Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-215/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçının vəkili, Cavabdeh3 və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-213/2020 nömrəli iş üzrə 02 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 05 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında 19.08.2016-cı il tarixli kredit limiti ayrılması haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 84 ay müddətinə illik 30% olmaqla 300.000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin müqavilənin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında 31.08.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit limiti ayrılması haqqında müqavilənin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh 3 arasında 19.08.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan binanın qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı kredit limiti ayrılması haqqında müqavilənin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 30.08.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit limiti ayrılması haqqında müqavilə çərçivəsində İddiaçı ASC ilə Cavabdeh1 arasında 25.08.2016-cı il tarixli kredit sazişi bağlanmış və sazişə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 24 % olmaqla 120.000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit limiti ayrılması haqqında müqavilə çərçivəsində hə min tərəflər arasında 01.12.2016-cı il tarixli kredit sazişi bağlanmış və sazişə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 6 % olmaqla 15.000 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə H064KK16-H02716 saylı müqavilə üzrə 90251.08 manat əsas, 20139.62 manat faiz və 76311.41 manat cərimə və H122SF16-H02716 saylı müqavilə üzrə isə 10100.24 manat əsas, 132.78 manat faiz və 210.51 manat cərimə, cəmi 197145.64 manat borc və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh 3 məxsus olan ünvan digər Cavabdeh1 məxsus olan ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması, eyni zamanda həmin mənzil satıldıqdan sonra 1 ay ərzində oranı tərk etmədikdə cavabdehlər Cavabdeh3, X3, X1, Cavabdeh1 həmin mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) 29 avqust 2018-ci il tarixli 2(001)- 6368/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 90251,08 manat əsas borc, 20139,62 manat faiz borcu və 01.12.2016-cı il tarixli kredit sazişinə əsasən 10100.24 manat əsas borc, 132,78 manat faiz borcu, 50 manat cərimə olmaqla, ümumilikdə 120673,72 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutulmalı olan məbləğin X2 məxsus ünvan və Cavabdeh3 məxsus ünvan binanın qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin mənzil və qeyriyaşayış sahəsinin açıq hərracda satılması, əldə edilmiş vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, tutma yönəldilərək açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 həmin evdən çıxarılmaları və evin boşaldılması, qalan hissədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnaməsini Azərbayca n Respublikası Mülki Məcəlləsinin 739, 295, 317.1, 296.1, 467, İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun 34.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh1 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli 2(001)6368/2018 saylı qətnaməsindən apelyasiya şikayəti verərək bank tərəfindən artıq hesablanmış faiz və dəbbə pulunun silinməsini xahiş etmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli 2(001)- 6368/2018 saylı qətnaməsinin qismən ləğv edilərək və iddianın Cavabdeh1 mülkiyyətində olan ipotekaya tutma yönəldilməsi hissəsində də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məxsus əmlaklara d üzgün qiymət qoyulmamış və kredit ona ən yüksək faizlə verilmişdir. Əsas borcu ödəyə bilmədiyi halda əsassız olaraq ona faiz və dəbbə pulu hesablanmışdır. Məhkəmə isə bunu nəzərə almamışdır. Onun müqavilə ilə borcunu tam ödəməyə kifayət qədər vaxtı olduğu halda kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi başa düşülən deyil. Apelyasiya instansiyası məhkəməsindəki icraat Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 04 mart 2019-cu il tarixli 22491 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: 25 avqust 2016-cı il tarixli H064KK16-H02716 saylı kredit sazişi üzrə 25.08.2018-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 114051,56 manat: əsas borc üzrə 90251,06 manat, faiz borcu üzrə 23.800,50 manat. 01 dekabr 2016-cı i l tarixli H122SF16-H02716 saylı kredit sazişi üzrə 01.12.2019-cu il tarixə (müqavilə müddəti bitən tarixə) 11046,40 manat: əsas borc üzrə 10065,06 manat, faiz borcu üzrə 981,34 manat. “xxxx” MMC-nin 14 may 2019-cu il tarixli MB 12/650 saylı qiymətləndirmə hesabatına əsasən ünvan mənzilinin orta bazar qiyməti 35000 manat, ünvan binanın qeyri-yaşayış sahəsinin orta bazar qiyməti 150000 manat, ünvan mənzilinin orta bazar qiyməti 46000 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən, məruzəçi, Cahangir Yusifov və Vüsalə Baxışova) 02 iyun 2020-ci il tarixli, 2(103)-213/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6368/2018 saylı mülki iş üzr ə qəbul etdiyi 29 avqust 2018-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində dəyişdirilmiş, tutma digər ipoteka predmetləri ilə yanaşı Cavabdeh1 mülkiyyətində olan ünvan mənzilinə də yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, tutma yönəldilərək açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzil boşaldılması, ünvan mənzilinin ilkin satış qiyməti 35.000 manat, ünvan binanın qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 150.000 manat, ünvan mənzilinin ilkin satış qiymətinin 46.000 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsidə həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit sazişlərinin şərtlərini, kredit sazişlərinə aid ödəni ş cədvəllərini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışları, hesabdan çıxarışları, o cümlədən 04 mart 2019-cu il tarixli 22491 saylı ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 741, 462 və 467-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, faiz və cərimə borcuna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, Cavabdeh1 kredit sazişlərindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilələrdən yaranan borcun ipoteka predmeti olan əmlaka yönəldi lməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi isə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış ipoteka müqavilələri üzrə borcun ipoteka predmeti olan əmlaklara yönəldilməsi nəticəsinə gəlsə də, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə hüquqi qiymət verməmiş və bu barədə tələb olduğu təqdirdə həmin hissədə iddiaya münasibət bildirməmişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin hissədə də iddia təmin edilməlidir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ayrı-ayrılıqda kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2020-cu il tarixli, 2(103)-213/2020 saylı qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmiş lər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə birinci instansiya, nə də apelyasiya instansiyası məhkəməsində işə baxılarkən ona məlumat verilməyib. Bu səbəbdən məhkəmə iclaslarında iştirak etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ona çatdıqdan sonra iş barədə məlumatı olmuşdur. Cavabdeh1 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qərəzli mövqe göstərərək mühüm əhəmiyyəti olan faktiki halları tam araşdırmamışdır. Belə ki, iddiaçı onun mülkiyyətində olan ev və digər obyektlərə düzgün qiymət qoymamış, bununla da krediti ona ən yüksək faizlə vermişdir. Müqavilə ilə borcunu tam ödəməyə kifayət qədər vaxtı olmasına baxmayaraq, bank əsassız olaraq kredit müqaviləsinə xitam vermişdir. Əsas məbləği ödəməkdən boyun qaçırmır, lakin faiz və dəbbə pulu əsassız olaraq hesablanmışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415. 3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən b ir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyat a keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutu n məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən faiz, cərimə borcunun tutulması və ipoteka predmetlərinin qiymətləndirilməsi hissəsində mübahisələndirmiş, Cavabdeh3 kassasiya şikayətində isə yalnız prossesual hüquq normalarının pozulmasını mübahisələndirdiyindən kassasiya şikayətləri əsasında qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır. Kassasiya instansiyası məh kəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən et diyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ödənilməli olan kredit müqavilələri üzrə əsas borc və faiz məbləğləri, həmçinin ipotekanın satış qiyməti müvafiq ekspertizalar keçirilməklə müəyyən edilmiş, dəbbə pulu məhkəmə tərəfindən Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldılmışdır. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit müqavilələrinin şərtləri, həmçinin cavabdeh tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla, borc məbləği müəyyən edilmişdir. Cavabdeh kassasiya şikayətində göstərilən dəlilləri təsdiq edən heç bir sübuta istinad etməmişdir. Məhkəmə kollegiyası Cavabdeh3 kassasiy a şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətinin Cavabdeh3 məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlilləri iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh3 02.06.2020-ci il tarixli məhkəmə iclasında şəxsən iştirak etmiş, həmin məhkəmə iclasında cavabdehin apellyasiya şikayətinin dəlilləri və ekspert rəyi ilə razılaşdığını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfi ndən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-213/2020 nömrəli iş üzrə 02 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.