Məhkəmə qərarları › İş №2(102)-215/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-215/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-215/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, X3, Cavabdeh4 və X8 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina edilməsi, kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Orucov Ruslan Bahad oğlunun, Cavabdeh6 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-13/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra mətndə "xxxx" KB ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, X2, Cavabdeh4, X7 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi və sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasınd a bağlanmış 19.09.2014-cü il tarixli 48-1/14SU saylı və 20.11.2014-cü il tarixli 29mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə vaxtından əvvəl xitam verilməsi; Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 17.09.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.09.2014-cü il tarixli 48-1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 36.334,49 ABŞ dolları, faiz borcu üzrə 11.363,49 ABŞ dolları, cərimə borcu üzrə 27.669,49 ABŞ dolları, cəmi 75.367,47 ABŞ dolları; 20.11.2014-cü il tarixli 29mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2.995,75 AZN, faiz borcu üzrə 403,50 AZN, cəmi 3.399,25 AZN borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqı nda bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması; tələbin ipoteka predmeti olan Cavabdeh6 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 40 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 19.09.2014-cü il tarixli 48-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 75.367,47 ABŞ dolları, 20.11.2014-cü il tarixli 29mspSUM saylı əlavə kredit xətti müqaviləsi üzrə 3.399,25 AZN borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi 30 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi; ipoteka predmetinin ilkin satış qiy mətinin 62.000 (altmış iki min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 40 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh6 və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, X1, Cavabdeh4, X4, Sadiq Cahangirlinin, Aysun Cahangirlinin, İlahə Cahangirlinin, Fidan Cahangirlinin, Məhəmməd Cahangirlinin və Nəzrin Cahangirlinin çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Abıyev, iş № 2(060)-350/2017) iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19.09.2014-c ü il tarixi 48-1/14SU saylı və 20.11.2014-cü il tarixli 29mspSUM/14 saylı əlavə kredit xətti və kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 17.09.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.09.2014-cü il tarixli 48-1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 36.334,49 ABŞ dolları, faiz borcu üzrə 11.363,49 ABŞ dolları, cərimə borcu üzrə 1.000 ABŞ dolları, cəmi 48.697 (qırx səkkiz min altı yüz doxsan yeddi) ABŞ dolları 98 (doxsan səkkiz) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və 20.11.2014cü il tarixli 29mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2.995,75 AZN, faiz borcu üzrə 403,50 AZN, cəmi 3.399 (üç min üç yüz doxsan doqquz) manat 25 (iyirmi beş) qəpik məbləğində borcun İddiaçı xeyrinə tutulması, tutmanın ünvan 1a yerləşən 40 saylı mənzilə yönəldilməsi, ünvan 1a yerləşən 40 saylı mənzilin ilkin satış qiymətinin 62.000 (altmış iki min) manat müəyyən edilməsi, mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, mənzilin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 48.697 (qırx səkkiz min altı yüz doxsan yeddi) ABŞ dolları 98 (doxsan səkkiz) sent və 3.399 (üç min üç yüz doxsan doqquz) manat 25 (iyirmi beş) qəpik İddiaçınə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh6 qaytarılması, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və məhkəmə xərcləri kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov, iş № 2(105)-13/2021) iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin apellyasiya şikayəti təmin edilərək, Sumqayıt şəhər məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsinin qismən yaşayış sahəsindən çıxarılma, 20.11.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə borcun və 19.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən hesablanmış cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci m ikrorayonda yerləşən 65 saylı evin 40 saylı mənzilin likvid dəyərinin 50.000 (əlli min) manat müəyyən edilməsi, cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, X5, Cavabdeh4, X6 ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 40 saylı mənzili boşaldaraq, həmin yaşayış sahəsindən çıxarılmaları, cavabdehlərin apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh6 müştərək qaydada 500 (beş yüz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində cərimə borcunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, 20.11.2014-cü il tarixli 29 mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə isə borcun tutulması hissəsində iddia tələbini n rədd edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh6 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X9, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh6 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə bax arkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)13/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin ipotekaya yönəldilməsi hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh6 tərəfindən ərizə təqdim olunmuş və bununla əlaqədar olaraq kassasiya şikayətindən imtina edildiyini və kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. İddiaçının vəkili Orucov Ruslan Bahad oğlu kassasiya şikayətindən imtinanın qəbul edilməsi və kassasiya icraatına xitam verilm əsinə etiraz etmədiyini bildirmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 410.1-ci maddəsinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3-cü maddəsinə görə kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi AR MPM-in 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh6 tərəfindən məhkəməyə təqdim edilmiş kassasiya şikayətindən imtina barədə ərizə qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, imtina qəbul edilməli və Cavabdeh6 münasibətd ə kassasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 410 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh6 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)13/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətindən imtina qəbul olunsun və Cavabdeh6 münasibətdə işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar