Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2136/2019 05.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı ləğvetmədə olan QSC “xxxxx” KB-nin vəkili Vəkil Fizuli oğlunun iştirakı ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11658/2018 nömrəli iş üzrə 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (hakim F.F.Babayev) 2(004)-137/17 nömrəli 1 5 noyabr 2017-ci il tarixli qətnaməsi ilə QSC “xxxxx” KB-nin iddia tələbi təmin edilərək, cavabdehlərdən müştərək qaydada 551802,12 manat əsas borc, 57434,93 manat faiz borcu, 40000 manat cərimə borcu olmaqla, cəmi 649237,05 manat borcun və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 120 manat dövlət rüsumunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 manat pulun iddiaçının xeyrinə tutulması, Cavabdeh2 məxsus xxxxxx küçəsində yerləşən 15 nömrəli binada 53.6 kv.m ümumi, 21,3 kv.m yaşayış, 32.3 yardımçı sahədən ibarət 1 otaqlı 176A nömrəli mənzilin ilkin satış qiymətinin 68000 manat, Cavabdeh2 məxsus xxxxxxx küçəsində yerləşən 15 nömrəli binada 131.8 kv.m ümumi, 71,0 kv.m yaşayış, 60.8 yardımçı sahədən ibarət 3 otaqlı 177A nömrəli mənzilin ilki n satış qiymətinin 158000 manat, Cavabdeh3 məxsus xxxxxxx küçəsində istifadədə olan 0.1555 ha torpaq sahəsində yerləşən 7 nömrəli binada 154.1 kv.m ümumi, 92.2 kv.m yaşayış, sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzilin ilkin satış qiymətinin 126000 manat, Cavabdeh7 məxsus xxxxx qəsəbəsində yerləşən 0.525 ha torpaq sahəsinin ilkin satış qiymətinin 49000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əmlaklara yönəldilməsi və onların açıq hərracdan satılması; ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra müvafiq olaraq Cavabdeh2, Cavabdeh3 və ailə üzvləri Cavabdeh4, Cavabdeh6 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzillərdən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov ) 2(103)-2319/2018 nömrəli iş üzrə 27 fevral 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh8 Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-137/17 nömrəli, 15 noyabr 2017-ci il tarixli qətnaməsi kredit faizinin (pul vəsaitindən istifadə haqqının) tutulması hissəsində dəyişdirilməsi, kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği 56883 manat 93 qəpik müəyyən edilməsi, qətnamə Cavabdeh8 Məhdud Məsuliyyətli Cəmiyyətinə aid qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.A.Mirzəliyev (sədrlik edən və məruzəçi), G.A.Qul iyev və T.A.Qoldman) ) 2(102)-4723/2018 nömrəli iş üzrə 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh8 Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-2319/2018 nömrəli, 27 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) 2(103)-11658/2018 nömrəli iş üzrə 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli qətnaməsi faiz borcu məbləğinin tutulması hissəsində dəyişdirilməsi, faiz borcu 56883,93 manat müəyyən edilməsi, qətnamə Cavabdeh1 aid qalan hissədə d əyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ləğvetmədə olan QSC “xxxx” KB cavabdehlər Cavabdeh8-yə və qeyrilərinə qarşı kredit borcu və ipotekaya yönəltmə tələbinə dair məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh7 və Cavabdeh1, qanuni təmsilçisi isə X1 olan Cavabdeh8 ilə Bank arasında bağlanmış 12 iyun 2014-cü il tarixli, xxxxxxx saylı kredit müqaviləsinə əsasən, Bank Cavabdeh8-yə illik 18 faiz dərəcəsi ilə 24 ay müddətinə 700000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına təminat olaraq eyni tarixli və saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh7 və Cavabdeh1 məsuliyyəti öz üzərilərinə götürmüşlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmetlərinin likvid dəyərləri müəyyən edilmiş və ipoteka ilə yüklü edilmiş, yüklülüklər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışlar. Cavabdeh7, Cavabdeh1 və Cavabdeh2 imzalanmış ərizələrlə müvafiq olaraq ipoteka predmetlərinin Bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılıq vermiş, tutma əmlaka yönəldiləcəyi təqdirdə həmin əmlakı könüllü olaraq boşaltmağı və təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdehlər kredit vəsaitindən istifadə etsə də, kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Göstərilənlərə əsasən, cavabdehlərdən müştərək qaydada 551802,12 manat əsas borc, 57434,93 manat faiz borcu, 40000 manat cərimə borcu olmaqla, cəmi 649237,05 manat borcun və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 120 manat dövlət rüsumunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 manat pulun iddiaçının xeyrinə tutulması, Cavabdeh2 məxsus xxxxxxx küçəsində yerləşən 15 nömrəli binada 53.6 kv.m ümumi, 21,3 kv.m yaşayış, 32.3 yardımçı sahədən ibarət 1 otaqlı 176A nömrəli mənzilin ilkin satış qiymətinin 68000 manat, Cavabdeh2 məxsus xxxxxxx küçəsində yerləşən 15 nömrəli binada 131.8 kv.m ümumi, 71,0 kv.m yaşayış, 60.8 yardımçı sahədən ibarət 3 otaqlı 177A nömrəli mənzilin ilkin satış qiymətinin 158000 manat, Cavabdeh3 məxsus xxxxxxxx küçəsində istifadədə olan 0.1555 ha torpaq sahəsində yerləşən 7 nömrəli binada 154.1 kv.m ümumi, 92.2 kv.m yaşayış, sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzilin ilkin satış qiy mətinin 126000 manat, Cavabdeh7 məxsus xxxxxx qəsəbəsində yerləşən 0.525 ha torpaq sahəsinin ilkin satış qiymətinin 49000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əmlaklara yönəldilməsi və onların açıq hərracdan satılması; ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra müvafiq olaraq Cavabdeh2, Cavabdeh3 və ailə üzvləri Cavabdeh4, Cavabdeh6 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzillərdən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11658/2018 nömrəli iş üzr ə 25 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin mahiyyəti üzrə yenidən baxılması üçün apellyasiya instansiyasə məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən iddiaçı ləğvetmədə olan QSC “xxxx” KB-nin vəkili Vəkil Fizuli oğlu kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 ərizə və ona qoşulmuş tibb arayışı göndərərək xəstəliyi ilə bağlı işin baxılmasını təxirə salmasını xahiş etsə də, həmin arayışda “evə yazılma tarixi 25.02.2019” göstərilmişdir. Həmin ərəfələrdə xəstəliyi təsdiq edən heç bir sübut təqdim etmədiyindən, işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-11658/2018 nömrəli iş üzrə 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilm ədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin hallarından görünür ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş hallarından görünür ki, təsisçiləri Cavabdeh7 Əlisəfa oğlu və Cavabdeh1, qanuni təmsilçisi isə X1 olan Cavabdeh8 ilə Bank arasında bağlanmış 12 iyun 2014-cü il tarixli, xxxxxxx saylı kredit müqaviləsinə əsasən, Bank Cavabdeh8-yə illik 18 faiz dərəcəsi ilə 24 ay müddətinə 700000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə g ötürmüşdür. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına təminat olaraq eyni tarixli və saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh7 və Cavabdeh1 məsuliyyəti öz üzərilərinə götürmüşlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmetlərinin likvid dəyərləri müəyyən edilmiş və ipoteka ilə yüklü edilmiş, yüklülüklər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışlar. Cavabdeh7, Cavabdeh1 və Cavabdeh2 imzalanmış ərizələrlə müvafiq olaraq ipoteka predmetlərinin Bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılıq vermiş, tutma əmlaka yönəldiləcəyi təqdirdə həmin əmlakı könüllü olaraq boşaltmağı və təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş 13.09.2017-ci il tarixli rəylərlə ipoteka predm etlərinin bazar və likvid dəyəri müəyyən edilmişdir. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən, Cavabdeh8-nin Banka 551802,12 manat əsas, 56883,93 manat faiz, 106226,46 manat cərimə borcu olmaqla, cəmi 714912,51 manat təşkil edir. İş üzrə keçirilmiş 15261 nömrəli, 31.01.2017-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh8” MMC-nin 14.06.2016-cı il tarixə Banka 551802,12 manat əsas, 57434,93 manat faiz, 101265,14 manat cərimə borcu müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdehlər arasında qanunla müəyyən edilmiş qaydada kredit, ipoteka və zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər öz üzərinə müəyyən öhdəliklər götürmüş, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdehlər üzərinə düşən öhdəlikləri pozaraq yerinə yetirməmiş lər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. Göstərilən Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqav iləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Adıçəkilən Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni key fiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sözügedən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bü tün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcı l olaraq iki dəfə pozulması; Adıçəkilən Qanununun 59.3.-cü maddəsinin tələblərinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə ö hdəlik götürmüş sayılırlar. İşdən görünür kı, ışə baxan bırıncı ınstansıya məhkəməsı haqlı olaraq iddiaçı tərəfindən hesablanan cərimənin birgə borcluların borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gəlmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi iş materialları əsasında kredit müqaviləsi üzrə əsas borcu və azaldılmış cərimə borcunu cavabdehlərdən tutmaqda haqlı olsa da, kredit müqaviləsi üzrə faizlərin tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir barədə qənaəti ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə ekspertizası üzrə 15261 nömrəli, 31.01.2017-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh8-dən 14.06.2016-cı il tarixə 57434,93 manat faiz borcu müəyyən edilsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən borcalanın həmin tarixə 56883,93 manat faiz borcu hesablanmış və həmin məbləğ məhkəmə qaydasında tələb edilmişdir. Beləliklə, iddia ərizəsi üzrə tələb edilən faiz borcu məbləği ekspertiza tədqiqatı nəticəsində müqavilə şərtlərinə uyğun hesablanmış və təmin edilən faiz borcundan azdır. Nəzərə alınmalıdır ki, ekspert rəyində müqavilə şərtlərinə uyğun hesablanmış faiz borcunun iddiaçının tələb etdiyi məbləğdən artıq olması həmin məbləğin Cavabdeh8-dən iddiaçının xeyrinə tutulmasına əsas ola bilməz. Belə ki, həmin hal MPM-in 218.3-cü maddəsinə zidd olmaqla iddia tələbindən kənara çıxma hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhə miyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış ola raq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11658/2018 nömrəli iş üzrə 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11658/2018 nömrəli iş üzrə 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar q
Məhkəmə qərarları › İş №2(102)-2136/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2136/2019
05.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver