Məhkəmə qərarları › İş №2(102)-2137/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2137/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2137/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Sahsuvaroğlu Enderə qarşı iş üzrə QƏRARİ (Açar sözləri: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1403/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 1 dekabr 2017-ci il tarixində borcun etirafı haqqında müqavilə ilə, iddiaçı cavabdehə 45.000 dolları məbləğində borc vermiş, borc alan isə etiraf etdiyi borcu xx.xx.2018-ci tarixədək hissə-hissə (22.500 ABŞ dollarıxx.xx.2018-ci ilədək, 22.500 ABŞ dolları-xx.xx.2018-ci ilədək) qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 44.524 ABŞ dolları borc məbləğinin, borcun 6 il gecikdirilməsinə görə illik 5% hesablanmaqla 13.357 ABŞ dolları olmaqla, cəmi 57.881 ABŞ dolları pulun Mərkəzi Bank tərəfindən müəyyən edilən ödəniş gününə manat məzənnəsilə hesablanaraq (57.881 x 1.7= 98.397 AZN), dövlət rüsum unun əvəzi olaraq 390 manatın və hüquqi xidmətə görə ödənilən 300 manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, bu günə kimi cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixində cəmi 300 ABŞ dolları məbləğində pul vəsaiti nəğd şəklində ödənilmişdir. Bununla bağlı 1 dekabr 2017-ci il tarixində 3M-2658 nömrəli müqavilənin 1-ci səhifəsini borclu öz əl yazısı ilə qeydiyyat aparmış və imza etmişdir. Bundan başqa 3 aprel 2024-cü il tarixdə 300 AZN (176 ABŞ dolları ekvivalentində) bank kartı vasitəsilə ödənilmişdir. Bununla bağlı WhatsApp mobil tətbiqi üzərindən tərəflər arasında yazışma və ödənişi təsdiq edən çıxarış da göndərilmişdir. Geri qalan 44.524 ABŞ dolları isə ödənilməmişdir. Belə ki, tərəflərindən 29 aprel 2024-cü il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilmişdir. Həmin məktuba əsasən, cavabdehə borcunu 7 gün ərzində ödəməsini, ödəməzsə, tərəflərindən məhkəməyə müraciət olunacağını və bu zaman məhkəməyə müraciətlə bağlı ödənilən rüsumun, mediasiya xərcinin, borclunun icranı gecikdirməsi ilə bağlı cərimənin, həmçinin hüquqi yardımla əlaqədar vəkilə ödənilən məbləğin də ondan tutulacağını bildirmişlər. Amma cavabdeh tərəfindən ödəniş edilməmişdir.

4. Cavabdeh məhkəmədə izahatı verərək bildirmişdir ki, pulu aldığını inkar etmir, lakin borcunu ödəyib, hətta 5.000 USD artıq ödəniş etmişdir, lakin iddiaçıya güvəndiyi üçün əlində hər hansı sənəd yoxdur. 24 ay boyunca hər ay 1.200 manat ödəniş etmişdir, sübutları olmadığı üçün səs yazısı yazmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi nin 8 oktyabr 2024-cü il tarixli e2(006)2986/2024 nömrəli qətnaməsi ilə (hakim-Əfsanə Heydərova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 33.324 ABŞ dolları əsas borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 9.997,2 dolları faiz borcu olmaqla, ümumilikdə 43.321,2 ABŞ dolları məbləğində borcun tutulması (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), Cavabdeh İddiaçı xeyrinə hüquqi xidmət üçün ödədiyi 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 291.9 manat, cəmi 591.9 manat məbləğində pulun tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi q ət edilmişdir.

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında olan “WhatsApp” proqramı vasitəsilə olunan yazışmalar ilə cavabdehin iddiaçıdan pul alması və həmin borcu tam şəkildə qaytarmaması təsdiq olunur. Məhkəmə hesab etmişdir ki, iddiaçı verdiyi borcu geri tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, cav abdeh borcunu tam şəkildə ödədiyini, hətta 5.000 USD dolları daha çox ödədiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh Şahsuvaroğlu Ender tərəfindən təqdim edilən 2 dəqiqə 58 saniyəlik səs yazısından görünür ki, cavabdeh 10.000 ABŞ dollarını və 1.200 ABŞ dollarını iddiaçıya verdiyini qeyd etmiş, iddiaçı isə bunu inkar etməmiş, lakin həmin məbləğin faiz məbləği olduğunu bildirmişdir. Beləliklə məhkəmə qeyd etmişdir ki, həmin səs yazısı ilə cavabdeh Şahsuvaroğlu Ender tərəfindən İddiaçı 11.200 ABŞ dollar məbləğində pulun ödənilməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh ilə iddiaçı arasında olan səs yazıları gizli səs yazısı olsa da sübut kimi qəbul edilməlidir. Çünki bu halda səs yazısındakı tərəflər eyni olmuş və hazırki müqavilə tərəfləri arasındakı borcun ödənilməsi kimi danışıqları əhatə etmiş, cavabdeh özünü haradasa sığortalamaq üçün bu addıma əl atmışdır. Beləliklə məhkəmə hesab etmişdir ki, İddiaçı "pul tələbinə dair" məhkəməyə müraciət edərək, cavabdehin ona 44.524 USD dolları məbləğində borcunun olduğunu bildirsə də, iş materiallarından görünür ki, cavabdeh tərəfindən 2018-ci ildə ödənişlər edilmiş və hazırda onun iddiaçıya yalnız 33.324 USD dolları (44.524 USD - 11.200 USD) məbləğində borcu qalmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh borc müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilələrin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla xx.xx.2017-ci il tarixli borc müqaviləsi üzrə 13.357 (on üç min üç yüz əlli yeddi) ABŞ dolları məbləğində pulun tutulması hissəsində qismən təmin edilməli, müqavilə üzrə əsas borc 33.324 manat müəyyən edildiyindən, 5% illik faiz dərəcəsi nəzərə alınmaqla cavabdehdən borcun 6 il gecikdirilməsinə görə illik 5% hesablanmaqla 9.997.2 ABŞ dolları məbləğində pul iddiaçının xeyrinə ödənilməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə “Kəngərli və Partnyorları” Vəkil Bürosunun hesabına 300 manat ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, hüquqi xidm ətə görə ödənilmiş 300 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (291.9 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1, 406.1, 442, 739-cu, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cü, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşı tərəf borc müqaviləsi üzrə öhdəliyini icra etməsə də, məhkəmə öhdəliyin qismən icra edilməsi barədə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə tərəfindən hansı sübutlar əsasında borclunun öhdəliyini qismən icra etməsini dəqiqləşdirilməmişdir.

10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd olunması və ya iddianın daha az hissədə qismən təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə özünün sübut kimi qəbul edib istinad etdiyi hallara obyektiv hüquqi qiymət verməmiş, həmin sübutları əsasən iddiaçının xeyrinə olan sübut kimi təfsir etmişdir. Bundan başqa, məhkəmə işin düzgün həll edilməsinin təmin olunması məqsədilə ca vabdehin iştirakını məhkəmədə təmin etməli və cavabdeh tərəfin dəlil və sübutlarını məhkəməyə təqdim edilməsinə şərait yaratmalı onu dinləməli və bundan sonra mübahisəyə obyektiv hüquqi qiymət verməli olduğu halda, bunu etməmiş və cavabdehin Türkiyə Respublikası vətəndaşı olmaqla, məhkəmədə onu tərcüməçi ilə təmin etməməklə, ona qarşı verilmiş iddiadan müdafiə olunmaq hüququnu təmin etməmişdir. Hətta məhkəmə, cavabdehin vəkilinin iştirakını məhkəmədə təmin etməmişdir. Digər tərəfdən iş materiallardan və qətnamədən görünür ki, cavabdeh iddianı qəbul etməmiş və iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir. Cavabdeh bildirir ki, ümumiyyətlə iddiaçından heç vaxt pul almamışdır, onunla aralarında hər hansı borc münasibətləri olmamışdır. O, iddiaçının qardaşı X1 bir neçə dəfəyə, cəmi 45.00 0 ABŞ dolları məbləğində pul borca aldığını və həmin borcunu da Məmmədə qaytardığını göstərmişdir. Bu fakt cavabdehin məhkəməyə təqdim etdiyi tərəflər arasındakı telefon danışığı ilə də təsdiq olunmuşdur. Məhkəməyə təqdim olunmuş tərəflər arasındakı səs yazısından da görünür ki, cavabdeh iki il ərzində 2.000 ABŞ dolları, həmçinin əlavə olaraq 10.000 ABŞ dolları pul ödədiyini, iddiaçı isə həmin məbləğin 2.000 deyil, 1.200 ABŞ dolları olduğunu və həmin pulların da Məmməd adlı şəxsə verildiyini bildirir. Həmçinin danışıqdan belə məlum olur ki, cavabdeh tərəfindən verilən bu pullar faizlə bağlı ödənilən pullar olmuşdur. Məhkəmə isə Məmməd adlı şəxsin tərəflər arasındakı mübahisəyə hansı aidiyyətinin olmasını, nə üçün pulun Məmmədə ödənilməli olduğunu, tərəflər arasındakı müqavilədə faiz nəzərd ə tutulmadığı halda, ödənilən pullar hansı faizə hesablandığını aydınlaşdırmamışdır. Bundan başqa, tərəflər arasındakı həmin telefon danışıqlarında iddiaçı tərəfindən cavabdehin iki il ərzində 2.000 ABŞ dolları deyil, 1.200 ABŞ dolları pul ödədiyi etiraf olunsa da, məhkəmə həmin telefon danışığını sübut kimi qəbul etməsinə baxmayaraq, nədənsə cavabdehin yalnız bir ay 1.200 ABŞ dolları ödədiyini qəbul etmiş, qalan ödənişlərini isə qəbul etməmişdir. Bu isə iddia tələbinin tam və ya hansı hissədə ödənilməsinin sübut edilməsində mühüm əhəmiyyətə malik olan dəlildir. Belə ki, digər ödənişlər nəzərə alınmadan, təkcə iki il ərzində 2.000 ABŞ dolları və 10.000 ABŞ dollarının ödənildiyi təqdirdə artıq 45.000 ABŞ dollarından artıq məbləğdə ödənişin edildiyi təsdiq edilir. Digər halda, iki il ərzində iddiaçının özünün etiraf etdiyi kimi 1.200 ABŞ və əlavə 10.000 ABŞ dolları ödənildiyi halda isə borcun məhkəmənin hesabladığı miqdardan daha az miqdar təşkil etdiyi müəyyən edilir. Bu hallar isə məhkəmədə araşdırılmamış və qətnamədə bu hallara ümumiyyətlə münasibət bildirilməmişdir. Bundan başqa, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi “WhatsApp” yazışmaları və telefon danışıqlarını sübut kimi qəbul edib, iddianın təmin olunan hissədə əsası hesab etsə də, iddiaçının bu dəlilini, cavabdehin təqdim etdiyi dəlil və sübutlarla müqayisəli şəkildə araşdırmamış və onlara hüquqi qiymət verməmişdir. Yəni, bu danışıqların və yazışmaların nə vaxt, hansı şəraitdə yazıldığını aydınlaşdırmamışdır. Bununla bağlı cavabdeh bildirmişdir ki, iddiaçının təqdim etdiyi yazışmalar daha əvvəl olmuşdur. Bundan sonr a isə onunla iddiaçı arasındakı məhkəməyə təqdim olunan telefon danışığı olmuşdur ki, həmin danışıqda iddiaçı onların arasındakı borcun konkret məbləğini bildirmir, cavabdehlə Məmməd arasındakı razılaşmada və iddiaçı ilə cavabdeh arasındakı müqavilədə borca görə faiz barədə hər hansı razılaşma olmadığı halda, iddiaçı cavabdehin qeyd etdiyi iki dəfə 30.000 və bir dəfə 10.000 ABŞ dolları pulun gecikməyə görə nəzərə almadığını və bütün bunları məhkəməyə bildirməsini cavabdehə deməklə cavabdehin ödənişlərini qəbul etdiyi göstərmişdir. Həmçinin, tərəflər arasındakı borc münasibətinin yaranmasının əsas səbəbkarı və cavabdehin əsasən ödənişlərini qəbul edən iddiaçının Məmməd adlı qardaşı həm iddiaçı tərəfin, həm də cavabdeh tərəfin əsas şahidi olmasına, həmçinin cavabdeh tərəfdən həmin şəxsin məh kəmədə şahid kimi dindirilməsinin təmin olunması barədə vəsatəti təmin olunmamış və məhkəmə həmin şəxsin məhkəməyə gətirilməsinə şərait yaratmamışdır. Bununla da məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Qeyd olunduğu kimi məhkəmə tərəflərin təqdim etdiyi telefon danışıqlarını və yazışmaları iddianın qismən təmin olunmasında sübut kimi qəbul etmişdir. Cavabdeh tərəfindən təqdim olunan və məhkəmə tərəfindən sübut kimi qəbul olunan tərəflər arasındakı səs yazısına əsasən cavabdehin ödədiyi məbləğ müqavilədə qeyd olunan məbləğdən artıq miqdar, həmin danışıqda iddiaçının etiraf etdiyi miqdar isə 37.000 ABŞ dollarına yaxın məbləğ təşkil etməsinə baxmayaraq, məhkəmə cavabdehin cəmi 11.200 ABŞ dolları ödədiyini qəbul etmiş, bununla da cavabdeh tərəfind ən təqdim edilən sübutlara birtərəfli, qeyri-obyektiv və subyektiv mülahizələrinə uyğun hüquqi qiymət verməklə, iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə iş üzrə əsas şahid olan X2 dindirilməsini təmin etməmişdir. Bu da cavabdehin məhkəmədə tərcüməçi və vəkillə təmin edilməməsi və ona müdafiəsini təşkil etməyə şərait yaradılmaması ilə bağlı olmuşdur. Ona görə də hesab edir ki, işə obyektiv hüquqi qiymət verilməsinin təmin edilməsi məqsədilə həmin şəxs apellyasiya baxışında dindirilməlidir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhramzadə) 2(103)-1403/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiril mədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında olan “WhatsApp” proqramı vasitəsilə olunan yazışmalar ilə cavabdehin iddiaçıdan pul alması və həmin borcu tam şəkildə qaytarmaması təsdiq olunur. Cavabdeh tərəf borcun məbləğini mübahisələndirsə də, qanunvericiliyin tələblərinə əsasən sübutetmə yükü cavabdehin üzərinə düşmüş, lakin buna baxmayaraq ödənilməmiş borcun məbləğinin tələb olunan həddə deyil, daha az olmasına və ya konkret hansı məbləğdə ödənilməmiş olmasına dair, başqa sözlə, borcunu hətta 5.000 USD artıq ödəməsini, 24 ay boyunca hər ay 1.500 dollar və kollegiya iclasında səsləndirdiyi hər ay 2.000 dollar olmaqla ödənişlər etməsinə dair sübu tlar təqdim edilməmişdir.

14. Apellyasiya məhkəməsinin iclasında cavabdeh iddiaçıya onun xahişi ilə ad günü münasibəti ilə ehtiyac olduğundan 300 manat məbləğində kartına ödəməklə borc verməsini göstərsə də, bu hal iddiaçı tərəfindən təsdiqlənməmiş, cavabdeh bu faktın təsdiqini sübut etməmişdir. Eyni zamanda kollegiya qeyd etmişdir ki, cavabdeh müqavilədə iddiaçıya ümumi borcdan 300 ABŞ dolları qaytarmasını müqavilədə özü tərəfindən qeyd etməsini təsdiqləsə də, sədrlik edənin sualı olan hansı səbəbdən iddiaçıya hər ay 2000 dollar məbləğini də qaytarmasına dair qeydlərin aparmamasının səbəblərini açıqlaya bilməmişdir.

15. Digər tərəfdən cavabdeh Şahsuvaroğlu Ender tərəfindən təqdim edilən həmçinin apellyasiya məhkəməsinin iclasında dinlənilmiş səs yazısından görünür ki, cavabdeh 10.000 ABŞ dollarını və 1.200 ABŞ dollarını iddiaçıya verdiyini qeyd etmiş, iddiaçı isə bunu inkar etməmiş, lakin həmin məbləğin faiz məbləği olduğunu bildirmişdir. Daha sonra səs yazısından görünür ki, cavabdeh iddiaçıya hər ay 2.000 dollar ödənişlər etməsini bildirsə də, iddiaçı bu halı təsdiq etməmişdir. Eyni hallar kollegiyanın iclasında təkrarlansa da, iddiaçının nümayəndəsi bu halı bir daha təsdiq etməmişdir. Göründüyü kimi həmin səs yazısı ilə cavabdeh Şahsuvaroğlu Ender tərəfindən İddiaçı 11.200 ABŞ dollar məbləğində pulun ödənilməsi öz təsdiqini tapmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh ilə iddiaçı arasında olan səs yazıları gizli səs yazısı olsa da sübut kimi qəbul edilməlidir. Çünki bu halda səs yazısındakı t ərəflər eyni olmuş və hazırki müqavilə tərəflərin arasındakı borcun ödənilməsi kimi danışıqları əhatə etmiş, cavabdeh özünü haradasa sığortalamaq üçün bu addıma əl atmışdır.

17. Bundan başqa iddiaçı tərəf apellyasiya şikayətində qarşı tərəf borc müqaviləsi üzrə öhdəliyini icra etməsə də, məhkəmə tərəfindən öhdəliyin qismən icra edilməsi barədə səhv nəticəyə gəlinməsini qeyd etsə də, işin sadalanan hallarından göründüyü kimi cavabdeh Şahsuvaroğlu Ender tərəfindən İddiaçı 11.200 ABŞ dollar məbləğində pulun ödənilməsi məhz tərəflər arasında olan səs yazısı ilə öz təsdiqini tapmışdır. Bu isə cavabdehin öhdəliyini qismən icra edilməsi kimi qiymətləndirilir.

18. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin-gecikdirilmiş vaxt üçün 5% illik faiz d ərəcəsi nəzərə alınmaqla xx.xx.2017-ci il tarixli borc müqaviləsi üzrə 13.357 (on üç min üç yüz əlli yeddi) ABŞ dolları məbləğində pulun tutulması hissəsində qismən təmin edilməsi, müqavilə üzrə əsas borc 33.324 manat müəyyən edildiyindən, 5% illik faiz dərəcəsi nəzərə alınmaqla cavabdehdən borcun 6 il gecikdirilməsinə görə illik 5% hesablanmaqla 9.997.2 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh borc müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır.

19. Cavabdehin məhkəmə iclasınd a iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər kağız daşıyıcıda, eləcə də SMS formasında cavabdehə göndərilmişdir. Həmçinin cavabdeh məhkəmənin ilk iclaslarında iştirak etmiş və mövqe bildirmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin Türkiyə Respublikası vətəndaşı olmaqla, məhkəmədə onu tərcüməçi ilə təmin etməməklə, ona qarşı verilmiş iddiadan müdafiə olunmaq hüququnun təmin edilməməsinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, əvvəla iş materiallarından görünür ki, İ ddiaçı ilə cavabdeh Ender Şahsuvaroğlu arasında 1 dekabr 2017-ci il tarixli borcun etirafı haqqında Azərbaycan dilində bağlanılmış müqavilə sonuncu tərəfindən imzalanmış və o bu müqavilənin məzmunu ilə tanış olmasını məhkəmə kollegiyasının iclasında etiraf edərək izahatında pulu aldığını inkar etməmiş, lakin borcunu qaytarmasını, iddiaçıya güvəndiyi üçün əlində hər hansı sənəd olmamasını, 24 ay boyunca hər ay 2.000 dollar ödəniş etməsini, sübutları olmadığı üçün səs yazısı yazmasını göstərmişdir. Bundan əlavə, kollegiya qeyd etmişdir ki, türk dili Azərbaycan dilinə yaxın dil olması hamıya bəlli olmaqla, cavabdeh birinci instansiya məhkəməsinin iclasında Azərbaycan dilində başa düşmədiyi üçün ona tərcüməçi verilməsini tələb etməmişdir. Kollegiya xüsusilə qeyd etmişdir ki, cavabdeh sədrlik e dənin bütün suallarını aydın başa düşmüş, türk və Azərbaycan dilində də cavablandırmışdır. Bir sözlə tərəflər arasında çəkişmə və proses anlaşılan dildə davam etmişdir. Həmçinin, iş materiallarında olan cavabdehin istinad etdiyi səs yazılarında da müəyyən edilir ki, cavabdeh iddiaçı ilə öz aralarında həm anlaşılan dildə, yəni həm türk, həm də Azərbaycan dilində danışaraq söz mübahisəsi aparmışlar. Bu baxımdan kollegiya hesab etmişdir ki, cavabdehə qarşı verilmiş iddiadan müdafiə olunmaq hüququnu təmin edilməməsinə dair dəlili əsassızdır. Hətta məhkəmə kollegiyasının iclasında ona tərcüməçi təklif edilmiş, lakin o, nümayəndəsinin yanında olmasına görə bu təklifdən imtina etmişdir. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olmuşd ur. Çünki tərəflər apellyasiya şikayətlərini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmişlər, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (vəkil - Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnamə qəbul olunan zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə hansı sübutlar əsasında borclunun öhdəliyini qismən icra etməsi qənaətinə gəldiyini dəqiqləşdirilməmişdir. Belə ki, məhkəmə qərarının 9-cu səhifəsi nin 7-ci abzasında qeyd edilir ki, cavabdeh 10.000 ABŞ dollarını və 1.200 ABŞ dollarını iddiaçıya verdiyini qeyd etmiş, iddiaçı isə bunu inkar etməmiş, lakin həmin məbləğin faiz məbləği olduğunu bildirmişdir. İş üzrə cavabdeh Şahsuvaroğlu Ender tərəfindən təqdim edilən 2 dəqiqə 58 saniyəlik səs yazısı iddia tələbinin rədd edilməsi üçün əsas deyil. Belə ki, həmin səs yazısında cavabdeh israrla 10.000 ABŞ dollarını verdiyini qeyd etsə də, İddiaçı bildirir ki, həmin pul vəsaiti X3 adlı şəxsdən faizə götürdüyü pul vəsaiti ilə bağlı ödədiyi faiz məbləğidir və həmin məbləğ Vaqifə deyil Məmmədə ödənilmişdir. 1200 ABŞ dolları ilə bağlı isə Vaqif bildirir ki, həmin məbləği də aylıq ödəniş məbləği olaraq Ender Məmməd adlı şəxsə ödəmişdir ki, bunun da 45.000 dollarla əlaqəsi yoxdur. Ender də onunla razılaşır. Həmçinin, həmin səs yazısında qeyri-müəyyən ifadələr işlədildiyindən tərəflərin fikirləri aydın olaraq bilinmir. Elə bu səbəbdən də həmin səs yazısı iş üzrə sübut kimi qəbul edilməməlidir. Tərəflər arasında WhatsApp yazışması barədə videogörüntü və səs yazısı hazırkı mülahizəyə əlavə edilmişdir. Həmin CD diskdə olan videogörüntüdən və səs yazısından aşağıdakılar müəyyən olunur: Mülahizəyə əlavə edilən Şahsuvaroğlu Enderlə (*** *** ** **) İddiaçı arasında olan 20 aprel 2023-cü il tarixli səs yazısında Ender Vaqifə bildirir ki, səbrli ol, sənə pul verək. 01 dekabr 2023-cü il tarixli səs yazısında Ender 10 il borcu olan şəxsdən pul vəsaitinin alınmasını (öz borcunun əvəzi olaraq) İddiaçı təklif edir və bununla bağlı fikirlər səsləndirir. 29 iyul 2024-cü il tarixli səs yazısında is ə Ender bildirir ki, “bu gün-sabah dəqiq sənə pul verəcəm”. İddiaçı isə cavabında bildirir ki, “7 ildir eyni sözü deyirsən, bezdim bu sözlərdən”. Ender isə cavab olaraq səs yazısında qeyd edir ki, “bax, bu dəfə görəcəksən, olur ya olmur” (ödənişi nəzərdə tutur). 19 avqust 2024-cü il tarixli yazışmada Ender Vaqifə bildirir ki, “uzağı 3-4 günə milyon faiz sənə pul (para) verəcəm, gələn həftə və ondan sonrakı həftələrdə də pul verəcəm”. Daha sonra isə növbəti səs yazısında Ender bildirir ki, “işin içinə məhkəmə girsə, bizim planlar pozulur” (Vaqifdən iddianı geri götürməsini tələb edir). 19 avqust 2024-cü il tarixli WhatsApp şəbəkəsi üzərindən olan yazışmada Ender səs yazısında qeyd edir ki, “bu həftə ödənişlə bağlı başlanğıcı edəcəm”. Buradan aydın olur ki, həmin tarixə kimi borcun bağlanmas ı mümkün deyil. Əks halda Ender borcu geri qaytardığını qeyd etməli idi. Tərəflər arasında olan bütün yazışmalarda və səs yazılarında İddiaçı mütəmadi olaraq borc məbləğini geri tələb edir, Şahsuvaroğlu Ender isə pulunun olmadığı üçün vaxt istəyir, üzrxahlıq edir. İş üzrə olan bütün WhatsApp yazışmalarında və səs yazılarında Şahsuvaroğlu Ender bir dəfə belə olsun, borc məbləğini qaytardığını bildirmir. Daima borcu qaytarmaq üçün müddət istəyir. Vaqif isə daima ödənişin edilməməsi ilə bağlı öz etirazını qeyd edir. Bu baxımdan cavabdehin məhkəmədə bildirdiyi və təqdim etdiyi anlaşılmaz səs yazısı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki 45.000 ABŞ dolları kifayət qədər böyük məbləğdir və cavabdehin onu geri qaytardığı halda səs yazılarına bu barədə heç bir fikir bildirməməsi, etira z etməməsi onun borcu ödəməsi baxımından qətiyyən inandırıcı deyil.

23. Cavabdeh (vəkil - Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd olunması və ya cavabdehin apellyasiya şikayətinə münasibətdə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası mübahisəni tərəflər arasındakı münasibətlərə uyğun həll etməmişdir. Belə halda isə məhkəmə kollegiyasının gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 8.1-ci maddəsinin tələbləri cavabdehə münasibətdə kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı AR vətəndaşı olmaqla, öz ana dilində aparılan məhkəmə çəkişməsində müdafiəçi ilə təmin olunduğu halda, Türkiyə Respublikası vətəndaşı olması nəzərə alınmamış, o, məhkəmədə tərcüməçi ilə təmin edilməmiş, özünə vəkil tutmağa, tutduğu vəkilin isə məhkəmədə iştirakını təmin etməməklə, ədalət mühakiməsinin hamının qanun qarşısında bərabərliyi prinsipini kobud şəkildə pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə bu halı nəzərə almamış, hamını qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin təqdim etdiyi sübutları qəbul etsə də, onların tam, hərtərəfli və obyektiv araşdırılmasında maraqlı olmamışdır. Ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsi işə birtərəfli və qeyri obyektiv yanaşmışdır. Bu özünü sübutların araşdırılmasında və qiymətləndirilməsində aydın şəkildə büruzə vermişdir. İddiaçı tərəfindən işdə olan sübutlara hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə prosessual qanunvericiliyin 77 və 88-ci maddələrinin tələblərinə düzgün əməl etməmiş, bununla da, qanunvericiliyin tələblərini pozmuş və qeyd olunan hallar isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə yazılı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 38 9.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

28. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

29. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

30. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

31. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

32. Maddə

739. Borc müqavi ləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (köhnə redaksiyada) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

46. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi il ə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

47. Məhkəmə aktlarının qanuniliyi, bir qayda olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət ver mədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1403/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar