Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2150/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi, əqdin hüquqi nəticəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1146/2024 nömrəli 19 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti ü zrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-19/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2016-cı il tarixli 1(104)04/2016 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-19/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 1(102)-1816/2017 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 31 mart 2016-cı il tarixli qərarı məhkum Cavabdeh1n aid hissədə dəyişdirilmiş, Cavabdeh1 İddiaçı 54000 manat məbləğində pul vəsaitini ələ keçirib xeyrinə heç bir hərəkət etmədən dələduzluq etmə ilə bağlı müddəalar məhkumun təqsirliliyi sübuta yetirilmədiyindən ümumi ittihamdan xaric edilmiş, Cavabdeh1 əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.3-cü maddələrinə tövsif edilərək ona həmin maddələr ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir;
3. İddiaçı tərəfindən Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış ərizədə göstərilmişdir ki, təqsirlən dirilən şəxslər Cavabdeh2 və Cavabdeh1 ona verəcəkləri 100000 manat barəsində onlardan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə 46000 manat maddi zərərin, 20700 manat illik 5 faiz olmaqla hesablanmış məbləğin və 10000 manat mənəvi zərərin, cəmi olaraq 76700 manat pulun, Cavabdeh2 onun xeyrinə 54000 manat maddi zərərin, 24300 manat illik 5 faiz olmaqla hesablanmış məbləğin, cəmi olaraq 78300 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1 aprel 2015-ci il tarixli 1(088)-19/2015 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq 8 il və 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. 2013-cü ilin aprel ayında özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2003-cü ildən tanıdığı Cavabdeh2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncu ilə tanışlıq münasibətlərində olan X1 25 mart 2013-cü il tarixdə onun tərəfindən 600000 manat məbləğində pul vəsaitinin ələ keçirilməsi barədə Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət etməsindən sonra, Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun icraatında olan cinayət işləri üzrə mütəx əssis qismində cəlb edilməsi ilə əlaqədar həmin rayonun polis idarəsi və bölmələrində ibtidai istintaq və təhqiqat üzərində prosessual rəhbərliyi həyata keçirən prokuror və prokuror müavinin şəxsən tanımasından sui-istifadə edib 12 aprel 2013-cü il tarixdə “Gənclik” metrostansiyasının yaxınlığında Cavabdeh2la birlikdə onun “Range Rover” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomaşınında sonuncu ilə X2 iştirakı ilə görüşərək özünü Nərimanov rayon prokurorunun müavininin qaynı kimi təqdim edib faktiki hər hansı imkana malik olmadığı halda əlaqələrindən istifadə etməklə 100000 manat müqabilində araşdırma materialı üzrə cinayət işinin başlanmamasını və Ramazan Səlimova vurulması iddia olunan ziyanın məbləğinin 300000 manat həcmində müəyyən edilməsini təmin edəcəyini vəd edib başqa şəxs ə rüşvət verəcəyi adı ilə onu inandırmaqla həmin gün Cavabdeh2la birgə ondan 46000 manat, 23 aprel 2013-cü il tarixdə isə Cavabdeh2 təklikdə 54000 manat məbləğində pul vəsaitlərini alması ilə, ümumilikdə onun 100000 manat məbləğində külli miqdarda pul vəsaitini ələ keçirib xeyrinə heç bir hərəkət etmədən dələduzluq etmişlər. Həmin cinayət işi üzrə başqa bir epizod üzrə o, özü də cinayət məsuliyyətinə cəlb edilmişdir. İbtidai istintaq dövründə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, cavabdehlər barəsində isə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı dövründə hazırkı iş üzrə o və cavabdehlər razılığa gəlmişlər ki, o, notarial qaydada şikayətinin olmaması barədə ərizə yazıb məhkəməyə təqdim etsin ki, cavabdehlər azadlıqdan məhrum etmə ilə bağlı olmay an cəza ala bilsinlər. Onlar azadlıqda qaldıqdan sonra ona pulu ödəyəcəklərinə vəd etmişlər. Lakin məhkəmənin hökmü ilə həm o, həm də cavabdehlər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. O, 2020-ci ilin aprel ayında azadlığa çıxdıqdan sonra öz pul vəsaitini cavabdehlərdən tələb etsə də, cavabdehlər bundan boyun qaçırmışlar.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, o İddiaçı çoxdan tanımış və onunla dostluq münasibətində olmuşdur. O yalnız vasitəçilik etmiş və sonradan həmin 100000 manat pul vəsaiti onun dostları və tanışları tərəfindən yığılaraq İddiaçı geri qaytarılmışdır. Buna görə də o məhkəmə dövründə ərizə verərək heç bir şikayətinin və tələbinin olmaması barədə məhkəməyə ərizə vermişdir.
7. Məhkəmə iclasında iştirak edən C avabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının 100000 manat pulunun Cavabdeh2 verilməsində onunla bağlı heç bir səbəbli əlaqəsi yoxdur. Hökmdən də aydın olur ki, Cavabdeh2 İddiaçılə əvvəlcədən 46000 manat pulun verilməsi barədə razılaşmış və pulu İddiaçı Cavabdeh2 verilməsində o, iştirak etmiş və epizoda görə ona ittiham verilmişdir. Bundan başqa, 54000 manat pulu İddiaçı Cavabdeh2 23 aprel 2013-cü il tarixdə onun iştirakı olmadan “Palma” kafesində verdiyini göstərilmiş və həmin epizod Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qərarı ilə onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti ilə təmin edilmiş və həmin epizod ona verilmiş ittihamdan çıxarılmışdır. Verilən kassasiya şikayətinə əsasən, hökmdə göstərilən ona aid hiss əsində olan “23 aprel 2013-cü il tarixdə Cavabdeh2 təklikdə 54000 manat pul vəsaitlərini alması ilə, ümumilikdə İddiaçı 100000 manat məbləğində pul verməsinin” heç bir sübutu olmadığı üçün əsassız olması bir daha vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qərarında onun müdafiəçisinin verilmiş kassasiya şikayəti təmin olunmuşdur. Cinayət işinin gedişi prosesində iddiaçı Cavabdeh2 və ona qarşı mülki iddia irəli sürməmişdir. İddiaçı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi cənab Mübariz Məmmədova yazdığı 23 fevral 2015-ci il tarixli ərizədə onunla barışıq əldə olunduğunu və ona qarşı heç bir tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. İddia üzrə müştərək cavabdeh qismində göstərilən Cavabdeh2 barəsində Gəncə Ağır Cinayətlər Məhk əməsinin hakimi Mübariz Məmmədova yazdığı 23 fevral 2015-ci il tarixli ərizədə Cavabdeh2la barışıq əldə olunduğunu və ona qarşı heç bir tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. İddiaçının Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mübariz Məmmədova yazdığı 1 mart 2015-ci il tarixli 7E-8420 nömrəli notarial təsdiq olunmuş ərizədə “İcraatınızda olan cinayət işi üzrə təqsirləndirilən şəxslər Cavabdeh2 və Cavabdeh1 mənə verəcəkləri 100000 manat barəsində mənim onlardan heç bir şikayətim və tələbim yoxdur” göstərmişdir. Məhkəmənin hökmü ilə həm iddiaçı həm də cavabdehlər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İddiaçı 2020-ci ilin aprel ayında azadlığa çıxmış, nə cinayət işi gedişində, nədə ki, cəzaçəkmə dövrü ərzində onlara qarşı heç bir tələb irəli sürməmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddianın qismən təmin edilməsi, Cavabdeh2 54000 (əlli dörd min) manat məbləğində maddi zərər və Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 46000 (qırx altı min) manat maddi zərərin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Cavabdeh2 54000 manat məbləğində pul vəsaiti və Cavabdeh2 və Cavabdeh1 birlikdə 46000 manat pul vəsaiti verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 1(102)-1816/2017 saylı qərarında öz əksini tapmışdır.
10. Cavabdehlər həmin pul vəsaitinin məhkəmə prosesi zamanı iddiaçıya qaytarılmasını, bununla bağlı iddiaçı t ərəfindən məhkəməyə ərizə verilməsini və cəza təyini zamanı bunun nəzərə alınmasını iddia etsələr də, bununla bağlı məhkəməyə sübut təqdim olunmamışdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsinə, 60-cı maddəsinə, Mülki Məcəlləsinin 21.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın onlara aid hissədə rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətlərində göstərilmiş dir ki, qətnamədə Mülki Məcəllənin 1091-ci maddəsinə istinad edilərək əsassız varlanma olaraq tövsif edilmişdir. Məhkəmə tərəfindən əsaslandırılmış maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, sözügedən münasibətlərə Mülki Məcəllənin 1096-cı maddəsi ilə nəzərdə tutulmuş maddi hüquq normaları tətbiq edilməli idi. İddiaçının Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakiminə yazdığı xx.xx.2015-ci il tarixli 7E-8420 nömrəli notarial təsdiq olunmuş ərizədə qeyd edilmişdir ki, hakimin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxslər Cavabdeh2 və Cavabdeh1 İddiaçı verəcəkləri 100.000 manat barəsində sonuncunun onlardan heç bir şikayəti və tələbi yoxdur. Cavabdeh1 tərəfindən İddiaçı dəymiş ziyanın ödənilməsi barədə yuxarıda qeyd edilən ərizələr məhkəmə iclasında təqdim edilmiş, laki n məhkəmə tərəfindən işə əlavə edilməmişdir. Məhkəməyə İddiaçı dəymiş ziyanın ödənilməsi barədə bu faktı təsdiq edən məhkəmə qərarları təqdim edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1146/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova - sədrlik edən və məruizəçi Fuad Babayev və Cəmilə Musayeva) cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-704/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi qismən – “Cavabdeh2 54000 (əlli dörd min) manat məbləğində maddi zərər və Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 46000 (qırx altı min) manat maddi zərər tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilmiş, iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə kol legiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1 aprel 2015-ci il tarixli 1(088)-19/2015 saylı hökmündə qeyd edilir ki, iş materiallarında olan təqsirləndirilən İddiaçı notariat kontorunda təsdiqlənmiş xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirləndirilən şəxslər Cavabdeh2 və Cavabdeh1 ona verəcəkləri 100000 m anatla bağlı onlardan hər hansı şikayəti və tələbi yoxdur.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərərçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, cinayət mühakimə icraatının hər bir iştirakçıs ı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir.
17. Cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12, Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə isə öz qətnaməsində tərəflər arasında hüquq münasibəti yaranan zaman qüvvədə olan CMnin 59-cu maddəsinə deyil, 2017-ci ildə dəyişiklik edilmiş CM-nin 59-cu maddəsinə istinad etmişdir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cin ayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmənin öz qətnaməsində istinad etdiyi maddi hüquq normaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-59.1.14-cü maddələri xx.xx.2017-ci il tarixli qanunla Cinayət Məcəlləsinə əlavə edilmişdir. Tərəflər arasında olan cinayət işi üzrə məhkəmə mübahisəsi üzrə hökm xx.xx.2015-ci il tarixdə çıxarılmışdır. Həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 59cu maddəsində məhkəmənin istinad etdiyi maddi hüquq normaları (hazırki Məcəllədə 59.1.12-59.1.14-cümaddələri) ümumiyyətlə olmamışdır. Məhz bu səbəbdən məhkəmənin hökmündə cəza təyin edilən zaman hazırkı iş üzrə cavabdehlərə yüngülləşdirici hal kimi ziyanın ödənilməsi cavabdehlə barışığın əldə edilməsi tətbiq edilməmişdir. Həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 59-cu maddəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsi və onunla barışıq əldə edilməsi yüngülləşdirici hal kimi tətbiq olunur ki, istinad edilən hökmdə bununla bağlı yüngülləşdirici hal cavabdehlərə tətbiq olunmamışdır.
21. Öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. İşin araşdırılmış hallarından görünür ki, cavabdehlər iddiaçıya dəymiş maddi ziyanı ödəməmişlər.
22. Məhkəmə öz qətnaməsində iddia tələbini rədd edən zaman İddiaçı tərəfindən cinayət işinə baxılan zaman yazılmış xx.xx.2015-ci il tarixli ərizəyə istinad etmişdir. Həmin ərizədə isə İddiaçı tərəfindən hazırki iş üzrə cavabdehlərlə barışması və ona dəymiş ziyanın tam ödənilməsi və gələcəkdə iddia qaldırmayacağı qeyd edilməmişdir. Bu isə iddiaçının dediklərini bir daha sübut edir ki, onlara rasındakı razılaşma iddia ərizəsində qeyd edilən kimi olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçü n çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
27. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
28. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etiba rlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə i fadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (§ 26-27).
38. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının Gəncə Ağır Cinayətlər Məhkəməsinə ünvanlandığı ərizədə hazırkı iş üzrə mübahisəli hüquq münasibətlərini ehtiva edən alacaqla bağlı tələbinin olmadığı ifadə edilmişdir. Kollegiya hesab etmişdir ki, həmin ərizə hüquqi nəticə yaradır və həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilir. Belə olan halda sözügedən ərizə verildikdən sonra iddiaçının eyni hüquq münasibətlərinə görə mülki qaydada cavabdehlərdən pul tələb etməsinin qanuni əsası müəyyən edilmir.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətlən dirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. Qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məh kəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1146/2024 nömrəli 19 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.