Məhkəmə qərarları › İş №2(102)-2129/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2129/2020

24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2129/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-9501/2017, hakim K.B.Əsədov) “xxxx” (Azərbaycan) ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası təmin edilmiş, Cav abdeh1 61.980 ABŞ dolları məbləğində əsas borc, 12.812 ABŞ dolları faiz borcu, 343 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 75.136 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnə ilə tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 80.000 manat müəyyən edilmiş mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satıldıqdan ən geci bir ay sonra cavabdehlər tərəfindən boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-85/2018, hakimlər İ.S.Şirinov, T.S.Səmədov, E.C.Kazaımov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışd ır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-5958/2018, hakimlər E.R.Vəliyeva, M.T.Əhmədova. Q.A.Əsgərov) Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən, əsas və faiz borcunun tutulması hissəsində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-171/2018, hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova, İ.Ə.Kərimli) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik faiz dərəcəsi 22% olmaqla 60 ay müddətinə 63.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx xxx 2017-ci il tarixdə “xxxx” (Azərbaycan) ASC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair et irazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar araşdırılmamış, iş üzrə təqdim edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verilməmiş, kredit müqaviləsi bağlandıqdan sonra ölkədə iki dəfə baş vermiş devalvasiya nəzərə alınmamış, əksinə onun maddi vəziyyəti daha da ağırlaşdırılaraq ondan yüksək məbləğdə faiz və dəbbə borcunun tutulması tələb edilmişdir. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş k assator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, həmin qətanmə apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiya məhkəməsi tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh1 kassasiya şikayəti əsasında əsas və faiz borcunun tutulması hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqavilə sinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borclu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilə üzrə əsas borcunu və müqavilə ilə müəyyən edilmiş müddətdə ödənilməli olan faizləri ödəməmişdir. İddiaçı bank 12.812 ABŞ dolları məbləğində faiz borcunun tutulması tələbini irəli sürmüşdür. İşə yenidən baxan apellyasiya məhkəməsi kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, xx xxxxxxx 2018 -ci il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarxili rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xx xxx 2017-ci il tarixə banka olan əsas borcu 61.980 ABŞ dolları, faiz borcu isə 16.336 ABŞ dolları təşkil edir. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən edilən əsas borc məbləği qətnamə ilə müəyyən edilən məbləğlə eynidir, faiz məbləği isə qətnamə ilə müəyyən edilən məbləğdən artıqdır (16 336.90-12 812,52=3524.38). İşə yenidən baxan apellyasiya məhkəməsi ekspert rəyini digər sübutlarla birgə tam, hərtəfli və obyektiv qiymətləndirərək, eləcə də, qətnamədən cavabdehin apellyasiya şikayəti verdiyini nəzərə alaraq hesab etmişdir ki, ekspert rəyi nəzərə alınmadan (çünki rəy cavabdehlərin vəziyyətini daha da ağırlaşdırır) birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcu hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar