Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2150/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X5 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-220/2023 nömrəli iş üzrə 09 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətlərinə 06 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 52300 manat məbləğində borcun və həmin pula görə ödədiyi 250 manat dövlət rüsumunun, Cavabdeh2 32800 manat məbləğində borcun və həmin pula görə ödədiyi 190 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun tanışıdır. Onlardan Cavabdeh2 2020-ci ilin dekabr ayında müraciət edərək ona təcili pul lazım olduğunu, həmin pulu ən geci 2 ay müddətində qayta racağını bildirmiş, o, cavabdehə inanaraq ona 37500 (otuz yeddi min beş yüz) manat məbləğində borc pul vermişdir. Lakin cavabdeh ona vəd etdiyi vaxtda aldığı pulu qaytarmamış və həmin aldığı puldan bu müddət ərzində cəmi 4200 manat ödəniş etmişdir. Cavabdeh2 hazırda ona 32800 (otuz iki min səkkiz yüz) manat borcu qalmışdır. Cavabdeh həmin pulu ondan alması barədə yazılı qəbz vermiş, həmin qəbzdə də ondan aldığı pulu digər Cavabdeh1 verdiyini qeyd etmişdir. Halbuki o, həmin pulu verərkən bu pulu digər cavabdehə verməsini bilməmiş, bunu Cavabdeh2 sonradan etiraf etməklə bu barədə iltizam da yazmışdır. Digər Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ona müraciət edərək 50300 (əlli min üç yüz) manat məbləğində borc pul götürmüş və həmin pul müqabilində 2 ədəd pul kartını girov qoymuşdur. Cavabdeh həm in pulu ondan götürərkən bildirmişdir ki, bu pulu 3 günlüyə götürür və bankdan pul götürən kimi aldığı bu pulu tam olaraq, ona olan digər borcunu isə hissə-hissə qaytaracaqdır. Cavabdeh bu puldan da qabaq ondan xx.xx.2021ci il tarixdə 2000 manat pul almış və həmin pulu da qaytarmamışdır. O, bu müddət ərzində dəfələrlə cavabdehlərə müraciət etmiş, həmin pulları istəmiş, lakin onlar müxtəlif bəhanələr gətirməklə ondan aldıqları pulları qaytarmamış, nəticədə onu ağır bir duruma salmışlar.
4. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, iddia iki nəfərə qarşı yönəlmişdir. Hər iki xanımın iltizamı var. Onlardan biri 2020-ci ilin dekabr ayında yazılıb və Cavabdeh2 aiddir. Orada qeyd olunmuşdur ki, iddiaçı Gülşənə 37500 manat borc pul vermiş, cavabdeh həmin puldan 4200 manatını qa ytarmış, qalan məbləğ qalmışdır. Digər qəbz Cavabdeh1 aiddir. Gülnarə xx.xx.2021-ci il tarixdə 50300 manat borc pul götürmüş, bunun müqabilində 2 ədəd kart girov qoymuşdur. Etiraf olunan 4200 manatdan başqa tərəflər iddiaçıya heç bir pul qaytarmamışlar. xx.xx.2021-ci il tarixdə 2000 manat götürmüşdür. Bununla bağlı da qəbz vardır. İş materiallarında olan disklər iddiaçıya xəbər verilmədən yazılmışdır. Onlar tərəfindən isə məhkəməyə tərəflərin mesajları və dəftər təqdim olunmuşdur. Whatsapp yazışmalarında Cavabdeh2 iddiaçıdan pul istəməsi məlum olur. Gülşən tərəfindən yazılmış dəftərdə onun iddiaçıdan aldığı 37500 manat pulu hansı məqsədlərlə istifadə etməsi qeyd olunmuşdur.
5. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gülnarəyə iki dəfə pul vermişdir. Birinci dəfə Gülşənə 3 9500 manat pul vermiş, o isə pulu Gülnarəyə çatdırmışdır. Pulu verdiyi tarixlər dəqiq yadında deyil, iltizamlarda qeyd olunmuşdur. Cavabdehlərə də dəfələrlə hesabatı aparmalı olduqlarını bildirmişdir. Niyyəti gəlir götürmək olmuşdur. Bütün məbləğ 50300 manatın içərisinə daxildir. Gülnarə ona bankdan pul götürərək borcu bağlayacağını bildirmişdir. Gülşənə verdiyi 39500 manatdan az-az olmaqla, cəmi 4200 manat ona qaytarılmışdır. Gülnarə tərəfindən isə ona 1000 manat pul qaytarılıb. Cavabdehlər iki dəfə pul qaytarmaq adı ilə evinə gəlmiş, lakin səsini yazdıqdan sonra getmişlər.
6. Cavabdeh1 izahatında bildirmişdir ki, o, iddiaçıya 200 manat pul vermiş, heç birini qeyd etməmişdir. Müxtəlif vaxtlarda 7000 manat, 4000 manat, dəfələrlə də 1000 manat olmaqla ödənişlər etmişdir. İddiaçı bir il on un kartından pul çıxarmışdır, bununla bağlı kamera görüntüləri də vardır. Bir il müddətinə 15%-lə, ikinci il isə 6%-lə iddiaçıya pul ödəmişdir. Onun Fəridəyə heç bir borcu yoxdur. Hətta Fəridənin ona borcu var.
7. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd olunur ki, iddiaçı Gülşən xanıma 2 ay müddətində qaytarmaq şərti ilə 37500 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında isə hissə-hissə 39500 manat pul verdiyini, həmin puldan ona 4200 qaytarıldığını bildirmişdir. Bu məbləğ çıxılanda belə 37500 manat etmir. İddiaçı iddia ərizəsini imzalasa da, orada yazılanlardan xəbərdar deyildir. Əgər Gülşən xanımın vasitəsi ilə verilən və 2 ay sonra qaytarılmalı olan pul qaytarılmırdısa, daha sonra 2021-ci ildə 2000 manat, 50300 manat pul verilməsi nə qədər düzgündür? İki ədəd kart girov qoyulmuşdur. Gülnarə xanımın yoldaşına məxsus kartdan hər ay 460 manat, digər kartdan isə 130 manat pul çıxarılıb. Ümumi məbləğ 37500 manatdır, iddiaçı isə əsassız varlanmaq niyyəti ilə 85000 manata yaxın pul tələb edir. İddiaçının əsassız varlanmaq niyyətinin nəzərə alınaraq məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Cavabdeh2 izahatında bildirmişdir ki, 2020-ci ilin may ayında Gülnarəyə pul lazım idi. Fəridə xanım isə faizə pul vermiş, ailəvi dostdurlar, münasibətləri yaxşı olmuşdur. Yoldaşı 10 ildir ki, xəstədir. Nə vaxt pula ehtiyacı olsa, Fəridədən istəmiş, faizə olsa belə həmişə ona kömək etmişdir. Bir dəfə ona 200 manat pulu faizsiz vermişdir. Pandemiya dövrü olduğundan Fəridə ona Gülnarəni evinə gəti rməməsini bildirmiş, pulu Fəridədən götürərək Gülnarəyə vermişdir. Fəridə ona bildirmişdir ki, birdən onlardan hansısa biri virusdan ölər. Buna görə də 1 ildən sonra iddiaçı onu aldadaraq qəbz yazdırmışdır. Fəridə pulu ona vermiş, o da aparıb Gülnarəyə çatdırmışdır. Kasıb adamdır, o qədər yüksək məbləğdə pulu götürə bilməz.
9. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, Konstitusiya Məhkəməsinin qərarına əsasən hər hansı borc müqaviləsi hətta notarial qaydada təsdiq olunsa belə, məhkəmə həmin müqaviləyə formal yanaşmamalı, müqavilənin etibarlılığını yoxlamalıdır. İş materiallarında qəbzlər olmasına baxmayaraq həmin qəbzlər etibarlı deyildir. Sonradan üzərində düzəliş olunmuş qəbzlər vardır. İddiaçının məhkəmə iclasında heç bir sualı şəxsən cavablandırmamasına da məhk əmə tərəfindən qiymət verilməlidir. İddia tələbi etibarlı əqdə əsaslanmır. Tərəflər arasında faiz münasibətləri olmuşdur. Ötən məhkəmə iclaslarında və audio yazılarda 15%- lə faizə pul verdiyini, daha sonra 6%-lə hesabladığını bildirmişdir. 50 manat hörmət edilməsi məsələsi də ağ yalandır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinn rədd olunması barədə qətnamə qəbul edilməsini, həmçinin qanunsuz olaraq bank-kredit təşkilatının funksiyaları yerinə yetirdiyinə görə iddiaçı barəsində xüsusi qərardad çıxarılaraq cinayət işinin başlanmasını xahiş etdi.\ 10. 01.12.2020-ci il tarixli əlyazma qəbzindən görünür ki, Cavabdeh2 İddiaçı 37500 (otuz yeddi min beş yüz) manat pul borc götürüb Cavabdeh1 vermişdir. Qəbzdəki xx.xx.2021-ci il tarixli qeyddən görünür ki, bu puldan Gülnarə 2500 (iki min b eş yüz), 2800 (iki min səkkiz yüz) və 1400 (min dörd yüz) manat qaytarmışdır. 11. xx.xx.2021-ci il tarixli əlyazma qəbzindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə İddiaçı 2000 (iki min) manat pul almış, xx.xx.2021-ci il tarixdə pulu qaytaracağını bildirmişdir. 12. xx.xx.2021-ci il tarixli əlyazma qəbzindən görünür ki, Cavabdeh1 İddiaçı 50300 (əlli min üç yüz) manat borc götürmüş, buna görə iki kart girov qoymuşdur. Bankdan pul götürdüyünə görə pulu 3 günlüyə götürmüşdür. Bankdan götürdüyü pulu verdikdən sonra qalan pulu hissə-hissə qaytaracaqdır.
13. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 avqust 2022-ci il tarixli, 2(060)-3471/2022 saylı qətnaməsi ilə (hakim Aynur Behbudova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 46300 (qırx altı min üç yüz) manat borc və 340 (üç yüz qırx) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, borclu Cavabdeh1 və Cavabdeh2 pul ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdehlər tərəfindən yerinə yetirilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinin qismən etiraf etmələri ilə bağlı onların özləri tərəfindən məhkəmə mübahisəsindən əvvəl yazılaraq, məhkəməyə təqdim etdikləri video disklərdə imza etdikləri iltizamları, etirafları ilə təsdiq olunduğu üçün məhkəmən in iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Ona görə də iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 337.1, 337.5, 385.1, 425.1, 445.2.1, 442, 448.1, 739 və 1091-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 119.1, 124.1, 191.3, 217.1, 217.3 və 217.4-cü madələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı X6 qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-3471/2022 saylı qətnaməsininin iddia tələbinin rədd edilməsi hissəsində ləğv olunaraq iddia tələbinin bütünlüklə təmin olunması, Cavabdeh1 52300 manat məbləğində borcun və həmin pula görə köçürdüyü 250 manat dövlət rüsumunun, Cavabdeh2 32800 manat məbləğində borcun və həmin borca görə ödədiyi 190 manat dövlət rüsumunun və apellyasiya şikayətinə görə köçürdüyü 220 manat dövlət rüsumunun onlardan alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edən məhkəmə sübutların qiymətləndirilməsində prosessual normanın pozuntusuna yol vermiş və iş üzrə yetrincə mötəbər sübutların olmasına baxmayaraq qarşı tərəfin özünün istədiyi hesablama əsasında onun xəbri və razılığı olmadan disk yazısı zamanı hesabadığı və ona olan borcun yarısını təşkil edən bir məbələğin cavabdehlərdən müştərək qaydada tutulmalı olmasına dair qətnamə çıxarmışdır. İşdə hər iki tərəfin öz xətti ilə yazdıqları əl yazmaları vardır və həmin əlyazmalardan aydın olur ki, hansı cavabdeh ondan hansı məbləğdə pul almışdır. Eyni zamanda qaytarılan vəsait həmin məbləğindən çıxılmış və hər bir cavabdehin borcunu sübut edən mötəbər dəlil vardır. Lakin buna baxmayaraq cavabdehlər borcu qaytarmaq istəmirlər. Məhkəmə cavabdehlərin yalan ifadə verməklə hətta rəsmi yazdıqları iltizamla götürdükləri pulu belə inkar etmələrinə və guya həmin pulu da qaytarmalarına dair izahatlarına əsasən onların qeyri-səmimi olmalarını nəzərə alaraq onun iddia tələbini təmin etməli olduğu halda qismən təmin etmiş və bununla da təqdim edilmiş mötəbər sübutla təsdiq edilmiş məbləğ təmin edilməmişdir.
18. Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-3471/2022 saylı qətnaməsinin in qismən, yəni Cavabdeh2 aid hissədə ləğv edilərək, ona aid hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlərin hər birini ayrı-ayrılıqda imzalatdığı qəbzlərin etibarlı olması nəticəsinə gəlsə də təqdim edilmiş CD diskdə olan səsyazma əsasında 46300 manat məbləğində borcun olması nəticəsinə gəlmiş və iddianı bu həddə təmin etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin səsyazma məhkəmə iclasında tədqiq olunmamışdır. Məhkəmə tərəfindən tərəflərin təqdim etdikləri sübutlar tədqiq edilərkən müəyyən edilmişdir ki, tərəflər arasında müxtəlif vaxtlarda borc pul öhdəliyinin olması, həmin öhdəliyin məhz Cavabdeh2 vasitəsi ilə İddiaçı tərəfindən verilməsi işin mübahisəsiz halıd ır. Bundan əlavə cavabdeh tərəfindən təqdim olunmuş disklər tədqiq edilərkən məhkəmə Cavabdeh1, Cavabdeh2, İddiaçı birlikdə borc məbləğinin hesablanması, həmin məbləğin qaytarılması, ən əsası isə Cavabdeh1 İddiaçı 46300 manat məbləğində borcu olduğunu etiraf etməsi müəyyən edilmişdir. Lakin məhkəmənin qeyd edilənlərə baxmayaraq məbləğin müştərək qaydada tutulmasına dair gəldiyi nəticə əsassızdır.
20. Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-3471/2022 saylı qətnaməsininin qismən, yəni Cavabdeh1 aid hissədə ləğv edilərək, iş üzrə iddia tələbinin ona aid hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi əsassız və qan unsuz nəticə ilə razılaşmır. İş üzrə iddiaçı hüquqdan sui-istifadə edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və cavabdehdən əsassız olaraq pul tələb etmişdir. Məhkəmə isə iddiaçının qanunsuz və əsassız iddia tələbini təmin etmişdir. Məhkəmə iddia tələbini təmin edərkən iş materiallarında olan qəbzlərə əsaslanmışdır. Konstitusiya Məhkəməsinin qərarına əsasən hər hansı borc müqaviləsi hətta notarial qaydada təsdiq olunsa belə, məhkəmə həmin müqaviləyə formal yanaşmamalı, müqavilənin etibarlılığını yoxlamalıdır. İş materiallarında qəbzlər olmasına baxmayaraq həmin qəbzlər etibarlı deyildir. Sonradan üzərində düzəliş olunmuş qəbzlər vardır. İddia tələbi etibarlı əqdə əsaslanmır. Tərəflər arasında faiz münasibəti olmuşdur. İddiaçı məhkəmə iclaslarında və audio yazılarda 15 faizlə pul verdiyini, daha sonra 6 faizlə hesabladığını bildirmişdir. Məhkəmənin gəldiyi əsassız nəticəyə görə iddiaçı əsassız olaraq varlanmış, cavabdeh isə qanunsuz və əsassız olaraq maddi ziyana düşmüşdür
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, cavabdehlərin apellyasiya şikayətlərini qəbul etməyərək göstərmişdir ki, birinci dəfə Cavabdeh2 2000 manat pul vermiş, o da üstündə 50 manat pul vermişdir. Bundan sonra ona hissə-hissə, bir neçə ay ərzində cəmi 39500 manat pul vermiş, qaytarılan pulları borc məbləğindən çıxmışdır. Gülşən əvvəlcə pulları Cavabdeh1 verdiyini deməmiş, sonradan o, pullarını istəyəndə etiraf edib Hər dəfə pulu gətirib verəndə üstündə əlavə pul verirdi. Gülşən ondan aldığı pulları başqa şəxsə verdiyini etiraf et dikdən sonra həmin şəxsi onun yanına gətirməsini demiş və bundan sonra Gülnarəni tanımışdır. O, 39500 manatdan əlavə Gülşənə Gülnarəyə verməsi üçün pul verməyib. Gülşənə verdiyi 39500 manatdan sonra Gülnarə xanıma 17500 manat pulu şəxsən verib ki, evini bankdan girovdan azad etsin və onun borcunu qaytarsın. Həmin puldan Gülnarə 1000 manatını qaytarıb və 16500 manat borc qalıb. Daha sonra qeyd etdi ki, 37500 manatı Gülşənə, 17500 manatı Gülnarəyə verib. Həmin 37500 manat Gülşən xanımın vasitəsilə Gülnarə xanıma verilib və ondan tələb etdiyi 50300 manatın içindədir. Borcunu ala bilmədiyi üçün deyə ikisinə də ayrı-ayrılıqda qəbz yazdırıb. Gülnarəyə ümumi məbləğə qəbz yazdırıb. İndi Gülşəndən 37500 manat, Gülnarədən 17500 manat tələb edir. Gülşəndən 37500 manatı ona görə istəyir ki, pulu ona v erib, o isə aparıb Gülnarəyə verib. Eləcə də qeyd etdi ki, o, Gülşənə pulu 6 faiz ödəmək şərti ilə vermiş, Gülşənin ona verdiyi pulu Gülnarəyə 15 faizlə verdiyini sonradan bilmişdir. Hesablamaları nəticəsində məlum oldu ki, 46300 manat borc qalıb.
23. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, iddiaçını və digər cavabdehi çoxdan tanıyır, İddiaçı qızıl alverçisidir və sələmə pul verdiyini ona bildirmişdi. O, iddiaçıdan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 37500 manat hissə-hissə pul alıb Cavabdeh1 verib. İlk dəfə pul 15 faizlə verilib, 2020-ci ilin dekabrında Gülnarə pulu ödəyə bilmədiyindən faiz 6-ya endirilib. O, Fəridədən borc pul götürürdü. Fəridə ona dedi ki, pande miya şəraitində pulu əlində qalıb, ona faizə borc verməyə adam tapım. Gülnarə də ona bildirirdi ki, oğlu onkoloji xəstədir, kimyaterapiyalar qəbul etməlidir, ona pul lazımdır. Bu səbəbdən Fəridə ilə Gülnarəni tanış etdi. Həmin pullardan, 2000 manat 2 aydan sonra dərhal qaytarılıb, 7000 manat bir verilib, 4200 manatın qaytarılmasını iddiaçı özü etiraf edir, hər ayın birinci günü 810 manat pul aparıb verirdilər, bu minvalla 7 ay pul verib. Gülnarə 450, 150, 100, 100 manat olmaqla Fəridəyə verməsi üçün ona 800 manat da pul verib. Pulu Gülnarə ilə birlikdə aparırdılar, pandemiyaya o, içəri tək daxil olub pulu verirdi. Onun yanında Gülnarə Fəridəyə 1400 manat pul verib. Bundan sonra birlikdə hesablamalarına görə Cavabdeh1 İddiaçı 46300 manat borcu var. Eləcə də göstərdi ki, borcun qarantı kim i onlar iddiaçıya bank kartı vermişlər. Onun və ərinin kartından ayda 570, Gülnarənin ərinin kartından ayda 460 manat, Gülnarənin öz kartından ayda 130 manat çıxarıb. Borc Gülnarənin olsa da dost olduqları üçün o, öz kartını da iddiaçıya vermişdi. Onun kartından çıxan pulları Gülnarə ona qaytarırdı. Daha sonra qeyd etdi ki, onun iddiaçıya borcu yoxdur.
24. Məhkəmə iclasında Cavabdeh2 nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, məhkəmə səsyazmalara istinad edərək borc məbləğini müəyyən etsə də, borcu müştərək qaydada tutmaqla qənaətbəxş olmayan nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək qey etmişdir ki, Gülşən vasitəsilə iddiaçıdan birinci 15 faizlə 2000 manat pul götürmüş, 1 aydan sonra borcu qaytarmış, 300 manat da faiz olmaqla cəmi 2300 manat ödəyib. Bundan sonra müxtəlif vaxtlarda aldığı borc cəmi borcu 37500 manatdır, əlavə 17500 manat almamışdır. Həmin pul ona 1 il ərzində hissə-hissə 15 faizlə verilib. Həmin pulun hamısını qaytarıb. Onların üçünün də imzaladığı sənəd var ki, o, bütün borcu qaytarıb. 1 il 5 ay ərzində 2360 manat faiz borcu ödəyib, Gülşən aparıb pulu verirdi. 15 faizdən ödəniş edəndə İddiaçı tanımırdı. Faiz 6 olandan sonra Gülşənlə o da gedib. Eləcə də göstərdi ki, 50300 manat borcu olmasına dair qəbzi axşam işə gedəndə tələsik yazıb, imza onundur. Fəridəyə dedi ki, 15 faiz ödəməyə gücü çatmır, 6 faizə endirsin. Onda aydın oldu ki, Gülşən özü pulu ona 1 5 faizlə verib. Fəridə dedi ki, o pulu 15 yox 6 fazilə verib. 37500 manatı ona Gülşən xanım vermişdi, o, əvvəllər Fəridəni tanımırdı. Bir daha qeyd edir ki, onun iddiaçıya borcu yoxdur.
26. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-220/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X2 (sədrlik edən və məruzəçi), X7 və X8) İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-3471/2022 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 29800 (iyirmi doqquz min səkkiz yüz) manat, Cavabdeh1 16500 (on altı min beş yüz) manat pulun, 340 (üç yüz qırx) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsalandırmışdır ki, hər iki tərəfin təqdim etdiyi disklərdən məlum olur ki, cavabdehlərin iddiaçıya cəmi borcu 46300 manat təşkil edir. Eləcə də məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh1 ona hazırda 16500 manat borcu olduğunu bildirdi.
28. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. B elə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 337.1, 337.5, 385.1, 442, 445.2.1, 448.1, 739 və 1091-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.3, 77.1, 88, 119.1, 217.3 və 217.4-cü madələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şika yətinin dəlilləri
30. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosessual səhvə yol verərək, diskdə müəyyən olunanları tam tədqiq etməmiş, "ümumi borc" anlayışından istifadə etmişdir. Halbuki, həmin diskdə olan səs yazmasında heç bir ümumi borcdan söhbət getmir. Həmin səsyazmanın məzmunundan görünür ki, Cavabdeh1 digər Cavabdeh2 və İddiaçı iştirakı ilə İddiaçı 46300 manat məbləğində borcu olduğunu etiraf edir.
32. Həmçinin qeyd edilmişdir ki, məhkəmə kollegiyasının gəldiyi nəticə iş üzrə mövcud olan sübutlara ziddir. Belə ki, həm birinci, həm də apellyasiya in stansiyası məhkəməsinin iclasında tərəflərin hər üçünün həm iddiaçının, həm də cavabdehlərin izahatlarından görünür ki, Cavabdeh2 İddiaçı pulu məhz Cavabdeh1 üçün almış, İddiaçı bundan məlumatı olmuşdur. Hətta Cavabdeh1 həmin pulları Cavabdeh2 alması barədə sadə yazılı formalı qəbz vermişdir. İşin bu halı mübahisəsiz haldır. Çünki, məhkəmə kollegiyası özü də bu hala, "Cavabdeh2 İddiaçı borc aldığı pulu Cavabdeh1 verdiyini və sonuncunun da bunu etiraf etməsinə baxmayaraq" şəklində qiymət vermişdir. Lakin guya İddiaçı bundan xəbərsiz olması barədə məhkəmənin gəlmiş olduğu nəticə tamamilə əsassız və yanlışdır. Belə ki, məhkəmə kollegiyasını qətnaməsinin 4-cü səhifəsindəki İddiaçı izahatına diqqət yetirdikdə görürük ki, sonuncu özü də bundan məlumatlı olduğunu etiraf edibdir: " Gülşən əvvəlcə pulları Cavabdeh1 verdiyini deməmiş, sonradan o, pullarını istəyəndə etiraf edib. Hər dəfə pulu gətirib verəndə üstündə əlavə pul verirdi. Gülşən ondan aldığı pulları başqa şəxsə verdiyini etiraf etdikdən sonra həmin şəxsi onun yanına gətirməsini demiş və bundan sonra Gülnarəni tanımışdır". Göründüyü kimi, iddiaçının özü də etiraf edir ki, Gülşən ondan pulları Gülnarəyə vermək üçün aldığını bilmişdir. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi dəftərdəki yazıların məzmunundan da aydın olur ki, iddiaçı pulların Gülnarəyə verilməsindən xəbərdar idi. Borc pulun Gülşənin vasitəsilə Gülnarəyə verilməsini, bunu tərəflərin hər üçünün etiraf etməsini, Gülnarənin bu barədə yazılı iltizam verməsini, tərəflərin hər üçün arasında olan borcla bağlı söhbətin səsyazmasında Gülnarənin Fəridəyə 46300 manat borcu olmasını etiraf etməsinə baxmayaraq məhkəmənin həmin məbləği ümumi borc hesab etməsi tamamilə qanunsuz və əsassızdır. Həmin səsyazmadakı danışıqlar məhkəmədə iddia qaldırıldıqdan sonra baş veribdir, bu zaman iddiaçının 46300 deyil, 90 min manata yaxın iddia qaldırması onun öz prosesual hüquqlarında nə dərəcədə vicdanlılıqla istifadə etməsinin göstəricisidir.
33. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin edəkən iş materillarında olan qəbzlərə əsaslanmışdır. Konstitusiya Məhkəməsinin qərarına əsasən hər hansı borc müqaviləsi hətt a notarial qaydada təsdiq olunsa belə, məhkəmə həmin müqaviləyə formal yanaşmamalı, müqavilənin etibarlılığını yoxlamalıdır. İş materiallarında qəbzlər olmasına baxmayaraq həmin qəbzlər etibarlı deyildir. Sonradan üzərində düzəliş olunmuş qəbzlər vardır. İddiaçının məhkəmə iclasında heç bir sualı şəxsən cavablandırmamasına da məhkəmə tərəfindən qiymət verilməmişdir. İddia tələbi etibarlı əqdə əsaslanmır. Tərəflər arasında faiz münasibətləri olmuşdur. İddiaçı məhkəmə iclaslarında və audio yazılarda 15%-lə faizə pul verdiyini, daha sonra 6%-lə hesabladığını bildirmişdir. Bundan əlavə iddiaçı qanunsuz olaraq bank-kredit təşkilatının funksiyaları yerinə yetirir. Lakin məhkəmə həmin şəxsin barəsində xüsusi qərardad çıxarmamışdır. Məhkəmənin gəldiyi əsassız nəticəyə görə iddiaçı əsassız olaraq v arlanmış cavabdeh isə qanunsuz və əsassız olaraq maddi ziyana düşmüşdür. Məhkəmə işdə olan səs yazılarına səthi yanaşmış, həmin səs yazılarına düzgün qiymət verməmişdir. Məhkəmə mülki işi obyektiv araşdırmamış, ümumiyyətlə araşdırmağa cəhd belə etməmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, guya cavabdehə Cavabdeh1 16500 manat borc verib. Əslində isə iddiaçı cavabdehə 16500 manat borc verməyib. Cavabdeh məhkəmə iclasında buna etirazını bildirmişdir. Lakin məhkəmə iddiaçının etirafına əsasən belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıya 16500 manat borcu var. Məhkəmə belə nəticəyə gəlib ki, hər iki cavabdehin ümumi borcu 46300 manatdır. Həmin borcun 16500 manatını Cavabdeh1, 29800 manatını isə Cavabdeh2 tutmuşdur. Cavabdeh2 məhkəmə iclasında etiraf etmişdir ki, Cavabdeh1 30000 manata yaxın pul alıb iddiaçıya qaytarıb. Belə olan halda Cavabdeh1 cavabdehə heç bir borcu qalmır. Bundan əlavə iddiaçı bildirir ki, cavabdehə 16500 manatı ayrıca olaraq verib. Bu barədə isə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyib. İşdən görünür ki, iddiaçı hüquqdan sui-istifadə edən şəxsdir. Belə ki, o, yalan oluğunu biləbilə ilk olaraq Cavabdeh1 52300 manat, digər Cavabdeh2 isə 32800 manat pul tələb edib. Məhkəmə gedişatında isə müəyyən olunmuşdur ki, əslində iki qəbz mövcud olsa da, borc iddiaçının tələb etdiyi məbləğdə deyil. Yəni iddiaçı səmimi olmamış və hüquqdan sui-istifadə etmək niyyətində olmuşdur. Hüquqdan sui-istifadə isə yolverilməzdir.
35. Cavabdeh2 pulun onun tərəfindən götürülərək Cavabdeh1 verməsini və pulun faizləri ilə birlikdə tam şəkildə elə onun vasitəsi lə də qaytarıldığını məhkəmə iclasında etiraf etmişdir. Yəni məhkəmə iclasında bu hal öz təsdiqini tapmışdır. Cavabdeh1 öz öhdəliyini Cavabdeh2 vasitəsilə tam olaraq icra etmişdir. Əgər məhkəmə borcun qaldığını müəyyən etsəydi belə həmin məbləği digər cavabdehdən tutmalı idi. Çünki həmin şəxs pulun onun vasitəsilə tam şəkildə qaytarıldığını etiraf etmişdir. Lakin məhkəmə bu hala da düzgün qiymət verməmişdir.
36. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq etməklə və lazımi əsaslandırılmadan qəbul edilmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. İddiaçı kassasiya şik ayətlərinə qarşı etiraz verərək, kassasiya şikayətlərinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
39. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pu lla ödəməlidir.
40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müva fiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
43. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
44. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 45. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakç ı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 46. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 47. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 48. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 407.2. Kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 418.3. Prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətl ərində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayəti dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
63. Məhkəmə kollegiyası həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
64. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 Dəryaqulu qızı və Cavabdeh2 tərəfi ndən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-220/2023 nömrəli iş üzrə 09 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.