Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2144/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1, və nümayəndəsi, vəkil X1, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 və cavabdehlərin vəkili xxx oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə dair istifadə qaydalarının müəyyə n olunması” tələbinə dair ilkin və iddiaçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair idda ərizələri üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12296/2019 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və vəkilləri xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü mad dəsinə əsasən iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, istifadələrində olan ünvan 1 ünvanındakı 65 saylı mənzilin giriş qapısından sağda yerləşən zalın və zalın yanındakı yataq otağının iddiaçıların, habelə X4 istifadəsinə verilməsi, mətbəx, dəhliz və digər kommunal sahələrin ümumi istifadədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı qarşılıqlı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnam ə qəbul olunmasını xahiş etmişlər. Bakı şəhəri Nizami Rаyоn Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(007)291/2018 nömrəli qətnaməsi ilə (hakim E.A.Nuriyev) ilkin iddia tələblərinin təmin edilməsi, ünvan 2 evin 65 saylı mənzilinin giriş qapısından sağda yerləşən zalın və zalın yanındakı yataq otağının İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X4 istifadəsinə verilməsi, yardımçı sahələrin (mətbəx, dəhliz və s.) ümumi istifadədə saxlanılması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-2909/2019 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə cavabdehləri (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(102)5179/2019 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməklə iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12296 nömrəli qətnaməsi ilə (hakimlər E.M.Həsənov - sədrlik edən və məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) cavabdehlərin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-291/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi baxı şının predmeti olan hissədə, yəni “ünvan 2 evin 65 saylı mənzilinin giriş qapısından sağda yerləşən zalın və zalın yanındakı yataq otağının İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X4 istifadəsinə verilməsi, yardımçı sahələrin (mətbəx, dəhliz və s.) ümumi istifadədə saxlanılması” hissəsində ləğv edilmiş, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə dair istifadə qaydalarının müəyyən olunması” barədə ilkin iddia tələbləri qismən təmin olunaraq, ünvan 2 evin 65 saylı mənzilinin giriş qapısından solda yerləşən 16,20 kv.m. və 11,20 kv.m. ölçülü iki yataq otağının İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X4 istifadəsinə verilməsi, yardımçı sahələrin (mətbəx, dəhliz və s.) ümumi istifadədə saxlanılması və ilkin iddia tələbi qalan hissədə təmin olunm aması qət edilmişdir. İlkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və onların vəkili xxx oğlu kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12296/2019 nömrəli qətnaməsinin ləğv olunmasını və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki halları nəzərə almamış, prosessual və maddi hüquq normalarını pozmuşdur. Cavabdeh tərəf iddiaçıların mübahisəli mənzildən istifadə hüquqlarının olmasını qəbul edirlər. Lakin apellya siya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mənzildə faktiki olaraq 4 ailə yaşayır və məhkəmənin müəyyən etdiyi qaydada mənzilin yarısı 1 ailənin, ikinci yarısı isə 3 ailənin istifadəsinə verilmişdir. Məhkəmə iclasında Cavabdeh3 və cavabdehlərin vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 və onun vəkili X2 məhkəmə iclasında verdikləri izahatlarında, habeldə məhkəməyə ünvanladıqları kassasiya şikayətinə etirazda şikayətin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün saydı. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq xatırladır edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməklə, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş və apellyasiya instansiyası məhkəməsinin sonuncu baxışı nın predmetini yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil etmişdir. Odur ki, qarşılıqlı iddia üzrə qəbul edilmiş qətnamə hazırki kassasiya şikayətinin predmetini təşkil etmir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, Azərbaycan SSR-in Bakı şəhəri X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx xxxxx 1977-ci il tarixli 174222 №-li orderə əsasən X5 ünvan 3 65-ci 4 otaqlı mənzilinə özü, ailə üzvləri – Cavabdeh2, X6, X7, Cavabdeh1 və Cavabdeh3 olmaqla yaşayış hüququ verilmişdir. Hüseyn Kərimov xx xxxx 2016-cı il tarixdə vəfat etmiş və onun ölümündən sonra mənzilə dair yeni icarə müqaviləsi bağlanmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı1 xx xxxxxxxx 1993-cü il t arixdə Cavabdeh1la rəsmi nikaha daxil olmuş və həmin evə köçərək orada yaşamağa başlamış, nikahlarından xx xxxxxxxx 1993-cü il tarixdə xxx, xx xxxxxx 1995-ci il tarixdə xxx, xx xxxxxx 1998-ci il tarixdə xxx, xx xxxxxx 2002-ci il tarixdə xxx adlı övladları dünyaya gəlmişlər. İddiaçı1 və Cavabdeh1 nikahları Bakı şəhəri Nizami Rayon Məhkəməsininxx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Daha sonra iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 83 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx xxxxxx 2017-ci il tarixli arayışı ilə müəyyən olunmuşdur ki, İddiaçı1 2005-cı ildən, İddiaçı2 2005-cı ildən, İddiaçı3 2005-cı ildən, İddiaçı4 2005-cı ildən, X9 2005-ci ildən, Cavabde h1 1990-cı ildən, Cavabdeh2 1977-ci ildən, Cavabdeh3 1977-cı ildən sözügedən mənzildə qeydiyyatdadırlar; həmin MKİS-nin tərtib etdiyi sxemdən görünür ki, mənzil 1974-cü ildə tikilmiş, yaşayış sahəsi – 62,0 kv.m., ümumi sahəsi – 78,0 kv.m. olmaqla 4 otaqdan ibarətdir (3 yataq otağı, zal, mətbəx, hamam, tualet daxil olmaqla). Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 11768 №-li rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 4 saylı mənzilin təcrid mənzil şəklində ayrılması (bölünməsi) texniki cəhətdən mümkün deyildir. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyasının qərarındakı göstərişlərə uyğun olaraq mənzilin otaqlarının ölçüləri tərəflərin özlərinin iştirakları ilə dəqiqləşdirilmiş və müəyyən olunmuşdur ki, mənzilinin giriş qapısından sağda yerləş ən zalın ölçüsü 19,60 kv.m., zalın yanındakı yataq otağının ölçüsü 14,70 kv.m., giriş qapısından solda yerləşən iki yataq otağının ölçüləri isə 16,20 kv.m. və 11,20 kv.m. təşkil edir. Mənzilin 19,60 kv.m. ölçüsü olan zalında (qonaq otağı) hazırda Cavabdeh3 iki övladı ilə, 11,20 kv.m. ölçüsü olan yataq otağında Cavabdeh1, 14,70 kv.m. ölçüsü olan yataq otağında Cavabdeh2 yaşayırlar; mənzilin giriş qapısından solda yerləşən 16,20 kv.m. ölçülü yataq otağı isə ilkin iddiaçıların və yetkinlik yaşına çatmamış xxxnın (cəmi 5 nəfər) istifadəsindədir. Sənəm və Cavabdeh3lar apellyasiya instansiyası məhkəməsi iclasında verdikləri izahatlarında ilkin iddiaçıların hazırda yaşadıqları otağın, yəni giriş qapısından solda yerləşən 16,20 kv.m. ölçülü yataq otağının onların istifadəsinə verilməsinə etiraz etmədiklərini bildirmiş, bunun onlar üçün yetərli olduğunu irəli sürmüşlər. Apellyasiya instansiyası məhkəməsi isə işin müəyyən olunan hallarını, habelə Ali Məhkəmənin qərarında vurğulanan sosial ədalət prinsipini əsas götürərək belə qənaətə gəlmişdir ki, mənzilin giriş qapısından solda yerləşən 16,20 kv.m. və 11,20 kv.m. ölçülü iki yataq otağının İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X12 qızının istifadəsinə verilməsi daha məqsədəmüvafiq hesab olunmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının əx xxxxxxx 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisəli hüquq münasibətlərinin yarandığı döv rdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i.a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz. Azərbaycan Respublikası MPM-in 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 218.1ci maddəsinə əs asən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının ətraflı araşdırılmasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəlləni n 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhk əmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri mülahizələrdən ibarət olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsi nə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və vəkilləri xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12296/2019 nömrəli qətnaməsi verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(102)-2144/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2144/2020
08.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver