Məhkəmə qərarları › İş №2(102)-2142/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2142/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2142/2025 12.06.2025 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının ödənilməsi” barədə ilk, Cavabdeh MMC İddiaçı qarşı “təmir xərcinin tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2401/2025 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddi a ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, 10 ay müddətində ödənilməyən 48600 manat məbləğində icarə haqqının cavabdehdən tutularaq ona ödənilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan ona məxsus qeyri-yaşayış sahəsinin (bundan sonra “mübahisəli sahə”) boşaldılması və cavabdedehin həmin sahədən çıxarılaraq, əmlakın iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh də qarşılıqlı iddia verərək, ilk iddianın rədd olunmaqla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 360517 manat, dövlət rüsumu kimi ödənilmiş 638 manat pulun tutularaq, Cavabdeh MMC-nin timsalında X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xa hiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-48/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin olunmuş, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı 133250,44 manat və 19.747 manat pul vəsaitlərinin Cavabdeh MMC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, ilk iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4693/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddiaçın ın apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya Məhkəməsinin qətnaməsi qismən - ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv olunmuş, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla ilk iddia qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli icarə müqaviləsinin xx.xx.2022-ci ildə vaxtından əvvəl ləğv edilmiş (xitam verilmiş) hesab edilməsi, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 20753 (iyimi min yeddi yüz əlli üç) manat pul vəsaitinin tutulması, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı 133250,44 manat və 19.747 manat pul vəsaitlərinin Cavabdeh MMC-nin xeyrinə tutulması hissəsində təmin edilməməsi qət olunmuşdur. Cavabdeh (qar şılıqlı iddiaçı) Cavabdeh MMC-nin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3859/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə qismən təmin edilmiş, iş üzrə apellyasiya instnasiyası məhkəməsinin qətnaməsi Cavabdeh MMC-nin İddiaçı qarşı 133250,44 manat pulun tutulmasına dair qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2401/2025 nömrəli, 18 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti baxılan hissədə rədd olunmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü i l tarixli 2(004)-48/2024 nömrəli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə, yəni İddiaçı Cavabdeh MMC-nin xeyrinə 133.250,44 manat tutulmasına aid olan hissədə dəyişdirilmədən saxlanılmış, hər bir tərəfin iş üzrə çəkdiyi məhkəmə xərci onların özünə aid edilmiş, ekspertiza xərci olan tərəflər arasında bərabər bölünmüşdür. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov) İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk İddiaçı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edildi ki, kassasiya şikayəti verilərkən dövlət rüsumu lazımi miqdarda ödənilmə yib. Belə ki, işdən görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbi 360517 manat həddindədir. Həmin tələbi birinci instansiya məhkəməsi qismən təmin edərək İddiaçı 133250,44 manat pul tutulmasını qət etmiş, apellyasiya instnasiyası məhkəməsinin barəsində kassasiya şikayəti verilən qətnaməsi ilə həmin hissə dəyişdirilmədən saxlanmışdır. Mülki Prosessual Məcəllənin 108.1.7-ci maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə görə iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda – alınan məbləğlə müəyyən edilir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 364-VİQD nömrəli Qanunu ilə “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər edilmişdir. Həmin Qa nunun keçid müddəalarının 2.1-ci maddəsinə əsasən Qanuna dəyişikliklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid Müddalarının 2.2-ci maddəsinə görə bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. “Dövlət rüsumu haqqında” Qanunun yeni redaksiyada 8.1.4-cü maddəsində dövlət rüsumunun məbləği belə müəyyən edilib: iddianın qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi. “Dövlət rüsumu haqqında” Qanunun yeni redaksiyada 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizə nin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rusmu ödənilir. Nəzərə alınsa ki, Cavabdeh MMC-nin qarşılıqlı iddiası 133250,44 manat həddində təmin olunub, belə olan halda İddiaçı qarşılıqlı iddianın qiymətinə uyğun olaraq 211,62 manat dövlət rusumu ödəməli idi. (390m+33,25m=423,25m: 2=211,62m) Kassasiya şikayətindən isə görünür ki, İddiaçı 117,90 manat dövlət rüsumu ödəyib. Qəbzdə də “xidmətin adı” qrafasında mötərizədə “iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda” qeyd edilib. Halbuki qarşılıqlı iddianın qiyməti 100.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə kassasiya şikayətinə görə də dövlət rüsumunun 50 faizi məbləğində dövlət rusimu ödənilməsi nəzə rə alınarsa, İddiaçı ödədiyi dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan azdır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Mülki Prosessual Məcəllənin 407.1.4-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Mülki Prosessual Məcəlləyə 3 saylı əlavəsinin 9-cu bəndində is ə göstərilib ki, kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir. Kassasiya şikayətindən görünür ki, ilk İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, özünün ilk iddiasının təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)4693/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3859/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hissə dəyişdirilmədən saxlanmışdır. Başqa sözlə, ilk iddianın təmin olunması ilə bağlı məsələ artıq həll edilib. Buna görə də həmin hissə artıq kassasiya baxışının predmetini təşkil edə bilməz. Təkrar apellyasiya baxışının predmeti yalnız qarşılıqlı iddia üzrə olub və həmin hissənin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıb. Belə olan halda, ilk iddianın təmin edilməsi barədə (kassasiya baxışının predmetini təşkil etməyən tələb üzrə) kassasiya şikayətində göstərilən tələb də düzgün ifadə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini Ali Məhkəməyə göndərərkən iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı tərəfindən qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilib-ödənilməməsinə, şikayətin forma və məzmun tələbinə əməl edilib-edilməməsinə diqqət y etirməyib. Mülki Prosessual Məcəllənin 408.1.1 və 408.1.3-cü maddələrinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsi nin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 407, 408.1.3 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı (vəkil X3) Bakı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2401/2025 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar