Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2147/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXXnun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-450/2018, hakim A.B.Əliyev) Ləğv p rosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması X1rşıiddiası qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 136.000 manat əsas borc, xx.xx.2014-cü il müqavilə bitən tarixə 8.342 manat faiz borcu, cəmi 144.342 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 30.000 ABŞ dolları əsas borc, xx.xx.2015-ci il tarixə müqavilə bitən tarixə 600 ABŞ dolları faiz borcu, cəmi 30.600 ABŞ dolları, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 28.200 avro əsas borc, xx.xx.2016-cı il tarixə müqavilə bitən tarixə 3.403 avro faiz borcu, cəmi 31.603 avro borcun ödəniş gününə manata olan məzənnəsi ilə cavabdehdən tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xx xx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-6629/2018, hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.N.İmanov) ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXXnun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018ci il tarixli qərarı ilə (iş № 2(102)-8319/2018, hakimlər A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və İ.K.Dəmirov) ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXXnun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarix li qətnaməsi ilə (iş № 2(103)-2701/2019, hakimlər Z.Ə.Əliyev, F.Ş.Talışinski, R.Ə.Eyvazov) ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXXnun apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə xx.xx.2014-cü il tarixli, xx.xx.2015-ci il tarixli xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə illik 5% məbləğlərinin tutulması tələblərinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdehdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2014-cü il tarixdən tələb edilən xx.xx.2017-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış 19.833 manat faiz borcu; xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2015-ci il tarixdən tələb edilən xx.xx.2017-ci il tarixədək əsas borca illik 5%-lə hesablan mış 3.500 (üç min beş yüz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) faiz borcu və xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2016cı il tarixdən tələb edilən xx.xx.2017-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış 1.997 avro (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) faiz borcunun tutularaq ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-5938/2019, hakimlər A.K. Kalbalıyev, V.Ə.İbayev və Ə.Ə.Əliyev) ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXXnun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borclarının tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-14138/2019, hakimlər T.S.Səmədov, İ.S.Şirinov, E.C.Kazımov) ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXXnun apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzr ə əsas və faiz borclarının tutulmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2017-ci il tarixdə ləğv prosesində olan “xxxx” ASC Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 136.000 manat əsas, 28.175 manat faiz borcu olmaqla, cəmi 164.175 manat borcun, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 254.940 ABŞ dolları əsas, 35.834 ABŞ dolları faiz borcu olmaqla, cəmi 290.774 ABŞ dolları borcun, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 30.000 ABŞ dolları əsas, 4.100 ABŞ dolları faiz borcu olmaqla, cəmi 34.100 ABŞ dolları borcun, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 28.200 avro əsas, 5.400 avro faiz borcu olmaqla, cəmi 33.600 avro borcunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Məhkəm ə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsası nı tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması təşkil edir. xx xxxx 2011-ci il tarixli kredit müqaviləsi əsasında “xxxx” ASC tərəfindən cavabdehə 6 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 254.939,45 ABŞ dolları məbləğində kredit verilmişdir. Göründüyü kimi, həmin müqavilə üzrə icra müddəti xx xxxxxxx 2011-ci il tarixdə bitmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə xx xxxxxx 2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən m üqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasib ətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Həmin qərara əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə tərəfındən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfınin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.2-ci maddəsi). Göründüyü kimi iddiaçı hazırki tələb üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüş, cavabdeh tərəfindən işə birinci instansiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bi lməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2147/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2147/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver