Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2133/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi, cavabdehin etirazının dəlillərinin sübut edilməməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X2 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-105/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında 16 sentyabr 2020-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanıb.
2. Kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 30000 (otuz min) manat məbləğində borc pul almış və aldığı borc pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
3. Bundan başqa, iddiaçı cavabdehə xx.xx.2020-ci il tarixdə “Xəzri” ödəniş sistemi vasitəsi ilə də 3000 (üç min) manat pul vermişdir.
4. Mübahisə müqavilə üzrə öhdəliyin icrası ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 33.000 (otuz üç min) manat əsas borcun, borc məbləğini gecikdirdiyinə görə 3.300 (üç min üç yüz) manat f aizin və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun, ümumilikdə 36.500 (otuz altı min beş yüz) manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 3M-211 reyestr nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 30.000 (otuz min) manat məbləğində borc vermişdir. Sözügedən müqavilənin şərtlərinə əsasən cavabdeh həmin borc məbləğini xx.xx.2020-ci il tarixinə kimi qaytarmalı olduğu halda bunu etməmiş, bununla da qanunla müəyyən edilmiş öhdəliyi yerinə yetirməmişdir. Müqavilənin 8-ci bəndində nəzərdə tutulmuşdur ki, “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya ödəmədikdə qa nunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqdır. Müqavilənin 9-cu bəndinə əsasən isə, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur.
7. Bununla yanaşı, iddiaçı cavabdehə əlavə olaraq onun xahişi ilə 3.000 (üç min) manat pulu “Xəzri” ödəniş sistemi ilə xx.xx.2020-ci də vermişdir. Lakin qeyd edilən borc məbləğləri borclu tərəfindən bu günə kimi iddiaçıya qaytarılmamışdır. Öhdəliyin icrası ilə bağlı iddiaçı cavabdehə dəfələrlə məlumat versə də, cavabdeh üzərinə düşən öhdəliyini icra etməmiş, bununla da iddiaçını ciddi maddi sıxıntılara salmışdır.
8. Eyni zamanda, həmin pul məbləğlərinin cavabdehdən qanuna müvafiq şəkildə alınması və cavabdehlə birgə digər şəxsin ona qarşı mənzil satmaq adı ilə dələduz luq etməsi ilə bağlı iddiaçının aidiyyəti üzrə hüquq mühafizə orqanlarına şikayəti əsasında Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 fevral 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərarda izahatı alınmış cavabdeh özü də etiraf etmişdir ki, həqiqətən də tərəflər arasında borc müqaviləsi bağlanılmış, lakin onun ödənilməsi və ya tutulması üçün məhkəməyə vermək hüququ vardır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442 və 445.7-ci maddələrinə istinad etmişdir.
10. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - cavabdeh özünə məxsus mənzilin alqı-satqısı ilə bağlı iddiaçı ilə tanış olmuşdur. Onlar mənzili 75000 manata razılaşm ışlar. Razılıqlarına əsasən iddiaçı ilkin olaraq 15000 manatı cavabdehə ödəmiş, qalan məbləği isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; - 2020-ci ilin sentyabr ayında cavabdehin açacağı market üçün pul ehtiyac olmuş və cavabdeh iddiaçıdan bir ay müddətinə qaytarmaq şərti ilə 30000 manat borc pul istəmişdir. İddiaçı özündə pul olmadığını, lakin başqa şəxsdən pul götürüb verə biləcəyini bildirmişdir.16 sentyabr 2020-ci ildə iddiaçı Bakı şəhəri 40 saylı notariat ofisində kredit müqaviləsi bağlamaqla cavabdehə 30000 manat pulu borc vermişdir. Müqaviləyə əsasən cavabdeh 12 oktyabr 2020-ci il tarixə kimi həmin məbləği geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh 12 oktyabr 2020-ci il tarixə kimi pulu qaytara bilməmiş, ondan bir həftə sonra, 19 oktyabr 2020-ci il tarixdə yaşadığı evdə, an ası X1 və tanışları Şahid1 Mürüvət qızının yanında 30000 manatı iddiaçıya qaytarmışdır. Həmin vaxt iddiaçı pulu götürmüş və gedib kredit müqaviləsini ləğv etdirəcəyini bildirmişdir. O, vaxtdan iki ilə yaxın vaxt keçdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh borc aldığı 30000 manatı qaytarmışdır, onun iddiaçıya heç bir borcu yoxdur. İddia tələbi həmin hissədə əsassızdır; - həmçinin iddiaçı tələb etdiyi 3000 manatı cavabdehə evə görə vermişdir. Odur ki, onun həmin tələbi də əsassızdır; - bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-211 reyestr nömrəli kredit müqaviləsinin 3-cü bəndində pulun faizsiz verildiyi qeyd edilmiş, buna görə iddiaçının borca görə faiz tələb etməsi də əsassızdır.
11. Birinci instansiya məhkəməsində cav abdehin anası X3 şahid kimi etirazın dəlillərini təsdiq etmişdir.
12. Birinci instansiya məhkəməsində Şahid1 Mürüvət qızı göstərmişdir ki, “Gözəllik salonu”nda işləyir. Cavabdehi və onun anası Leylanı tanıyır, onlarla mehriban münasibətləri vardır. 2020-ci ilin sentyabr ayında Fatimagil yaşadıqları evin altında market açmışlar. O, da qızını həmin marketdə işə qoymaq istəmişdir. Marketin açılışı ilə əlaqədar Fatimagilə pul lazım olmuş, onlar ev alqı-satqısı ilə bağlı tanış olduqları İlqar adlı şəxsdən bir ay müddətə qaytarmaq şərtilə 30000 manat borc almışlar.2020-ci ilin oktyabr ayında o, “manikür, pedikür” etmək üçün Fatimagildə olarkən iddiaçı onlara gəlmiş, həmin vaxt Fatima və anası borc aldıqları 30000 manatı iddiaçıya qaytarmışlar. İddiaçı onlara bildirmişdir ki, notariusa gedib müqa viləni ləğv etdirəcəkdir. Sonradan eşitmişdir ki, iddiaçı pulu alsa da, yenidən Fatimadan həmin pulu tələb edir.
13. Balakən Rayon Məhkəməsinin 2(019)-646/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən əsas borca görə 33000 (otuz üç min) manat, borc məbləğinin gecikdirilməsinə görə 2750 (iki min yeddi yüz əlli ) manat və ödənilmiş 200 manat dövlət rüsumu xərcinin 196 (bir yüz doxsan altı) manatı, cəmi 35946 (otuz beş min doqquz yüz qırx altı) manatın alınıb iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Hümbət Səlimov)
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh 16 sentyabr 2020ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan 30000 (otuz min) manat məbləğində borc p ul almış və aldığı borc pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, cavabdehin xahişi ilə iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə 3.000 (üç min) manat pulu da “Xəzri” ödəniş sistemi ilə vermişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və tələb edilməsinə baxmayaraq iddiaçıya borclu olduğu 33000 manat pulu ödəməmişdir.
15. Birinci instansiya məhkəməsi işin hallarını, öhdəlik və borc müqaviləsi ilə bağlı maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edib ki, iddia tələbi əsas borca aid hissədə əsaslı olduğundan təmin edilməlidir
16. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh aldığı borcu öhdəliyin icrası üçün müəyyən olunmuş müddətdə qaytarmadığından iddiaçı gecikdirməyə görə illik beş faizi tələb etməkdə də haqlıd ır.
17. Bununla yanaşı birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının həmin faizi iki ilə görə tələb etməsi əsaslı deyildir. Belə ki, iş materiallarına əsasən cavabdeh pulun ödənilməsini 2020-ci ilin oktyabr ayından geçikdirməyə başlamışdır. İddia ərizəsi isə 13 iyun 2022-ci ildə, yəni bir il səkkiz aydan sonra verilmişdir. Belə olan halda, iddiaçının faiz tələbi bir il səkkiz ay üçün əsaslı hesab oluna bilər. Bu isə 2750 manat təşkil edir.
18. Borcun qaytarılması barədə cavabdehin nümayəndəsinin etirazı ilə bağlı birinci instansiya məhkəməsi qeyd edib ki, Mülki Məcəllənin 529.3-cü maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olm adıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdehin nümayəndəsi kredit müqaviləsi və “Xəzri” ödəniş sistemi ilə verilmiş borcun qaytarılmasını göstərsə də bunu təsdiq edən heç bir sənədi məhkəməyə təqdim edə bilmədi. Odur ki, cavabdehin nümayəndəsinin etirazı əsaslı deyil.
19. Birinci instansiya məhkəməsi şahid qismində dindirilmiş Leyla Məmmədovanın cavabdehin anası, Şahid1 isə onun rəfiqəsi olmalarını nəzərə alaraq, onların ifadələrinə tənqidi yanaşaraq sübut kimi qəbul etməmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəti cəni Mülki Məcəlləsinin 385, 442, 445, 448, 529, 740-cı, Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi xahiş etmişdir.
22. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh borc aldığı 30000 manatı qaytarmışdır, onun iddiaçıya heç bir borcu yoxdur. İddia tələbi həmin hissədə əsassızdır; - həmçinin iddiaçı tələb etdiyi 3000 manatı cavabdehə evə görə vermişdir. İddiaçı ilə cavabdeh arasında cavabdehə məxsus evin xx.xx.2020-ci ilədək alqı-satqısının həyata keçirilməsi üçün 16 sentyabr 2020-ci il tarixli beh müqaviləsi bağlanmışdır. Həmin beh müqaviləsi üzrə öhdəliklər də iddiaçı tərəfindən yerinə yetirilməmişdir; - bundan başqa, tər əflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-211 reyestr nömrəli kredit müqaviləsinin 3-cü bəndində pulun faizsiz verildiyi qeyd edilmiş, buna görə iddiaçının borca görə faiz tələb etməsi də əsassızdır; - eyni zamanda xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin 3-cü bəndinə görə tərəflər borcun faizsiz verilməsini razılaşdırmışlar. Belə olan halda hazırki kredit müqaviləsi ilə bağlı borca görə yaranmış mübahisələr qanunla yox, müqavilə ilə tənzimlənməlidir. Müqaviləyə əsasən isə tərəflər borcu faizsiz şərtləşdirmişlər; - iddiaçı tərəfindən 30000 manat məbləğində pulun 26 günədək, yəni xx.xx.2020xx.xx.2020-ci il tarixədək qaytarılması ilə bağlı razılaşması, lakin pul məbləğinin uzun müddət tələb edilməməsi məhkəmə üçün heç bir əsaslı şübhələr yaratmamışdır. Müqavilədə göstərilən pul qaytarıldığına görə iddiaçı bu müddət ərzində susmuş, lakin sonradan pulun qaytarılmasının rəsmiləşdirilməməsindən sui-istifadə edərək məhkəmədə hazırki iddianı qaldırmışdır; - birinci instansiya məhkəməsi iş materiallarında olan sənədləri əlaqəli şəkildə qiymətləndirməmişdir.
23. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-105/23 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Elçin Mehdiyev)
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin borcu qaytarması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 529.3-cü maddəsində imperativ qaydada müəyyən olunub ki, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Eyni zamanda, cavabdeh özü də apellyasiya şikayətində göstərilmiş cümlələrində “borcun qaytarılmasının rəsmiləşdirilmədiyi”ni qeyd edir. Belə olduqda, borcun həqiqətən qaytarılmış olduğunu sübut edən heç bir dəlil mövcud olmadığından birinci instansiya məhkəməsi iddia nı həmin hissədə təmin etməkdə haqlı olmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələb etdiyi 3000 manatı cavabdehə evə görə verməsi, iddiaçı ilə cavabdeh arasında cavabdehə məxsus evin xx.xx.2020-ci ilədək alqı-satqısının həyata keçirilməsi üçün 16 sentyabr 2020-ci il tarixli beh müqaviləsi bağlanması, həmin beh müqaviləsi üzrə öhdəliklərin də iddiaçı tərəfindən yerinə yetirilməməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh 16 sentyabr 2020-ci il tarixli beh müqaviləsinə istinad etsə də, mülki işin materiallarında hər hansı beh müqaviləsinə rast gəlinmir. Cavabdeh qeyd etdiklərini təsdiq edəcək heç bir sübutu təqdim etməmişdir.
26. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-211 reyestr nömrəli kredit müqaviləsinin 3-cü bən dində pulun faizsiz verildiyinin qeyd edilməsi, buna görə də iddiaçının borca görə faiz tələb etməsinin əsassız olması barədə apelyasiya şikayətinin dəlilini əsassız sayan apelyasiya instansiyası məhkəməsi göstərib ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə (cavabdehin qeyd etdiyi kimi müqavilədə faiz ödənilməsi nəzərdə tutulmur), gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanun müqavilədə faiz ödənilməsi nəzərdə tutulmadığı halda belə, kreditorun borcun gecikdirilməsi müqabilində illik beş faiz ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin də lilləri
27. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.(bax: 22ci bənd) b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edi lməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh dir. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Maddə
740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsas ında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti iddianın təmin edilən hissəsi olub, qətnamə də həmin hissə üzrə qəbul edilib. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayət ə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
35. İddia tələbi kredit müqaviləsi əsasında borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası k imi cavabdehlə bağlanmış kredit müqaviləsinə, həmin müqavilə üzrə verdiyi 30000 manat pulun, həmçinin “Xəzri” ödəniş vasitəsilə ödədiyi 3000 manat pulun qaytarılmamasına istinad etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə borcunu tam qaytardığını, eləcə də 3000 manatın evə görə verilməsini bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə, o cümlədən apellyasiya baxışında sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh kredit müqaviləs i üzrə borcunu tam qaytarmasını, bununla da hazırda borcunun qalmamasını sübut etməli idi. Qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxan məhkəmələrdə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı kredit müqaviləsi ilə sübut edə bilsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi halı sübut edə bilməmiş, təqdim etdiyi şahid ifadəsini isə məhkəmələr mötəbər sübut kimi qiymətləndirməmişlər. Şahid ifadəsinə qiymət verilməsi də MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olub.
37. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, Mülki Məcəllənin 529.3-cü maddəsi öhdəliyə icra nəticəsində xitam verilməsini nizama salır. Həmin normaya görə borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bu nu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
38. Göründüyü kimi, Mülki Məcəllənin 529.3.-cü maddəsi öhdəliyə icra nəticəsində o zaman xitam verilməsini nəzərdə tutur ki, borc sənədi borcluda olsun. Hazırki iş üzrə isə borc sənədinin borcluda, yəni cavabdehdə olması işə mahiyyəti üzrə baxan məhkəmələrdə təsdiq olunmayıb.
39. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.
40. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il t arixli, 3M-211 reyestr nömrəli kredit müqaviləsinin 3-cü bəndində pulun faizsiz verildiyi qeyd edilmiş, buna görə iddiaçının borca görə faiz tələb etməsinin də əsassız olması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, kollegiya qeyd edir ki, bu dəlilə apellyasiya instansiyası məhkəməsi qiymət verib.
41. Məhkəmə kollegiyası da qeyd edir ki, iddiaçının əsas borca əlavə pul tələb etməsi icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsini ehtiva edir ki, bu imkan da MM-in 445.7-ci maddəsindən irəli gəlir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı)
42. Məhkəmə kollegiyası qeyd o lunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-105/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.