Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2143/2024 01.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1190/2024 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasın da xx.xx.2022-ci ildə CC/16608/88 saylı kredit sazişi bağlanmış, cavabdeh, Bankdan 48 ay müddətinə illik 23%-lə 14.000 manat kredit almışdır.
2. İddiaçı Bank cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulmasına istinad edərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CE/16608/88 saylı “Kredit müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 13.643,23 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.631,95 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə nin (dəbbənin) ödənilməsi məqsədi ilə 121,80 manat, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan illik 23 faiz dərəcəsi ilə 14.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və kredit borcuna hesablanacaq faizləri hissə-hissə və aybaay, 48 ay müddətində Banka qaytaracaq. Bank, “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi qismən i cra etmiş, borcun bir hissəsini Banka ödəsə də, qalan borcu ödəməmişdir. Nəticədə cavabdehin 13.643,23 manat məbləğində əsas kredit borcu, 1.631,95 manat məbləğində faiz borcu yaranmışdır. Bank, öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq “Kredit müqaviləsinin” şərtinə əsasən cavabdehə cərimə hesablamış və cavabdehin maddi vəziyyətini nəzərə alaraq cərimənin məbləğini 121,80 manat müəyyən etmişdir. Bank, yazılı qaydada cavabdehə müraciət edərək borcun ödənilməsini tələb etsə də, borc ödənilməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 137 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Bank, qeyd edilən məbləğlərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 13.643,23 manat əsas borc, 1.405,23 manat faiz borcu, 121,80 manat cərimə borcu olmaqla, ümumilikdə 15.170,26 manat məbləğində borcun alınaraq iddiaçı Banka verilməsi, iddiaçı Bank tərəfindən dövlət rüsumu kimi ödənilmiş 137 manatın 135 manatının cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsi, iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir.
6. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini tam olaraq yerinə yetirməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 443.1, 445.2, 448.1, 449.1, 739.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ilk aylar kredit ödənişlərini vaxtı-xatında ödəsə də, sonradan işini itirdiyi üçün Banka müraciət edərək kredit müddətinin artırılmasını xahiş etmiş, onun bu xahişindən imtina edilməmiş, əksinə bildirilmişdir ki, müraciətinə baxılacaq, müsbət rəy verildiyi halda kredit müddəti uzadılacaqdır. Lakin buna baxmayaraq cavabdehə əsassız yerə cərimə hesablanmış və borcunu birdəfəyə ödəməsi tələb edilmişdir. Bundan başqa, Bank tərəfindən cavabdehə əvvəlcədən xəbərdarlıq edilmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Xəbərdarlığın ç atdırılması barədə “Məleykə espress” şirkətinin xx.xx.2023-cü il tarixli qəbzində olan imza ona aid deyil. Bundan əlavə, Rayon Məhkəməsi tərəfindən çəkişmə prinsipi pozulmaqla cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmiş, onun iştirakı olmadan işə baxılmışdır. Nəticədə iş üçün vacib əhəmiyyəti olan hal, yəni kreditin üç ayının ödənişinin edilməsi, əlavə olaraq 1.000 manat pulun da ödənilməsi nəzərə alınmamışdır. Cavabdeh krediti 48 ay sonra ödəməli olduğu halda, kredit Bank tərəfindən vaxtından əvvəl tələb edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1190/2024 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov - sədrliyi və məruzəsi ilə, F.Talışınski və A.İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci inst ansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə qeyd etmişdir ki, mülki qanunvericilikdə və tərəflər arasında bağlanmış müqavilədə, cavabdehin işdən azad edilməsinin müqavilənin dəyişdirilməsinə, yaxud müqavilə üzrə borcun hesablanmasının dayanmasına səbəb olması ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Müqavilənin şərtlərinin dəyişdirilməsi iş materiallarından müəyyən edilmir.
12. Məhkəmə hesab etmişdir ki, borcun ödənilməsi barədə xəbərdarlıq cavabdehə çatıdrılmasa belə iddiaçı Bank iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli “Kredit sazişinin” 1-ci bəndinə əsasən, tərəflər təsdiq etmişlər ki, onların hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilm əsi əsasları və tərəflər arasında müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər Bankın xx.xx.2014-cü il tarixli “Müştərilərə Kreditləşmə və Xidmət Şərtləri” ilə müəyyən olunur. “Müştərilərə Kreditləşmə və Xidmət Şərtləri” bu sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur. 13. “Müştərilərə Kreditləşmə və Xidmət Şərtlərinin” 7.1.1-ci bəndinə əsasən, müştəri ödənişlərini müqavilədə göstərilən qaydada vaxtında və lazımınca icra etmədikdə Bankın kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ vardır.
14. Bank tərəfindən müqaviləyə xitam verilməsi barədə tələb irəli sürülməmişdir. “Müştərilərə Kreditləşmə və Xidmət Şərtlərində” isə borcun vaxtından əvvəl ödənilməsinin məhkəmə qaydasında tələb edilməsi üçün əvvəlcədən borcalana xəbərdarlıq edilməsi şərti nəzərdə tutulmamışdır.
15. Məhkəmə bildirmişdir ki, MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
16. İş materiallarından müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən məhkəmənin hazırlıq iclası barədə məlumatlar cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə ona təqdim edilmişdir. 1
7. Cavabdeh, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iştirak etmiş və vermiş olduğu izahatında iddia tələbini qəbul etdiyini, kreditin üç ayını bir ödədiyini, əlavə olaraq 1.000 manat ödəniş etdiyini, daha sonra işdən çıxdığı üçün ödənişi edə bilmədiyini bildirmişdir.
18. Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş xx.xx.2023- cü il tarixə saat 11:00-a məhkəmə baxışına təyin edilmiş və bu barədə məhkəmə bildirişinin kötüyünə imza etdirilməklə cavabdehə məlumat verilmişdir.
19. Lakin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə baxışında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə Rayon Məhkəməsinə hər hansı məlumat verməmişdir.
20. Bunu nəzərə almış Rayon Məhkəməsi işə onu n iştirakı olmadan baxmışdır.
21. Belə olan halda apelyasiya məhkəməsi hesab etmişdir ki, Rayon Məhkəməsi MPM-in “Məhkəmə baxışı” adlı 15-ci Fəslində nəzərdə tutulmuş prosessual normalara riayət etmiş və bu səbəbdən işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Qətnamə, çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilmişdir.
22. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, cavabdehin “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi tam deyil, qismən icra etməsi səbəbindən cavabdehin 13.643,23 manat məbləğində əsas kredit borcu və 1.631,95 manat məbləğində faiz borcu yaranmışdır.
23. Göstərilənləri və iddiaçı Bank, cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit sazişində” və onun ayrılmaz hissəsi olan Bankın xx.xx.2014-cü il tarixli “Müştə rilərə Kreditləşmə və Xidmət Şərtlərində” borcun ödənilməsinin gecikdirilməsinə görə kreditorun borcluya cərimə (dəbbə) hesablaması və hesablanmış cərimənin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulduğundan Məhkəmə hesab etmişdir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslı, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili isə əsassızdır.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 443.5, 470.1, 472.1, 472.2, 472.3, 477.0.4, 1306.1, MPM-nin 14.2, 77.1, 384.0.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, bank cavabdeh tərəfindən ona zərər vurulması barədə hər hansı bir sübutu təqdim etməmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi onun tərəfindən iddiaçıya (banka) bağlanmış müqaviləyə dəyişiklik edilməsi barədə müraciət etməyini, bankın məsul şəxsin ona razılıq verərək müqavilədə dəyişiklik edildiyini və bu haqda ona qısa zamanda məlumat verilməsinə dair təqdim etdiyi məlumata (sübuta) düzgün qiymət verməmiş, iddiaçı tərəfindən müqaviləyə dəyişiklik edilməsi barədə veridiyi məlumata riayət etməməsi ilə AR Mülki Məcəllənin 389, 390-cu və 6-cı maddələrinin tələblərini pozduğunu araşdırmamış, bu maddi hüquq normaları düzgün tətbiq etməmişdir.
28. Bakı Apellyasi ya Məhkəməsi əsassız olaraq hesab etmişdir ki, borcun ödənilməsi barədə xəbərdarlığın ona iddiaçı tərəfindən çatdırılmasa da, bankı kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ vardır. Onların iddiaçı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit sazişinin”də və “Müştərilərə Kreditləşmə və Xidmət Şərtləri”ndə göstərilmişdir ki, məhkəmə qaydasında borcun tələb edilməsi üçün əvvəlcədən borcalana xəbərdarlıq edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
32. Maddə 385.1. Borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur.
35. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
36. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
37. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq n ormaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh iddiaçı qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini tam olaraq yerinə yetirməmişdir. Belə olan halda iddianın qismən təmin olunması yuxarıda göstərilən maddi hüquq normalarına uyğun olmuşdur.
45. Belə ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götü rür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır (§ 35-36).
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
47. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1190/2024 nömrəli iş üzrə 6 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.