Məhkəmə qərarları › İş №2(102)-2142/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2142/2020

24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2142/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X11 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndələri X6, X7, X3, vəkili Vəkil1, Cavabdeh1 vəkili X2, digər cavabdeh “xxxx” QSC-nin nümayəndələri Nümayəndə, X4 və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı MMC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(007)-825/2019, hakim B.N.Qasımov) "İddiaçı" MMC-nin Cavabdeh1 və "xxxx" QSC-yə qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13107/2019, hakimlər E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2019-cu il tarixdə "İddiaçı" MMC Cavabdeh1 və “xxxx” QSC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 30.736.205 manat məbləğində pulun, pul vəs aitinin ödənilməsini gecikdirdiyinə görə bank uçot dərəcəsinə uyğun illik 5% hesablanmaqla 1.536.810 manat həcmində faizin, cəmi 32.273.045 manat məbləğində pulun tutularaq onu xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız cavabdeh tərəfindən irəli sürülən saxta dəlil və cavabdehin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdiril məyən izahatına istinad edilməklə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qanunsuz və əsassız nəticə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndələri və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlərin nümayəndələri və vəkilləri kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı MMC-nin sələfi olan “xxxx” MMC (alıcı) ilə “xxxx” QSC (satıcı) arasında xx xxxxxx 2017-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı, müqaviləyə əlavə edilmiş təsnifatda göstərilən miqdarda və keyfiyyətdə neft məhsullarını alıcıya satmağı, alıcı isə həmin neft məhsullarının dəyərini (əlavə dəyər vergisi ilə birlikdə) əvvəlcədən satıcıya ödəməklə, həmin məhsulları keyfiyyətinə və kəmiyyətinə uyğun olaraq, təsnifatda göstərilən miqdarda qəbul etməyi öhdələrinə götürmüş, müqavilənin müddəti xx xxxxxx 2017-ci il tarixi əhatə etmişdir. Eyni zaman da, “xxxx” MMC Cavabdeh1 həmin cəmiyyətin adından xx.xx.2017-ci il tarixli müqavilə üzrə “xxxx” QSC-dən yanacaq almaq üçün həmin müddətdə hər biri 1 ay müddətinə etibarlı olan etibarnamələr vermişdir. Həmçinin, “xxxx” MMC-nin təsisçisinin xx xxxxx 2018-ci il tarixli qərarına əsasən həmin cəmiyyətin adı İddiaçı MMC olaraq dəyişdirilmiş və sözügedən dəyişiklik müvafiq dövlət reyestrində qeydə alınmışdır. İddiaçı məhz xx xxxxxx 2017-ci il tarixli müqaviləyə və Cavabdeh1 vermiş olduğu etibarnamələrə əsaslanmaqla, etibarnamə əsasında onun adından hərəkət edən Cavabdeh1 digər cavabdeh “xxxx” QSC-dən aldığı neft məhsullarını Respublika üzrə müxtəlif yanacaqdoldurma məntəqələrinə satdığına, əldə etdiyi 30.736.205 manat məbləğində pulu cəmiyyətin kassasına mədaxil etməyərək qanunsuz olaraq öz istif adəsində saxladığına, bununla da ona külli miqdarda maddi ziyan vurduğuna istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çün ki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Əvvəla, “xxxx” QSC-nin hazırkı iddia tələbinə cavab verməli olan subyekt kimi qəbul edilməsi mümkün deyildir. Çünkü mübahisənin predmetini təmsilçisinin (Cavabdeh1) alqı-satqı müqaviləsi üzrə satıcıdan alaraq müxtəlif yanacaqdoldurma məntəqələrinə satdığı neft məhsullarının dəyərini təmsil edilənə (iddiaçıya) ödəməməsi təşkil edir. Bu o deməkdir ki, iddiaçı ilə arasında olan müqavilə üzrə müvafiq miqdar və keyfiyyətdə neft məhsullarını alıcıya satmağı öhdəsinə götürən “xxxx” QSC həmin öhdəliyini alıcısının (iddiaçının) təmsilçisi Cavabdeh1 icra etməklə lazımı şəkildə yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 528-ci maddəsinə görə isə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. İddiaçı iddia ərizəsində işin qeyd olunan halını mübahisələndirməsə də, “xxxx” QSC-yə qarşı da müştərək qaydada pul tələbini irəli sürmüşdür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi digər Cavabdeh1 münasibətdə də əsaslı deyildir. İddiaçının həmin cavabdehə münasibətdə irəli sürdüyü faktiki hallar – yəni Cavabdeh1 satıcıdan alaraq satdığı neft məhsullarının dəyərini mənimsəmiş olduğu ümumiyyətlə sübuta yetirilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli “Qarşılıqlı bor cların üzləşdirilməsi aktı”ndan görünür ki, “xxxx” MMC ilə “xxxx” QSC arasında olan neft məhsullarının alqı-satqısına dair müqaviləyə əsasən “xxxx” MMC-nin nümayəndəsi kimi fəaliyyət göstərən Cavabdeh1 cəmiyyətə bütün sənədləri və satışdan əmələ gələn pulu təhvil vermişdir və onun Cəmiyyətə olan borcu yoxdur. Apellyasiya məhkəməsi iddiaçının “sözügedən üzləşmə aktında iddiaçının imzasının və möhürünün saxtalaşdırılması” ilə bağlı dəlillərinə münasibətdə müəyyən etmişdir ki, həmin dəlillər iş üzrə alınmış ekspert rəyi ilə təkzib olunur. xx.xx.2019-cu il tarixli ekspert rəyində “xx.xx.2018-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi aktında və “xxxx” QSC ilə “xxxx” MMC bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilənin sonuncu vərəqində olan alıcı “xxxx” MMC qrafasındakı möhür əkslərin in relyef klişedən sənədin üzərinə birbaşa vurulduğu, həmin sənədlərin sonuncu vərəqində olan alıcı “xxxx MMC” qrafasındakı möhür əkslərinin öz aralarında və ekspertizaya təqdm edilmiş möhürün sərbəst əks nümunələri (mülki işin 24 və 25-ci vərəqələrində olan xx.xx.2017-ci və xx.xx.2018-cı il tarixli etibarnamələrdə) ilə eynilik təşkil etdikləri, habelə xx.xx.2018-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi aktının sonuncu vərəqində olan “Direktor” və “C.H. İsayev" sözlərinin arasındakı imzanın faksimile klişe vasitəsilə icra edildiyi və “xxxx” QSC ilə “xxxx” MMC bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilənin sonuncu vərəqində olan “Direktor” və “C.H. İsayev” sözlərinin arasındakı imzanın ekspertizaya təqdim edilmiş faksimile imza nümunələri ilə eynilik təşkil etdikləri” nəticəsin ə gəlinmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar