Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2135/2024 22.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2(103)-1593/2024 saylı qətnaməsindən cava bdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə 22 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı 6 ay müddətinə, illik 28% ödənilməsi şərtilə 4700 manat məbləğində kredit verilmişdir.
2. Cavabdeh2 ASC həmin müqavilə üzrə 160 manat əsas borc, 47,63 manat faiz borcu, 74,85 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu və 3389,75 manat dəbbə borcu olmaqla, cəmi 3672,23 manat pulun İddiaçı tutulması barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(007)3027/2018 saylı, xx. xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 noyabr 2018-ci il tarixli, 2(103)11793/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)3027/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnaməsi qəbul edilmiş, İddiaçı tərəfindən borcun tam ödənilməsinə əsasən iddia rədd edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2068/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar X2, X1, İddiaçı, X3 cavabde h ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra Fond və ya Ləğvedici) qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun silinməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-202/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi, arayışların verilməsi və s. tələbi”nə dair iddia, həmin mülki işdən ayrı icraata qəbul edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (bundan sonra Bank) tərəfindən xx.xx.2011-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı 6 ay müddətinə, illik 28% ödənilməsi şərtilə 4700 manat məbləğində istehlak krediti verilmişdir. Əslində həmin kreditlər "xxxx" ASC-nin "Santexquraşdırma" dairəsinin digər işçilərinin adına rəsmiləşdirilmiş kreditlər faktiki olaraq onlara verilməmiş və idarənin tikdiyi obyektin maliyyələşdirilməsinə sərf edilmişdir. Yanlız kredit müqavilələri üzrə icra müddətləri və iddia müddətləri keçdikdən sonra, 2018-ci ildə kreditlərin ödənilməsi üçün məhkəmə mübahisələri açılmışdır. Kredit müqavilələri üzrə borcun və faizlərin ödənilməsi üçün məhkəmələrə verilmiş iddialar iddia müddətinin ötməsi əsası ilə təmin edilməmişdir. Belə ki, Fondun İddiaçı qarşı iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli 2(007)-3027/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 noyabr 2018-ci il tarix li 2(103)-11793/2018 saylı qətnaməsi ilə də iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2019-cu il tarixli 2(102)- 2068/19 saylı Qərarı ilə Fondun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Fondun kredit alan həmin şəxslərə qarşı heç bir iddiası təmin edilməmişdir və bankın ləğvedicisinin kredit borclarını geri tələb etmək imkanı qalmamışıdr. Həmin borclar faktiki olaraq ümidsiz borca çevrilmişdir və onların borc siyahısında saxlanmasının heç bir faydası və mənası yoxdur. Bununla belə, Fond yekun məhkəmə qərarlarının qəbul edilməsindən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, hazırki iddiaçıların hes abından həmin borcları silmir və onların adları Mərkəzi Kredit Reyestrindən çıxarılmır.Cavabdeh bu hərəkətsizliyi ilə faktiki olaraq iddiaçıların mülki dövriyyənin subyekti kimi hüquqlarını məhdudlaşdırır. Nəinki iddiaçılara, hətta onların ailə üzvlərinə banklar tərəfindən heç bir kredit verilmir. İddiaçılar öz maddi ehtiyaclarını ödəmək üçün banklardan kreditlər almaq istədikdə, onların adları borclu və problemli şəxs kimi Azərbaycan Kredit Bürosu MMC-nin Mərkəzi Kredit Reyestrində olduğu üçün kredit ala bilmirlər və öz ehtiyaclarını təmin edə bilmirlər. İddiaçılara aid tələblər üzrə nəinki müddət keçmişdir, hətta bu vəziyyət məhkəmə qərarları ilə təsdiqlənmişdir. İddiaçılar hazırki işdəki cavabdeh qarşısında heç bir öhdəlik daşımırlar. Onların adlarının borclular siyahısında saxlanılması hüquqlarını əsassız məhdudlaşdırır. Bu səbəbdən də onların adları borclular siyahısından çıxarılmalıdır və bu barədə cavabdeh tərəfindən Azərbaycan Kredit Bürosu MMC-yə arayış verilməlidir. 29 mart 2022-ci il tarixdə iddiaçılar onların adına olan borclarının silinməsi, borclarının olmaması və borc məbləğinin Mərkəzi Kredit Reyestrindən silinməsinə dair göstəriş verilməsini xahiş etmişlər. Fondun aprel-may aylarında iddiaçıların ərizələrinə verdiyi müvafiq cavab məktubları ilə borcların silinməsi barədə fondun üzərinə öhdəlik qoyulmadığını bildirmişdir. Cavabdeh nəzərə almayıbdır ki, həmin iddialar məhkəmələrə onun tərəfindən verilmişdir. İddiaların təmin edilməməsi isə hazırki işdəki iddiaçıların onun qarşısında ödhəliklərinin qalmamasının məhkəmə tərədindən təsdiqidir.Cavabdehin qarşısın da öhdəkiləri qalmayan şəxslərin adlarının borclular siyahısında saxlanması qanunsuzluq və özbaşınalıq olmaqla, onların hüquqlarını pozur.
8. Cavabehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-1146/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 135 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən hesablanmış bütün borcun silinməsi ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, İddiaçı adının Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən çıxarılması üçün 135 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə arayışın Mərkəzləşdirilmiş Kredit Reyestrinə (Mərkəzi Banka) göndərilməsi vəzifəsinin ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ləğv prosesində olan Bahk ilə İddiaçı arasında kredit borcunun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırkı iddianın predmeti olan kredit müqaviləsinə artıq hüquqi qiymət verilmiş və belə qənaətə gəlinmişdir ki, 29 iyul 2011-ci il tarixli 135 saylı kredit müqaviləsi üzr ə cavabdehin (İddiaçı) iddiaçı (ləğv prosesində olan Cavabdeh2 ASC) qarşısında öhdəliyi qalmamışdır. Eyni zamanda, qeyd olunan qətnamədə bankın xx.xx.2016-ci il tarixli arayışına da hüquqi qiymət verilmiş və həmin arayış iddianın rədd edilməsi üçün mötəbər sübut kimi çıxış etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən öhdəliyin xitamı üçün müddətin keçməsinə istinad etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqe ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən so nra qüvvəsini itirir” ifadələrində “tələb” dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olması müəyyən edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin iddiaçı tərəfindən əsası kimi öhdəliyə müddətin keçməsi ilə xitam verilməsini qeyd etsə də, məhkəmə tərəfindən hazırkı iddiaçının cavabdehə xx.xx.2011-ci il tarixli kredit müqavilə si üzrə heç bir öhdəliyinin mövcud olmadığı müəyyən edilmişdir. Bu halda isə olmayan bir öhdəliyin xitamından da söhbət gedə bilməz.
14. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbində qeyd olunan ikinci hissəsi ilə (borcun olmaması barədə arayışın verilməsi) bağlı qeyd etmişdir ki, mülki iş materiallarında olan məhkəmə aktlarına əsasən (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş) məhkəməyə borcun mövcud olmaması barədə zatən arayış verilmişdir ki, artıq hazırkı mülki işdə bununla bağlı mövcud olan arayışın yenidən verilməsinə də zərurət qalmamışdır.
15. Birinci instansiya məhkəməsi həmçinin iddianın sonuncu hissəsi ilə bağlı qeyd etmişdir ki, mülki işin materiallarında olan reyestr məlumatların a əsasən 29 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə (öhdəliyə xitam verilmiş) iddiaçının aktiv olan ödəniş cədvəli üzrə adı siyahıda mövcud olduğundan iddia tələbi onun adının Mərkəzi Kredit Reyestrindən çıxarılması üçün borcun olmaması barədə arayış Mərkəzi Kredit Reyetsrinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 371.1, 372.2, 373.2, 375, 385.1, 386.1, 527.1 550, 551, 551.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001 -ci il tarixli, «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarlarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 119.1, 233.3- cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 18.. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi kredit müqaviləsinə əsasən bank İddiaçı 4.700 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə borclu ödənişlərini bankın kassasından mədaxil edərək kassadan ödəniş qəbzləri əldə etmişdir. Həmin ödəniş qəbzlərinin heç birində kredit borcunun tam bağlanması haqqında məlumat qeyd olunmamışdır. İddia ərizəsindən də görünür ki, Bankla iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi 160 manat məbləğində əsas borcu, 3.616,62 manat məbləğində faiz borcu vardır. Qeyd olunanlardan da göründüyü kimi, iş materiallarında kredit müqaviləsi üzrə borc öhdəliyinin olmamasını təsdiq edən heç bir bank sənədi yoxdur.
19. Bakı Apellyasiy a Məhkəməsinin (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-4053/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva və G.T.Axundova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmiş, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu məbləğinin onu ödəmiş şəxsin özünə aid edilməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və buna görə də, onun gəldiyi nəticəni qanuni və əsaslı hesab etməmişdir.
21. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı onunla Cavabdeh2 ASC arasında bağlanmış 29 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçın ın həmin bank qarşısında kredit borclarının silinməsi, onun banka borcu olmaması barədə arayışın verilməsi, iddiaçının kredit tarixçəsində müvafiq düzəlişlərin aparılması məqsədi ilə Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə borcun olmaması barədə arayışın göndərilməsi tələbi üzrə cavabdeh kimi Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu qoymuşdur.
22. Müəyyən olunmuşdur ki, Cavabdeh2 ASC-nin ləğvi haqqında qərar qəbul edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Həmçinin Cavabdeh2 ASC-nin ləğvi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi də müəyyən edilməmişdir.
23. Nəzərə alınsa ki, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son q oymuş sayılır, belə olan halda, nə qədər ki, bu hal baş verməyib, ləğvetmə prosesi ərzində Cavabdeh2 ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.
24. İddiaçı cavabdeh qismində Cavabdeh2 ASC-ni deyil, onun ləğvedisi olan Fondu qoymaqla iddianı ona cavab verməli olmayan şəxsə qarşı vermiş, birinci instansiya məhkəməsi qeyd edilən bu məsələyə diqqət yetirməmiş, MPM-in 54.1 -ci maddəsində nəzərdə tutulan imkandan istifadə etməmiş, iddianı ona cavab verməli olmayan şəxsə qarşı təmin etməklə səhvə yol vermişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 ASC ləğvetmə prosesində olduğu və bu müddət ərzində onun hüquq qabiliyyəti tam həcmdə saxlanıldığı üçün iddia tələbi bankın ləğvedicisinə qarşı verilə bilməzdi. İddia ona cavab verməli olmayan şəxsə qarşı verildiyi üç ün iddia tələbi təmin edilməməli idi. MPM-in 50.3- cü maddəsinə görə də iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, göstərilən hal hüquqi məsələ olduğu üçün, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.4,324.6, 386.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
28. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi, Bankla arasında bağlanmış 135 saylı 29 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə Bank tərəfindən hesablanmış borcun silinməsi və iddiaçının adının Mərkəzləşdirilmiş Kred it Reyestri Sistemindən çıxarılması üçün 135 saylı xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə arayışın Mərkəzləşdirilmiş Kredit Reyestrinə (Mərkəzi Banka) göndərilməsi vəzifəsinin Fonda həvalə edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4065/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev (sədrlik edən və mərizəçi), Ə.A.Əhmədov və V.T.Həsənov) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4053/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
30. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçını n Banka borcu qalmadığı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyinə baxmayaraq, Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrində iddiaçının sözügedən kredit müqaviləsi üzrə borcu qaldığı qeyd olunub. Halbuki, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.2-ci bəndinin tələbinə əsasən, məlumat təchizatçısı hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə dair məlumatı, növbəti 4 (dörd) iş günü ərzində təqdim etməlidir.
31. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bəhs olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə məlumatın kredit reyestrinə daxil edilməməsi, iddiaçı üçün mənfi hüquqi nəticə doğurur. Belə ki, bankçılıq praktikasında maliyyə xidmətlərindən istifadə etmək üçün müraciət etmiş şəxslərin maliyyə intizamı, bundan əvvəlki kredit münasibətlərində məsuliyyətliyi və s. hallar kredit reyestrində olan məlumatlar əsasında qiymətləndirilir. Bu baxımdan, iddiaçının qeyd olunan kredit müqaviləsi üzrə borcu tam ödəmədiyi barədə kredit reyestrində olan məlumatlar, onun maliyyə xidmətlərinə çıxışını məhdudlaşdırır. Bəhs olunan kredit müqaviləsi üzrə borcun tam ödənildiyi kreditorun özünün verdiyi məlumatlar əsasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyinə görə, müqavilə üzrə borcun qalmaması barədə məlumatların reyestrə daxil edilməsi barədə iddiaçının tələbi əsaslıdır.
32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 60-cı maddəsində əsasən bankın ləğvetmə prosesi ərzində hüquqi şəxs kimi hüquq qabiliyyətinin tam həcmdə saxlandığı, 61.12-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılması barədə mövqeyi ilə razılaşmışdır.
33. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxmış məhkəmə bu əsasla (banka qarşı deyil, ləğvediciyə qarşı iddia verməklə əsl olmayan cavabdehə qarşı tələb irəli sürülməsi) qətnamənin ləğvini kifayət qədər əsaslandırmamışdır. Belə ki, apellyasiya şikayətinin dəlillərində, baxılan iş üzrə Fondun cavabdeh olmadığı, tələbin ona cavab verməli olan şəxsə qarşı verilmədiyi barədə dəlil irəli sürülməmişdir. Həmçinin birinci instansiya məhkəməsində də cavabdeh tərəfindən verilmiş tələb üzrə cavabdehlik daşımadığı barədə etiraz verilm əmişdir.
34. Kassasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddia ərizəsində cavabdeh qismində Fond göstərilməsinə baxmayaraq, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində cavabdeh tərəfin təmsilçisi kimi çıxış etmiş nümayəndə, Fondun təsdiqlədiyi etibarnamə əsasında Bankın adından çıxış etmişdir. Apellyasiya şikayətinin “apelyasiya şikayətini verən şəxs” bölməsində də həm bank, həm də Fond qeyd edilmişdir. İşin bu prosessual vəziyyəti ona dəlalət edir ki, qətnamədən irəli gələn vəzifənin icrası ilə bağlı həm Fond, həm də Bank birgə hərəkət etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, ləğvedici olaraq Fondun səlahiyyətləri “Banklar haqqında” Qanunun 71-ci maddəsində əksini tapmışdır. Həmin səlahiyyətlərə cari bankın idarə olunması üzrə bütün səlahiyyətl ər (71.7.1), aralıq balansının tərtib edilməsi, habelə bankın aktivlərinin idarə edilməsi (71.7.2), bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirməsi (71.7.9) kimi səlahiyyətlər də aiddir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və K.H.Əkbərov) 27 fevral 2024-cü il tarixli 2(103)1593/2024 nömrəli qətnaməsi ilə cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin 2(006)-1146/202 3 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
36. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini hazırkı iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlərlə birlikdə tam və hərtərəfli araşdıraraq belə qənaətə gəlmişdir ki, şikayətin təmin olunması üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual qanunvericiliyin tətbiqində səhvə yol verməmiş, düzgün nəticəyə gəlmişdir.
37. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1,372.2, 373.2, 375, 386.1, 528, 529.1, 529.2, 529.4, 529.6, 550, 551, 551.2, 551.2.1, 551.2.2, 551.2.3, 551.2.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı borcunun olmaması barədə ödəniş və kassa sənədləri ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. Bankmüştəri münasibətlərində kreditor qarşısında icranı təsdiq edən mübahisəsiz sənəd yalnız bank sənədidir. Belə ki, iddiaçının təqdim etdiyi xx.xx.2016-cı il tarixli Cavabdeh2 ASC-nin rəhbərliyi tərəfindən verilmiş arayış borcun tam ödənilməsini təsdiq edən mötəbər sübut hesab oluna bilməz. Məhkəmə proseslərində də qeyd olunduğu kimi, iddiaçı tərəfindən təqdim olunmuş Cavabdeh2 ASC-nin rəhbərliyi tərəfindən verilmi ş xx.xx.2016-cı il tarixli arayış ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun arxivində aşkar edilməmişdir. Bu da o deməkdir ki, qeyd olunan arayış Cavabdeh2 ASC-nin sənədləri Əmanətlərin Sığortalanması Fonduna təhvil verilərkən bank sənədi hesab olunmadığına görə təhvil verilməmişdir. Apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almamış və nəticədə cavabdehin hüquqları kobud şəkildə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamış, həmçinin məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol vermişdir. b) Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
43. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
44. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
45. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.
46. Maddə 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir.
47. Maddə 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mərkəzi X4 32/1 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”
48. Bənd 2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 2.1.1 kredit - hesabat tarixinə istənilən valyutada borc verilmiş pul vəsaiti, açılmış kredit xətləri, verilmiş qarantiya və zaminliklər, faktorinq və lizinq əməliyyatları, habelə balansdan silinmiş kreditlər (banklararası kreditlər və bankların xarici filiallarının verdikləri kreditlər istisna olmaqla); 2.1.2. məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı;...
49. Bənd 3.2. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir.
50. Bənd 3.5. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir
51. Bənd 3.6. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. Mülki Prosessual Məcəllə
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və ə saslı olmalıdır.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pro sessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
64. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tərəflərin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır.
67. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara aldı: Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2(103)-1593/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.