Məhkəmə qərarları › İş №2(102)-213/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-213/2022

19.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-213/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-130/2021 nömrəli iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının uşağı X4 12.04.2015-ci il tarixdə Cavabdehndə keysəriyyə əməliyyatı nəticəsində doğulmuşdur. Uşaq doğulduqdan sonra onun alın nahiyəsində deformasiya müəyyən edilmişdir.

2. İddiaçı uşağın səhhətində yaranmış problemlərin cavabdehin ucbatından baş verdiyini bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Şərur Şəhər Əfsanə Özəl Müalicə və Diaqnostika Müəssisəsinə qarşı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, oğlu X2 vurulmuş 26.000 manat maddi və 35.000 manat mənəvi zərərin-ümumilikdə 61.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı, 12.04.2015-ci il tarixdə uşağı X1 Cavabdehndə doğulduğunu, doğuşun keysəriyy ə əməliyyatı nəticəsində baş verdiyini, uşaq doğulduqdan sonra həmin müalicə müəssisəsinin uşağın alın nahiyəsində deformasiya olması barədə onlara heç bir məlumat verilmədiyini, buna görə müalicə aparılmadığını, evə buraxıldıqdan sonra uşaqda narahatlıq yarandığını, həkimə müraciət edən zaman həkimlərin uşağın doğuş zamanı alın nahiyyəsində deformasiya olduğuna görə və vaxtında müalicə aparılmadığı üçün uşaqda bu cür fəsadların olduğunu bildirdiyini, iddiaçının bundan sonra uşağın müalicəsi üçün lazımi imkanlardan istifadə etdiyini, uşağın vəziyyətinin pisləşdiyini görüb onu Bakı şəhərinə Neyrocərrahlıq xəstəxanasına apardığını, orada 12.000 manat ödəyərək əməliyyat etdirdiyini, 2 aydan sonra yenidən əməliyyat olunması lazım olduğunu, bunun üçün 8000 manat əlavə pul ödədiyini, oğlunun 6 y aşı olduğunu, Şərur rayon ƏSMM-dən ona 18 yaşınadək uşaq kimi sosial müavinət verildiyini, Cavabdeh həkimlərinin etdikləri səhvdən sonra bir dəfə də olsun uşaqla maraqlanmadıqlarını, onun müalicəsi üçün heç bir köməklik etmədiklərini, bütün xərclərini özünün çəkdiyini, bu müddət ərzində ona 26.000 manat miqdarında maddi zərər dəydiyini, ekspert rəyinə etiraz edərək uşağı X1 Türkiyə Respublikasında da müayinəsinin aparıldığını, müayinə zamanı uşağın alın nahiyəsindəki deformasiyanın keysəriyyə əməliyyatı zamanı yarandığını bildirdiklərini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

5. İddiaçı 14 yanvar 2021-ci il tarixdə ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək cavabdeh qismində Şəfa X12 cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə baxışı iclasında əsl olmayan tərəf Şərur Şəhər Əfsanə Özəl Müalicə və Diaqnostika Müəssisəsinin Cavabdeh ilə əvəz edilməsi qərara alınmışdır.

6. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.

7. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin (hakim M.Əliyev) 22 aprel 2021-ci il tarixli, 2(110)94/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə Mülki Prosessual Məcəllənin 54.2-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Şərur Şəhər Əfsanə Özəl Müalicə və Diaqnostika Müəssisəsinə qarşı iddia qaldırmışdır. Əsl olmayan tərəf Cavabdeh ilə əvəz olunmuşdur. Məhkəmə araşdırması zamanı “Cavabdeh” adlı hüquqi şəxsin mövcud olmadığı, X3 fiziki şəxs kimi qeydiyyatdan keçərək fərdi sahibkar kimi tibb sahəsində fəali yyət göstərdiyi müəyyən olunmuşdur. Əsl olmayan tərəfin əvəz edilməsi iddiaçıya təklif olunmuş, iddiaçı isə bununla razılaşmamışdır. Mülki iş üzrə isə müəyyən olunur ki, iddiaçının tələb irəli sürdüyü cavabdeh hüquqi şəxs mövcud deyil. Buna görə də iddia mövcud olmayan mülki hüquq subyektinə qarşı qaldırıldığından iddia öz-özlüyündə əsassızdır və rədd olunmlalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Kuimova (sədrlik edən və məruzəçi), S.Qarayev və F.Abbasov) 26 iyul 2021-ci il tarixli, 2(108)-130/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(110)-94/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəy işdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şərur Rayon Məhkəməsində onun iddia ərizəsi əsasında işə baxılarkən Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin 25.02.2021-ci il tarixli əmri ilə müvafiq ixtisaslı həkimlərdən ibarət komissiya yaradılmışdır. Komissiyanın qərarına əsasən oğlu Niyaməddin Novruzovun alın-təpəgicgah nahiyyəsində kəllə sümüklərinin deformasiyasının mövcudluğu göstərilir. Həmin rəyə əsasən kəllə sümüklərinin deformasiyasının əmələ gəlməsi uşağın doğulduğu tarixə uyğun gəlmir və həmçinin qeyd olunur ki, kəllə sümüklərinin deformasiyası hamiləlik prosesində baş verib. Məhkəmə baxışında ekspert rəyi kimi elan edilmiş rəyin surəti iddiaçıya təqdim edilərkən məlum oldu ki, ekspert komissiyası tərəfindən rəy deyil, məlumat verilmişdir. Rəyə diqqət yetirəndə aydın olur ki, ekspertlərin gəldiyi nəticə ehtimal əsasında qurulmuşdur. Bundan başqa, Bakı Neyrocərrahlıq xəstəxanasından verilən rəydə oğlunun alın nahiyyəsində deformasiyanın onun keysəriyyə əməliyyatı zamanı yarandığı bildirilmişdir. Türkiyə Respublikasındakı müayinə zamanı da oğlunun alın nahiyyəsindəki deformasiyanın keysəriyyə əməliyyatı zamanı yarandığını bildirdilər. Bunları sübut edən hər iki xəstəxanadan tibbi arayışlar mövcuddur. Bütün bunlara əsaslanaraq iddiaçı, Şərur Rayon Məhkəməsində olan məhkəmə məhkəmə prosesində təkrar Məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə vəsatət qaldırdı, lakin həmin vəsatət məhkəmə tərəfindən əsassız hesab edilərək rədd edildi. Məhkəmə həmçinin iddia tələbini rədd edərkən o nəticəyə gəlmişdir ki, iddiaçının tələb irəli sürdüyü hüquqi şəxs mövcud deyildir. Əgər həmin hüquqi şəxs mövcud deyildirsə, deməli onun hüquqi varisi vardır. Məhkəmə yalnız bu əsasa söykənərək tələbi rədd etmişdir. Məhz buna görə də, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı deyildir. Əgər bu əsasa görə iddia tələbi rədd olunacaqdırsa onda nəyə görə məhkəmə-tibbi ekspertizası təyin olunub rəy alınmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şi kayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mü lki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfin dən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

20. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin ak tı bütövlükdə yoxlanılır.

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Apellyasiya məhkməsi qeyd etmişdir ki, şikayətə baxılması üzrə keçirilmiş 13 iyul 2021-ci il tarixli məhkəmə baxışı iclasında zərurət yarandığından Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə Şərur Şəhər X12 hüquqi şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alınıbalınmaması, vergi ödəyicisidirsə, hansı tarixdən vergi ödəyicisi olması barədə müvafiq sənədlərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi barədə sorğu ünvanlanmışdır. Belə ki, İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddia qa ldırmış, lakin məhkəmə araşdırması zamanı “Şərur Şəhər X14” adlı hüquqi şəxsin mövcud olmadığı, X3 fiziki şəxs kimi qeydiyyatdan keçərək fərdi sahibkar kimi tibb sahəsində fəaliyyət göstərdiyi müəyyən olunduğundan və əsl olmayan tərəfin əvəz edilməsi təklifi ilə iddiaçı razılaşmadığından iddianın rədd edilməsi qərara alınmışdır.

27. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin sözügedən sorğuya 17 iyul 2021-ci il tarixli cavab məktubunda Cavabdeh bu günədək Naxçıvan Muxtar Respublikasının vergi orqanlarında vergi uçotuna durmadığından hər hansı bir fəaliyyəti və təsis sənədləri barədə məlumatın təqdim edilə bilmədiyi qeyd edilmişdir.

28. Apellyasiya kollegiyası qeyd etmişdir ki, İddiaçı əsl olmayan tərəfin əvəz edilməsinin təklif olunması, iddiaçının isə əsl olmayan tərəfin əvəz ed ilməsinə razı olmaması birinci instansiya məhkəməsinin 22 aprel 2021-ci il tarixli məhkəmə iclas protokolu ilə də öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmamışdır. Buna görə də məhkəmə işə irəli sürülmüş tələb üzrə baxmışdır.

29. Bütün bunlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi iddiaçının tələb irəli sürdüyü cavabdehin hüquqi şəxs olmaması, buna görə də iddia mövcud olmayan mülki hüquq subyektinə qarşı qaldırıldığından iddianın öz-özlüyündə əsassız olması olması nəticəsi ilə razılaşmışdır.

30. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar və prosessual əsaslar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məh kəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

31. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-130/2021 nömrəli iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar