Məhkəmə qərarları › İş №2(102)-2136/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2136/2020

05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2136/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh və vəkili x3 iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x1 Cavabdeh qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim-M.Sadıqov, iş №2(007)-1952/2018) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x1 Cavabdeh qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək cavabdehdən 12 mart 2013-cü il tarixli 1161 nömrəli kredit müqaviləsi üzrə 11.680,98 ABŞ dolları əsas borc, 1818,0 ABŞ dolları faiz borcu, əldən çıxmış faydaya görə 1724,11 ABŞ dolları olmaqla, cəmi 15.223,09 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30,0 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və tutmanın Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş ** DH *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ minik” markalı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov-sədrlik edən və məruzəçi, T.Səmədov və E.Kazımov, iş № 2(103)-11694/19) iddiaçının apelyasiya şikayəti təmin edilməyərək Nizami Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 mart 2013-cü il tarixli 1161 nömrəli kredit müqaviləsi üzrə yaranmış 11.680,98 ABŞ dolları əsas borc, 1818,0 ABŞ dolları faiz borcu, əldən çıxmış faydaya görə 11015,10 ABŞ dolları olmaqla, cəmi 24514,08 ABŞ dolları kredit borcunun və qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və tutmanın Cavabdeh məxsus olan ** DH *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ minik” markalı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadıqda çatışmayan mə bləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmış və göstərilmişdir ki, məhkəmə qarşı tərəfin heç bir sübuta əsaslanmayan formal mülahizələrinə əsaslanmışdır. Apelyasiya məhkəməsi işin həqiqi hallarını tam və hərtərəfli şəkildə araşdırmadan, tərəfindən banka ödənişləri, ona məxsus olan avtonəqliyyat vasitəsinin bank tərəfindən istifadə edilərək bundan fayda, qazanc götürməsini nəzərə almamış, bank tərəfindən şişirdilmiş əsassız faizlər silinməmişdir. Məhkə mələr bank tərəfindən iddia tələbində formal olaraq qeyd edilmiş 11015,10 ABŞ dolları məbləğində əldən çıxmış fayda qismində borcun nədə ifadə olunmasını, haradan əmələ gəldiyini, hansı sübutlara təsdiq olunduğunu əsaslandırmadan sadəcə olaraq qarşı tərəfin formal mülahizəsini əsas götürərək təmin etmişdir. Bank tərəfindən iddia müddəti ötürülmüşdür. Məhkəmələr tərəfindən iddia müddəti tətbiq edilməklə iddianın icraata qəbul olunmasından imtina edilməli idi. Cavabdeh və vəkili x5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. İşdə iştirak edən digər şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səb əb olmadan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Cavabdeh və vəkili x4 izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 02 oktyabr 2019cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxla nılmalıdır. Apelyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 mart 2013-cü il tarixli 1161 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh avtomobil satın alınması üçün 24 ay müddətinə, illik 27 faiz, ödəniş müddəti keçmiş kredit üçün illik 54 faiz ödəmək şərti ilə 12.600 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; AB 839648 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətn aməsi”nin surətindən görünür ki, ** DH *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ minik” markalı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 mart 2013-cü il tarixli 1161 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh özünə məxsus ** DH *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ minik” markalı avtomobili həmin tarixli kredit müqaviləsi üzrə götürdüyü 12.600 ABŞ dolları kredit məbləğinin təminatı kimi ipoteka qoymuşdur; “12 mart 2013-cü il il tarixli AA 077824 nömrəli “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış”ından görünür ki, ** DH *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ minik” markalı avtomobilin LPO İddiaçı ASC-yə ipoteka qoyulması qeydə alınmışd ır; İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 15 may 2016-cı il, sentyabr 2016-cı il və 21 iyul 2017-ci il tarixli bildirişlərdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda kreditin və kreditdən istifadəyə görə faizlərin, həmçinin vurulmuş zərərin əvəzində cərimələr də nəzərə alınmaqla əmlak hesabına məcburi ödənilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı xəbərdar olunmuşdur; LPO İddiaçı ASC-nin Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat imtahan şöbəsinə ünvanlanmış 31 oktyabr 2017-ci il tarixli ərizəsindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş aparılmadığına görə ipoteka predmeti olan ** DH *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ minik” markalı avtomobilə tutmanın yönəlməsinə dair bildirişin qeydə alınması barədə ərizə verilmiş, həmin ərizə qey də alınmışdır; 21 fevral 2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün LPO İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli 2(007)-1952/2018 nömrəli qərardadından görünür ki, ** DH *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ minik” markalı avtomobilin üzərinə həbs qoyulmuş, qərardadın icrası Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə həvalə edilmişdir; Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçının xəbərdarlığına baxmayaraq, borcu ödəmədiyindən, bu icranı gecikdirmə sayılmalıdır. LPO İddiaçı ASC-nin 12 fevral 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə 12.600 ABŞ dolları kredit verilmişdir, o, əsas borc üzrə 919,02 ABŞ dolları ödəniş etmiş, 11.680,98 ABŞ dolları əsas borcu qalmışdır. Müqavilə üzrə 7504,98 ABŞ dolları faiz hesablanmış, faktiki 5686,98 ABŞ dolları ödəniş etmiş, 1818 ABŞ dolları faiz borcu qalmışdır. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh son ödənişini 12 mart 2015-ci il tarixdə etmiş, kredit borcunu iddia tələbi irəli sürülənədək tam ödəməmiş, ödənişləri gecikdirməsi nəticəsində iddiaçı əldə edəcəyi gəl irdən məhrum olmuşdur, ona görə iddia tələbi əldən çıxmış faydanın tutulması hissəsində əsaslı hesab edilmişdir. Lakin məhkəmələr işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, iddia tələbində göstərilən 11.015,10 ABŞ dolları miqdarında əldən çıxmış fayda 12 mart 2013-cü il tarixi 1161 nömrəli kredit müqaviləsi üzrə ilik 27 faiz olmaqla hesablanmışdır. Kredit müqaviləsinin 4.3-cü bəndindən görünür ki, «Borc alan» bu müqavilənin 2.3-cü bəndinə uyğun olaraq tərəflər arasında razılaşdırılmış ödəmə müddəti keçdikdə krediti və faizini vaxtında qaytarmadıqda bank hər gecikdirilən gün üçün kreditin və faizin ödənilməmiş hissəsinin 0,5 faizi miqdarında penya ödənilməsini borc alandan tələb edə bilər. Həmin bəndə əsasən məhkəmələr qeyd etmişdir ki, iddia tələbində tələb edilən əldən çıxmış fayda mü qavilə şərlərinə uyğun olaraq və bank uçot dərəcəsi nəzərə alınaraq illik 5 faiz olmaqla hesablanmalıdır. Ona görə həmin hissədə iddianı haqlı olaraq qismən təmin edərək əldən çıxmış faydanı məbləğini 1724,11 ABŞ dolları müəyyən etmişlər. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1, 269.4, 295, 385.1, 442, 739.1-cu maddələrini rəhbər tutaraq hesab etmişdir ki, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə iddiaçı kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlar əsasında iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri əsasında müvafiq ara şdırma aparmış və həmin dəlillər öz təsdiqini tapmadığından qətnaməni apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlamışdır. Kassasiya şikayətinin dəlilləri nəqliyyat vasitəsinin bankın əməkdaşları tərəfindən götürülməsi, məhkəmələrin bu faktı nəzərə alınmaması, iddia müddətinin keçməsinə baxmayaraq məhkəmələrin buna qiymət verməməsi, əldən çıxmış faydanın hansı əsaslarla hesablanmasının müəyyən olunmaması ilə bağlıdır. Apelyasiya məhkəməsi cavabdehin birinci dəlili ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, cavabdehin apelyasiya şikayətinin girovda olan nəqliyyat vasitəsinin pul ödənişi olmadığı üçün bank işçiləri tərəfindən müsadirə edilməsi və 6 il ərzində avtomobilin bank işçiləri tərəfindən heç bir qanuni əsas olmadan istifadə olunması dəlili ilə bağ lı qeyd edir ki, cavabdeh tərəfindən avtomobilin bank tərəfindən götürülməsi ilə bağlı heç bir sübut (təhvil-təslim aktı) məhkəməyə təqdim edilmədiyindən onun apelyasiya şikayətinin həmin dəlili əsassızdır, bu səbəbdən şikayət təmin edilə bilməz. Digər dəlillərlə bağlı isə qeyd edilməlidir ki, iddiaçı müqavilə üzrə sonuncu ödənişi 12 mart 2015-ci ildə həyata keçirmiş, müqavilə 12 mart 2013-cü ildə bağlanmış və müqavilənin icra müddətin 12 mart 2015-ci ildə başa çatmışdır. Həmin müddətlərdən 3 il müddətində yəni 12 mart 2018-ci ildə iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Belə olan halda iddia müddətinin ötürülməklə iddia tələbinin irəli sürülməsi müəyyən olunmur. Digər tərəfdən qeyd edilməlidir ki, hətta iddia müddəti ötürülmüş olsa belə məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etməklə bağlı vəzifəsi yoxdur. Əldən çıxış faydanın hansı əsasla müəyyən olunması ilə bağlı isə məhkəmələr tərəfindən müvafiq qiymətləndirmələr aparılaraq onun məbləği azaldılmışdır. Məhkəmələr iddiaçının hesablaması ilə razılaşmamış və müqavilənin müddətinin bitməsindən sonrakı müddət üçün haqlı olaraq illik 5 faizlə hesablanmaqa əldən çıxmış faydanın miqdarını müəyyən etmişlər. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları g östərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası Bakı Apelyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 02 oktyabr 2019-cu il tarixli, 2(103)-11694/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar