Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2133/2020 16.04.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Mən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlu Cavabdeh verdiyi kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı LPO “X1” ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi verərək, ümumilikdə 165 554,24 manat (yüz altmış beş min beş yüz əlli dörd manat iyirmi dörd qəpik) tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 81 821,98 manat iddiaçının xeyrinə tutul ması qət edilmişdir. İddiaçı LPO “X1” ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qətnaməsinin qismən ləğv edib və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 13 mart 2019-cu il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 mart 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 13 mart 2019-cu il tarixli qətnaməsini ləğv edib, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 04 sentyabr 2019-cu il tarixli qərarı ilə iddiaçının verdiyi kassasiya şikayəti rədd edilərək, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 13 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin MK-nın 13 mart 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və mülki işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 14 fevral 2020-ci il tarixli qərardadı ilə iş üzrə Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. İş kassasiya icraatına qəbul edildikdən sonra müəyyən edilmişdir ki, Cavabdeh verdiyi kassasiya şikayətinə mahiy yəti üzrə baxılması mümkün deyildir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X verdiyi kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Bakı Apelyasiya Məhkəməsinin MK-nın 13 mart 2019-cu il tarixli qətnaməsinin qanuniliyini və əsaslığını tam yoxlamış və həmin iş üzrə qəbul etdiyi 04 sentyabr 2019-cu il tarixli qərarı ilə qeyd edilən qətnaməni dəyişdirilmədən saxlamışdır. Göstərilənlər onu təsbit edir ki, həmin iş üzrə Bakı Apelyasiya Məhkəməsinin MK-nın 13 mart 2019-cu il tarixli qətnaməsinə kassasiya instansiyası məhkəməsi tərəfindən tam hüquqi qiymət verildiyindən, həmin qətnamədən başqa şəxs (şəxslər) tərəfindən verilmiş kassasiya şikayətinə yenidən kassasiya qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 14.02.2020-ci il tarixli icraata qəbul qərardadı ləğv edilməli, kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı və kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402, 417.1.7-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin MK-nın 13 mart 2019-cu il ta rixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.02.2020-ci il tarixli qərardadı ləğv edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-2133/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-2133/2020
16.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver