Məhkəmə qərarları › İş №2(102)-2132/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2132/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2132/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2132/2023 (Açar sözlər: borc müqaviləsi üzrə pul tələbi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-84/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 15 may 2023-c ü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 29.06.2021-ci il tarixli sadə yazılı borc müqaviləsinə əsasən, Cavabdeh İddiaçı 1 il müddətinə qaytarılması şərtilə 10.900 (on min doqquz yüz) manat pul almışdır.

2. Ucar Rayon Məhkəməsinin 1(063)-24/2018 nömrəli, 03 iyul 2018-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona təyin edilən cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən olunaraq şərti hesab edilmişdir. Hökmdə Ucar Rayon Məhkəməsinin 2(063)-1129/2015 nömrəli, 09 dekabr 2015-ci il tarixli icra vərəqəsi üzrə müəyyən olunmuş 28.000 manat borcun ödənilməmiş hissəsinin zərərçəkmiş şəxs İddiaçı ödənilməsi vəzifəsi məhkumun üzərinə qoyulmuşdur.

3. Ucar Rayon Məhkəməsinin 7(063)-6/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli qərarı ilə, Cavabdeh təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunmasına dair Ucar rayon icra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya-üzrə) S.Məhərrəmovun təqdimatına baxılmış və Ucar Rayon Məhkəməsinin 1(063)-24/2018 nömrəli, 03 iyul 2018-ci il tarixli hökmünə əsasən sınaq müddəti müəyyən edilməklə Cavabdeh üzərinə ödəmə vəzifəsi qoyulmuş 28.000 manat pulun ödənilməmiş hissəsi tam şəkildə ödənildiyindən təqdimat təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinc i instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 10.900 manat məbləğində pulun və iş üzrə ödənilmiş 130 manat dövlət rüsumunun tutularaq onun nəfinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan razılaşmaya görə cavabdeh həmin məbləğdə borcu 1 il müddətində qaytarmalı idi. Lakin cavabdeh həmin məbləğdə borcunu qaytarmamış və öz öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. Bundan əlavə, cavabdeh ötən bu müddət ərzində onun mülkiyyətində olan götürdüyü 10.900 manat məbləğində pulunu dövriyyəyə buraxaraq əldə edə biləcəyi gə lirindən məhrum edərək ona zərər vurmuşdur.

6. Ucar Rayon Məhkəməsinin 2(063)-765/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia təmin edilmiş, cavabdehdən borca görə 10.900 manat və ödənilmiş dövlət rüsumuna görə 130 manat, cəmi 11.030 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə sadə yazılı formada borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 10.900 manat məbləğində borc almış, borcu 1 il müddətinə ödəməyi öhdəsinə götürmüş, əks halda qanunvericilikdə nəzərədə tutulan məsuliyyət daşıdığını göstərmişdir. Cavabdeh borcunu iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında öz öhdəliklərini lazı mınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1, 739.2, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1.1, 39.3-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, pulun bir hissəsini iddiaçıya ödəmişdir. Lakin 202 0-ci ilin mart ayında pandemiya başladığı üçün onun maddi sıxıntıları yenidən başlamış və o, bu səbəbdən pulun hamısını iddiaçıya ödəyə bilməmişdir. 29 iyun 2021-ci il tarixə onun iddiaçıya cəmi 10.400 manat borcu qalmışdır. İddiaçı isə bildirmişdir ki, onun 10.400 manat deyil, 10.900 manat borcu qalmışdır. Ona demişdir ki, əgər bu gün ondan 10.900 manat borc almağı ilə bağlı müqavilə bağlamasalar, cavabdehin həbs edilməsini məhkəmədən tələb edəcəkdir. O, da buna görə məcbur olub onun verdiyi “kağız”a baxmadan onu imzalamışdır. Əslində isə o, həmin gün iddiaçıdan heç pul almamış və ona cəmi 10.400 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" MMC vasitəsi ilə ona 1.000 manat gondərmişdir. Lakin o, həmin məbləği də 10.900 manatdan çıxmayaraq, ona qarşı iddia ərizəsi ilə mə hkəməyə müraciət etmişdir. İddiaçı bununla bağlı məhkəməyə yalnız 29 iyun 2021-ci il tarixli “borc müqaviləsini” təqdim etmişdir. Məhkəmə isə həqiqətən həmin müqavilədəki imzanın ona məxsus olubolmamasını aydınlaşdırmamışdır. Belə ki, onlar notariusda müqavilə imzalamamışlar. O, isə iddianı etiraf etməmişdir. Buna görə də məhkəmə “müqavilə”dəki imzanın ona məxsus olub-olmamasını başqa sübutlarla (ekspert rəyi, şahid ifadələri və s.) müəyyənləşdirməli idi. Həmin müqavilənin məhz onun məcbur olub imzaladığı “müqavilə” olub-olmaması isə məhkəmədə sübut olunmamış qalmışdır. Bundan başqa, qanuna görə iddiaçı 10.900 manata görə dövlət rüsumu olaraq (120+900X0,3/100) 122,70 manat ödəməli idi. İddiaçı isə 7,30 manat artıq, yəni 130 manat ödədiyi dövlət rüsumuna görə pul tələb etmiş, məhkəmə isə on un tələb etdiyi 130 manat pulu da ondan tutmuşdur. Bunu göstərməkdə məqsədi odur ki, həqiqətən də məhkəmə üçün iddiaçı tərəfindan təqdim edilmiş bütün sübutların qabaqcadan müəyyən edilmiş qüvvəsi olmuşdur. Beləliklə, o, iddiaçıdan 29 iyun 2021-ci il tarixdə borc almamışdır. Ümumiyyətlə, əvvəllər borc verənə borcu vaxtında və tam qaytara bilməyən, hətta buna görə məhkəmədə borcverənin şikayəti əsasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinən bir şəxsə yenidən borc verilməsi məntiqə uyğun deyil.

11. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə qismən etiraz edərək, cavabdehin ona olan borcundan 1.000 manat ödəməsini nəzərə alaraq apellyasiya şikayətinin həmin hissədə təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-84/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və E.Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən alınaraq iddiaçıya verilməli olan pulun 1.000 manata və dövlət rüsumu üçün verilməli olan pulun 18,6 manata aid hissəsində ləğv edilməsi, həmin hissidə yeni qətnamə qəbul edilməsi iddiaçının cavabdehə qarşı 10.900 manat pul və 130 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiasının həmin – 1.000 manata və dövlət rüsumu üçün verilməli olan 18,6 manata aid hissədə rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan – 9.900 manat pul və dövlət rüsumu üçün 1 11,4 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı borc kağızının onun imzaladığı həmin kağız olduğunu etiraf etmişdir. Həmin borc müqaviləsini iddiaçıya olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunun qalan hissəsini əslində iddiaçıya ödəmədiyi halda ödədiyi barədə iddiaçının icra məmuruna verdiyi ərizənin əvəzində qalan borcunun etirafı kimi bağlamışdır.

14. Apellyasiya instansiya məhkəməsi tutulan borcun məbləğinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətinin həmin arqumentləri əsaslıdır. Belə ki, cavabdehin apellyasiya şikayətinə əlavə etd iyi qəbz, eləcə də iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatla bu hal təsdiq olunur.

15. Bundan başqa, məhkəmə kollegiyası dövlət rüsumunun məbləği ilə bağlı bildirmişdir ki, cavabdehin bu arqumenti də əsaslıdır. Belə ki, 10.900 manat pul tələbinə dair iddianın verilməsi üçün dövlət rüsumu 122,70 manat təşkil edir. İddiaçı məhkəməyə iddia verərkən dövlət rüsumunu artıq, yəni 130 manat ödəmiş və ödədiyi məbləği cavabdehdən tələb etmişdir. Artıq ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən həll edilməmiş, iddiaçı da bu məsələni mübahisələndirməmişdir. Belə olan halda, iddiaçı artıq ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etməyə haqlı deyildir və cavabdehin iddiaçıya dövlət rüsumu üçün ödəməli olduğu məbləğ 122,7 manat hesablanm alıdır.

16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1, 739.2, 740.2, 882.1, 882.2-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

17. Qətnamədən cavabdeh (Vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hisəssində ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya 9.900 manatın 500 manatını ödəmişdir. Cavabdeh nəyə imza etdiyinə baxmada n icra orqanının təsdiq etdiyi müqaviləyə imza atmış, borcun məbləği barədə məlumatlara dəqiq baxmamışdır. Lakin məhkəmə mübahisə predmeti olan borc müqaviləsinin hansı əsaslarla, hansı şəraitdə bağlanılmasını araşdırmamışdır. Həmçinin, iddiaçı ədalət mühakiməsini yanıltmağa çalışmışdır. Belə ki, 1.000 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənildiyi halda, bunu məhkəməyə bildirməmiş, artıq pul vəsaitinin tərəfindən ödənilməsi üçün məhkəməyə yalan məlumatlar vermişdir. Məhkəmə iddiaçının yalan, qanunsuz addımına müvafiq olaraq həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etsə də, 9.900 manatın 500 manatını da öncədən verməyinə düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə, cavabdeh öz öhdəliyinin icrasına yönələn bütün davranışlara yol vermiş, qərəzli olaraq boyun qa çırmamışdır. Belə olan halda, öhdəliyin icra edilməməsindən söhbət gedə bilməz. Cavabdeh məhkəmə iclasında da borcunun xeyli hissəsini ödəməsi, öhdəliyinin icrasında maraqlı olmasını da bildirmişdir. Həmçinin, məhkəmə borc müqaviləsinin hansı şəraitdə, tərəflərin iradə ifadəsi ilə imza etmələrini, borc müqaviləsinin iddiaçı tərəfindən cavabdehə təsir və ya digər vasitələrlə qəbul etdirməsini araşdırmamışdır. İddiaçı iddia tələbinin əsasını təşkil etdiyi borc məbləğinin ödənilməməsini sübuta yetirə bilməmişdir. Məhkəmə isə bu kimi faktlara diqqət yetirməyərək birtərəfli qətnamə qəbul etmiş, bununlada qanun pozuntusuna yol vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hə rəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

33. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

34. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəz ərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

35. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 76.1. Tərəflərin tələ b və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəy işiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hal ları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırki kassasiya şikayətində cavabdeh tərəfindən qətnamənin iddianın təmin olunmuş hisəssində ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apelly asiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamas ına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004- cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər ar asındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

53. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-84/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar