Məhkəmə qərarları › İş №2(102)-2137/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2137/2019

30.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2137/2019 30.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Mirzəliyev Əsəd Abdulla oğlu və İbayev Vafəddin Ələm oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun ibarət tərkibdə, X2 katibliyi, iddiaçı ləğv prosesində olan QSC “ Bank Standart ” KB-nin vəkili Vəkil Fizuli qızının iştirakı ilə. İddiaçı ləğv prosesində olan QSC “ Bank Standart ” KB-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim:T.Axundov e-2(004)-7540/2018) iddiaçı QSC “Bank Standart” KB-nin cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsinə dair” iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: X.Mərdanova (sədrlik edən və məruzəçi) F.Babayev və E.Həsənov; 2(103)-13395/2018) iddiaçı ləğv prosesində olan QSC “ Bank Standart ” KB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, e-2(004)-7540/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı QSC «Bank Standart» KB cavabdeh Pirverdiyeva (Mayılova) Fidan Hüseyn qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehdən 1877.70 manat məbləğində əsas borc, 1827.91 manat məbləğində faiz borcu, 3961.58 manat məbləğində cərimə borcu, ümumilikdə isə 7667.19 manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə QSC “ Bank Standart” KB arasında 22.12.2011-ci il tarixində kredit verilməsi haqqında ********** saylı müqavilə bağlanmış və kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 25 faiz ödən ilməsi şərti ilə 24 ay müddətinə 2600 manat məbləğində kredit verilmişdir.Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 10.05.2018-ci il tarixinə banka 1877.70 manat məbləğində əsas borc, 1827.91 manat məbləğində faiz borcu, 3961.58 manat məbləğində cərimə borcu, ümumilikdə 7667.19 manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən cavabdehdən 1877.70 manat məbləğində əsas borc, 1827.91 manat məbləğində faiz borcu, 3961.58 manat məbləğində cərimə borcu, ümumilikdə 7667.19 manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB kassasiy a şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci,374.1ci və 377.2-ci maddələrinin tələbləri pozulmaqla əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin vəkili Vəkil kassasiya şikayətinə uyğun izahat verərək, şikayətintəminedilməsi barədə qərar çıxarılmasını xahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehhe ç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməs ini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 22.12.2011-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən, QSC «Bank Standard» KB tərəfindən Cavabdeh 24 ay müddətinə illik 25% olmaqla 2600 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və banka olan borcunu ödəməmişdir. Mülki işə birinci intansiya məhkəməsi tərəfindən baxılan zaman cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tədbiq edilməsinə dair ərizə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinin tələbinə gör ə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərin in subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü ma ddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi sub yektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarda həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qar şı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonr a qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları araşdıraraq düzgün nəticəyə gəlmişdir ki, qeyd etmişdir ki, hazırki mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı mövqeyi düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.5-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etmişdir ki, 22.12.2011-ci il tarixdə iddiaçı tərəfindən 2600 manat məbləğində kredit pul vəsaiti cavabdehin hesabına köçürülmüş bununla da kredit müqaviləsi üzrə öhdəlik lərin icrasına həmin tarixdən başlanmışdır. Belə olan halda iddiaçı məhkəməyə iddia müddətini ötürməklə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Eyni zamanda Mülki məcəllənin 432.1-ci maddəsinə əsasən, əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər. Belə olan halda apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, apellyasiya şikayətinin həmin dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin l əğv edilməsi üçün əsas deyildir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyator apellyasiya şikayətinin xahiş hissəsində texniki səhvə yol verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-7540/2018 saylı mülki iş üzrə 11 oktyabr 2018-ci il tarixli qətnaməsini tamamilə ləğv olunması, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında X1 559.84 manat məbləğində əsas borc, 302.60 manat məbləğində faiz borcu, 540.01 manat məbləğində cərimə borcu, ümumilikdə isə 1402.45 manat məbləğində pulun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini göstərmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin xahiş his səsini texniki səhv kimi qəbul etmiş və apellyasiya şikayətini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətn aməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstər ilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar