdehin iştirakı təmin edilməmiş və onun sübütlar təqdim etmək imkanlarıməhdudlaşdırılmış, iddiaçının şəxsi mülahizələri əsasında onun xeyrinə mülki işin həlli üçün özünün obeyktiv olmayan daxili inamı ilə hərəkət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə iddiaçı tərəfindən verilmiş etirazda qeyd edilir ki, kassasiya şikayətinin mərkəzinə qoyulmuş əsas məsələ iddiaçının lisenziyası olmadan kredit verməsi halıdır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 173 nömrəli qərarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının siyahısı”-nın 43-cü bəndində lombard fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi tələbi ortadan qalxmışdır. Hazırda ölkə daxilində fəaliyyət göstərən bütün lombardlar lisenziya olmadan fəaliyyət göstərməkdədir və bu faliyyət üçün lisenziya tələb edilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
25. Maddə 149 Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mül ki Məcəlləsi
26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 4
42. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
31. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yox dur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən əsas borcla bağlı iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini həmin hissənin yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün qanuni əsaslar mövcu d deyil.
38. Cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək 24 sentyabr 2021-ci il tarixli, 30195 nömrəli kredit müqaviləsi üzrə faiz borcu tutulmasına dair hissədə qətnamə ləğv edilərək iddia rədd edilmiş, əsas borcun tutulmasına dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən kassasiya baxışının predmeti əsas borcla bağlı iddia tələbinin təmin edildiyi hissədir.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, 24 sentyabr 2021-ci il tarixli, 30195 nömrəli kredit müqaviləsinin etibarsız müqavilə hesab edilməsi və iddianın əsas borcla bağlı hissədə rədd edilməsi üçün qanuni əsaslarmövcud deyil. Belə ki, iddia tələbinin faktiki əsası olan kredi t müqaviləsi 24 sentyabr 2021-ci il tarixdə bağlanarkən Mülki Məcəlləsinin 740.10-cu maddəsi qüvvədə olmamış, həmin norma xx.xx.2023-cü il tarixdən qanuni qüvvəyə minmişdir. Bu normanın qüvvəsinin geriyə şamil edilməsi üçün məhkəmə tərəfindən MM-nin 7.1 və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş əsasların olduğu müəyyən edilməli idi. Hazırkı halda həmin əsasların mövcudluğu müəyyən edilmədiyindən qeyd edilən norma mübahisə üzrə tətbiq edilə bilməz.
40. Tərəflər arasında müqavilə bağlanarkən qüvvədə olmuş borc və kredit münasibətlərini tənzimləyən normalara və mülki qanunvericiliyin əqdlərin etibarsızlıq əsaslarını müəyyən edən normalara əsasən 24 sentyabr 2021-ci il tarixli, 30195 nömrəli kredit müqaviləsinin etibarsız sayılması üçün əsas lar mövcud deyil.
41. Bundan əlavə "Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 20 aprel tarixli, 89 nömrəli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 173 nömrəli qərarına əsasən qüvvədən düşmüşdür.
42. İddiaçının cavabdehin hesabına əsassız varlanması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hazırkı halda iddiaçı cavabdehdən müqavilə əsasında verdiyi pul vəsaitini geri tələb etdiyindən əsassız varlanma halı mövcud deyil.
43. Cavabdehin məhkəmə iclas ında iştirakının təmin edilməsi üçün məhkəmə tərəfindən zəruri tədbirlərin görülmədiyinə dair kassasiya şiakyətinin dəlili də məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, işdən görünür ki, məhkəmə iclasının vaxtı barədə cavabdehin elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilməklə yanaşı mobil telefon nömrəsinə SMS xəbərdalıq göndərilmiş, cavabdeh iclasın vaxtı barədə məlumatlı olsa da hər hansı üzürlü səbəb göstərmədən iclasda iştirak etməmişdir.
44. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2025-ci il tarixli, 2(104)-352/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.